Məhkəmə qərarları › İş №1(102)-2538/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2538/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2538/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin etibarnamə üzrə nümayəndəsi vəkil Nüma yəndə2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 320.1 və 322.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)-578/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1979-cu ildə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), ali təhsilli, "xxxx" MMC-nin təsisçi və direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəh əri, Nərimanov rayonu, məhəllə 1956/1989, Ə.Əliyev küçəsi, U.Tikilişi Giriş 1, ev 26, mənzil 342 qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2022-ci ilin oktyabr ayında direktor vəzifəsində işlədiyi "xxxx" MMC-nin təsisçisi Nümayəndə1 ilə aralarında yaranmış narazılıqlarla əlaqədar Nümayəndə1 onu vəzifədən azad edəcəyi barədə xəbərdarlıq edib şirkətə məxsus möhürü ondan aldıqdan sonra şirkət üzərində haqları olduğunu iddia edib özünün təsisçi olduğu dövrdə alınaraq etibarnamə əsasında arvadı X6 tərəfindən idarə olunan, lakin faktiki olaraq həmin MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili MMC-yə təhvil verməyərək 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası D İN-nin Bakı şəhər Baş Polis İdarəsinə MMC-nin möhürünün itirilməsi barədə ərizə ilə müraciət edib həmin idarədən möhürün tapılması barədə məlumat daxil olmaması haqqında təqdim edilmiş məktub əsasında Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs X2 vasitəsilə "xxxx" MMC-yə məxsus möhür hazırlatdırıb, xx.xx.2022-ci il tarixdə əmək münasibətlərinə xitam verilərək həmin şirkətin adından təmsilçilik hüququ olmadığı halda xx.xx.2022-ci il tarixldə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Qeydiyyat İmtahan İdarəsinə "xxxx" MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya 51.000 manat müqabilində satılması barədə şirkətin təmsilçisi qismində müraciət edib həmin sənədi və bunun əsasında Qeydiyyat İmtahan İd arəsində tərtib olunmuş alqısatqı müqaviləsini həmin möhürlə və imzası ilə təsdiq edib rəsmi sənədləri saxtalaşdıraraq və saxta sənədlərdən istifadə edərək özünün təsisçi olduğu «Enerji İnşaat MMC-nin mülkiyyətinə keçirməklə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət edib zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə 82000 manat məbləğində mühüm ziyan vuraraq özbaşınalıq etmişdir.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 26 dekabr 2023cü il tarixli, 1(002)-240/2023 nömrəli hökmü ilə Məhkum verilmiş ittihamdan CM-in 320.2-ci maddəsinin xaric edilməsi və bu maddə ilə cinayət təqibinə xitam verilməsi, Məhkum CM-in 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətm əkdə təqsirli bilinərək, CM-in 320.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzasına, CM-in 322.1-ci maddəsi ilə 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanılmaqla Məhkum 4200 (dörd min iki yüz) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Məhkum şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddətin CM-in 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona qəti olaraq 4000 (dörd min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzanın icrasının Bakı şəhər Probasiya İdarəsinə tapşırılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəm ə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət məhkəmə tərkibində) 12 mart 2024-cü il tarixli, 1(103)578/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-in 320.1-ci və 322.1-ci maddələri ilə təqsirli bilinməsinə dair 1(002)-240/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Qərardan Məhkum müdafiəçisi Müda fiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək göstərilmişdir ki, məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz, əsassız və ədalətsiz yekun məhkəmə aktı qəbul edilmişdir. Cinayət işi materiallarında məhkumun lehinə olan kifayət qədər sübutlar mövcuddur. Bütün sübutlar bir-birini təsdiq etmədiyindən yaranmış fikir ayrılığı təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM) 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandıraraq həmin normalara əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)-578/2024 nömrəli qərarının ləğv edilməsini və məhkum barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

9. Qərardan kassasiya protesti, həmçinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə2 hər biri ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərinə etiraz edib, məhkəmə kollegiyasından təmin edilməməsin i xahiş etdilər.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə e dilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifini mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)-578/2024 nömrəli qəra rının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

21. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

22. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

24. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

25. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, Məhkum hər hansı bir qanunsuz hərəkətə yol verməməsi, cinayət işi materiallarında onun əməlinin CM-in 320.1 və 322.1-ci maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 320.1 və 322.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlində cinayət tərkibi olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

26. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

27. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət v ə cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

28. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalar ının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

29. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməlində cinayət tərkibi olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

30. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 320.1 və 322.1-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 320.1 və 322.1ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

31. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutları n araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum məhkəməyədək və birinci və apellyasiya instansiya məhkəməsinin icraatında verdiyi ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, həmçinin şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin pr otokolları və sair çoxsaylı materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

32. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

33. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 320.1 və 322.1-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun əməlində cinayət tərkbinin olmaması əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılar ının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)-578/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli, 1(103)-578/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasi bətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar