Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2538/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmməd oğlunun və məhkumun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2025-ci il tarixli, 1(103)-1366/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli 1(003)-13/2025 nömrəli hökmü ilə (hakim H.İ.Hüseynli) xx xxxx 1966- cı il tarixdə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşayan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsi ilə ona cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 avqust 2022-ci il tarixdən 13 yanvar 2023-cü il tarixədək həbsdə və 13 yanvar 2023-cü il tarixdən 10 mart 20 23-cü il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 07 (yeddi) ay 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmışdır. Hökmdən Məhkum və müdafiəçisi Quliyev Pərviz Fazil oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən F.Ə.Qəniyev, hakimlər İ.A.İbrahimli və Ə.Q.Ələkbərovdan ibarət tərkibdə) 09 iyul 2025-ci il tarixli, 1(103)-1366/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlan ılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2025-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum tamah məqsədilə etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs1 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sonuncunun istifadəsində olan 0,12 ha torpaq sahəsinə çıxarış sənədi alacağına dair yalan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla əvvəlcə 2019-cu ilin sentyabr ayının təxminən əvvəllərində “Koroğlu” metrostansiyasının qarşısında 3200 manat, 2019-cu ilin noyabr ayının təxminən sonlarında ünvan 3 ünvanında yerləşən həmin torpaq sahəsinin yaxınlığında 1500 manat, 2019-cu i lin noyabr ayının təxminən sonlarında “Ulduz” metrostansiyasının qarşısında 500 manat və 2020-ci ilin yanvar ayının təxminən ortalarında Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən İdman Akademiyasının qarşısında isə 300 manat olmaqla, ümumilikdə 5500 manat məbləğində pul vəsaitini ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs1 torpaq sahəsi ilə bağlı müəyyən işlər gördüyünə inandırmaq üçün hüquq verən rəsmi sənədi, yəni torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz edilmədiyi barədə “Azərişıq “ASC-nin 07 fevral 2020-ci il tarixli 6-01/0608/H-752/197 nömrəli məktubunu istintaqa məlum olmayan vaxtda və yerdə istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, həmin saxta sənəddən bilə-bilə istifadə edərək 07 fevral 2020-ci il tarixdə ünvan 4 ünvanında həmin sənədi Zərərçə kmiş şəxs1 təqdim etmiş, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, onun təkrar olaraq 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayınadək olan müddətdə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək istifadəsində olan torpaq sahəsinə çıxarış alacağına dair yalandan vəd verib aldadaraq 3200 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs3 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sonuncuya oğlu Şahid4 metropolitendə iş ə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin fevral ayının təxminən əvvələrində “20 Yanvar” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 3000 manat məbləğində pul vəsaitini ələ keçirərək vədinə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün tanışı Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs6 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 istifadəsində olan hər biri 0,12 ha olan, ümumilikdə üç torpaq sahəsinə çıxarış sənədi alacağına dair vəd verib aldadaraq 2019-cu ilin təxminən oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” bağında Zərərçəkmiş şəxs6 xeyli miqdarda - 36000 manat pulunu ələ keçirərək qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün tanışı Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs6 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 tanışı Zərərçəkmiş şəxs4 istifadəsində olan 0,12 ha olan torpaq sahəsinə çıxarış sənədi alacağına dair Zərərçəkmiş şəxs6 yalan vəd verib aldatdıqdan sonra Zərərçəkmiş şəxs6 tanışı Zərərçəkmiş şəxs4 12000 manat pulu Məhkum çatdırmaq niyyəti ilə alaraq 2019-cu ilin təxminən oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” bağında sonuncuya vermiş, be ləliklə də Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün tanışı Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs6 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 tanışı X3 istifadəsində olan 0,12 ha olan torpaq sahəsinə çıxarış sənədi alacağına dair Zərərçəkmiş şəxs6 yalan vəd verib aldatdıqdan sonra Zərərçəkmiş şəxs6 tanışı Zərərçəkmiş şəxs5 12000 manat pulu Məhkum çatdırmaq niyyəti ilə alaraq 2019-cu ilin təxminən oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” bağında sonuncuya vermiş, belə liklə də Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun törətmiş olduğu əməllərə düzgün qiymət verilməmiş, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinin müəllifi iddia edir ki, o, ittihamda və məhkəmə qərarlarında göstərilən torpaq sahələrin əldə edilməsində və sənədlərin rəsmləşdirməsində heç kimə köməklik etməmiş, qeyd olunan və digər epizodlar üzrə ona qarşı irəli sürülmüş ittiham məhz saxtalaşdırılmış sübutlar əsasında mümkün olmuşdur. Məhkum öz kassasiya şikay ətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2025-ci tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qa ydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən onun dələduzluq cinayətində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəf li araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, Məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayı b, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübu t mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkuma hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsi, məhkumun kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiy a instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkumun Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, sənədlər, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkumun əməllərinin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə tövsif edilməsi, onun Cinayət Məcəlləsi nin 178.2.1, 178.2.2, 178.2.4 təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsi ilə ona cəza təyin edilməməsi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkumun cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilm əmiş, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yuxarıda qeyd olunan cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1. 6, 416.1.11 və 416.1-ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2025-ci il tarixli, 1(103)-1366/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkumun kassasiya şikayəti təmin edilməsin. M əhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2025-ci il tarixli, 1(103)-1366/2025 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2538/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2538/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver