Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2539/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edi lməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 16 may tarixli, 1(103)-1122/2024 nömrəli qərarından zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı ”Qərbi Kaspi” Universitetinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2024-cü il 20 fevral tarixli, 1(009)-10/2024 nömrəli hökmü ilə (X7), xx xxxxxxx 1992-ci ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, X2 Belnəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib CM-in 46.2-ci maddəsinə əsasən 1(bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə cəza çəkdiyi müddətdə ünvan 1 ünvanda olan daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:30-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum işin ibtidai istintaqı zamanı elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin xaric edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 26820 (iyirmi altı min səkkiz yüz iyirmi) manatın hökm qanuni qüvvəyə mindikdən sonra "Qərbi Kaspi” Universitetinə ödənilməsi, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "Qərbi Kaspi” Univeristetinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum qarşı cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair mülki iddiasının təmin olunmaması hökm edilmişdir. Hökmdən zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "Qərbi Kaspi” Universitetinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) 2024-cü il 16 may tarixli, 1(103)-1122/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İttiham aktından görünür ki, Məhkum xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq m ənafeyinə qəsdən zidd olaraq istifadə edərək Qərbi Kaspi Universitetinin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhku m ittiham elan olunan zaman ona CM-in 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə ittiham elan edilərək Universitetə dəymiş ziyan 36.210 manat göstərilsə də faktiki olaraq Universitetə Məhkum qanunsuz hərəkətləri nəticəsində 196.461,80 manat ziyan dəymişdir. İstintaq yalnız dindirilmiş əcnəbi dinləyicilərin verdiyi ifadələrlə kifayətlənərək (işdə olan ödəniş qəbzləri, sosial platforma üzərindən təqsirləndirilən şəxslə şahid Muhammad Shoaib arasında aparılmış yazışmalar tədqiq edilmədən) Məhkum Universitetə vurduğu ziyanın məbləğini azaltmış və digər dinləyicilərin ifadələrinin alınmadığını əsas gətirərək cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. Həmçinin bildirmişdir ki, iş materiallarında Muhammad Shoaib tərəfindən 3 nəfər əcnəbi dinləyicinin təhsil haqqının alınıb Məhkum verildiyi g östərilmişdir. X4 istər ibtidai istintaq dövründə, istər məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən, istərsə də Universitetdə yazdığı izahatından, eləcə də Məhkumlə arasında olan "whatsapp" yazışmalarından və istintaqa təqdim etdiyimiz ödəniş qəbzlərindən (ödənişlər Məhkum göstərişi ilə Muhammad Shoaib tərəfindən edilmiş və qəbz ikinci tərəfindən imzalanmışdır) görünür ki, Məhkum tərəfindən mənimsənilmiş 36.210 manatdan əlavə Muhammad Shoaib və Sabraval Kama tərəfindən aşağıdakı şəxslərdən də qeyd edilən məbləğlərdə vəsait alınaraq təhsil haqqı olaraq Məhkum verilmişdir: Rajora Gauravdan 1200 ABŞ dolları, Palaniappan Suryakumardan 1200 ABŞ dolları, Ravinder 1200 ABŞ dolları, Subburaj Ajithindən 1200 ABŞ dolları, Singh Jashandeepdən 800 ABŞ dolları, Mohitdən 1200 ABŞ dolları, Ankit Kuma rdan 1200 ABŞ dolları, Parashar Nittindən 1200 ABŞ dolları, Ali Ghazanfardan 1200 ABŞ dolları, Parmoddan 1200 ABŞ dolları, Dutt Sunildən 1200 ABŞ dolları, Ranjay Kumardan 1200 ABŞ dolları, Nitesh Kumardan 1200 ABŞ dolları, Sabraval Kamal və Ramesh Adladan 1200 ABŞ dolları, Mischeaj Basilajdan 1200 ABŞ dolları, X5 1200 AB dolları, Odemvingie Osayukidən 1200 ABŞ dolları olmaqla ümumilikdə 20.000 ABŞ dolları, yəni 34.000 manat pul vəsaiti. Şahid qismində ifadə vermiş Muhammad Shoaibin istər ibtidai istintaq dövründə, istər məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən, istərsə də Universitetdə yazdığı izahatından, eləcə də Məhkumlə arasında olan "whatsapp" yazışmalarından açıq-aşkar görünür ki, o, 25 əcnəbi tələbədən müxtəlif məbləğlərdə vəsait alaraq təqsirləndirilən şəxs olan Məhkum vermişdi r. Həmin şəxslərlə bağlı təqsirləndirilən şəxsin göstərişi və mənimsədiyi vəsaitin cüzi hissəsi hesabına şahid qismində ifadə vermiş Muhammad Shoaib tərəfindən aparılmış qismi ödənişləri təsdiq edən ödəniş qəbzləri tərəfimizdən hökmü çıxaran birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq həmin sübutlar nə birinci instansiya məhkəməsi tərəfindən, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış və onlara müvafiq hüquqi qiymət verilməmişdir. Bu da nəticə etibarı ilə qanunsuz, ədalətsiz və əsassız qərarın çıxarılması ilə nəticələnmişdir. Təqsirləndirilən şəxsə 36.210 manat vurduğu ziyana görə ittiham elan edilməsinə baxmayaraq bildirmişdir ki, hazırki vəziyyətdə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Qərbi Kaspi Universitetinə vurulmuş ziyanın mə bləği 70.210 manat təşkil etməkdədir. Qeyc edilən hallar cinayət işinin materiallarında olan ödəniş qəbzləri və təqsirləndirilən şəxslə şahid Muhammad Shoaib arasında aparılmış yazışmalarla təsdiq edilir. İstintaq orqanının cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən hallara səthi yanaşması, açıq-aşkar ifadədəki boşluqları əlavə suallar verməklə doldurmaması ilə yanaşı, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən də məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Lakin yuxarıda qeyd edilən hallara, yəni iş üzrə zərərçəkmiş hüquqi şəxs tərəfindən ibtidai istintaq və məhkəmə istintaqı dövründə təqdim edilmiş mötəbər sübutlara (təqsirləndirilən şəxsin apardığı yazışmalara, səs yazılarına, qismi ödənişi təsdiq edən ödəniş qəbzlərinə) və şahid qismində dindirilmiş şəxslərin verdikləri ifadələrə işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hökmü qəbul edən birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən yol verilmiş aşağıdakı pozuntulara da apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilməmişdir: Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın tam şəkildə ödənildiyini qeyd etməsinə baxmayaraq təqsirləndirilən şəxsin ittiham edildiyi 36.210 manat məbləğindəki vəsaitdən cəmi 26.820 manat vəsaitin Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanıldığını hökmdə göstərmişdir. Belə olduğu halda təqsirləndirilən şəxsin ittiham edildiyi 36.210 manat vəsaitdən qalan 9.390 manat vəsaitin hara ödənildiyi müəyyən edilmədiyi halda məhkəmənin vurulmuş ziyanın tam şəkildə ödənilməsi nəticəsinə hansı əsasla gəldiyi bəlli deyildir. İşə baxan məhkəmə şahid qismində ifadə verən Muhammad Shoaibin ifadələrində 25 nəfərdən müxtəlif vaxtlarda vəsait alaraq təqsirləndirilən şəxsə verdiyini bildirməsinə baxmayaraq, məhkəmə ittiham aktında qeyd edilən dəymiş ziyanla kifayətlənmiş və digər ödəniş qəbzlərini qəbul etsə də, onları sübut qismində qiymətləndirməyi unutmuşdur. Məhkəmə zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş mülki iddianı rədd edərkən sadəcə prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, mülki iddiaya əlavə edilmiş sübutları araşdırmamış, onlara qiymət verməmiş və bu zaman da vurulmuş ziyanın ödənilib-ödən ilmədiyini ümumiyyətlə araşdırmamışdır. Məhkəmə tərəfindən cəza təyin edilərkən dəymiş ziyanın tam ödənilməməsi, zərərçəkmiş hüquqi şəxsin şikayətçi olması, şahid ifadələri və şahidlə təqsirləndirilən şəxs arasındakı etirafedici yazışmalar nəzərə alınmamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1122/2024 saylı qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 16 may tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə y ekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfi ndən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya şikayətində məhkumun əməlinin tövsifini və cəzasının yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd ed ir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzaki rə edib, kassasiya şikayətinin təmin olunmaması barədə məhkumun, onun müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkumun zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanın daha çox məbləğdə olduğunu iddia edərək məhkumun əməlinin tövsifini və verilmiş mülki iddianın təmin edilməməsini mübahisləndirmişdir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilin də baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi, Qanunda məhkəmənin, irəli sürülmüş ittihama münasibətdə təqsirləndirilən şəxsin və ya məhkumun vəziyyətinin ağırlaşdırılması istiqamətində dəyişdirmək səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə işə yalnız verilmiş ittiham daxilində baxmaq səlahiyyətinə malikdir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş tərəf kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymət ləndirilmiş və məhkumun təqsirliliyinin ona qarşı irəli sürülmüş ittiham daxilində müəyyən edilməsinin mümkünlüyü nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaya münasibətdə də məhkəmələrin mövqeyi qanuni və əsaslıdır və iş üzrə toplanmış mötəbər sübutların məcmuyuna əsaslanır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaya münasibətdə də kassasiya şikayətinin dəlilləri əsassızıdr. Zərərçəkmiş hüquqi şəxsin kassasiy a şikayətinin dəlilləri əsasında məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddinə ona cəza təyin edilmişdir və məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin kassasiya şikayəti əsasında məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması istiqamətində hər hansı məhkəmə qərarının qəbul edilməsi üçün hüquqi və faktiki əsaslar müəyyən edilməmişdir.. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nü mayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı ”Qərbi Kaspi” Universitetinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2024-cü il 20 fevral tarixli, 1(009)-10/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 16 may tarixli, 1(103)-1122/2024 nömrəli qərarı zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı ”Qərbi Kaspi” Universitetinin nümayəndəsi Nümayəndə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2539/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2539/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver