Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-254/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 1 94.1-1 və 315.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mürsəlov Rufan Kamil oğlu ) xx xxxx 1987-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşamış Məhkum Azərbaycan Respublikası CM-nin 194.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə, Cinayət Məcəlləsinin 315.2-ci maddəsində nəzərdə tutulmuş c inayət əməlini törətməkdə təqsirli bilinib 04 il 06 ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlandığı 09 ay 25 gün nəzərə alınmaqla üzərində qəti olaraq, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 05 il 02 ay 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 13 aprel 2016-cı il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, dəniz kənarı ərazidə qabaqcadan vəd etmədən tanışı X1 cinayət yolu ilə yəni, 06 apr el 2016-cı il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz daxil olub yataq otağında olan uşaq çarpayısının üzərindəki döşəyin altından Azərbaycan manatı ilə məzənnəsi 60.660 manat təşkil edən 40 000 ABŞ dollarını və 6150 manat pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 66.810 manat maddi ziyan vurub oğurlamaqla əldə etdiyini bilə-bilə həmin pulun Azərbaycan manatı ilə məzənnəsi 54290.7 manat təşkil edən xeyli miqdarda, yəni 35.800 ABŞ dollarını əldə edərək sahiblik etmişdir. Bundan başqa, o, 19 noyabr 2017-ci il tarixdə saat 01 radələrində Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə barəsində elan edilmiş axtarışla bağlı həyata keçi rilən əməliyyataxtarış tədbiri ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat miivəkkilləri-polis leytenantı Zərərçəkmiş şəxs2, polis leytenantı X10 və polis leytenantı X2 tərəfindən saxlanılaraq sonuncunun idarə etdiyi "Hyundai Sonata" markalı ****-GV-**** dövlət qeydiyyat nişanlı avtomobillə istintaq orqanına təqdim edilməsi üçün Qaradağ rayon polis idarəsinə aparılarkən Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “xxxxx” yanacaqdoldurma məntəqəsinin yaxınlığında arxa oturacaqda əyləşdiyi zaman polis əməkdaşlarının qanuni tələblərini icra etməli olduğu halda, buna məhəl qoymayıb, istintaq orqanından yayınmaq məqsədi ilə avtomobilin ön sağ oturacağına təpik zərbəsi vuraraq əyləşdiyi yerdən qalxıb sol əli ilə avtomobilin sükanını sağa tərəfə fırlatdığı üçün avtomobilin yolun sağ kənarındakı gölə düşməsi nəticəsində avtomobildə olan Zərərçəkmiş şəxs2 sol diz oynağının şişkinlik halında olan əziyi, sol baldırın aşağı 1/3-nin ön səthinin sıyrığı ilə nəticələnən dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək, hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhükəli olan zor tətbiq etməklə müqavimət göstərmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (sədrlik edən hakim Məmmədov Namiq Eyyub oğlu, hakimlər Qasımov Əflatun İbrahim oğlu və Bayramov Əmir Novruz oğlundan ibarət tərkibdə) 30 aprel 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkə məsinin 22 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum vəsatəti daxil olmuş, vəsatətdə o, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasın a gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alar aq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 194.1-1 və 315.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-254/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-254/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver