Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-254/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseyn Natiq oğlu Əbilovun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçiləri Müdafiəçi2 və İmaməli Məmmədağa oğlu Əskərovun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən), Novruz Kərimov və Azər Paşayev) 10 avqust 2021-ci il tarixli, 1(101)-1170/2021 nömrəli hökmü ilə xx xxx 1981-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən Korpus 73, ev 1A-da qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarət indən kənar və ondan gizli keçirməklə əldə edib, daşımış və saxlamışdır. Belə ki, Məhkum və “İnstaqram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı olan “Həci” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, satış məqsədi ilə İran İslam Respublikasından gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli göndərdiyi və bu yolla qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisində narkotik vasitənin hər satılmış kiloqramına görə 2.000 manat dəyərində 100 qram çəkidə narkotik vasitə o lan heroin veriləcəyi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan üzvü “Həci” adlı şəxslə 15 noyabr 2020-ci il tarixdə “Whatsapp” sosial şəbəkəsində istifadə etdiyi +99******-**-** saylı mobil nömrə ilə sonuncunun adını mobil telefonun yaddaş qurğusunda “Memet” adı ilə qeyd etdiyi +**********78 saylı mobil nömrə ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayıb onun tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli, qaçaqmalçılıq yolu ilə göndərdiyi, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının əra zisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı2) daxil edilmiş külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 34,289 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1200 qram (1kq 200qram) olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan «500g/0.1g QC Pass» markalı elektron tərəzini bir qrup şəxs halında qanunsuz olaraq 15 noyabr 2020-ci il tarixdə Quba-Bakı avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsindən yolun sağ kənarında yerləşən “Azpetrol” YDM yaxınlığında olan reklam lövhəsinin yanından götürüb əldə etmiş, həmin psixotrop maddə olan metamfetamin bükümündən 0.005 qram çəkidə şəffaf polietilen torbacığın içinə töküb əynində olan qara rəngli şalvarın sağ yan cibinə, 1200 qram narkotik maddə olan heroini və 34,289 qram psixotrop maddə olan metamfetamini isə əl çantasına qoyub saxlamaqla sərnişin kimi əyləşdiyi həmin cinayətdən məlumatı olmayan Şahid1 “Mersedes-Benz” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə daşıyarkən, 15 noyabr 2020-ci il tarixdə saat 23:05-də komendant saatı üçün xüsusi icazə portalı olmadığına görə, Bakı-Novxanı yolunun «Bakı Praqa» restoranının qarşısında komendant postunda xidmət apara n Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb Abşeron RPİ-yə gətirilmiş, 16 noyabr 2020-ci il tarixdə saat 00:20-də Abşeron rayon polis idarəsinin inzibati binasında şəxsi axtarışı aparılarkən, əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen torbacıqda 0,005 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də Abşeron RPİ-yə gətirilmiş Şahid1 “Mersedes Benz” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilinə həmin günü saat 02:00-da baxış keçirilərkən avtomobilin salonunun arxa otaracağı üzərində ona məxsus əl çantasının içərisindən bir bükümdə 1200 qram (1kq 200qram) çəkidə narkotik vasitə heroin, bir ədəd bükümdə 34,284 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan «500g/0.1g QC Pass» markalı ele ktron tərəzi aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Rəhimov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayev) 02 dekabr 2021-ci il tarixli, 1(105)-610/2021 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən hazırki qərarla təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü ilə CM-in 234.4.1 və 234.4.3 -cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaqla qəti olaraq Məhkum 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2021-ci il qərarı dəyişdirərək ittiham olunduğu maddələrlə cəzasının daha aşağı həddə müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhrum Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmələr kifayət qədər araşdırma aparmad an işin obyektiv hallarına düzgün hüquqi qiymət verməmiş, Məhkum barəsində apellyasiya instansiyası məhkəməsi hökmü tövsif hissəsində dəyişiklik etsə də, cəza müddətini 10 (on) il müddətində saxlamaqda haqlı olmamışdır. Birinci instansiya məhkəməsi iclas zalında verilən ifadələri yox ibtidai istintaq zamanı verilmiş ifadələri şablon şəklində hökmə köçürtmüş və Abşeron RPİ-nin əməkdaşları tərəfindən yol verilmiş prosessual pozuntuya düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi Məhkum təqsiri Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə sübut olunmadığı halda yalnız ümumi mülahizələr əsasında sözügedən hissədə təqsirli bilinmişdir. Eyni zamanda kassasiya instansiyası məhkəməsinin diqqətinə onu da çatdırmaq istərdik ki, Məhkum istifadəsində olan mobil telefona baxış zamanı onun istər “İnstaqram”, istərsə də “WhatsApp” sosial şəbəkələri vasitəsilə şəxsiyyəti istintaq tərəfindən müəyyən edilməmiş “Həci” adlı şəxslə hər hansı bir danışığı və ya yazışması aşkar edilməmişdir. Kassator hesab edirik ki, Məhkum ağır xəstəliklərinin olması, himayəsində iki azyaşlı övladının və xəstə anasının olması, ilk dəfə cinayət törətməsini, ali hüquq təhsilli olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəza təyin edərkən nəzərə alınmalı və ona aşağı həddə cəza təyin edilməli idi. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 02 dekabr 2021-ci il tarixli qərarı ilə Məhkum əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilsə də cəzasını yüngülləşdirməmişdir Məhkəmə kollegiyası işin materialları nı öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: və apelyasiya instansiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işi n faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı onların əməllərinin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiəçi2 kassasiya şikayətini məhkuma törətdiyi cinayətlərinin ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin edilməsi ilə əlaqədar vermişdir. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya inst ansiyası məhkəməsi Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən daha yüngül – CM-in 32.5,206.2-ci maddəsinə tövsif etsə də, ona təqsirli bilindiyi daha yüngül cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə uyğun cəza təyin etməmiş, məhkuma birinci instansiya məhkəməsi tərəfindən daha ağır maddə ilə təyin edilmiş cəzanı yüngülləşməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıd ır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq ma ddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin A zərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən məhkuma CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzanın əsaslılığı ilə razılaşsa da, ona apellyasiya instansiyası məhkəməsi tərəfindən CM-in 32.5, 206.2-ci maddəsi ilə təyin edilmiş cəzanı ədalətli hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 206.3-cü maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin maddə ilə nəzərdə tutulmuş cinayət ağır cinayətlərə aiddir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri tövsif edərək ona təqsirli bilindiyi CM-in 206.3.2-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işə müdafiə tərəfinin kassasiya şikayəti üzrə baxaraq, təqsirləndirilən şəxs Məhkum əməlini CM-in 206.3.2-ci maddəsindən CM-in 32.5,206.2-ci maddəsinə, yəni ağır cinayətdən az ağır cinayətə tövsif etmiş, lakin cəza təyin edərkən təqsirləndirilən şəxsin daha yüngül və ictimai təhlükəlilik dərəcəsi az olan əmələ görə ona yenidən 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiya sı vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və məhkumun şəxsiyyətini səciyyələndirən eyni halları nəzərə almışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlmədiyindən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum daha yüngül cinayətin törədilməsində təqsirli bilinməsi ilə əlaqədar ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə işin hallarına və məhkumun şəxsiyyətinə uyğun daha aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunmasını və cəzanın digər məqsədlərini təmin etmək mümkündür. Ona görə də məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə daha aşağı həddə cəza təyin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2021-ci il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.5,206.5-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) ilə endirilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum hazırki qərarla Azərbaycan Respublikası CM-in 32.5,206.5-ci maddəsi ilə təyin edilmiş və hökmlə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzaları qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-254/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-254/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver