Məhkəmə qərarları › İş №1(102)-254/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-254/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-254/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Şahid1 Xəlil oğlunun iştirakları ilə x xxxxx 1979-cu ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gədəbəy rayonunu n Qurudərə kəndində qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128, 181.2.3 və 29, 120.2.11-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: R.N.Ələkbərli (sədrlik edən), D.H.İmanov və N.Şahid7) Məhkum - Azərbaycan Respublikası CM-in 128, 181.2.3 və 29,120.2.11-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 128-ci maddəsi ilə 06 (altı) ay müddətə, CM-in 181.2.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, CM-in 29, 120.2.11-ci maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 17 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ç.B.Məmmədov və S.B.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022 -ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 21 fevral 2021-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu, Dəyirmandağ kəndi ərazisində yerləşən X2 işlətdiyi kafenin yaxınlığında Gədəbəy rayonu, İnəkboğan kənd sakinləri Zərərçəkmiş şəxs1 və X4 onun dostu olan Gədəbəy rayonu, Böyük Qaramurad kənd sakini X3 ilə dalaşaraq sonuncunu döymələri barədə eşidib, X10in qisasını almaq üçün Zərərçəkmiş şəxs1la görüşmək məqsədilə həmin tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Gədəbəy rayonu, İnəkboğan kəndinin mərkəzi istiqamətində tanışı Şahid3 idarə etdiyi “VAZ 21213” minik markalı, **-DR-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən, İnəkboğan kəndinin mərkəzində yolun kənarında həmin kənd sakinləri Zərərçəkmiş şəxs1 Şahid1 ilə mü bahisə edərək dalaşmalarını görüb avtomaşından düşərək onlara yaxınlaşıb yumruqla Zərərçəkmiş şəxs1 burnunun üstünə qəsdən 2 dəfə, sonra isə başına və bədəninə təpiklə qəsdən zərbələr endirərək ona başın şişkinliyi, sağ dodaq bucağının əzilmiş səthi yarası, qançırı, döş qəfəsinin sol yan səthinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin olunmayan və burunun əzilmiş yarası və sıyrığı ilə müşayiət olunan burun sümüyünün sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, o, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə 14 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində yaşadığı Gədəbəy rayonu, Qurudərə kəndində onunla qonşuluqda tək yaşayan Zərərçəkmiş şəxs2 yaşadığ ı evə giriş qapısında olan rəzəni açma yolu ilə qanunsuz daxil olmaqla evin aynabəndində onunla qarşılaşdıqda Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək, hücuma məruz qalmış sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə qollarından və ağız nahiyəsindən tutaraq yataq dəstinin üzərinə uzadıb öldürəcəyini bildirərək pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 pulunun olmadığını, evdə nə varsa götürüb getməsini bildirdikdə isə onun üzünü gördüyü üçün öldürmək qərarına gəlib Zərərçəkmiş şəxs2 üzünü gördüyü üçün onu öldürüb evdən istədiyi əşyaları aparacağını deyərək sonuncuya həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib yastığı sifətinə sıxıb yataq dəstinin örtüyünü Zərərçəkmiş şəxs2 boğazına və başına dolamaqla boğaraq sonuncuya başın tüklü hissəsində təpə nahiyəsinin, sol körpücük-döş oynağı nahiyəsinin qançırları, alın nahiyəsinin, boyunun sol yan səthinin çiyinüstü nahiyəyə keçən hissəsinin, sağ milbilək oynaq nahiyəsinin sıyrıqları, sol almacıq nahiyəsinin cüzi şişkinlik fonunda qançırı qismində sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs2 qışqırıq səslərinə qonşuluqda yaşayan Şahid5 və Şahid6 oraya gəldiklərini görüb öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyərək yastığın altında olan 950 manat pulu ələ keçirməklə quldurluq edib hadisə yerindən qaçaraq onu quldurluq niyyətilə qəsdən öldürməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, onun zərərçəkən şəxsə qarşı quldurluq etmək və onu öldürmək niyyəti olmamışdır. Lakin məhkəmələr heç bir araşdırma aparmadan onu əsassız olaraq məhkum etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi Şahid1, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiy a instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına g örə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əsassız olaraq qulduqluq yolu ilə özgənin əmlakının talanmasına və bu zaman qəsdən adam öldürməyə cəhd etməyə görə məhkum olunduğu qeyd olunur, eləcə də cəzasının yüngülləşdirilməsi xahiş olunur. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş məhkəmə qə rarlarını kassasiya şikayətinin dəlillərinə münasibətdə qiymətləndirməyi, bununla əlaqədar cinayət qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin lll bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədi lməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə əsasən “Qəsdən: 120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə görə “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə i slah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsində “Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”a görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 181.2-ci maddəsinə əsasən “Eyni əməllər: 181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Verilmiş kassasiya şikayətində Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Məhkum tərəfindən burunun əzilmiş yara sı və sıyrığı ilə müşayiət olunan burun sümüyünün sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bununla əlaqədar sübutların şərhini zəruri hesab etmir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmçinin, həmin qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hü ququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum CM-in 181.2.3-cü maddəsi ilə təqsirlədirilməsinə dair gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum özünü həmin maddə ilə təqsirli bilməsə də, özünün məhkəməyədək icraat zamanı verdiyi və şəxsən imzaları ilə təsdiq etdiyi ifadələri, Zərərçəkmiş şəxs2 ifadəsi, şahidlər Şahid5, Şahid6 və Şahid7 ifadələri, 10 noyabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, məhkəm ə-tibbi ekspertizasının 15 iyun 2021-ci il tarixli, 692 nömrəli rəyi, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs2 əmlakının ələ keçirilməsinə dair əməlinin quldurluq kimi qiymətləndirilməsi iş materiallarında olan, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə baxışları zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin ifadələri və digər sənədlərlə tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorak ılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 22-ci bəndində qeyd edilir ki, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Məhkum əməlini quldurluq kimi qiymətləndirərək CM-in 181.2.3-cü maddəsi ilə düzgün tövsif etmişlər. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs2 qarşı etmiş olduğu hərəkətlərinə həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən kifayət qədər düzgün qiymət verilməmiş, kifayət qədər sübutlar olmadan F.Məmmmədovun əməlində qəsdən adam öldürməyə cəhd etməyə görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 29, 120.2.11-ci maddəsi ilə ittiham verilmiş və o, məhkum edilmişdir. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM- in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Qanunun mənasına görə cinayət etməyə cəhd zamanı cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlər başa çatdırılmır. Bu zaman maddi quruluşa malik olan cinayətin tərkiblərinə münasibətdə nəticə baş vermir. Lakin bu heç də törədilən ictimai təhlükəli əməl nəticəsində ümumiyyətlə heç bir nəticənin olmaması anlamına da gəlmir. Təqsirli şəxsin əməlinin cinayətə cəhd kimi qiymətləndirilməsi üçün ehtimal olunan qəsdin başa çatmamasının səbəblərinin dəqiq müəyyən edilməsi zəruridir. Əgər qəsdin başa çatmaması təqsirli şəxsin iradəsindən asılı olmayaraq onu başa çatdırmağa imka n verməyən səbəblərlə bağlı olmuşdursa, şəxsin əməli cinayət etməyə cəhd kimi qiymətləndirilir. Əgər şəxs təqsirli şəxs cinayəti törətməyə dair qəsdini öz iradəsi ilə və heç bir kənar təsir olmadan qəbul etdiyi şəxsi qərarı ilə başa çatdırmamışsa, onun əməlini cinayət etməyə cəhd kimi qiymətləndirmək olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsiləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində deyilir: “Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi y ardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.” Məhkəmə kollegiyasının qənaətinə görə cinayət işinin materiallarında təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs2 öldürmək məqsədinin olmasını təsdiq edən kifayət sübutlar yoxdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Məhkum Azərbaycan Respublikası 181.2.3 və 29, 120.2.11-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə isə özünü təqsirl i bilməyərək göstərmişdir ki, X7 rayonu, Qurudərə kəndində onunla qonşu olmuşdur. Zərərçəkmiş şəxs2 evində tənha yaşamış, oğlanları X11 və X12 isə Sumqayıt və Gəncə şəhərlərində yaşayırlar. Təxminən 2 ildən artıq müddətdə Zərərçəkmiş şəxs2 ilə aralarında bir neçə dəfə intim münasibət olmuşdur. Təsərrüfat işlərində Zərərçəkmiş şəxs2ə kömək etdiyinə görə aralarında xoş münasibət yaranmış və bu sonunda intim münasibətlərə çevrilmişdir. 14 iyun 2021-ci il tarixdə günorta saatlarında Qurudərə kəndinin örüş sahəsində iribuynuzlu heyvanlarını otaran zaman Zərərçəkmiş şəxs2 ona səslənib axşamüstü gəlib həyətinin otunu biçməyi xahiş etmişdir. Başa düşmüşdür ki, Zərərçəkmiş şəxs2 onunla intim münasibətdə olmaq üçün üstüörtülü şəkildə onu evinə çağırır. Həmin gün təxminən saat 22:30-da Qurudərə kən dində Zərərçəkmiş şəxs2in yaşadığı evə getmişdir. Evin qarşısına çatan zaman Zərərçəkmiş şəxs2in evinin qapısını döymüşdür. Zərərçəkmiş şəxs2 gəlib qapını açmış və o, evə daxil olmuşdur. Yataq otağına keçib paltarlarını soyunmağa başlamışlar. Təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs2in qaynı oğlu Şahid6və qaynının arvadı Şahid5 oraya gəlmişdir. Şahid5 və Şahid6onları həmin vəziyyətdə görüb qışqırıb səs-küy salaraq onu söyməyə başlamışlar. Şahid6yataq otağında onun qolundan tutub saxlamaq istəyən zaman əlindən çıxıb qaçmışdır. Həmin vaxt ayaqqabıları elə Zərərçəkmiş şəxs2 qapısının ağzında qalmışdır. Bir qədər qaçıb Zərərçəkmiş şəxs2in evinin üst tərəfində təxminən 15 metr məsafədə dayanıb gizlənmişdir. Onların nə edəcəyini izləməyə başlamışdır. Qaçandan sonra oraya Zərərçəkmiş şəxs2in qayn ı Şahid6 gəlmiş və qışqırıb səs-küy salmağa başlamışdır. Daha sonra Şahid6 zəng edərək polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 onun yastıq və yorğanı üzünə basıb öldürmək istəməyi, evdə olan pulların yerini soruşmağı, Zərərçəkmiş şəxs2in evindən 950 manat pul götürməyi barədə dedikləri yalandır. Zərərçəkmiş şəxs2 ona böhtan atmışdır. Onu Zərərçəkmiş şəxs2 özü evinə çağırmış və qapını özü açmışdır. Cinsi əlaqədə olmaq üçün əyinlərini soyunan zaman oraya Şahid6və Şahid5 gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 səs-küy salıb “qoymayın, kömək edin” deyirmiş. Zərərçəkmiş şəxs2 qohumlarının yanında biabır olmamaq üçün özü qəsdən səs-küy salıb özünü vəziyyətdən çıxarmağa çalışırmış. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətləri sonuncunun hansı şəraitdə almasını bilməmişdir. O, Zə rərçəkmiş şəxs2 hər hansı bədən xəsarəti yetirməmişdir. O, Zərərçəkmiş şəxs2 evinə quldurluq və onu öldürmək məqsədilə girməmiş, onların məqsədi cinsi əlaqədə olmaq olmuşdur. Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmağı barədə heç kimə deməmişdir. 14 iyun 2021-ci il tarixdə əynində göy rəngdə şalvar və sarıya çalan rəngdə qısaqol köynək olmuşdur. O, hadisə vaxtı Zərərçəkmiş şəxs2i Əliyevanı boğmamış və ona qarşı hər hansı cinayət törətməmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs Məhkum məhkəməyədək icraat zamanı verdiyi ifadələrindən görünür ki, o, məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr versə də, məhkəməyədək icraat zamanı 19 iyun 2021-ci il tarixdə verdiyi əlavə ifadəsində əvvəlki ifadələrində Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması ilə bağlı verdiyi ifadə ləri təsdiq etmədiyini, Zərərçəkmiş şəxs2 ilə heç vaxt cinsi əlaqədə olmadığını, Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olması barədə verdiyi həqiqətə uyğun olmayan ifadələr verməsinin səbəbini izah edə bilmədiyini bildirmişdir. 14 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs2 evinə hansı səbəbə getməsi ilə bağlı verilmiş suala cavab olaraq “Allah şeytana lənət eləsin, bir səhvdir etmişəm deyərək həqiqətən də həmin gecə Zərərçəkmiş şəxs2 evinə getdiyini, getmə səbəbini özünün də bilmədiyini, Zərərçəkmiş şəxs2 evinə gedərkən özündə olmadığını, nə cür hərəkətlər etdiyini yadına sala bilmədiyini, əgər Zərərçəkmiş şəxs2 qarşı hər hansı pis hərəkət etmişdirsə onu bağışlamasını istədiyini, Zərərçəkmiş şəxs2 qarşı etdiyi hərəkətlərə görə çox peşman olduğunu bildirmişdir. Məhkəmə b axışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonunun Qurudərə kəndində yaşamış. Məhkum qonşusu olmuşdur. Məhkum və ailə üzvləri ilə aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 14 iyun 2021-ci il tarixdə təxminən saat 22:30-da yaşadığı evdə yataq otağında taxtda uzanıb televizora baxan zaman evin həyətindən nəsə səs eşitmişdir. Aynabəndin pəncərəsindən həyətə boylanıb baxmış, ancaq heç kimi görməmişdir. Bundan sonra pəncərəni bağlayıb, aynabəndin işığını söndürüb yataq otağına getmiş, həmin otağın da işığını söndürüb çarpayıda uzanaraq televizora baxmağa başlamışdır. Təxminən 5 dəqiqə sonra nəsə səs gəldiyini eşidib yenidən yerindən qalxıb aynabəndə getmiş, aynabəndə daxil olarkən evin giriş qapısının üzərində asdığı qayçının yerə düşməsini hiss etmişdir. Evin giriş qapısının kilidi sındığı üçün qapının üzərində olan cəftəyə qayçı keçirməklə qapını bağlayır. Lakin həmin qayçı da bayırdan qapını silkələyəndə açıla bilir. Aynabəndə daxil olarkən qapının üzərində qayçının yerə düşməsindən sonra otaq qaranlıq olduğu üçün işıqları yandırmışdır. Qorxmağa başlamış, evə kiminsə daxil olmaq istəməsini hiss etmişdir. Aynabəndin işığını yandıran zaman Məhkum gizlin şəkildə qapıdan içəri girdiyini görmüşdür. Məhkum işıqların yanmasını görüb, dərhal onun üzərinə cummuşdur. O, qışqıraraq yaxınlıqda yaşayan qaynı arvadı Şahid5i və qaynı Şahid6 səsləmişdir. Qışqıran zaman Məhkum hər iki əlləri ilə onun boğazından və ağzından tutub sıxaraq, qışqırmamasını bildirərək, onu çəkərək yataq otağına tərəf aparmışdır. Məhku m onu yataq otağına gətirib, “pul haradadır?”- deyə soruşmuşdur. O, Məhkumə demişdir ki, “məndən əl çək, nə istəyirsənsə, götür apar”. Məhkum ondan ancaq pul istədiyini bildirmişdir. Daha sonra Məhkum onu yatdığı çarpayının üzərinə yıxıb üstünə çıxıb yastıq və adyalı onun üzünə sıxıb səsini çıxarmağa imkan verməmişdir. Məhkum pulun harda olduğunu soruşmuşdur. Məhkumə onu buraxmasını və evdən nə istəsə götürüb aparmasını demişdir. Lakin Məhkum onun üzünü gördüyü üçün onu öldürəcəyini demişdir. Məhkum onu öldürüb sonra evdən nə istəsə aparacağını demişdir. Məhkum yastığı onun sifətinə sıxıb, yataq dəstinin örtüyünü isə onun boğazına və başına dolamaqla boğmağa başlamış və onu buraxmamışdır. Məhkum onun səsini boğmağa çalışsa da, başını sağasola çevirib yenə də qışqırmışdır. Məhkumin əli boşa lan zaman o, başını balıncın altından çıxarıb yenidən ucadan qışqırıb Şahid5 və Şahid6i çağırmışdır. Bir qədər sonra Şahid5in səsini eşitmişdir. Şahid5 qışqıraraq Məhkumə “kopayoğlu, sən burada nə edirsən, burada sənin nə işin var” demişdir. Həmin vaxt Məhkum qaçıb evdən çıxmış və eltisi Şahid5 onu çölə çıxarmışdır. O, orada huşunu itirib yerə yıxılmışdır. Sonradan evi axtaran zaman balıncının altında salfetkaya bükülmüş 950 manat pulunu tapmamış və Məhkumin həmin vaxt pulu götürdüyünü başa düşmüşdür. Lakin Məhkumin pulu necə götürdüyünü görməmişdir. Çünki Məhkum balınc və adyalı onun üzünə tutub sıxmışdır. Məhkum məqsədi onunla zorla cinsi əlaqə olmaq olmamışdır. Məhkum onun evinə basqın edib, pulunu ələ keçirmişdir. Məhkum onu öldürmək istəsə də, Şahid5i gördükdən sonra evdən qaçıb getmi şdir. Məhkumin onu öldürmək niyyəti olsa da buna imkanı olmamışdır. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. O, pensiya alır, oğlanları da işləyir və ona kömək edirlər. Məhkum əlləri ilə onun ağzından və boğazından tutub sıxarkən baş, boğaz, alın və sifət nahiyyələrinə xəsarət yetirmişdir. Başından aldığı xəsarəti də çabalayıb Məhkumin əlindən çıxmaq istəyən zaman sonuncunun onu tutub bir neçə dəfə başını divara vurması nəticəsində almışdır. Məhkum əvvəllər onun evinə gəlib- getdiyi üçün evə necə daxil olmağın rahat yolunu da bilmişdir. Məhkum evin giriş qapısının qarşısında ayaqqabılarını çıxarmış, daha sonra səssizcə qapının rəzəsini silkələməklə qayçını yerə salıb qapını açmaqla evə daxil olmuşdur. Məhkum gecə saatları olduğu üçün onu yatmış vəziyyətdə olduğunu zənn etmişdir. M əhkum onunla aralarında intim münasibətlərinin olması, onun Məhkumi özü evə çağırması və onun öz razılığı ilə evinə daxil olması ilə bağlı dedikləri tamamilə yalandır. Məhkum ilə heç vaxt intim münasibəti olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid5 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 eltisidir. Məhkum həmkəndlisidir. Məhkum ilə aralarında heç bir narazılıq və ədavət baş verməmişdir, normal həmkəndli münasibətləri olmuşdur. 14 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində heyvanlarına baxmaq üçün həyətə çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2in evindən boğunuq səs gəldiyini eşitmişdir. Geri qayıdıb həyat yoldaşı Şahid6 bu barədə məlumat vermiş və gedib Zərərçəkmiş şəxs2i yoxlamaq lazım olduğunu bildirmişdir. Şahid6 səhhətində problemlər olduğuna görə evdə uzanmışdır. Həyətə çıxan zaman yenidən həmin səsi eşitmiş və Şahid6i çağırıb tez Zərərçəkmiş şəxs2in evinə getmişlər. O, qabaqda, Şahid6 isə ondan arxada gəlmişdir. O, Zərərçəkmiş şəxs2in evinə yaxınlaşan zaman evin bütün qapılarının açıq olduğunu görmüşdür. Bir az irəli gedib bir nəfər kişinin Zərərçəkmiş şəxs2 yatağa uzadıb adyal və balıncla üzündən sıxıb boğduğunu görmüşdür. Geri çevrilib Şahid6ə evdə kişi olduğunu demişdir. Şahid6 ona “qorxma, içəri gir, mən də çatdım” demişdir. İçəri girən zaman həmin şəxsin Məhkum olduğunu görmüşdür. O, içəri girərkən görmüşdür ki, Məhkum yastığı Zərərçəkmiş şəxs2in sifətinə sıxaraq, yataq dəstinin örtüyünü isə Zərərçəkmiş şəxs2in boğazına və başına dolamaqla boğurdu. Məhkum onu görüb qaçmaq istəyərkən o, aynabəndin giriş qapısının qarşısında onun qolundan tut ub saxlamaq istəsə də, Məhkum onu itələyib qaçmışdır. Arxada gələn Şahid6 onu tutmaq istəsə də, Məhkum Şahid6in sinəsindən itələyib qaçmışdır. Məhkum Zərərçəkmiş şəxs2in həyətində olan dəmir tordan hoppanıb keçərkən yıxılmışdır. Əlinə ağac alıb onun dalınca qaçmaq istəsə də, Məhkum cəld yerindən durub qaçmış və ona çata bilməyəcəyini düşünüb geri qayıtmışdır. Zərərçəkmiş şəxs2in sözlərindən Məhkumin onu boğaraq pul istəməsini başa düşmüşdür. Dərhal Şahid6 bu barədə polisə və təcili tibbi yardıma məlumat vermişdir. Zərərçəkmiş şəxs2 evinə daxil olan zaman Məhkum orada tək olmuşdur. Orada Məhkumdən başqa heç kəsi görməmişdir. Zərərçəkmiş şəxs2in evinə daxil olan zaman Məhkum Zərərçəkmiş şəxs2 əlində olan adyala bükülmüş yastıq ilə boğmasını görmüşdür. Oğlu Şahid7 oraya sonradan səs-küyə gəlm iş, Şahid6gələn zaman artıq Məhkum dəmir tordan hoppanıb keçmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid6 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 mərhum qardaşı X14in həyat yoldaşıdır. Məhkum həmkəndlisidir. Məhkum ilə aralarında heç bir narazılıq və ədavət baş verməmişdir, normal kəndli münasibətlərində olmuşlar. 14 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində yaşadığı evdə olan zaman həyat yoldaşı Şahid5 həyətə çıxıb geri qayıdan zaman Zərərçəkmiş şəxs2in boğunuq halda ağlamaq səsinin gəldiyini bildirib Zərərçəkmiş şəxs2in yaşadığı evə baxmağını istəmişdir. Birlikdə Zərərçəkmiş şəxs2in yaşadığı evə getmişlər. Evin yanına çatan zaman Şahid5 qapının açıq olduğu üçün içəridə kiminsə olduğunu demişdir. Şahid5 içəri daxil olub həmin şəxsin Məhkum olduğunu bildirmişdir. Evə daxil olan zaman Məhkum bir əli ilə Zərərçəkmiş şəxs2 boğazından tutaraq boğmasını, digər əlində olan adyala bükülü yastıq ilə onun ağzını tutaraq qışqırmağa qoymamasını görmüşdür. Şahid5 Məhkumin qolundan tutaraq “sən burda nə gəzirsən” demişdir. Məhkum Şahid5in əlindən çıxmış, tutmaq istəyən zaman onu da itələyib evin giriş qapısından çıxaraq həyətə doğru qaçmışdır. Bundan sonra onun haraya getməsini görməmişdir. Zərərçəkmiş şəxs2 ilkin yardım göstərmişlər. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 evinə daxil olan zaman Məhkum orada tək olmuşdur. Orada Məhkumdən başqa heç kəsi görməmişdir. Zərərçəkmiş şəxs2 Məhkumin onun evinə daxil olaraq ondan pul tələb etməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 sonradan pulunun yerinə baxan zaman Məhkumin onun 950 manat pulunu göt ürdüyünü və həmin pulu Məhkumin necə və hansı formada götürdüyünü görmədiyini demişdir. Məhkum qaçan zaman səs-küyə oğlu Şahid6Zərərçəkmiş şəxs2in evinə gəlmişdir. Şahid6Məhkumi evin içərisində görməmişdir. Məhkumin əynində köynək və tünd rəngli şalvarın olduğunu görmüşdür, onun əynində başqa hansı paltarların olmasını dəqiq xatırlamır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid7 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 mərhum əmisi X14in həyat yoldaşıdır. Məhkum həmkəndlisidir. xx.xx.2021-ci il tarixdə saat 22:30 radələrində yaşadığı evdə olan zaman anası Şahid5 həyətə çıxıb geri qayıdan zaman təxminən evlərindən 40 metr məsafədə evi yerləşən Zərərçəkmiş şəxs2in boğunuq halda səsinin gəldiyini bildirib onun yaşadığı evə baxmağı istəmişdir. Yorğun olduğu üçün evdən çıxmamışdır. Atası Şahid6 və anası Şahid5 Zərərçəkmiş şəxs2in evinə getmişlər. Təxminən 3-5 dəqiqədən sonra atasının ucadan səsinin gəldiyini eşidib evdən çıxmışdır. Qaça-qaça Zərərçəkmiş şəxs2 evinə tərəf gedən zaman həmkəndlisi Məhkumin Zərərçəkmiş şəxs2in evindən çıxıb məhləyə tərəf qaçdığını görmüşdür. Zərərçəkmiş şəxs2in evinin arxasına qədər qaçmış, lakin Məhkumə çatmayacağını düşünüb dayanmış və geri qayıtmışdır. Zərərçəkmiş şəxs2in evinə girən zaman atası Şahid6 və anası Şahid5 Zərərçəkmiş şəxs2i sakitləşdirməyə çalışırmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs2ə su verib sakitləşdirmişlər və sonuncu “yaxşı ki, gəldiniz yoxsa Məhkum məni artıq öldürürdü, artıq boğulurdum” demişdir. Daha sonra Zərərçəkmiş şəxs2 huşunu itirib yıxılmışdır. Zərərçəkmiş şəxs2in oğlu X12ə zəng edib bu barədə məlumat verərək kəndə çağırmışdır. O, Zərərçəkmiş şəxs2in evinə gedən zaman artıq Məhkum oradan qaçmışdır. Nə baş verdiyini soruşan zaman Şahid6 və X5 pul istəyərək onu boğduğunu bildirmişlər. Hadisə vaxtı orada olmadığı üçün Məhkumin pulu götürübgötürmədiyini görməmişdir. Sonradan hadisə vaxtı Məhkumin Zərərçəkmiş şəxs2 yastığının altına salfetkaya bükülmüş halda qoyduğu 950 manatı götürdüyünü eşitmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 iyun 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisə Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş vermişdir, protokolda həmin evin əlamətləri əks olunmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 fevral 2022-ci il tarixli “İstintaq eksperimentini n keçirilməsi haqqında protokol”dan görünür ki, keçirilmiş eksperimentlə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 yaşadığı Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən evinin giriş qapısının içəri tərəfdən cəftə yerinə keçirilmiş qayçının çöldən qapıya təzyiq göstərildikdə yerə düşməsinin mümkün olması və Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi həmin xüsusatın düzgün olması öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 15 iyun 2021-ci il tarixli, 692 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsinin təpə nahiyəsinin, sol körpücükdöş oynağı nahiyəsinin qançırları, alın nahiyəsinin, boyunun sol yan səthinin çiyinüstü nahiyəyə keçən hissəsinin, sağ mil-bilək oynağı nahiyəsini n sıyrıqları, sol almacıq nahiyəsinin cüzi şişkinlik fonunda qançırı küt əşyaların təsirindən törənmişlər, müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdilər, əmələ gəlmə müddəti 14 iyun 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 13 avqust 2021-ci il tarixli, 525/2021 saylı rəyindən görünür ki, Məhkum ABO sistemi üzrə qan qrupu: A-betta/İİ/. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: O-alfa, beta /İ/.(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus xalat üzərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup göstəricisi ABO sistemi ü zrə tədqiq olunduqda yalnız H antigeni alındı. Bu qan ləkələri O-alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər (iş vərəqə: cild 2, səh. 213-216). Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Məhkum törətmiş olduğu cinayət əməlinin tövsifi zamanı maddi hüquq normalarının tətbiqində səhvə yol vermişlər. Belə ki, ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri nəticəyə görə Məhkum Zərərçəkmiş şəxs2 quldurluq niyyətilə qəsdən öldürməyə cəhd etməsi qərarına gəlmiş, lakin hadisə zamanı səs-küyə gələn zərərçəkmiş şəxsin gohumlarının müdaxilə etməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini, yəni Zərərçəkmiş şəxs2 öldürməyi başa çatdıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin və onun yaxın gohumlarının ifadələrində də Məhkum Zərərçəkmiş şəxs2 qəsdən öldərməyə cəhd etməsi ilə bağlı heç bir mötəbər sübut mövcud deyildir. Həmin ifadələrdən də görünür ki, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs2 qarşı etdiyi zorakılıq hərəkətləri quldurluq yolu ilə zərərçəkmiş şəxsin əmlakını ələ keçirmə məqsədi ilə həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqından ibarət olmuşdur. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin (başın tüklü hissəsinin təpə nahiyəsinin, sol körpücük-döş oynağı nahiyəsinin qançırları, alın nahiyəsinin, boyunun sol yan səthinin çiyinüstü nahiyəyə keçən hissəsinin, sağ mil-bilək oynağı nahiyəsinin sıyr ıqları, sol almacıq nahiyəsinin cüzi şişkinlik fonunda qançırı) xarakteri və sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aid olması da qeyd olunan nəticəyə gəlməyə əsas verir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən, yəni təqsirləndirilən şəxs Məhkum öz iradəsindən asılı olmayan səbəblərdən öz niyyətini, yəni Zərərçəkmiş şəxs2 öldürməyi başa çatdıra bilməməsi barədə gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında Məhkum Zərərçəkmiş şəxs2 öldürmək niyyətinin olmasını, bu niyyəti həyata keçirməsi üçün onun konkret hansı hərəkətləri etməsini təsdiq edən sübutlar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq o laraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dis pozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlid ir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Məhkum ittihamından xüsusilə ağır cinayət hesab edilən 29, 120.2.11-ci maddəsinin xaric edilməsinə görə o, digər maddələr üzrə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin normaya görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməy ə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.11-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə və cəzalandırılmasına dair hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum barəsində CM-in 29, 120.2.11-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.3 və 419.10.4ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli qərarı dəyişdirilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli qərarı və onunla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.11-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair hissədə ləğv edilsin və Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 29, 120.2.11-ci maddəsi ilə Məh kum barəsində cinayət işinə xitam verilsin. Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.11-ci maddəsi ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum CM-in 128-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə və CM-in 181.2.3-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.3cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar