Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-254/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 06 fevral tarixli, 1(103)-398/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X3-Məmmədova (sədrlik edən və məruzəçi) Rasim Sadıxov və Novruz Kərimovdan ibarət tərkibdə) 2023-cü il 4 dekabr tarixli, 1(101)1593/2023 nömrəli hökmü ilə, xx xxxxxxx 1989-cu ildə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Biləsuvar rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 1 saylı yataqxanada yaşamış, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmi ş, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, CM-in 67-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2015-ci il tarixli qərarı ilə üzərində saxlanılmış 7 il 9 ay 5 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini təşkil edən 10 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməsi yolu ilə ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 30 mart 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) 2024-cü il 06 fevral tarixli, 1(103)-398/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan külli miqdard a 14,042 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində 30 mart 2023-cü il tarixdə saat 15:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə gətirilmiş və orada həmin tarixdə saat 17:00-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 14,042 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏH KUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ. Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkum bildirmişdir ki, cinayət işinin materiallarında müəyyən olunmuş, toplanmış sübutlar tam, hərtərəfli, obyektiv araşdırılmamışdır. Apellyasiya məhkəməsi qeyd olunanları nəzərə almadan işin fakriki hallarına uyğun olmayan ədalətsiz qərar qəbul etmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 06 fevral tarixli, 1(103)-398/2024 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilən cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınd a iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 fevral tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəmə si, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiya sı məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını ka ssasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqi qətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta y etirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisləndirməsədə, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsiri cinayət işi üzrə t oplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. İttihamı təsdiq edən dəlillər məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində, cinayətin təhlükəli residivi nəzərə alınmaqla, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 4 dekabr tarixli, 1(101)-1593/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 06 fevral tarixli, 1(103)-398/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-254/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-254/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver