Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2540/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Əliyeva Günel Vəli qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhk əməsinin 23 aprel 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 182.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi G.V.Əliyeva tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx 1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, ali təhsil li, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, "Təzadlar" qəzetinin müxbiri vəzifəsində işləmiş, əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2013cü il tarixli hökmü ilə CM-in 178.2.1, 178.2.2, 178.2.3, 310-cu maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 iyun 2016-cı il tarixdə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşam ış, CM-in 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B massivində yerləşən tikinti meydançasına gedərək, özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edib istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə m əxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə, videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində tikinti işlərini həyata keçirən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs8 hədə-qorxu ilə 300 manat məbləğində pul vəsaiti tələb etmiş və qeyd olunan ərəfədə hissə-hissə olmaqla 200 manat, 2024-cü ilin mart ayında isə 50 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 məxsus 250 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsəd i ilə 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə Xıdır Mustafayev küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binasının tikinti sahəsinə gedib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək, istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində tikinti işlərini həyata keçir ən "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Zərərçəkmiş şəxs4 hədə-qorxu ilə 50 manat məbləğində pul vəsaiti tələb edərək almışdır. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin dekabr ayının sonlarında Abşeron rayonu ərazisində olduğu vaxt istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefon vasitəsilə həmin vaxt ünvan 3 ünvanında iş yerində olan Abşeron rayon Su-Kanal İdarəsinin rəisi vəzifəsində çalışan Zərərçəkmiş şəxs5 Kamal oğlunun istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefonuna zəng edib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək rəhbəri olduğu idarənin fəaliyyətində nöqsanlar aşkar etdiyini və həmin nöqsanlarla bağlı çəkdiyi rücvayedici və cinayət xarakterli videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini və özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, işgüzar və cəmiyyətdə olan nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində Zərərçəkmiş şəxs5 hədəqorxu ilə 50 manat məbləğində pul vəsaiti tələb etmiş və qeyd olunan ərəfədə 30 manat, 2024-cü ilin mart ayında isə 50 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 Kamal oğluna məxsus 80 manat məbləğində pul vəsaitini hədəqorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin yanvar ayının ortalarında ünvan 5 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının tikinti sahə sinə gedib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək, istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə, videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində tikinti işlərini həyata keçirən "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Zərərçəkmiş şəxs7 hədə-qorxu ilə 300 manat məbləğində pul vəsaiti tələb etmiş və 2024-cü ilin yanvar ayından həmin ilin mart ayınadək olan müdd ət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə bank kart kesabına köçürülən Zərərçəkmiş şəxs7 məxsus 300 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən ticarət obyektinin tikinti sahəsinə gedib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək, istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət or qanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini həmin vaxt 055 ***-**-** nömrəli mobil telefon vasitəsilə onun istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefona zəng edib əlaqə saxlayan tikinti işlərini həyata keçirən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs6 bildirməklə, videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində sonuncudan hədə-qorxu ilə 1000 manat məbləğində pul tələb etmiş, tələb etdiyi pul vəsaiti ona ödənilmədiyi üçün guya inşaat işlərinin qanunsuz aparılması və tikinti qaydalarının pozulmasına dair videoreportaj hazırlayıb özünə məxsus “Tik-Tok” sosialşəbəkə hesabında yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımlad ığı videogörüntülərin silinməsi xahişi ilə 2024-cü ilin fevral ayının sonlarında bir daha mobil telefon vasitəsilə ona müraciət edən Zərərçəkmiş şəxs6 məzmununda rüsvayedici xarakter daşıyan əlavə məlumatları da xəbər saytlarında yayıb ictimailəşdirəcəyini, şəxsi və işgüzar nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə, hədəqorxu gəlib qeyd olunan videogörüntünün silinməsi və əlavə paylaşım edilməməsindən ötrü vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan yenidən hədə-qorxu ilə 1000 manat məbləğində pul tələb etmiş və həmin tarixdə bank kart hesabına Zərərçəkmiş şəxs6 tərəfindən köçürülmüş 800 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin mart ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa olunan yaşayış binasının tikinti sahəsinə gedib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək, istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus “Tik-Tok" sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə, videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində tikinti işlərini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə 100 manat məbləğində pul vəsaiti tələb etmiş və 2024-cü ilin mart ayı ərzində vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə bank kart kesabına köçürülən Zərərçəkmiş şəxs1 məxsus 100 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sumqayıt şəhər İcra hakimiyyətinin sifarişi əsasında şəhər ərazisində quruyan ağacların budaqlarının kəsilməsini və digər təmizlik işlərini günəmuzd olaraq görən X5 ağacları guya qanunsuz kəsməsini və ekoloji qaydaları pozmasını əks etdirən videoreportaj hazırlayıb özünə məxsus “Tik-Tok” sosial şəbəkə hesabında yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı videogörüntülərin silinmə si xahişi ilə 15 mart 2024-cü il tarixdə 050 ***-**-** nömrəli mobil telefon vasitəsilə onun istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefona zəng edib əlaqə saxlayan X5in qohumu, ünvan 6 ünvanında yerləşən Kliniki-Tibbi Mərkəzində çalışan X6 məzmununda rüsvayedici xarakter daşıyan X5ə aid əlavə məlumatları da xəbər saytlarında yayıb ictimailəşdirəcəyini, sonuncunun şəxsi və işgüzar nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə qeyd olunan videogörüntünün silinməsi və əlavə paylaşım edilməməsi müqabilində X6dan 500 manat məbləğində pul vəsaiti tələb etmiş və həmin ərəfədə bank kart hesabına zərərçəkmiş şəxs X10 tərəfindən köçürülən 300 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgən in əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin mart ayının sonlarında ünvan 7 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının tikinti sahəsinə gedib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək, istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə, videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində tikinti işlərini həyata keçirən "xxxx" Mənzil Tikinti Kooperativinin nəza rətçisi Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə 100 manat məbləğində pul vəsaiti tələb etmiş və həmin ərəfədə bank kart kesabına Zərərçəkmiş şəxs3 tərəfindən köçürülən 100 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Əsədov Faiq Elxan oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) 1 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi G.V.Əliyeva kassasiya şikayəti, Məhkum isə - kassasiya şikayətinə əlavə verərək aşağıdakıları xahiş etmişlər: - Məhkum müdafiəçisi G.V.Əliyeva – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə baraət verilməsi haqqında qərarın qəbul edilməsini, - Məhkum – barəsində ədalətli qərar qəbul edilməsini. Kassasiya şikayətinin və kassasiya şikayətinə edilmiş əlavənin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra maddələrinə, hüqüqlarını müdafiə etdiyi şəxsin barəsindəki yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi G.V.Əliyeva həmin şikayətini onunla əsaslandırmışdır ki, Məhkum həbs olunana qədər jurnalist kimi fəaliyyət göstərmiş və ölkədəki ictimai-siyasi vəziyyət, o cümlədən rastlaşdığı pozuntular haqqında xəbərlər hazırlayaraq müxbiri olduğu kütləvi informasiya vasitələrində yaymışdır. Bu xəbərlər daha çox tənqidi tonda olub ictimai-siyasi vəziyyətlə əlaqədar problemləri nəzərə çatdırmaq məqsədi daşısa da, o, heç kimdən nə hədə-qorxu ilə pul və ya sair maddi nemət tələb etməmiş, nə də zərər çəkmiş şəxslərin və ya onların yaxın qohumları haqqında rüsvayedici məlumatlar yaymaq, həbelə həmin şəxslərə qarşı zor tətbiq etmək hədəsi söyləməmişdir. İş materiallarında olan şikayət ərizələrində zərər çəkmiş şəxslər Məhkum onlar barədə rüsvayedici məlumatları yaymaqla hədə-qorxu gəldiyini qeyd etsələr də, sonuncunun t anımadığı şəxslər barədə belə məlumatları necə əldə edə biləcəyi araşdırılmamış və ərizələrdə göstərilən hallar müvafiq sübutlarla təsdiq olunmamışdır. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, istintaq orqanı tərəfindən zərər çəkmiş şəxs kimi bir neçə nəfər göstərilsə də, onların hamısı məhkəmə iclasında ifadə verərkən Məhkum onlara hədə-qorxu gəlmədiyini, özlərinin kömək məqsədi ilə ianə şəklində ona pul verdiklərini, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı şikayətlərinin olmamasını və bu haqda notarial qaydada təsdiq edilmiş ərizələrini təqdim etdiklərini bildirmişlər. Eyni zamanda kassasiya şikayətində qeyd olunmuşdur ki, zərər çəkmiş şəxslər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilərək həmin şəxslərin şikayətləri olmadığı təqdirdə polis əməkdaşlarının təşəbbüsü ilə onlara Məhkum guya hədə-qorxu gəlməklə müxtəlif məbləğlərdə pul tələb etməsi barədə ərizələr yazdırılmış və bu ərizələr əsasında da sonuncunun barəsində qanunsuz olaraq cinayət işi başlanılaraq o, CM-in 182.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, sonradan isə bu maddə ilə təqsirli bilinərək məhkum olunmuşdur. Halbuki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclasında Məhkum ona qarşı irəli sürülmüş ittihamı təsdiq edən mötəbər sübutlar əldə olunmamış və araşdırılmamış, məhkəmələr isə toplanmış sübutlara düzgün qiymət verməmiş, nəticə də hüquqlarını müdafiə etdiyi şəxs qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçisi G.V.Əliyeva onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə əlavədə işin m üəyyən edilmiş faktiki hallarını mübahisələndirən Məhkum həmin müraciətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir qrup əməkdaşları tərəfindən qanunsuz olaraq tutulduğunu və həmin İdarənin inzibati binasına gətirildiyini, əməliyyatçılar tərəfindən orada dəfələrlə saçından tutularaq ona məxsus olan telefonun parolunun tələb edildiyini, onlardan saxlanılması səbəbini və barəsində hansı şikayət ərizəsinin olduğunu soruşsa da buna məhəl qoyulmadan yalnız göstərilən tələbin təkrarlandığını bildirərək həmçinin qeyd etmişdir ki, polis əməkdaşları bu tələbi irəli sürərkən ona məxsus telefonun yaddaşında olan və müxtəlif vaxtlarda ona ianə-yardım göndərən şəxslərin telefon nömrələrini götürərək öz xidməti telefonlarından onlara zəng etdərək müxtəlif variantlarla, hətta hədə-qorxu gəlməklə onları idarəyə gətizdirərək iş üzrə şikayətçi qismində cəlb edilb özlərinin tərtib etdikləri ərizələri imzalatdırdıqdan sonra onun qanunsuz olaraq həbs edilməsinə nail olmuşlar. Onun barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən isə iş üzrə zərər çəkmiş qismində tanınmış həmin səkkiz şəxsin hər birisi ondan şikayətçi olmadıqlarını, onun tərəfindən onların şantaj edilmədiklərini, özlərinin ianə-yardım şəklində ona müxtəlif məbləğlərdə pul verdiklərini bildirmiş, bu haqda da notarial qaydada təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim etmişlər. Məhkəmələr isə bu hallara düzgün qiymət verməyərək onun haqqında ədalətsiz yekun məhkəmə aktları qəbul etmişlər. Beləliklə, kassasiya şikayətinə əlavənin müəllifi əsa ssız olaraq məhkum edilməsini iddia edərək onun da həmin müraciətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə və ona edilmiş əlavəyə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2025-ci il tarixli iclasına təyin olunmuş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsininin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə adları sadalanan zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi G.V.Əliyevanın kassasiya şikayətinin və Məhkum kassasiya şikayətinə əlavəsinin məzmunlarından göründüyü kimi, həmin müraciətlərin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən sonuncunun barəsində yekun məhkəmə aktları qəbul edilərkən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş və Məhkum əsassız və qanunsuz olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Bununla da, müraciət müəllifləri apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə k ollegiyası müdafiəçi G.V.Əliyevanın kassasiya şikayətini və Məhkum kassasiya şikayətinə əlavəsini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və həmin müraciətlərlə bağlı Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şik ayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pre dmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət K ollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyası nın (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edi lməsini, digər tərəfdən isə hər hansı cinayətin və ya cinayətlərin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin işti rakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitu siyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqla rını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cina yət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir k i, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsi rli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar da öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və c inayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət ə lamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında gö stərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eləcə də qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub -olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün t ətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları araşdırmaqla və onları qanuna müvafiq qaydada qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı və hazırkı qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə hökmdən verilmiş apellyasiya şikayətlərinə əlavə sübutlar tələb edilmədən və məhkəmə istintaqı aparılmadan baxaraq həmin məhkəmənin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmənin gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Odur ki, kass asiya müraciətlərində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin araşdırılmış sübutların qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verməsi, məhkumun ona istinad olunan əməli törətməsinin sübuta yetirilməməsi haqqında dəlillərini və bu dəlillərə əsasən məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsinə dair tələbin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində və həmin şikayətə edilmiş əlavədə əksini tapmış təsvirini deyil, iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları nəzərə alaraq məhz həmin halları rəhbər tutur. Məhkəmələrin ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyy ən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum zərər çəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə onlardan təkrarən müxtəlif məbləğlərdə pul vəsaitlərini ona verilməsini tələb etmiş, yəni hədə-qorxu ilə özgə əmlakını tələb etmə cinayət əməllərini törətmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini, zərər çəkmiş şəxslərdən hədə-qorxu ilə pul tələb etmədiyini və heç kəsi şantaj etmədiyi, zərər çəkmiş şəxslərin özləri ona müəyyən məbləğlərdə “şirinlik” kimi pullar verdiklərini göstərsə də, onun bu ifadələri ilk növbədə özünün ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələri, daha sonra hazırkı iş üzrə çoxsaylı zərər çə kmiş şəxslərin ifadələri ilə, bir sıra sübut əhəmiyyətli sənədlərlə təsdiq edilmişdir (bu sübutların hamısı birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların təkrarən hazırki qərarda təsvirinə ehtiyac görmür). İş materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında kassasiya müraciətlərində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması və araşdırılması, o cümlədən zərər çəkmiş şəxslərin dindirilmələri zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən işin təkzib olunmayan faktiki halları müəyyən edilmişdir. Eyni zamanda məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında sübutları təsvir etməklə kifayətlənməyib həmin sübutlara mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verərək onları Məhkum təqsirliliyinin müəyyən edilməsi üçün kifayət edən hesab etmiş və sonuncunun törətdiyi əməlinin CM-in 182.2.2-ci maddəsi ilə tövsif edilməsi barədə ibtidai araşdırma orqanının mövqeyi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmalı olması barədə mötəbər yekun nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası məhkəmələrin bu nəticəsini qanuni və əsaslı hesab edərək onu da vurğulamağı lazım bilir ki, məhkəmələr iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarını əsaslandırarkən qanun pozuntusu ilə, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə əldə olunmuş heç bir süb uta istinad etməmiş, çünki belə sübutların olması ümumiyyətlə müəyyən edilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş, iş üzrə Məhkum təqsirliliyinin müəyyən edilməsi üçün əlavə araşdırmalarını aparılmasına ehtiyac olmamış və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindi rmək və başqa hüquqların pozulmasına da yol verilməmişdir. Eyni zamanda həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri Məhkum məhz ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə nəticəyə gələrkən qəbul etdikləri yekun məhkəmə aktlarında mülahizələrə və ehtimallara deyil, araşdırılmış mötəbər və qanuni yolla əldə edilmiş, biri-birini tamamlayan sübutlara əsaslanmış və istər işə mahiyyəti üzrə baxarkən, istərsə də yekun məhkəmə aktları qəbul edərkən həm maddi, həm də prosessual hüquq normalarının aşağıdakı tələblərinə də tam əməl etmiş, həmçinin bunlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini də nəzərə almışlar. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə əməllərinin törədilməsinə görə cinayət məsuliyyəti CM-in 182.1-ci maddəsində, bu əməllərin təkrar törədilməsinə görə isə belə məsuliyyət CM-in 182.2.2-ci maddəsində nəzərdə tutulmuşdur. Cinayət qanununun bu normasının tələblərinə əsaslanan məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, əvvəla həmin normada “rüsvayedici məlumatlar” dedikdə hədə-qorxuya məruz qalmış şəxsin yayılmasını istəməyən istənilən məlumat, o cümlədən onun həm hər hansı şəkildə təsdiq olunan, həm də təsdiq olunmayan qanunsuz, o cümlədən cinayət xarakterli əməlləri törətməsi, habelə ailə sirrini və ya işguzar fəaliyyətinə aid sirri təşkil edən hər hansı və bu kimi digər məlumatlar başa düşülür. Burada önəmli məsələ odur ki, zərər çəkmiş şəxs özü belə məlumatların yayılması nəticəsində rüsvay edilə biləcəyini dərk etsin, belə məlumatların yayılması ilə bağlı hədəqorxuya məruz qalsın, göstərilən məlumatların yayılmaması üçün isə təqsirkar tərəfindən onun əmlakı ya əmlak xarakteri daşıyan digər hərəkətlər edilməsi ondan tələb olunsun. Məhkəmə Kollegiyası vurğulamağı lazım bilir ki, yuxarıda şərh edilən hüquqi mövqedən həmçinin Azrbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu də “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməs inə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədəqorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərər çəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərər çəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərər çəkmiş şəxsin həmin məlumatları necə qəbul etməs indən asılıdır. Zərər çəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərər çəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd etmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əm lakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi bilavasitə həmin Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə bağlıdır. Belə ki, hədə-qorxu ilə tələb et mənin ağırlaşdırıcı hallarının hər birinin (Cinayət Məcəlləsinin 182.2.1- 182.2.5-ci maddələri) əsasını həmin maddənin dispozisiyasında verilmiş hədə-qorxu ilə tələb etmənin tərkibi təşkil edir. Hədəqorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün Cinayət Məcəlləsinin 182.1-ci maddəsində qeyd olunan əsasların mövcud olması mütləq şərtdir. Belə olan halda Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranmasının ziyanın real mövcud olması ilə şərtləndirilməsi, həmin Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğun gəlmir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Eyni hüquq mövqe həmçinin “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 dekabr 1998-ci il tarixli Qərarında da (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş əlavələr və dəyişikliklərlə birlikdə) məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdə də əksini tapmışdır. Belə ki, həmin Qərarın 3-cü bəndinin 2-ci abzasında izah olunmuşdur ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, z ərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Qərarın 3-1-ci bəndinə görə, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərər çəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məc əlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Həmin Qərarın 7-ci bəndinə əsasən, isə təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, Məhkum təkrarən, hədəqorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmiş, zərər çəkmiş şəxslərdən onların barəsində rüsvayedici məlumatların yayılmaması müqabilində pul tələb edildiyi andan onun törətdiyi cinayət əməlləri başa çatmış və bütün bu hallara görə ibtidai araşdırma orqanı ilə yanaşı, məhkəmələr də Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi barədə düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərdən çıxış edərək bu nəticə ilə razılaşır, Məhkum əməllərinin isə başqa cür qiymətləndirilməsi, habelə iş üzrə başqa nəticəyə gəlmək, o cümlədən kassasiya müraciətlərinin təmin edilərək apellyasiya instansiyası məhkəməsinin mübahisələndiril ən 1 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsindəki cinayət işinin icraatına hər hansı, o cümlədən bəraətverici əsaslarla xitam verilməsi üçün əsaslar görmür və bunu mümkün bilmir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyası ınstansiyası məhkəmələri iş üzrə yuxarıda göstərilən nəticəyə gələrkən həmçinin prosessual qanunvericiliyin də aşağıdakı tələblərinə əməl etmişlər. Belə ki, CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyat a keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibar ətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-in 146.1-c i maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 349.5-ci maddəsinin tələblərindən görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi halla r onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi ki mi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Məhkəmə kollegiyası CPM-in 349.5-ci maddəsinin tələblərindən çıxış edərək onu da vurğulayır ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri, məhkəmə iclasında isə tədqiq edilmiş ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə b elə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanu nçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarınd a göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə kollegiyası hazırkı işin materiallarına əsaslanaraq onu da qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə işə baxarkən iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina etməmiş, istər Məhkum, istərsə də hazırki iş üzrə zərər çəkmiş qismində tanınmış şəxslərin ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında həqiqətə uğun olmayan ifadələr vermələrini, sonuncuların bundan əvvəl hər hansı təzyiq altında Məhkum barəsində şikayət ərizələri ilə hüquq mühafizə orqanına müraciət etmələrini, onların dindirilmələri zamanı hüquqlarının pozulmasını müəyyən etməmiş, məhkumun və zərər çəkmiş şəxslərin ifadələri iş üzrə araşdırılmış və hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında əksini tapmış başqa sübutlara uyğun olmuş və məhkəmələr haqlı olaraq qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına məhz araşdırılmış və qiymət verilmiş sübutları qoymuş, bu sübutların əsasında da Məhkum CM-in 182.2.2-ci maddəsində nəzərdə tutu lmuş cinayəti törətməkdə təqsirli bilinməsinə dair qanuni və əsaslı yekun məhkəmə aktları qəbul edilmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi G.V.Əliyevanın kassasiya şikayətində və Məhkum kassasiya şikayətinə əlavədə göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və bu dəlillər Məhkum cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Təsvir edilənlərdən başqa, məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə əsasən Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı maddi hüquq normalarının tətbiqini də yoxlamış və bununla bağlı ilk növbədə vurğulayır ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etmək dən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiya sı məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini s əciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidi r. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən e dilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin i slah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad olunan CPM-in 349.5-ci maddəsinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür, CPM-in 143-146-cı maddələrinin tələblərinə isə həmçinin şəxsin barəsi ndə bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Q ərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə d övlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəza nı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi y anaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, ü sulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ni, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran h alları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Apellyasiya instansiyası məhkəməsinin də dəyişdirmədən qüvvədə saxladığı Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli hökmündən görünür ki, həmin məhkəmə Məhkum barəsində onun təqsirli bilindiyi CM-in 182.2.2-ci maddəsi ilə cəza tədbirinin seçilməsi məsələsini həll edərkən, məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eyni zamanda CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, CM-in 59.1.12-59.1.13-cü madələrinə əsasən zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və aradan qaldırılmasını cəzanı yüngülləşdirən hall ar qismində, habelə CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddinə yaxın həddə (CM-in 182.2.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) cəza təyin etmişdir. Məhkəmə kollegiyası yuxarıda təsvir edilmiş qanunvericilik normalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək Məhkum birinci instansiya məhkəməsi tərəfindən onun təqsirli bilindiyi CM-in 182.2.2-ci maddəsi ilə təyin edilmiş cəzanın həddi ilə razılaşmır və həmin cəzanı kifayət qədər sərt, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallara uyğun olmay an ədalətsiz cəza hesab edir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası ona əsaslanır ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs6 notarial qaydada təsdiq olunmuş ərizələrlə məhkəməyə müraciət edərək Məhkum ilə barışdıqlarını, onlara vurulmuş maddi ziyanın ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmamasını bildirmişlər. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin də müəyyən etdiyi hallardan çıxış edərək həmin halların məcmu şəklində nəzərə alınmasını və Məhkum təyin edilmiş cəzanın onun təqsirli bilindiyi maddənin sanksiyası həddində yüngülləşdirilməsini, bu əsasla da onun kassasiya şikayətinə etdiyi əlavənin qismən təmin edilərək barəsindəki Bakı Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarında gəldiyi nəticəyə uyğun olan dəyişikliyin edilməsini məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya müraciətlərinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi G.V.Əliyevanın, həmin müraciətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, məhkumun müdafiəçisi G.V.Əliyevanın kassasiya şikayəti təmin edilməməli, məhkumun həmin şikayətə verdiyi əlavə qismən təmin edilməli və Məhkum təqsirli bilindiyi CM-in 182.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyası həddində endirilməli, bu əsasla da Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iy ul 2025-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Müdafiəçi G.V.Əliyevanın kassasiya şikayəti təmin edilməsin, Məhkum həmin şikayətə etdiyi əlavəsi qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyul 2025-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aydan 5 (beş) ilədək endirilsin. Qərar kassasiya müraciətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2540/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2540/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver