Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2541/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, X8 barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 may tarixli, 1(104)-14/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binas ında məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.İ.Rüstəmovun (sədrlik edən), F.N.Mahmudov və A.E.Məmmədovdan ibarət tərkibdə) 19 yanvar 2024-cü il tarixli, 1(100)80/2024 saylı hökmü ilə xx.xx.1999-cu ildə Rusiya Fedarasiyasının, Samara vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət almış, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclası zalında həbsdən azad edilməsi h ökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X14 və X9 ibarət tərkibdə) 2025-ci il 23 may tarixli, 1(104)-14/2025 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən verilən ittihama görə, X8 tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Azərbaycan Respublikası vətəndaşı Vüsalə və Fatimə adlı şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək q abaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Şəbnəm Cəfərova 2020-ci ilin dekabr ayının əvvəllərində ünvan 2 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının Trabzon şəhərindən Whatsapp ani mesajlaşma və mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb ona Türkiyə Respublikasının Trabzon şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 16 dekabr 2020-ci il tarixdə saat 09:48-də Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçirməklə Türkiyə Respubli kasının Trabzon şəhərinə aparıb şəxsiyyəti istintaqla araşdırılan Vüsalə və Fatimə adlı şəxslərlə həmin şəhərdə kirayə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla şəxsiyyəti istintaqla araşdırılan Vüsalə və Fatimə adlı şəxslərlə birlikdə 17 dekabr 2020-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, X8 tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən suiistifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyy əti istintaqla araşdırılan Azərbaycan Respublikası vətəndaşı Vüsalə və Fatimə adlı şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən 2021-ci ilin oktyabr ayının əvvəllərində Şəbnəm Cəfərova yaşadığı ünvan 3 ünvanında tanışı Zərərçəkmiş şəxs2 ilə danışaraq ona Türkiyə Respublikasının Trabzon şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 30 oktyabr 2021-ci il tarixdə saat 08:47- də Azərbaycan Respublikasının dövlət sərhədini Gəncə hava limanı ndan keçirməklə Türkiyə Respublikasının Trabzon şəhərinə aparıb şəxsiyyəti istintaqla araşdırılan Vüsalə və Fatimə adlı şəxslərlə həmin şəhərdə kirayə götürdükləri mənzilə yerləşdirdikdən sonra 01 noyabr 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı X4 CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaqın ilkin mərhələsindəki zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Lakin ittihamın əsaslandırılması üçün göstərilmiş sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən redd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin və digər şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməsinin motivləri tam göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Məhkəmə tərəfindən bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterl i, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanaraq təqsirləndirilən şəxs Şəbnəm Cəfərovaya təqsirliliyinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə gəlməklə səhvə yol vermiş və əsassız olaraq ona bəraət vermişdir. Məhkəmələr təqsirləndirilən şəxs Şəbnəm Cəfərovanın cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını, bununla yanaşı hazırkı vəziyyətdə cəmiyyətdə gedən prosesləri nəzərə almamış, nəticə etibarı ilə Şəbnəm Cəfərovaya bəraət verib məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Dövlət ittihamçısı bildirmişdir ki, istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs2 ilə Şəbnəm Cəfərova arası nda üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Şəbnəm Cəfərova, Fatma və Vüsalə adlı qadınlar tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. İstintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs1 ilə Şəbnəm Cəfərova arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Şəbnəm Cəfərova, Vüsalə və Fatma adlı qadınlar tərəfindən aldatma yolu ilə həmçinin Vüsalə tərəfindən hədə-qorxu məcburetmə vasitələrindən istifadə edilməklə istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. Bundan başqa, iş materiallarında olan Zərərçəkmiş şəxs2 DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı, xx.xx.2023-cü i l tarixli əlyazması ilə olan və imzası ilə təsdiq etdiyi ərizəsində göstərmişdir ki, "tanışı Şəbnəm Cəfərova məni xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasının Trabzon şəhərinə tanışı X6 yanına göndərərək, Vusalə orda kirayə tutduğu mənzildə məni cinsi istismara məruz qoymuşdur. Xahiş edirəm Şəbnəm Cəfərova və Vüsalə Şiriyeva barəsində qanuni tədbir görəsiniz. Zərərçəkmiş şəxs2 həmin tarixdə verdiyi izahatında isə "izahatım mənim sözlərimlə ilə düz yazılıb və imzamla təsdiq edirəm" sözlərini yazaraq, imzalamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verərkən Şəbnəm Cəfərovanı ona yazığı gəldiyi üçün, bağışlamağı barədə ərizə vermişdir. Lakin sonradan Şəbnəm Cəfərovanın barəsində törətdiyi cinayəti xatırlayaraq onu bağışlamamaq qərarına gəlmişdir. Ona görə də Şəbnəm Cəfərova ilə bağlı verdiyi barışıq ərizəsinin etibarsız sayılmasını və sonuncuya ağır cəza təyin edilməsini xahiş etmişdir. Zərurət yaranarsa yenidən məhkəmədə ifadə verməyə hazır olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. Həmçinin Zərərçəkmiş şəxs2 tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, Şəbnəm Cəfərova barəsində ağır cəza təyin edilməsini xahiş etməklə, zərurət yaranarsa yenidən məhkəmədə ifadə verməyə hazır olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. X18 ifadələrində ona qarşı ifadə verən qadınları heç bir zaman cinsi istismar etmədiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Trabzon şəhərində fahişəliklə məşğul olmaları barədə məlumatlarının olduğunu, onların öz istəyi ilə oraya getdiklərini, Zərərçəkmiş şəxs2 sadəcə olaraq Vüsalə ilə əlaqələndirdiyini bildirmişdir. X12 ifadələrində göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxslərin və şahid ifadələri, zərərçəkmiş şəxslərlə Şəbnəm Cəfərova arasında keçirilmiş üzləşdirmələr, baxış protokolu ilə tam təkzib edilmişdir. Dövlət ittihamçısı qeyd etmişdir ki, Şəbnəm Cəfərova gətirdiyi dəlillərin toplanmış digər mötəbər sübutlarla təsdiq edilməməsi onun hadisə ilə bağlı göstərdiklərinin həqiqi olmadığını göstərir və onun özünümüdafiə mövqeyindən çıxış etməklə, özünün təqsirsizliyi barədə yanlış təsəvvür yaratmağa cəhd göstərməklə törətdiyi ci nayətlərə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq istəməsi qənaətinə gəlmək üçün əsas verir. Beləliklə, ittihamın əsaslandırılması üçün yuxarıda göstərilmiş sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin və digər şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməsinin motivləri tam göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Göründüyü kimi, məhkəmə işi qeyri-obyektiv və birtərəfli apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən digər sübutlarla müqayisəli tədqiq etmədən və işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan subyektiv mülahizələrə əsaslanmaqla yalnış nəticəyə gəlmiş, bunun nəticəsi olaraq ağır cinayət törətmiş şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən X4 Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 23 may 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və X8 barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 may tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas ve rərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hans ı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində Şəbnəm Cəfərovaya CM-in 144-1.2.1, 1441.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə bəraət verilməsini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və süb uta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsi tərəfindən CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə bəraət verilmiş və apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə araşdırmasını qismən məhkəmə istintaqı aparmaqla keçirmiş, bəraət almış şəxs, zərərçəkmiş şəxslər yenidən dindirilmiş, iş materiallarında olan digər sübutlar tətqiq edilmişdir. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynilik təşkil etdiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apellyasiya protestinin dəlillərinə münasibətinə və sübutların qiymətləndirilməsi formasına müraciət edilməsini mümkün hesab edir. Belə ki, apellyasiya isntansiyası məhkəməsi apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanı tərəfindən toplanmış sübutlar mötəbər olmamış, zərərçəkmiş şəxslər isə öz ifadələrini məhkəmə istintaqı zamanı təsdiq etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası apellyasiya protestində qeyd edilən zərərçəkmiş şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələri arasında ziddiyyətlərin olması ilə razılaşır. Buna baxmayaraq onların məhkəmə istintaqında vermiş olduqları ifadələrini daha mötəbər hesab edir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrinin mötəbər hesab edilib-edilməməsi ilə bağlı aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, verilmiş ittihamlara görə Şəbnəm Cəfərova zərərçəkmiş Zərərçəkmiş şəxs1 17 dekabr 2020-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək olan müddət ərzində, zərərçəkmiş Zərərçəkmiş şəxs2 01 noyabr 2021-ci il tarixdən 17 noyabr 2021-c i il tarixədək olan müddət ərzində cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Sərhədkeçmə məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs1 04 iyun 2021-ci il tarixdə, Zərərçəkmiş şəxs2 17 noyabr 2021-ci il tarixdə Türkiyə Respublikasını tərk edərək Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Lakin onlar DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişlər. Buna baxmayaraq istintaq orqanı tərəfindən həmin şəxslərin keçən uzun müddət ərzində müraciət etməmələrinin səbəbləri araşdırılmamış, bununla bağlı hər hansı sübutlar toplanılmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, həmin ərizənin sonunda ərizənin xx.xx.2023-cü il tarixdə yazılması qeyd edilmişdir. Lakin ərizəyə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabının ştampı vurulmuş və ərizənin xx.xx.2023-cü il tarixdə qəbul edilməsi, yəni ərizənin yazıldığı tarixdən 3 gün əvvəl qəbul edilməsi qeyd edilmişdir. Bundan başqa, zərərçəkmiş şəxslər tərəfindən verilmiş hər iki ərizənin qeydiyyat nömrələrində düzəlişlər edilmişdir. Qeyd olunanlarla yanaşı cinayət işinin materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(043)-67/2021 saylı hökmündən görünür ki, X5 CM-in 243.1 (fahişəliyə cəlb etmə) və 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə təqsirli bilinmiş, sözügedən cinayət işi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid zərərçəkmiş şəxs qismində cəlb edilmişlər. Həmin hökmlə müəyyən edilir ki, məhkum X5 Zərərçəkmiş şəxs2 2019-cu ilin fevral ayı ərzində, Zərərçəkmiş şəxs1 2020-ci ilin yanvar ayı ərzində fahişəliyə cəlb etmişdir. Məhz həmin qanuni qüvvədə olan hökmlə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasına getməmişdən qabaq da oxşar xarakterli əməllərə yol vermiş (fahişəlik fəaliyyəti ilə məşğul olma) və onları fahişəliyə cəlb etmiş şəxs X5 məsuliyyətə cəlb olunmuşdur. Həmin hökmün hazırkı iş üzrə zərərçəkmiş şəxslərin ifadələri baxımından əhəmiyyəti ondan ibarətdir ki, zərərçəkmiş şəxslər istintaq zamanı verdikləri ifadələrində Şəbnəmin Türkiyədə onlara normal iş tapacağını dediyini bildirmişlər. Lakin onlar məhkəmə istintaqı zamanı səmimi ifadələr verərək əvvəllər də fahişəliklə m əşğul olduqlarını və Türkiyə Respublikasına gedərkən hansı məqsədlə getdikləri barədə məlumatlı olduqlarını bilmələrini göstərmişlər. Onların hər ikisi ifadələrində maddi ehtiyacları olduqları üçün məhz fahişəliklə məşğul olmaqla qazanc əldə etmək məqsədi ilə Türkiyə Respublikasına getdiklərini bildirmişlər İşin qeyd olunan yuxarıdakı halları, Zərərçəkmiş şəxs1 hadisədən 1 il 6 ay sonra, Zərərçəkmiş şəxs2 isə 1 il sonra bu barədə məlumat vermələri, zərərçəkmiş şəxslərin əvvəllər də fahişəliklə məşğul olmaları və buna görə digər şəxsin məhkum olması onların ibtidai istintaq zamanı verdikləri ifadələrin həqiqətə uyğun olmadığını göstərir. Hazırkı iş üzrə zərərçəkmiş şəxslərin periodik olaraq ictimai mənəviyyat əleyhinə cinayətlər üzrə prosessual şəxsə çevrilməsi sanki məqsədli xarakter daşım ış, eyni şəxslərin yenidən digər bir şəxsi (Şəbnəm Cəfərovanı) eyni kateqoriyaya aid olan cinayət əməli üzrə təqsirləndirmək məqsədi daşımışdır. Bu halın özü də adı çəkilən şəxslərin ibtidai araşdırma zamanı söylədikləri barədə tənqidi düşünməyə əsas verir. Məhkəmə kollegiyası qeyd olunan ifadələrin mötəbər hesab edilməməsi qənaətinə gəldiyindən zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokollarına istinadən qeyd edir ki, həmin protokollar da mötəbər deyildir. Belə ki, protokollarda zərərçəkmiş şəxslərin ifadələri birə-bir onların dindirmə protokollarındakı ifadələri ilə eynilik təşkil etmiş, eləcə də həmin üzləşdirmələr zamanı Şəbnəm Cəfərova zərərçəkmiş şəxslərin üzlərinə onlara qarşı cinayət törətmədiyini, həmin şəxslərin Türkiyə Respublikasına öz ist əkləri ilə getdiklərini, Vüsalə ilə özlərinin danışdıqlarını qeyd etmişdir. Şərh olunanlardan göründüyü kimi istintaq orqanı tərəfindən Şəbnəm Cəfərovanın təqsirini təsdiq edə biləcək mötəbər sübutlar toplanılmamışdır. Şəbnəm Cəfərovanın zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında Vüsalə adlı şəxsin yanında fahişəliklə məşğul olması məqsədilə hər hansı addım atması, bu məqsədlə yüksək maaşlı işə düzəldəcəyinə dair vəd edib onları aldatması, hər iki şəxsin Azərbaycan Respublikasının dövlət sərhədindən keçib Türkiyə Respublikasına getməkdə hər hansı rolu olması sübuta yetirilməmişdir…” Apellyasiya instansiya məhkəməsinin qərarından da göründüyü kimi, həmin məhkəmə ittiham tərəfinin bütün dəlillərinə konkret, müfəssəl, əsaslandırılmış münasibət bildir mişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı cinayət işi üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmış və qanuni və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən yol verilən və apellyasiya instansiyası məhkəməsinin qərarında təfsilatlı şəkildə sadalanan qanun pozuntuları nəticəsində əldə olunmuş ittiham tərəfinin sübutlarının etibarlılığının böyük şübhə altında olması və həmin şübhəli sübutlar əsasında şəxsin ağır cinayət əməli törətməkdə ittiham edilməsinin yolverilməz olması ilə bağlı istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir. Məhkəmə k ollegiyası qeyd etməyi vacib hesab edir ki, şəxsi ağır cinayət əməli törətməkdə ittiham edən sübutlar o səviyyədə qanuni yollarla əldə edilmiş, əsaslı və mübahisləndirməyə imkan və şərait yaratmayan səviyyədə olmalıdır ki, ittiham tərəfinin bu sübutlarını müdafiə tərəfinin təkzib və inkar etməsi inandırıcı və ağlabatan olmasın. Açıq məhkəmə baxışının mahiyyəti də məhz ondan ibarətdir ki, cinayət prosesi tərəfləri məhkəmə qarşısında çəkişir, hər bir tərəf öz sübutlarını və qarşı tərəfin sübutlarına öz mövqeyini təqdim edir və hər bir sübuta açıq məhkəmə iclasında hərtərəfli, tam və obyektiv şəkildə baxıldıqdan, həmin sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməsi aparıldıqdan sonra, məhkəmə şəxsin təqsirli və ya təqsirsiz olması ilə bağlı bir qənaətə gəlir. Kassasi ya protestinin dəlillərindən görünür ki, kassator öz dəllərini yalnız ibtidai istintaq zamanı toplanmış sübutlarla əsaslandırmış, lakin açıq məhkəmə içlasında verilmiş ifadələrin və tədqiq edilərək qiymətləndirilmiş sübutların mötəbərliyini və əsaslılığını qəbul etməmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntularını müvafiq qanun normalarına istinad etməklə hökmdə və qərarda sadalamasına baxmayaraq, kassasiya protestində bu qanun pozuntularına heç bir münasibət bildirilməmiş, bu pozuntulara yol verilməsinin səbəbləri göstərilməmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 19 yanvar tarixli, 1(100)-80/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş X8 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 may tarixli, 1(104)-14/2025 nömr əli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2541/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2541/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver