Məhkəmə qərarları › İş №1(102)-2542/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2542/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2542/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X12 qızının, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Məhkum və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştiraklar ı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2024-cü il tarixli, 1(103)-1420/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxx 2005-ci ildə İmişli rayonu, Xubyarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, İmişli rayonu, Xubyarlı kəndində qeydiyyatda olan, həbs olunanadək Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi, ev 31-də yaşamış, hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmiş, eləcə də xuliqanlıq niyyəti ilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur.

3. Belə ki, Məhkum tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında gəzərkən oradan keçən, əvvə llər tanımadıqları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid2 öz aralarında olan danışıqlarını özü üçün yüksək səs kimi qəbul edib bunu cüzi olaraq bəhanə edib əsaslı səbəb olmadan, kənar şəxslərin aralarında olan şəxsi söhbətlərinə müdaxilə edərək öz daxili eqoizm hisslərinə qapanıb, sonuncuları sorğu-suala tutub verdikləri cavabı isə aqressiv tərzdə qarşılayıb heç bir əsaslı səbəb olmadan mübahisəli vəziyyət yaradıb özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydaları, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə e dib ilk olaraq Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyəsinə 1 (bir) dəfə qəsdən yumruq zərbəsi vurmaqla sonuncunu yerə yıxmış, bununla kifayətlənməyib yerdə uzanılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ayağına 1 (bir) dəfə qəsdən təpik zərbəsi vurmaqla sağ əlin sıyrıqları və sağ sağrı nahiyələrinin qançıları ilə nəticələnən sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 təpiklə baş nahiyəsindən qəsdən vuraraq sonuncuya sağ qulaq seyvanının qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 hədələyib sonuncuda qorxu hissləri yaratmaq məqsədilə, üzərində gəzdirdiyi, istintaqa təqdim edilməyən bıçağı Zərərçəkmiş şəxs1 əyəni nümayiş etd irmiş, digər tanışı Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 dodaq nahiyəsinə qəsdən yumruq zərbəsi vurmaqla sonuncuya alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərərvurmayan, həmçinin Zərərçəkmiş şəxs2 üzərinə doğru hücüm çəkərək ayaqla sonuncunun bel nahiyəsinə və yumruqla sifətinə qəsdən zərbələr vurmaqla sol bazu oynağı, sol said nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, Məhkum qərəzli xuliqanlıq hərəkətlərini inadla davam etdirib ictimai yerdə cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik göstərib səs-küyə yaxınlaşmış şəxslərin onu sakitləşdirməyə çalışmasına məhəl qoymadan, tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2lə əlbəyaxa olduğunu görüb, öz eqosunu d ostları və tay-tuşları qarşısında bir daha vurğulayıb təsdiq etmək məqsədilə mübahisəni özünün qalib sonluğuna qədər davam etdirmək üçün oradan uzaqlaşmaq istəyən Rahib Daşdiyevin üzərinə gedib 1 (bir) dəfə qəsdən təpik zərbəsi vuraraq sonuncunu yerə yıxıb ayağa qalxmasının qarşısını alıb, hərəkətlərini məhdudlaşdırıb, müqavimətini qıraraq dizi ilə Rahib Daşdiyevin baş nahiyəsinə qəsdən 1 (bir) dəfə zərbə vurmaqla, zərərçəkmiş şəxsdə sol diz oynağı nahiyələrinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, eləcə də təpik zərbəsi ilə Zərərçəkmiş şəxs2 vurub yerə yıxaraq sonuncuya pəncənin travmatik çıxığı ilə müşayiət olunan sol baldır sümüklərinin topuq səviyyəsindən yerini dəyişən açıq sınıqları və həmin səviyyədə baldırın əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvumaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X5 və X2 ibarət məhkəmə tərkibində) 29 aprel 2024-cü il tarxli, 1(101)-727/2024 nömrəli hökmü ilə Məhkum CM-in 126.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməsi, ona CM-in 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplam aq yolu ilə Məhkum cinayətlərin məcmusu qaydasında qəti olaraq 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 1(101)-398/2023 nömrəli hökmü ilə Məhkum təyin edilmiş şərti məhkum etmənin CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilməsi və göstərilən hökm üzrə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum həbsdə saxlanıldığı müddətin qəti cəza müddətinə daxil edilməsi və qəti olaraq təyin edilmiş azadl ıqdan məhrum etmə cəzasının əvvəlinin onun tutulduğu vaxtdan, yəni 31 may 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

5. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək hökmün təqsirləndirilən şəxs Məhkum CM-in 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsində ləğv edərək həmin hissədə bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini, əməlin CM-in 1 27.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə ona yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət məhkəmə tərkibində) 02 iyul 2024-cü il tarixli, 1(103)1420/2024 nömrəli qərarı ilə məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 126.2.4 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 1(101)-727/2024 nömrəli hökmünün Məhkum aid hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. H azırda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2024-cü il tarixli, 1(103)-1420/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik nomalarına istinadlar edilərək qeyd edilmişdir ki, məhkəmələr ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməməsinə obyektiv hüquqi qiymət verməmiş, heç bir hüquqi əsas olmadan təqsirləndirilən şəxs Məhkum əməlində CM-in 126.2.4 və 221.2.1ci maddələrində nəzərdə tutulmuş cinayət əlamə tlərinin olması, həmin cinayət hadisəsinin həqiqətən baş verməsi və qeyd edilən cinayət əməllərinin məhz təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilməsi nəticəsinə gəlmiş və bununla da pozuntuya səbəb olmaqla əsaslı olmamışdır.

9. Müdafiəçi müraciətinin dəlilləri qismində qeyd etdiklərinə məhkəmədən cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 1(103)-1420/2024 nömrəli qərarının təqsirləndirilən şəxs Məhkum CM-in 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsində ləğv edərək həmin hissədə bəraətverici əsaslarla cinayət təqibinə xitam verilinəsi, əməlin CM-in 127.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə ona yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

11. Qərardan kassasiya protesti, digər məhkumlar və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi4 hər biri ayrı-ayrılıqda kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından müraciətlərinin təmin edilməsini xahiş etdilər.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər biri ayrı-ayrılıqda çıxış edərək, kassasiya şikayətinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X12 qızı kassasiya şikayətinin dəlillərinə etiraz edər ək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cin ayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslard an biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

20. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 1(103)-1420/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağ ıdakıları qeyd edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Məhkəmə kollegiyası Məhkum CM-in 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

23. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi h alları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

24. Kollegiya qeyd edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulması və xuliqanlıq əməlinin törədilməsi ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspert rəyləri, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.

25. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əs as görmür.

26. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.

27. Məhkum müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində təqsirli bilindiyi əməlinin CM-in 127.1-ci maddəsinə tövsif edilməsini xahiş etsə də, aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmadığı iddia edilən konkret hər hansı bir hal irəli sürülməmişdir.

28. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət müh akiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 126.2.4 və 221.2.1-c i maddələri ilə törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

30. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2024-cü il tarixli, 1(103)-1420/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzr ə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2024-cü il tarixli, 1(103)-1420/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar