Məhkəmə qərarları › İş №1(102)-2546/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2546/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2546/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Məmmədov Ramin Hafiz oğlunun iştirakları ilə, Müdafiəçi3 Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 fevral tarixli, 1(106)-57/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Əli Əliyevdən ibarət tərkibdə) 03 oktyabr 2023-cü il tarixli 1(099)-470/2023 saylı hökmü ilə, xx xxxxxxx 2007-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, 4-cü sinif təhsilli, Cəlilabad rayonu, Axtaxana kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Müdafiəçi3 Azər baycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi ) il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən məhkum Müdafiəçi3 müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elşad Əliyevdən ibarət tərkibdə) 2024-cü il 27 fevral tarixli, 1(106)-57/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Müdafiəçi3 məhkum edilmişdir ona görə ki, o, 2022ci ilin iyun ayının ortalarında tanışı, xx xxxxxxxx 2009-cu ildə doğulmuş, cinayət məsuliyyətinə cəlb olunma sı üçün cinayət qanununda nəzərdə tutulmuş yaş həddinə çatmamış Şahid1 ilə razılaşaraq xx xxx 2013-cü ildə doğulmuş, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə uşaqbazlıq hərəkətləri etmək qərarına gəlib, Cəlilabad rayonu Axtaxana kəndində kənd arasında "Bənd” deyilən yerdə atasına məxsus olan atı evlərinə aparmaq istəyən Zərərçəkmiş şəxs yaxınlaşaraq Şahid1lə birlikdə onu ağaclıq sahədə yerə yıxıb Zərərçəkmiş şəxs aktiv müqavimətini qırmaq üçün ona zor tətbiq edərək əlini və ayağını ot kiplərinin bağlandığı iplə, yüksək səslə qışqırmasının qarşısını almaq üçün ağzını parça ilə bağladıqdan sonra Şahid1 ilkin olaraq Zərərçəkmiş şəxs əynində olan şalvarı və alt paltarını aşağıya endirməsini, sonra özünün əynində olan şalvarını və alt paltarını a şağıya endirib Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona zor tətbiq edib sərtləşmiş cinsi orqanını (penisini) sonuncunun arxa keçəcək dəliyinə (anus dəliyi) bir neçə dəqiqə ərzində salıb çıxartmaqla uşaqbazlıq hərəkətləri etməsini gözləmiş, daha sonra özü əynində olan şalvarını və alt paltarını aşağıya endirib Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona zor tətbiq edib sərtləşmiş cinsi orqanını (penisini) sonuncunun arxa keçəcək dəliyinə (anus dəliyi) bir neçə dəqiqə ərzində salıb-çıxartmış, bununla da o, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq edib, ona qarşı uşaqbazlıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarında Müdafiəçi3 ona istinad edilən əməli törətməsi barədə heç bir mötəbər sübut mövcud deyildir. Belə ki, təqsirləndirilən şəxsə cinayət hadisəsi ilə bağlı onun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da əsassızlığa yol verilmişdir. Bu səbəbdən də cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin düzgün olmayan nəticəyə əsaslanan məhkəmənin qərarının qanunsuz hesab edilməsi və qərarın kasassiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmışdır. Müdafiəçi qeyd etmişdir ki, cinayət işinin məhkəmə istintaqı zamanı işin bir sıra faktiki əsasları obyektiv araşdırılmamış və nəticədə həmin əsaslar məhkəmə istintaqının obyektiv araşdırmasından kə narda qalaraq təqsirləndirilən şəxsin hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmişdir. Bundan başqa, Müdafiəçi3 CM-in 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istıntaqı zamanı onun əməlinin tövsifində səhvlərə yol verilmiş, ona zərərçəkmiş şəxsin ifadəsinə əsasən ittiham elan edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ifadəsində ona qarşı heç bir pis əməl törədilmədiyini bildirmiş, xx.xx.2023-cü il məhkəmə baxışı iclasında isə birinci verdiyi ifadəni dəyişərək Müdafiəçi3 ona qarşı pis hərəkətlər etdiyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin ifadəsinin ziddiyətli və əsassız olmasını nəzərə almamışdır. O cümlədən işdə olan ekspet rəyi də xəsarətlərin Müdafiəçi3 tərəfindən törədildiyini sübuta ye tirmir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 1(106)-57/2024 saylı qərarının ləğv edilməsi və Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Məmmədov Ramin Hafiz oğlu kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Müdafiəçi3 Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 fevral tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahi sələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumilə şdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üz rə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkr ar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddindən də aşağı müddətə, CM-in 59-cu, 60.1-ci və 85-ci maddələrinin tələbləri qaydasında ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli b ilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Müdafiəçi3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 3 oktyabr tarixli, 1(099)-470/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Müdafiəçi3 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 fevral tarixli, 1(106)-57/2024 nömrəli qərarı məhkum Müdafiəçi3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar