Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2548/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 177.2.3 və 234. 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 1(106)-821/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 8 sentyabr 1982-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 08 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməm iş və ya qanunvericliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin faktiki hallarına əsasən, Məhkum, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə 27 mart 2024-cü il tarixdə gecə saat 03 radələrində həmkəndlisi, hal-hazırda Rusiya Federasiyasında yaşayan X2 məxsus Masallı rayonu Mahmudavar kəndində yerləşən yaşayış olmayan iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinə pəncərəni açmaqla qanunsuz daxil olub, orada pilləkənin alt hissəsində yerləşən saxlanc yerində qoyulmuş, Vüsalə İbadovanm atası Zərərçəkmiş şəxs məxsus 02 ədəd, hər biri 140 manat qiymətində olmaqla, ümumi dəyəri 280 manat olan mis qazanı, 01 ədəd, çəkisi 10 kiloqram təşkil edən, 100 manat qiymətində mis ləyəni, 01 ədəd, çəkisi 4 kiloqram təşkil edən, 40 manat qiymətində mis kəfkiri, 04 ədəd, hər biri 100 manat qiymətində olmaqla ümumi dəyəri 400 manat olan, hər birində 36 parçadan ibarət çəngəl-bıçaq dəsti və 01 ədəd, həcmi 5 litr təşkil edən 180 manat qiymətində elektrikli samovarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.
3. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin B oradigah PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Masallı rayonu Mahmudavar kəndində saxlanılaraq Masallı RPŞ-nin Boradigah PB-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ qoltuqaltı hissəsindən 1 (bir) ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 95,929 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür.
4. Masallı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X3) 10 iyul 2024-cü il tarixli, 1(050)140/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Məhkum təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 01 (bir) il 06 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş hazırda çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 12 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq 10 (on) ay 6 (altı) gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması və hazırkı hökmlə təyin edilən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməsi, üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum c əzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 01 aprel 2024-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində, cinayətlərin və hökmlərin məcmusu üzrə təklif etdiyi həddə, yəni CM-in 177.2.3cü maddəsi ilə 3 il, CM-in 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş hazırda çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə uyğun olaraq 10 (on) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı qərarl a təyin edilən 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilib üzərində qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla hökmün dəyişdirilməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X7 və X8 ibarət məhkəmə tərkibində) 2 oktyabr 2024-cü il tarixli, 1(106)821/2024 nömrəli qərarı ilə Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin olunması, Masallı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(050)140/2024 nömrəli hökmünün həmin apellyasiya protestinə münsaibətdə dəyişdirilməsi, Məhkum Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş hazırda çəkilməmiş 1 (bir) il 8 (səkkiz) ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinin Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə uyğun olaraq 10 (on) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı qərarla təyin edilən 2 (iki) il 6 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdi rilib üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. X6 Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 1(106)-821/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar:
8. Kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən gəlinmiş nəticələrə istinadlar edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini təmin edərkən dəymiş ziyanı tam ödəməyini, əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını və yerimə qüsurlu olan anasının onun himayəsində olmasını, özü nün İİ qrup əlil olmasını və cəzasını ağırlaşdıran heç bir halın olmamasını nəzərə almayaraq cəzasını ağırlaşdırmışdır. Qeyd etdiklərinə əsasən məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 1(106)-821/2024 nömrəli qərarının ləğv edilməsini və birinci instansiya məhkəməsi tərəfindən təyin edilən cəzanın qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
10. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, mə hkəmə kollegiyasından müraciətinin təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu M əcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Məhkum kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya insta nsiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsini iddia etsə də, tələbini Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hər hansı halla əlaqələndirməmişdir.
17. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 1(106)-821/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddə sində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
19. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
22. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı baş qa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
23. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
25. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
26. Belə ki, Məhkum barəsində daha ağır cəza təyin edilməsi ilə bağlı apellyasiya protestinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşaraq, Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə Masallı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 1(050)-140/2024 nömrəli hökmü ilə təyin edilmiş cəzanı dəyişdirərək, ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, Cinayət Məcəlləsinin 66.2- ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddini artırarkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik d ərəcəsi, onun şəxsiyyəti birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən kifayət qədər nəzərə almamış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmamaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.
28. Belə ki, apellyasiya instansiya məhkəməsi cinayət işi materiallarında olan sübutların əlaqəli təhlili nəticəsində hesab etmişdir ki, Məhkum əvvəl törətdiyi oğurluq cinayət əməlinə görə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanın icrasından qərəzli olaraq boyun qaçırması və cəza müddəti ərzində yenidən həmcins cinayət əməli törətməsi onu göstərir ki, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, təhlükəli mey llərin və vərdişlərin təsirindən azad olmamışdır. Məhkum əvvəllər CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətdikdən sonra cəza müddəti ərzində yenidən analoji cinayət əməlini törətməklə ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Odur ki, həmcins oğurluq (yaşayış sahəsinə qanunsuz daxil olmaqla) cinayət əməlləri törətmiş Məhkum daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən ona yüngül cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil edir. Dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərməklə yenidən CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onu deməyə əs as verir ki, Məhkum şəxsiyyəti ictimai təhlükəlidir, onda analoji cinayət əməlləri törətməkdə özünəməxsus “vərdiş” əmələ gəlmişdir və hər dəfə belə cinayətlərin törədilməsi bu vərdişin dayanıqlılığına dəlalət edir.
29. Göründüyü kimi, Məhkum barəsində birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya protesti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının ağırlaşdırılmasına dair apellyasiya protestində irəli sürülmüş daha ağır cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşaraq, hökmün dəyişdirilməsi qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı yüngülləşdirici hallara qiymət verərək, həmin halların məhkum barəsində həddindən artıq yüngül cəza təyin edilməsinə əsas olmaması qənaətinə gəlmişdir.
30. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
32. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edil məsi üçün əsasların olmadığını göstərir.
33. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, həmçinin müraciətin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024cü il tarixli, 1(106)-821/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 2 oktyabr 2024-cü il tarixli, 1(106)-821/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.