Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2549/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-340/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1992-ci il tarixdə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamışdır. 2. 25 dekabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 127.1 və 156.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 09 yanvar 2024-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 07 a vqust 2023-cü il tarixdə, saat 00 radələrində 01 iyul 2020-ci il tarixdə boşandığı keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı X binanın 1-ci mərtəbəsində yerləşən 1 nömrəli mənzilin qarşısına gələrək mənzilin pəncərəsindən sonuncunun yataq otağında paltarını dəyişdiyini və telefonla bir nəfər tanımadığı kişi cinsli şəxslə səsgücləndirici vasitəsi ilə danışdığını görərək gələcəkdə məhkəmədə aralarında yaranacaq mülki mübahisə üzrə qanunsuz üstünlük əldə etmək və məhkəmənin qərarı ilə birgə nikahlarından olan övladlarını himayəsində saxlamasına nail olmaq məqsədi ilə Zərərçəkmiş şəxs razılığı və məlumatı olmadan ona məxsus şəxsi və ailə həyatının olan, yəni sonuncunun yataq otağında soyunması, alt paltarında telefonla danışmasını əks etdirən məlumatları gizli qaydada istifadəsində olan “REDMİ 8 ” markalı mobil telefonla video çəkiliş apararaq qanunsuz topladıqdan sonra cinayətkar niyyətini davam etdirmək və Zərərçəkmiş şəxs danışdığı şəxsin kimliyini müəyyən etmək niyyəti ilə sonuncunun razılığı əsasında mənzilə daxil olaraq danışdığı şəxsin kimliyini deməsini tələb etməklə mübahisə yaratmış, Zərərçəkmiş şəxs məlumat verməyəcəyini dediyi üçün həmin şəxsi kimliyini müəyyən etmək məqsədi ilə sonuncunun istifadəsində olan “Samsung A53” markalı mobil telefonunu götürmüş, lakin Zərərçəkmiş şəxs ondan telefonu geri almaq istəyərkən əli ilə sonuncunun əlini sıxaraq arxaya qatlaması nəticəsində hər iki bazunun orta 1/3-nin iç səthinin qançırları yarası ilə müşayiət olunan dərəcəsi təyin olunmayan, o cümlədən sol əlin İV barmağının distal falanqasının proksimal ucunun qəlpəli-yerini dəy işmiş sınığı ilə nəticələnən həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurub mobil telefonunu götürərək hadisə yerindən qaçmış, həmin gün saat 13 radələrində Zərərçəkmiş şəxs şəxsi və ailə həyatının sirri olan məlumatları özündə əks etdirən video çəkiliş materiallarını +**********9 mobil nömrə ilə qeydiyyatdan keçdiyi “whatsapp” tətbiqi vasitəsilə anası Şahid3 və Zərərçəkmiş şəxs ailə üzvlərinə göndərməklə Zərərçəkmiş şəxs aid şəxsi və ailə həyatının sirri hesab olunan sağlamlıq vəziyyəti, ailə tərkibi, dostluq münasibətləri, intim görüntüləri və s. haqqında olan məlumatları əks etdirən video çəkiliş materiallarını qanunsuz toplamış və həm in məlumatları yaymışdır.
5. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-50/2024 nömrəli, 23 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 127.1 və 156.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə qazancının 05 (beş) faizi dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) ay müddətə islah işləri cəzasının 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 02 (iki) gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmaşı və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeyd iyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və ona bəraət verilməsini xahiş etmişdir.
7. Hökmdən həmçinin Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 156.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının yuxarı həddinin təyin olunması və təyin edilmiş cəzaları toplamaq yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə yeni hökm çıxarılması nı xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-340/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-50/2024 nömrəli, 23 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində qeyd edilir ki, məhkum edilmiş şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməmiş, sonuncunun şəxsi və ailə həyatı sirrini təşkil edən məlumatları yaymamışdır. O, zərərçəkmiş şəxsin yad kişilərlə telefonla danışmasını çəkərək, anasına göndərmişdir ki, zərərçəkmiş şəxsi həmin hərəkətlərdən çək indirsin. Həmin videogörüntünü kənar şəxslərə göndərməmişdir. Tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirməsini təsdiq edən heç bir sübut da yoxdur. Bundan başqa, məhkəmələr onun cəzasını yüngülləşdirən halları nəzərə almamış və ona ədalətsiz cəza təyin etmişlər. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)340/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, barəsində bəraət qərarının qəbul edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-c u maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmi n məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum kassasiya şikayətində təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasınd a ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-340/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yar adır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlə rini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikas ı Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.
23. Belə ki, Məhkum və zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-h üquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, məhkum edilmiş şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 127.1 və 156.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, mobil telefona, videogörüntülərə baxış protokolları, məhkəmətibbi ekspertizasının rəyi və işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmiş, onun özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsi isə iş üzrə toplanmış sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən, özünü müdafiə xarakterli kimi qiymətləndirilmişdir.
24. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 127.1 və 156.1-ci maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məs ələ üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
26. Məhkəmə kollegiyası həmçinin Zərərçəkmiş şəxs tərəfindən kassasiya baxışı dövründə Məhkum ilə barışıq əldə etməsi, ondan hər hansı şikayət və tələbinin olmamasına dair təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəyə münasibətdə qeyd edir ki, həmin ərizə cinayət təqibin hazırkı mərhələsində məhkum edilmiş şəxsin cinayət məsuliyyə tindən azad edilməsi kimi qəbul edilə bilməz.
27. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
28. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bil məz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).
29. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallarda çıxarılır.
30. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsi və Məhkum daha ağır cəza təyin olunmasını xahiş etmişdir.
31. Həmçinin, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, iclasda iştirak etmiş zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətini müdafiə etmiş, eyni zamanda məhkum edilmiş şəxslə b arışıq əldə etmədiyini bildirmişdir.
32. Zərərçəkmiş şəxs tərəfindən verilmiş barışıq ərizəsi Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisində 02 sentyabr 2024-cü il tarixdə, yəni apellyasiya instansiyası məhkəməsinin 23 iyul 2024-cü il tarixdə hazırda mübahisəsi edilən qərarının qəbul edilməsindən sonra təsdiq olunmuşdur.
33. Azərbaycan Respublikası CPM-nin 419.11-ci maddəsinin tələbinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
34. Cinayət-Prosessual Məcəlləsinin istinad edilən tələbindən göründüyü kimi, qanunverici kassasiya məhkəməsinə yeni faktlar araşdırma səlahiyyətini verməmiş, bu instansiyada məhkəmə baxışının hə ddi məhduddur. Kassasiya instansiyası məhkəməsi yalnız aşağı instansiya məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
35. Bu o deməkdir ki, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini təsdiqləyən ərizə Məhkum tərəfindən aşağı instansiya məhkəmələrinə təqdim edilmədən və bununla məhkəmələrə həmin fakta münasibət bildirməyə imkan yaratmadan verildiyindən, kassasiya instansiya məhkəməsi həmin ərizə üzrə hər hansı formada hərəkət edə və yaxud bu hala qiymət verə bilməz.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olması ilə bağlı həmçinin onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğu n, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
37. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
38. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-340/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-340/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.