Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-255/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs2 nümayəndəsi, Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Həmidov Səbuhi Maarif oğlunun, Məhkum iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, xxxx ASC-nin Şəki filialının Əməliyyat şöbəsinin ba ş mütəxəssisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X.H.Səmədov (sədrlik edən və məruzəçi), Ş.Məhkum və R.İ.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü ida rə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirli bilinməklə cəza təyin edilməmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqd an məhrum etmə cəzası təyin edilmiş, xx xxxxx 2016-cı il tarixdən xx xxxxx 2016-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün, ümumilikdə 4 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2016-cı il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi, habelə Zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İ.H.Şükürov (sədrlik edən), M. M.Hüseynov və R.Ə.Əliyevdən) xx xxxxx 2018-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, xx xxxxxx 2010-cu il tarixdən xx xxx 2015-ci il tarixədək Şəki şəhəri, Heydər Əliyev prospekti, 61/a ünvanında yerləşən "xxxx” ASC-nin Şəki filialında Əməliyyat şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, Şəki rayonu, Şəki kənd sakini Zərərçəkmiş şəxs2 ilə həmin Bank arasında 12 ay müddətinə illik 10 faizlə "Klassik əmanət (depozit) hesabı haqqında” m üqavilə bağlanmaqla, xx xxxxxxxx 2012-ci il tarixdə 17.000 ABŞ dolları, xx xxxxxxxx 2012-ci il tarixdə 34000 ABŞ dolları və xx xxxxxx 2012-ci il tarixdə 13300 manat, onun arvadı X4 ilə həmin Bank arasında eyni şərtlərlə "Klassik əmanət (depozit) hesabı haqqında” müqavilə bağlanmaqla xx xxxxxx 2012-ci il tarixdə 22.700 manat məbləğində pulun müddətli olaraq depozitə qoyulmasını bilərək, depozit faizlərini ödəməsi ilə bağlı Zərərçəkmiş şəxs2 onunla ünsiyyətdə olduğu zaman etimadını qazanıb 2014-cü ilin ortalarında sonuncuya qeyd olunan Bank müdirinin bir neçə günə işdən çıxarılacağını və həmin vəzifəyə təyin olunması üçün ondan istənilən pul məbləğindən 30.000 manatının çatmamasını, qoyduğu depozitlərin hesabına göstərilən məbləği ona verəcəyi halda, hər ay Bankdan aldığı faiz məbləğini özün ün ona verəcəyini yalandan vəd verib, 3 ay müddətində pulu qaytarmayacağı halda, faktiki olaraq Bankın xeyrinə yüklü olan Şəki şəhəri, H.Əliyev prospekti 61/a ünvanında yerləşən 15 saylı mənzilini satmasına etiraz etməməsi barədə notarial qaydada təsdiq edilmiş xx xxxxx 2014-cü il tarixli iltizamı, habelə özünə məxsus faktiki olaraq hər hansı bir əmlakı olmamasına baxmayaraq, bir il müddətində bütün əmlakına sərəncam verilməsinin və idarə edilməsinin Zərərçəkmiş şəxs2 etibar olunması barədə eyni tarixli ƏN-İN seriyalı 432659 nömrəli etibarnaməni verib, X5 bağladığı müqavilənin xx xxxxx 2014-cü il tarixdə vaxtından əvvəl pozularaq aldığı 22.019 manat məbləğində pulun ona Zərərçəkmiş şəxs2 tərəfindən Bankın inzibati binasında verilməsinə nail olmaqla, sonuncuya məxsus xeyli miqdarda əmlakı ö z qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə edib, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə xx xxxxxx 2010-cu il tarixdən xx xxx 2015-ci il tarixədək olan dövrdə Şəki şəhəri, Heydər Əliyev prospekti, 61/a ünvanında yerləşən "xxxx” ASC-nin Şəki filialında Əməliyyat şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən Şəki rayonu Şəki kənd sakini Zərərçəkmiş şəxs2 ilə həmin Bank arasında 12 ay müddətinə illik 10 faizlə xx xxxxxxxx 2012-ci il tarixdə 17.000 ABŞ dolları, xx xxxxxxxx 2012-ci il tarixdə 34.000 ABŞ dolları və xx xxx 2012-ci il t arixdə 13.300 manat məbləğində pullarını "Klassik əmanət (depozit) hesabı haqqında” müqavilələrə əsasən depozitə qoyulmasını bildikdən bir müddət sonra, göstərilən pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməkdən ötrü, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vəzifəli şəxs kimi rəsmi sənəd hesab olunan xx xxxxx 2014-cü il tarixli FJBl4l********** nömrəli məxaric orderinə Zərərçəkmiş şəxs2 Bankla bağladığı müqaviləsini pozması, xx xxxxxxx 2014-cü il tarixli FJB**********062 və xx xxxxxx 2014-cü il tarixli FJB**********463 nömrəli məxaric orderlərinə isə onun Bankla bağladığı müqavilələrinin vaxtının bitməsi səbəbinə görə depozitlərinin geri qaytarılması barədə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətməklə, müvafiq şəkildə 32.398 ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 25.409,75 manat, 17.000 ABŞ dollar, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 13.333,10 manat və 13.300 manat olmaqla, ümumilikdə 52.042,85 manat pul vəsaitinin Bankın kassasından məxaric edilməsinə nail olaraq, Zərərçəkmiş şəxs2 qarşı mühüm zərər vurulmasında ifadə olunan əməli ilə ağır nəticələrə səbəb olan zərər yetirməklə, vəzifə səlahiyyətlərindən sui-istifadə edib qeyd olunan müqavilələrə əsasən depozitləri əmanətçiyə qaytarılması öhdəliyini üzərinə götürmüş «xxxx» ASC-yə külli miqdarda ziyan vurmaqla, öz qulluq mövqeyindən istifadə edərək vahid qəsdlə göstərilən külli miqdarda məbləği aldatma və etibardan sui-istifadə etmə yol u ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan sonra, o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə evində təmizlik işləri aparılmasında ailə üzvlərinə köməklik edən Şəki şəhər sakini Zərərçəkmiş şəxs1 qızına "xxxx” ASC-nin Şəki filialının müdiri vəzifəsində işləməsini yalandan bildirib, sonuncuda həmin Banka hər ay faiz almaqdan ötrü 7000 manat pulunu depozitə qoymaq istəyini formalaşdırıb bundan istifadə etməklə, Zərərçəkmiş şəxs1 depozitə qoymaq adı ilə həmin məbləği alaraq, şəxsi ehtiyaclarına sərf etmək üçün Zərərçəkmiş şəxs1 həmin məbləği əmanət kimi Bankda depozitə qoyacağı təqdirdə ona hər ay 150 manat faiz veriləcəyini deyib onu inandırdığından, Zərərçəkmiş şəxs1 xx xxxxxx 2014-cü i l tarixdə Bakı şəhərindən "xxxx” ASC-nin Yasamal filialı vasitəsilə həmin Bankın Şəki filialına göndərdiyi 5000 manat, 2015-ci ilin yanvar ayında isə Şəki şəhərində verdiyi 2000 manat olmaqla, ümumilikdə 7000 manat pulunu götürüb özünün ehtiyaclarına xərcləyərək, özgənin göstərilən xeyli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, vahid qəsdlə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan sonra, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şəki şəhəri Salman Mümtaz küçəsində yerləşən mağazada tikinti materiallarının satışını həyata keçirən Zərərçəkmiş şəxs3 aldadaraq pulunu bir müddət sonra ödəyəcəyi barədə yalandan vəd verib, ondan tikinti materialı alıb satmaqla əldə edilmiş məbləği şəxsi ehtiyaclarına sə rf etmək üçün sonuncunu Zaqatala və Tovuz rayonlarında tikinti işləri ilə məşğul olduğuna inandırıb, ondan 2015-ci ilin avqust ayında 3440 kq olan 15.448 manat dəyərində sement məhsulunu heç bir ödəmə etmədən alıb sataraq, əldə etdiyi pul vəsaitini özünə xərcləməsi nəticəsində Zərərçəkmiş şəxs3 külli məbləğdə maddi zərər vuraraq özgənin xeyli miqdarda əmlakını vahid qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə ədalətli qərar qəbul edilməsi və daha yüngül cəza təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi onun apellyasiya şikayətini araşdırmamış, cinayət işinin materiallarını öyrənməmiş, hüquqlarını pozmuş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkum hesab edir ki, onun törətmiş olduğu əməl düzgün tövsif olunmamış və məhkəmələr ona ədalətsiz cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsi S.Həmidov və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən norman ın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif edilməməsi və ona təyin edilmiş cəzanın ədalətsiz olması mübahisə olunur və ədalətli məhkəmə qərarı qəbul edilməklə daha yüngül cəza təyin edilməsi xahiş olunur. Məhkəmə kollegiyası ilkin olaraq məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmış dır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respubli kası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum hökmün təsviri hissəsində qeyd edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 ifadələri və şa hidlər X, X2, X3, X4, X5, X6, X7, Zərərçəkmiş şəxs2, X8, X9 və X10un ifadələri, həmçinin məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2017-ci il tarixli, 634 nömrəli rəyi, xx.xx.2016-cı il tarixli baxış keçirilməsi haqqında protokolu və digər istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törəd ən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifad ə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də,məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkum е dilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, c əzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-c i maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan R espublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və icti mai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun ailə vəziyyəti, zərərçəkmiş şəxslərə vurulmuş zərərin bir qisminin ödənilməsi məhkumun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi həmin iş üzrə cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göst ərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azər baycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-255/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-255/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver