Məhkəmə qərarları › İş №1(102)-255/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-255/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-255/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Ağayev Adil Əsgər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü ilə (hakimlər T.X.Nəsrullayeva (sədrlik edən və məruzəçi), R.A.Allahverdiyeva və N.A.Kərimovadan ibarət tərkibdə) 19 avqust 1974-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ünvan1 ünvanda qeydiyyatda olmaqla, Ünvan2 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ed ilmiş, 10 dekabr 2015-ci il tarixdən 13 dekabr 2015-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət təyin edilmiş cəzaya daxil edilməklə üzərində 06 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 06 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin hökmlə həmçinin X2 və X9 da təqsirli bilinib məhkum olunmuşlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları X2 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şə xs halında, külli miqdarda qazanc verəcəyini vəd edərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, aldatma yolu ilə 14 avqust 2013-cü il tarixdən 16 avqust 2014-cü il tarixədək özünün, X1, X5 və uydurduğu müxtəlif şəxslərin adından Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanın yaxınlığında hissə-hissə olmaqla qızıl zinət məmulatları adı ilə üzərilərində qızıl elementinə aid olan 583 və 750 qızıl əyarları işarəsi həkk edilmiş, kustar üsulla dəmir əsaslı ərintidən və əlvan metallar ərintisindən hazırlanmış 124 ədəd bilərzik, 85 ədəd boyunbağı, 5 ədəd tək sırğa, 94 ədəd cüt sırğa, 134 ədəd üzük, 16 ədəd kulon, 1 ədəd qol saatından ibarət bujiteriya məmulatlarını girov qoyub, hər ay 7 faiz ödəmək şərti ilə ümumilikdə 380 800 manat nağd pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, Zərərçəkmiş şəxs1 və Məhkum müdafiəçisi F.S.Rüstəmov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim F.A.Qasımov, hakimlər S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) 05 yanvar 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Məhkum müdafiəçisi F.S.Rüstəmov tərəfindən və Zərərçəkmiş şəxs1 nü mayəndəsi N.M.Mirbabayeva ilə birlikdə verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsirov İnqilab Maşallah oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə) 01 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 yanvar 2018-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs1 (nümayəndəsi N.M.Mirbabayeva ilə birlikdə verilmiş) kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti tam, Zərərçəkmiş şəxs1 (nümayəndəsi N.M.Mirbabayeva ilə birlikdə ver ilmiş) kassasiya şikayəti qismən təmin edilmiş, Məhkum müdafiəçisi F.S.Rüstəmov tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) 20 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkumun barəsində tətbiq olunan Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin müddəaları hökmdən xaric edilmiş, Məhkumun 10 dekabr 2015-ci il tarixdən 13 dekabr 2015-ci il tarixədək, 20 dekabr 2017-ci il tarixdən 05 yanvar 2018-ci il tarixədək həbsdə saxlanıldığı müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir günə bir gün hesabı ilə hesablanaraq üzə rində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, apellyasiya protesti və zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Ağayev Adil Əsgər oğlu tərəfindən kassasiya şikayəti və Məhkum tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində cəza çəkən Məhkum qızı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək verilmi ş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayə tini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkumun barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Ağayev Adil Əsgər oğlu tərəfindən verilmiş kassasiya şikayəti və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar