Məhkəmə qərarları › İş №1(102)-255/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-255/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-255/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Ağayev Nəsrulla Qiyas oğlunun iştirakları ilə xx xxxxxx 1946-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olma qla, həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.4 və 245-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Ağayev Nəsrulla Qiyas oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: M.Y.Nəbiyev (sədrlik edən), Ə.N.Hacıyev və R.Ə.Sadıxov) Məhkum - Azərbaycan Respublikası CM-in 120.2.4 və 245-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqda n məhrum etmə cəzasına, CM-in 245-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 yanvar 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və məhkumun digər müdafiəçisi tərəfindən apellyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: Z.A.Şirinov (sədrlik edən), İ.A.İbrahimli və Z.B.Babayev) verilm iş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmü əsasən, Məhkum 25 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanında yerləşən yaşadığı evdə olarkən gəlini Zərərçəkmiş şəxs əri ölkə hüdudlarından kənarda olduğu üçün dul qadın sayıldığını və günün istənilən vaxtında evdən çıxaraq sərbəst həyat tərzi keçirəcəyini bildirməsi səbəbindən aralarında yaranmış mübahisənin gedişində qısqanclıq zəminində gəlininin hərəkətlərini ailəsinə qarşı edilmiş xəyanət kimi qəbul edərək gəlini Zərərçəkmiş şəxs öldürməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək məqsədilə ondan qisas almaq qərarına gələrək 26 yanvar 2021 -ci il tarixdə saat 15 radələrində yaşadıqları həmin evdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış eyni məzmunlu növbəti mübahisənin gedişində sonuncunu qəsdən öldürməsi üçün uyğun zaman seçərək, yəni evdə birlikdə yaşadığı arvadı Məhərrəmova X2 olmamasından və azyaşlı nəvələrinin digər otaqda telefonla oynamağa başı qarışmasından istifadə edərək törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə qətl hadisəsinin yeri, vaxtı, üsulu və törədilməsi ilə bağlı plan qurmaqla gəlini Zərərçəkmiş şəxs fiziki cəhətdən ondan qüvvətli olmasını düşünüb sonuncuya gücünün çatmayacağını ehtimal edərək yaşadığı evin qaraj kimi istifadə edilən zirzəmisinə düşərək orada masa üzərində olan çəkic formalı aləti götürüb Zərərçəkmiş şəxs olduğu yataq otağına gələrək arxası ona tərəf dayanmış zərərçəkmiş şəxs ə yaxınlaşıb sonuncunu öldürmək məqsədilə həyat üçün vacib orqanı olan baş nahiyəsindən əlində olan çəkic formalı alətlə qəsdən öldürmək məqsədilə ardıcıl olaraq iki dəfə zərbə vuraraq xəsarətlər yetirmiş, sonuncunun “ata neyləmişəm məni vurdun?” deməklə inildəyərək aman diləməsinə əhəmiyyət verməyib xüsusi qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə aldığı xəsarətlərdən hərəkətsiz qalan Zərərçəkmiş şəxs əllərindən tutub yerdə sürüməklə əvvəlcə qonaq otağına, oradan isə eyni üsulla pilləkənlərin üstü ilə yaşayış evinin həyətyanı sahəsinə qaraj kimi istifadə olunan zirzəminin qarşısına gətirib orada arxası üstə uzatmış, daha sonra cinayətkar niyyətini başa çatdırmaq məqsədilə evin mətbəxindən kəsici-deşici xüsusiyyətlərə malik aləti götürüb yenidən Zərərçəkmiş şəxs yanına qayıdaraq həyat və sağlamlığı üçün əhəmiyyətli olan daxili orqanlarının yerləşdiyi qarın nahiyəsi istiqamətindən əlində olan kəsici-deşici alətlə qəsdən öldürmək məqsədilə zərbələr vuraraq xəsarətlər yetirib Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Zərərçəkmiş şəxs öldüyünə əmin olduqdan sonra törətmiş olduğu əməlin ictimai təhlükəliliyini daha da artıraraq, evin zirzəmisindən götürdüyü balta formalı alətlə və zərərçəkmiş şəxsə xəsarətlər yetirdiyi kəsici-deşici alətlə meyitin baş nahiyəsini, dişlər və dillə birlikdə alt çənə sümüyünü, qulaq seyvanlarını, döş qəfəsi və qarının yuxarı 1/3-i olmaqla gövdəsini, dərialtı piy qatı ilə birlikdə qarın nahiyəsinin dərisini, bazu, said, əl və əl barmaqları ilə birlikdə sağ və sol yuxarı ətraflarını, çanaq sümüklərini n az bir hissəsi ilə birlikdə sağ və sol aşağı ətrafın budlarını, ayaq və ayaq barmaqları ilə birlikdə sağ və sol aşağı ətrafın baldırını, daxili orqanlarını, göz almalarını kəsib yerindən çıxarmaqla meyiti hissələrə ayırmış, qarın və üz nahiyəsinin dərisini soymuş, daha sonra isə həmin hissələri bir neçə torbalara yığıb özünə məxsus “Hyundai İX 35” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyaraq həmin gün saat 20 radələrində qeyd edilən avtomobili idarə edib ünvan 3 ünvanda yol kənarında quraşdırılmış məişət tullantıları konteynerlərinə atmaqla meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2022-ci il tar ixli qərarının ləğv edilməsini və Məhkum əməlini CM-in 120.2.4-cü maddəsindən həmin Məcəllənin 122.1-ci maddəsinə tövsif edilməsi, həmin maddənin sanksiyasının həddində cəza təyin edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı müdafiəçi N.Ağayevin və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən v erilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar