Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-255/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(101)-565/2023 nömrəli (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlu (sədrliyi ilə), Sadıxov Rasim Əkrəm oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci nəzərdə tutulan cinayət əməlini törətm əkdə təqsirli bilinərək, ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Məhkum həbsdə saxlanıldığı 3 ay 28 gün, azadlığın məhdudlaşdırılmasının iki günü həbsdə saxlanılma müddətinin bir gününə bərabər hesablanmaqla 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 il 4 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmuş, Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən, Məhkum üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət va sitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamını müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru tərəfindən verilmiş apellyasiya protestinə və məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli 1(103)-1236/2023 nömrəli (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrliyi ilə), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir, ona görə ki, o, satış məqsədi ilə qanu nsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi qənaətə əsasən, o, 27 aprel 2022-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən metronun "Nizami" stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə təmiz çəkisi 3,010 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 27 aprel 2022-ci il tarixdə saat 23:25 dəqiqədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yasamal RPİ-in 27-ci PB-in əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanala r təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı Şahid6 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi dalan 6 ev 2-də saxlanılaraq Yasamal RPl-in 27-ci PB-in inzibati binasına gətirilmiş, PB-in inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan gödəkcənin sol üst cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 3,010 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmələr qərarları nda, cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan və iş üçün əhəmiyyətli sayılan sənədləri bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək düzgün hüquqi qiymət verməmiş, nəticədə təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya instansiyasi məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən yalnız birinci instansiya məhkəməsinin hökmünə əsaslanmış, həmin hökmündə qeyd olunanları qərarında əks etdirməklə apellyasiya protestində göstərilən dəlillərə münasibət bildirməmiş və bununla da gəldiyi nəticədə haqlı olmamışdır. İş materiallarında olan məhkəmə-narkol oji ekspertizanın 17 iyun 2022-ci İl tarixli, 3303 nömrəli rəyindən görünür ki, şəxs narkotik vasitələrin aludəçisi deyil. Ona görə də məhkəmənin qərarı qeyd edilən sübut kimi tanınmış ekspert rəyi ilə ziddiyyət təşkil edir. Şəxsin narkotik vasitələrin aludəçisi olmadığı halda üzərində narkotik vasitə daşıması onu həmin vasitəni məhz satış məqsədilə daşımasına dəlalət edir. Habelə, Məhkum istintaqa məlum olmayan şəxsdən narkotik vasitə alması, gizli olan bu faktın narkotiklərin alqı-satqısı ilə məşğul olmadığı halda hüquq-mühafizə orqanlarına məlum olması inandırıcı hal deyildir. Şəxsin özündən başqa heç kimin bilmədiyi informasiyanın hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlum olması mümkün deyildir. Cinayət işi üzrə toplanmış materiallar onu deməyə əsas verir ki, Məhkum məhz satış mə qsədi ilə narkotik vasitə əldə etmişdir. Hazırki iş üzrə sonrakı əməliyyat tədbirləri zamanı hər hansı satış faktının müəyyən edilməməsi Məhkum qanunsuz əməllərinə haqq qazandıra bilməz. Şəxsin tutulmasından sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanlarına hər-hansı digər məlumatların daxil olmaması həmin şəxs tərəfindən qanunsuz maddələrin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını inkar etmir. Cinayət işinin materiallarından görünür ki, Məhkum aşkar edilmiş narkotik vasitə olan heroin külli miqdar, yəni 3.010 qram təşkil etmişdir. Göründüyü kimi, tövsif olunan epizod üzrə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi onun şəxsi istehlak miqdarından 20 dəfə çox olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi Məh kum cəza təyin edərkən də işin hallarını, cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə almamış və nəticədə ona yüngül cəza təyin etmiş, apellyasiya instansiya məhkəməsi də həmin cəzanı qüvvədə saxlamaqla eyni nöqsanları təkrarlamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilə n dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunv ericiliyin tələblərinin kobud şəkildə pozulduğu, o cümlədən Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəzanın - azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan k assasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən ed ilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə f aktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövl ət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmadığı, onun cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi hesab e dilmiş və işə baxan birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək onun əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx. 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırla nması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun üzərindən aşkar olunmuş narkotik vasitəni satış niyyəti ilə əldə edib saxlamasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. İş materiallarından aydın olur ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham faktiki olaraq yalnız şahidlər - Şahid1, Şahid2 və Şahid3 iş üzrə ibtidai araşdırma dövründəki oxşar məzmunlu ifadələrinə əsasən verilmış və həmin şəxslər ifadələrində Məhkum qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatının daxil olmasını göstərsə də, onun satış niyyətini və ya məqsədini müəyyən edən hər hansı bir əhəmiyyətli halla bağlı ifadə verməmişlər və ifadələrində Məhkum heroini haradan əldə etdiyini müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilsə də hər hansı mötəbər sübutun əldə edilmədiyi, keçirilmiş əməliyyat tədbirləri zamanı Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatların əldə olunmadığı qeyd edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 17 iyun 2022ci İl tarixli, 3303 nömrəli rəyindən görünür ki, Məhkumn narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdu r. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 3, iş vərəqə 69-70) İş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəni istifadə etmək üçün aldığını bildirmişdir. İstintaq orqanı tərəfindən ittihamda Məhkum satış məqsədini yalnız ona görə verilmişdir ki, aşkar edilmiş narkotik vasitə olan heroin külli miqdardan, yəni 2 qramdan artıq olmuşdur, başqa digər sübut isə olmamışdır. İş üzrə şahidlər polis əməkdaşları Şahid1 və Şahid2 da istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə baxışında ifadələrində göstərmişlər ki, Məhkum saxlayarkən, o, narkotik vasitəni həmin günü "Nizami” metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən 30 manat pula almasını, bir qismindən istifadə etdiyini, qalan ını isə sonradan istifadə etmək üçün cibində saxladığını qeyd etmişdir. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının 5 iyul 2022-ci il tarixli qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, hər hansı əsaslanma aparılmadan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Məhkum niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-in 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etmişdir, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə Məhkum üzərindən aşkar olunmuş narkotik vas itəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında Məhkum üzərində müəyyən olunmuş narkotik vasitənin məhz satış məqsədi ilə saxlaması xüsusatı hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasə n Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin bir ədəd bükümdə saxlanılması, ümumiyyətlə narkotik vasitənin çəkilərək çox saylı xırda bağlamalara bükülməməsi haqlı olaraq sonuncunun həmin narkotik vasitəni satmaq niyyətində olmamasını müəyyən edən hal kimi qəbul olunmuş, məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. O cümlədən, iş üzrə dindirilmiş şahidlərdən də heç biri Məhkum narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum aşkar edilmiş narkotik vasitəni satacağı şəxsi n və ya şəxslərin müəyyən edilməməsi, bununla əlaqədar hər hansı razılaşmanın olmaması, narkotik vasitələrin satılması ilə bağlı telefon məlumatlarının aşkar edilməməsi Məhkum tərəfindən həmin narkotik vasitənin satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq edir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə g əlməyə imkan verir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində həmçinin məhkuma təyin edilmiş cəzanın yüngül olduğu iddia edilir və təyin edilmiş cəzanın ağırlaşdırılması xahiş edilir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsip lərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsi n islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində iki azyaşlı uşağının olması, ilk dəfə olaraq cinayət əməli törətməsi, ailənin yeganə qazanc gətirəni olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestində göstərilmiş məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamsına dair dəlillərinə qiymət verərək qeyd edir ki, cəzan ı yüngülləşdirən halların cinayət-hüquqi mahiiyətini ondan ibarətdir ki, bu kimi halların mövcudluğu: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhl ükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır – azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-in 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası he sab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyun 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-255/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-255/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver