Məhkəmə qərarları › İş №1(102)-2550/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2550/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2550/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 189-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 2024-cü il 5 avqust tarixli, 1(104)-229/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin (X21) xx.xx.2024-cü il tarixli 1(076)-23/2024 saylı hökmü ilə, xx xxxxxx 1986-cı il tarixdə Şəmkir rayonunun Atabəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 nəfər azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, “Azərişıq ASC”- nin Qərb RETSİ-nin X7 elektrik montyoru işləyən, Şəmkir rayonu, Atabəy kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Məhkum Azərbaycan Respubliaksı CM-in 189-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3.200 (üç min iki yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Nural Əliyevdən ibarət tərkibdə) 2024-cü il 5 avqust tarixli, 1(104)-229/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum qarşı irəli sürülmüş ittihamda X2 tərəfindən vurulmuş ziyan 319 manat məbləğində, X13 tərəfindən vurulmuş ziyan 421.56 manat məbləğində, ümumi vurulmuş ziyan isə 9171.36 (doqquz min yüz yetmiş bir manat otuz altı qəpik) manat məbləğində müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum elektrik enerjisi təchizatı müəssisəsinin səlahi yyətli nümayəndəsi olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən elektrik şəbəkələrinə qanunsuz qoşularaq bu resursların xeyli miqdarda ziyan vurmaqla talanmasının qarşısının alınmaması cinayət əməlini törətmişdir. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona cəza təyin edilərkən işin halları tam və hərtərəfli araşdırılma mış, işin həqiqi və faktiki halları nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin hökmü başdan başa ittihamı müdafiə etməyə yönəlmiş, öz növbəsində apellyasiya instansiyası məhkəməsinin qərarı da birinci instansiya məhkəməsinin hökmünü müdafiə etmişdir. Məhkum bildirmişdir ki, hökmün təsviri hissəsində onun guya X7 10 kv-lıq Subartezian Ağlavaşlı və Qılıncbəyli xətlərinin satış üzrə nəzarətçi mühəndisi vəsifəsində xx.xx.2022-ci il tarixinə kimi Azərişıq ASC-yə xeyli miqdarda ziyan vurulmasına şərait yaratmağı qeyd edilmişdir. Lakin o, 2022-ci ilin fevral ayından Subartezian Ağlavaşlı hava xəttinin nəzarətçi-mühəndisi vəzifəsində işləməmişdir. O ancaq Qılıncbəyli hava xəttinin nəzarətçi-mühəndisi vəzifəsində işləmişdir. Bu səbəbdən də Subartezian Ağlavaşlı hava xətti üzrə ona verilmi ş ittiham ümumiyyətlə işləmədiyi ərazi üzrə olduğu üçün tamamilə qanunsuz olmuşdur. Bunu isə birinci instansiya məhkəməsi ümumiyyətlə nəzərə almamışdır. Həmçinin hazırki cinayət işi üzrə ittihamın əsasını təşkil edən xx.xx.2022-ci il tarixli aktlar yazılmamışdan əvvəl həmin aktlarda qeyd edilən və edilməyən ümumi qüsurlarla bağlı, xx.xx.2022-ci il tarixdə Şəmkir rayon Elektrik Şəbəkəsinin fərqlənmə nişanı ilə nişanlanmış xidməti blanklar səhifəsində o məlumat vermişdir. 25 may 2022-ci il tarixdə "xxxx" ASC-nin məsul rəhbərləri tərəfindən X9 qüsurların gizlənilməsi səbəbi ilə bağlı izahat alınan zaman onun 15 may 2022-ci il tarixli xidməti məlumatının şəbəkə rəisinin xidməti məlumatlar qovluğunda aşkar edildikdən sonra digər hallar da nəzərə alınaraq həmin gün şəbəkə rəisi Ramiq Ələsgərov a dlı rəis öz vəzifəsindən azad edilmişdir. Ona görə də o həmin vaxt hər hansı cəzaya məruz qalmamışdır. Hətta barəsində töhmət və ya daxili intizam qaydasında heç bir xəbərdarlıq edilməmişdir. O, qeyd etmişdir ki, ona qarşı yönəlmiş ittihamın əsasını təşkil edən aktlar da həmin xidməti məlumat əsasında Şəmkir rayonu, Ağlavaşlı kənd sakini, hazırda da həmin kənddə nəzarətçi-mühəndis vəzifəsində işləyən İnayət Kazımovun ünvanları göstərməsi ilə bir neçə dəqiqə ərzində tərtib edilmişdir. Hansı ki, aktların tərtib edilmə tarixi və saatlarını müqayisə etdikdə həmin aktların yazıldığı ünvanlar arasında olan məsafə baxımından bir ünvandan digər ünvana gedilməsi fiziki cəhətdən mümkün deyil. Burda əsas maraq o olmuşdur ki, onu həmin ərazidən uzaqlaşdırsınlar və həmin ərazidə İnayət Kazımov işləsin. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktlar arasında sərf edilmiş vaxt və zaman baxımından pozuntular olduğu üçün həmin aktlar iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, bir aktın tərtib edilməsi üçün ən azı 15 dəqiqə vaxt tələb olunur. Əlavə olaraq enerji axımının yoxlanılmasında, vətəndaşın aktda iştirakının təmin edilməsi üçün dəvət edilməsinə sərf edilən vaxt və s. bu kimi hallarla bağlı kifayət qədər vaxt tələb olunur. Həmçinin bir ünvandan digərinə getmək üçün də kənd yolları və gecə vaxtı olması, hava şəraiti, qaranlıq mühit və s. hallara nəzər salınarsa aktların həmin zaman kəsiyində yerində tərtib edilməsinin qeyri-mümkün olması aydın olar. Misal üçün Azər İbrahimovun mənzilinə dair tərtib edilmiş aktın tərtib edilmə vaxtı xx.xx.2022-ci il saat 23:51 olaraq, Zərraf Məhə rrəmovun mənzilinə dair tərtib edilmiş aktın tərtib edilmə vaxtı xx.xx.2022-ci il saat 00:11 olaraq qeyd edilmişdir. Arada olan vaxt fərqi cəmi 20 dəqiqə təşkil edir. Halbuki qeyd olunan vətəndaşların evləri arasında isə təxminən 103 elektrik sayğacı ilə təhciz edilmiş mənzil mövcuddur. Əgər həqiqətən kütləvi yoxlama aparılmışdırsa, bu mənzillərin də yoxlanılmasına vaxt sərf olunacağı təqdirdə Azər İbrahimovun evindən Zərraf Məhərrovun evinə getmək üçün ən az 2 saat vaxt tələb olunur. X4 mənzilinə dair tərtib edilmiş aktın tərtib edilmə vaxtı xx.xx.2022-ci il saat 00:43 olaraq, Zərif Həsənovanın mənzilinə dair tərtib edilmiş aktın tərtib edilmə vaxtı xx.xx.2022ci il saat 00:52 olaraq qeyd edilmişdir. Arada olan vaxt fərqi cəmi 09 dəqiqə təşkil edir. Halbuki qeyd olunan vətəndaşların evləri arasında isə təxminən 30 elektrik sayğacı ilə təhciz edilmiş mənzil mövcuddur. Əgər həqiqətən kütləvi yoxlama aparılmışdırsa, bu mənzillərin də yoxlanılmasına vaxt sərf olunacağı təqdirdə Brilyant Əsgərovanın evindən Zərif Həsənovanın evinə getmək üçün ən az 30 dəqiqə vaxt tələb olunur. Bundan başqa Azər İbrahimovun mənzilinə dair tərtib edilmiş aktın tərtib edilmə vaxtı xx.xx.2022-ci il saat 23:51 olaraq, Şahid6 mənzilinə dair tərtib edilmiş aktın tərtib edilmə vaxtı xx.xx.2022-ci il saat 00:31 olaraq qeyd edilmişdir. Arada olan vaxt fərqi cəmi 40 dəqiqə təşkil edir. Halbuki qeyd olunan vətəndaşların evləri arasında kəndin sağ giriş nöqtəsindən sol giriş son nöqətsində qədər məsafə var. Əgər həqiqətən kütləvi yoxlama aparılmışdırsa, bu mənzillərin də yoxlanılmasına vaxt sərf olunacağı tə qdirdə Azər İbrahimovun evindən Şahid6 evinə getmək üçün ən azı 200 mənzilin sayğacları yoxlanmalı və bunun üçün də 5-6 saat vaxt tələb olunur. X15 mənzilinə dair tərtib edilmiş aktın tərtib edilmə vaxtı xx.xx.2022-ci il saat 23:35 olaraq, Brilyant Əsgərovanın mənzilinə dair tərtib edilmiş aktın tərtib edilmə vaxtı xx.xx.2022-ci il saat 00:43 olaraq qeyd edilmişdir. Arada olan vaxt fərqi cəmi 68 dəqiqə təşkil edir. Halbuki qeyd olunan vətəndaşların evləri arasında isə ən yaxın məsafədən gediş yolu seçilmiş olsa belə təxminən 220 elektrik sayğacı ilə təchiz edilmiş mənzil mövcuddur. Əgər həqiqətən kütləvi yoxlama aparılmışdırsa, bu mənzillərin də yoxlanılmasına vaxt sərf olunacağı təqdirdə Xəyal Qasımovun evindən Brilyant Əsgərovanın evinə getmək üçün həmin məsafənin yol qəti zamanı ən az 6 -7 saat vaxt tələb olunur. Belə olanda isə aktların tərtib edilməsinə sərf olunan minimum 20-30 dəqiqə vaxt öz-özlüyündən itir. Bundan başqa aktların tərtib edilməsi zamanı oxşar yanaşmalar qeyd edilərək guya qapını açan olmadığı göstərilmişdir. Təsəvvür etmək mümkün deyil ki, bu qədər mənzildən heç kim qapının döyülməsinə reaksiya verməmişdir. Həmçinin aktlar tərtib edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarının tələbləri də pozularaq vətəndaşın olmadığı ünvana İƏV üzrə səlahiyyətli nümayəndə dəvət olunmamışdır. Belə ki, bu qədər vətəndaşın qapını açmadığı nəzərə alınaraq, ən azından maraq enerji talanmasının qarşısını almaq idisə, kəndin səlahiyyətli nümayəndəsi dəvət edilməli idi. Yuxarıda qeyd edilən aktlar tərtib edilməzdən əvvə l, yəni xx.xx.2022-ci il tarixdə o, ərazisində olan pozuntularla bağlı xidməti məlumat vermişdir. Artıq həmin xidməti məlumatların vaxtında araşdırılmaması onun deyil, digər şəxsin (lərin) məsuliyyəti olmuşdur. Hətta 25 may 2022-ci il tarixdə "xxxx" ASC-nin məsul rəhbərləri tərəfindən X9 qüsurların gizlənilməsi səbəbi ilə bağlı izahat alınan zaman onun 15 may 2022-ci il tarixli xidməti məlumatının şəbəkə rəisinin xidməti məlumatlar qovluğunda aşkar edildikdən sonra digər hallar da nəzərə alınaraq həmin gün şəbəkə rəisi Ramiq Ələsgərov adlı rəis öz vəzifəsindən azad edilmişdir. Ona görə də o, həmin vaxt hər hansı cəzaya məruz qalmamışdır. O bildirmişdir ki, yazılmış aktlarda Coşqun Qənbərovdan başqa heç bir şəxsdə birbaşa kənar xətt aşkar edilməmişdir. Coşqun Qənbərov da öz ifadəsində bil dirmişdir ki, mənim (yəni Məhkum) bu işdən xəbəri yoxdur, “gecə əkindən gəlib traktorumun qırılmış kotanını qaynaq etmək üçün qarmaq atmışam”. Lakin ibtidai istintaq zamanı da Coşqunun ifadəsi dəyişdirilmişdir. Ancaq digər sayğacların yivli hissələrində hava şəraiti ilə əlaqədar istismar müddəti bitmiş naqillərin təkrar yivlənərək yeni sayğacın quraşdırılması zamanı təkrar yivlənmə nəticəsində nazik aliminium naqillərin yiv vasitəsilə əzilib nazilməsi ucbatından vətəndaşların sayğaclarında qüsurlar yaranmışdır. Qüsurun yaranma səbəblərindən biri də istismar müddəti bitmiş sayğacların yenisi ilə əvəz edilməsi zamanı uçot dəsti də tam yenilənməli olduğu halda yenilənməmiş, köhnə naqillərdən köhnə sayğaclar çıxarılmaqla yeni sayğacların qoşulası olmuşdur. Göründüyü kimi aktlar qərəzli olaraq formal vaxtlar göstərilməklə tərtib edilmişdir. Ona qarşı qərəzli mövqeyin səbəbi isə onun xx.xx.2022-ci il tarixdə ərazisində "xxxx" ASC-nin Qərb Regional rəhbərliyinin qeydi-qanuni fəaliyyəti barədə hüquqları pozulmuş vətəndaş Möhlət Əliyevi "xxxx" ASC-nin rəhbəri X19 Regional İdarədə keçirilən qəbula düşməsi üçün istiqamət verməyi olmuşdur. Ona qarşı qərəzli mövqenin daha bir bariz nümunəsi də, Şəmkir RPŞ-nin X23 tərəfindən verilmiş guya “narkotik istifadəçisi” olmağı barədə yalan məlumatdır. Bununla bağlı tərəfindən daxili işlər orqanlarına edilmiş şikayətlərdən sonra həmin məlumat nəzərə alınmamışdır. Aktlar tərtib edilmiş ünvanların heç birində açıq kənar xətdən və naqillərdən istifadə edilməsi faktı aşkar edilməmişdir. Həmçinin aktlarda hesablanmış itirilmiş enerji dəyəri də mövsümə uyğun olmayan suni şəkildə qabardılmış rəqəmlərdir. Yeri gəlmişkən məhkəmə qətnamələri ilə Xəyal Qasımovun, Zərraf Məhərrəmovun, Cavid Qurbanovun və Azər İbrahimovun barələrində tərtib edilmiş aktlarda qeyd edilən cərimə məbləğləri silinmişdir. Əgər aktlar əsaslı tərtib edilmiş olsaydı yəqin ki, məhkəmə həmin cərimələrin silinməsi qənaətinə gəlməzdi. Hazırda o xx.xx.2024-cü il tarixdən "xxxx" ASC-nin Qərb Regional İdarəsinin X16 və X17 rəislərinin qarşılıqlı razılığı ilə X12 Samux rayonu Çobanabdallı kəndi, Qarabağlar kəndi və Yeni Navağalı qəsəbəsi üzrə nəzarətçi-mühəndis vəzifəsinə keçirilmişdir. Hansıki, əvvəllər, yəni xx.xx.2022-ci il tarixədək Şəmkir rayonu Qılıncbəyli və Ağlavaşlı kəndlərində eyni vəzifədə işləmişdir. O, X12 Samux rayonu Çobanabdallı kəndi, Qarabağlar kəndi və Yeni Navağalı qəsəbəsi üzrə nəzarətçi-mühəndis vəzifəsinə keçirildikdən dərhal sonra ona təhkim edilmiş ərazidə qüsurların olub-olmaması ilə bağlı ərazidə müvafiq nəzarət işləri həyata keçirmişdir və bu zaman 3 qeyri-əhali, 2 əhali olmaqla, 5 sayğacda bağlantılar proqram bazasında səhv olması barədə nöqsanlar aşkar edərək bununla bağlı xidməti məlumat vermişdir. O, qeyd etmişdir ki, eyni xidməti məlumatları 2022-ci ilin iyun ayının ilk on günlüyündə onun əvvəllər işlədiyi Şəmkir rayonu Qılıncbəyli və Ağlavaşlı kəndləri üzrə ondan sonra təyin edilmiş nəzatərçi-mühəndis də etməli idi. Əgər həmin vaxt nəzarətçimühəndis heç bir nöqsan barədə məlumat verməmişdirsə, deməli onun işlədiyi vaxtdan hər hansı pozuntu qalmamış, 01-04 iyul 2022-ci il tarixdə tərtib edilmiş qüsur aktlarının da mənə heç bir a iddiyyəti olmadığı aydın şəkildə görsənir. Ona qarşı olan qərəzli mövqenin başlıca səbəblərindən biri də, xx.xx.2022- ci il tarixdə saat 10-11 radələrində xidməti ərazimdə "xxxx" ASC-nin Qərb Regional rəhbərliyinin qeydi-qanuni fəaliyyəti barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 qaynar xəttinə etmiş olduğu şikayət olmuşdur. Bundan sonra isə "xxxx" ASC-nin Qərb Regional rəhbərliyi özünü müdafiə məqsədi ilə onun barəsində tədbir görülməsi üçün prokurorluğa müraciət etmişdir. Həmin müraciətin özü də, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Qərb Regional rəhbəri Elmar Mahmudov barəsində tədbir görülməsi üçün "xxxx" ASC-nin rəhbəri Vüqar Əhmədova müraciət etmişdir. Bu ndan sonra həmin məktubda rəhbər kimi Vüqar Əhmədovun nə dərkənarı olmamış, nə də tədbir görülüb-görülməməsi ilə bağlı hər hansı qeyd olmadan, buna səlahiyyəti olmayan həmin vaxt texniki direktor olan Qədir İsmayılovun imzası ilə xx.xx.2022-ci il tarixdə Şəmkir rayon prokurorluğuna müraciət ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı ilə "xxxx" ASC-nin ASC üzrə bütün səlahiyyət hüquqları Vüqar Əhmədova verilmişdir. Müstəna hallarda (məzuniyyət və xarici səfərlər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin birtərəfli qəbul etdiyi qayda üzrə səlahiyyət Ramin Yusibova ötürülə bilər. Bundan da aydın görünür ki, məlumat verilən vaxt məlumata imza etmiş Qədir İsmayılov səlahiyyətli şəxs olmamışdır. Hazırda ona ittiham verilmiş maddə üzrə də ittiham öz təsdiqini tapmır. Belə ki, cinayət işi ilkin olaraq prokurorluğun müstəntiqi Nicat Məmmədli tərəfindən başlanılmış, vətəndaşların ifadələri qərəzli olaraq alınmış, onun öz ifadəsi də daxil omaqla müstəntiq öz istədiyi formada dəyişdirmiş, o öz ifadəsini imzalamadığı üçün müstəntiq Nicat Məmmədli ilə arasında narazılıq yaranmışdır. Hətta cinayət işi başlanılıb bir neçə ay ərzində müəyyən istindaq hərəkətləri aparılmasına baxmayaraq, onun müdafiə hüququ pozularaq ona müdafiəçi təqdim edilməmişdir. Bu səbəbdən də o davamlı olaraq onun, yəni Nicat Məmmədlinin barəsində aidiyyəti orqanlara şikayətlər etdikdən sonra cinayət işi üzrə istintaqın davam etdirilməsi prokurorluğun digər müstəntiqi Fərid Haqverdiyevə həvalə edilmişdir. Yeni təyin edilmiş müstəntiq Fərid Haqverdiyev tərəfindən onun h üquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilmişdir. Bundan sonra yenidən vətəndaşların ifadələri alınmış və həmin vətəndaşların ifadələri onun iştirakıyla alınmaqla, olduğu kimi qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi hökmdə Şahid7 ifadəsi kimi şikayətlərin əsasında cinayət işinin istintaqından uzaqlaşdırılmış müstəntiq Nicat Məmmədli tərəfindən alınmış ifadəni qeyd etmişdir. Şahid7 da məhkəmə iclasında müstəndiq Fərid Haqverdiyevə vermiş olduğu ifadəni olduğu kimi vermiş və onun 2022-ci ilin iyun ayında orada işləmədiyini bildirmişdir. Həmçinin ona zəng edərək ona qüsur barədə məlumat verdiyini, onun isə ona hazırda (yəni 2022-ci ilin iyun ayında) orada işləmir cavabı verdiyi məhkəmədə bildirmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2024-cü il tarixli l(104)-229/2024 saylı qərarının ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 189-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 avqust tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya p rotestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələl ərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində təqsirsizliyini iddia edərək və bununla bağlı əsassız cinayət məsuliyyətinə cəlb edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallar la əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. B elə ki, cinayət işinin materiallarından görünür ki, məhkum Faiq Yusifov kassasiya şikayətində irəli sürdüyü dəlilləri apellyasiya şikayətində də irəli sürmüş, lakin apellyasiya instansiyası məhkəməsinin qərarında həmin dəlillərə əsaslandırılmış cavablar verilməmiş, məhkəmə ümumi, mücərrəd ifadələrdən istifadə etməklə müdafiə tərəfinin dəlillərini rədd etmiş, müdafiə tərəfinin dəlillərinə səthi yanaşmışdır. Məhkum kassasiya şikayətində göstərir ki, rəhbərlik barədə prokurorluğa müraciət etdikdən sonra o təqib edilməyə başlanmış və qüsur aktları da formal tərtib edilmişdir. Lakin məhkəmələr tərəfindən işin bu halı araşdırılmamış, ittihamın əsasını təşkil edən qüsur aktlarının müvafiq normativlərin tələblərinə uyğun tərtib edilib-edilməməsi, aktlar tərkib edilən evlərin sakinlərinin həmin a ktlar tərtib edilərkən həqiqətən də evdə olub-olmaması, hansı səbəbdən iştirak edib-etməməsi araşdırılmamış, məhkumun şikayətində göstərilən aktların tərtib edilməsi müddətləri və qaydası ilə bağlı şübhələrinə heç bir aydınlıq gətirilməmişdir. Bu zaman nəzərə almaq lazımdır ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə həmin aktların bəziləri tərtib edilərkən qanunsuzluğa yol verilməsi faktı müəyyən edilmişdir, digər akların da eyni səpkidə yoxlanılması, ittihamın əsasını təşkil edən sübutların mötəbərliyi baxımından, məhkəmə qarşısında bir vəzifə kimi yaranmasına baxmayaraq, işin bu halı araşdırılmamış qalmış, bu məsələyə heç bir münasibət bildirilməmişdir. Bundan əlavə, məhkum Faiq Yusifova qarşı irəli sürülmüş ittihama görə o, Ağlavaşlı elektrik xətti üzrə nəzarətçi mühəndis v əzifəsində işləyərəkən ittihamda qeyd edilən əməlləri törətmişdir. X22 iddia etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə başqa vəzifəyə keçirilmiş və həmin müddətdən 36 gün sonra qüsur aktları tərtib edilmişdir. Yəni 36 gün ərzində də aktlarda qeyd edilən qüsurların baş verməsi mümkündür. Lakin məhkəmələr tərəfindən işin bu zəruri halı araşdırılmamış, müdafiə tərəfinin təqsirsizliklə bağlı bu dəlili araşdırmadan kənar qalmış, bununla bağlı verilmiş vəsatət heç bir əsaslandırma aparılmadan rədd edilmişdir. Bundan əlavə, məhkum Faiq Yusifov ittihamda əks olunan nöqsanlarla bağlı vaxtında rəhbərliyə xidməti məlumatlar təqdim etdiyini bildirmiş və bununla bağlı mövqeyini müfəssəl şəkildə şərh etmiş və əsaslandırmışdır. Lakin təəssüf ki, işin bu halı da məhkəmə araşdırmasından kənarda qalmışdır. “ X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X14rşı” 09 dekabr 199 4cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması əd alətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standar tını tətbiq edir. Avropa Məhkəməsinin Presedent hüququnun müddəları konteksindən Gəncə Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərarına qiymət veriləcəyi təqdirdə ortaya çıxan mənzərə ondan ibarətdir ki, qismən həyata keçirilən məhkəmə istintaqı zamanı müdafiə tərəfinin çoxsaylı vəsatətləri əsasında heç bir araşdırma aparılmamış, qəbul edilmiş məhkəmə qərarında isə müdafiə tərəfinin əsaslandırılmış və faktlara söykənən dəlillərinə heç bir münasibət bildirilməmiş, nətəcədə şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmamış, təbii olaraq yaranmış əsaslı şübhələr öz həllini tapmamışdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 5 avqust tarixli, 1(104)-229/2024 nömrəli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar