Məhkəmə qərarları › İş №1(102)-2554/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2554/2025

23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2554/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, bəraət almış şəxs X6 və onun müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlunun iştirakları ilə, Lənkəran Ağır C inayətlər Məhkəməsinin 3 aprel 2025-ci il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2025-ci il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlunda n ibarət tərkibdə) X9, 15 mart 1988-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmamış uşaqları olan, kiçik sahibkarlıq fəaliyyəti məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz hesab edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X9 qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9,430 qram narkotik vasitə olan heroini və külli miqdarda - 10,740 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, X9un qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı X9 3 noyabr 2023-cü il tarixdə, saat 13:35-də ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılıb Saatlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra orada həmin gün saat 15:00-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda - 9,430 qram narkotik vasitə olan heroin 1 ədəd şəffaf polietilen bükümdə və külli miqdarda - 10,740 qram psixotrop maddə olan metamfetamin 1 ədəd şəffaf polietilen bükümdə olmaqla X9un əynindəki göy rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etməsi əsasında aşkar edilib polis əməkdaşları tərəfindən götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla X9un ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə yuxarıda göstərilən bəraət hökmü çıxarılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə) 17 iyun 2025-ci il tarixl i qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2025-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2025-ci il tarixli hökmündən verilmiş apellyasiya protestinin məzmunu ilə eynilik təşkil edən kassasiya protestində CPM-in bir sıra maddələrinə, təkrar-təkrar iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, ibtidai araşdırma orqanı tərəfindən X9a qarşı irəli sürülmüş ittihama, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, bu aktlar üzrə məhkəmələrin gəldikləri nəticələrə istinad edən dövlət ittihamçısı E.Ə.Hüseynov həmin protestini belə əsaslandırmışdır ki, X9un ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyi həmin məhkəməyədək icraat zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlarla, o cümlədən X9un üzərində şəxsi axtarışın aparılması haqqında 3 noyabr 2023-cü il tarixli protokolla, bu istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videogörüntülərlə, sonuncunun özünün şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi etirafedici ifadələri ilə, habelə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə və başqa sübutlarla tam təsdiq edilsə də, apellyasiya instansiyası məhkəmə si tərəfindən yekun qərar qəbul olunarkən bu sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, X9un təqsirsizliyi barədə 3 aprel 2025-ci il tarixli hökmün və 17 iyun 2025-ci il tarixli qərarının əsasını yolverilməz sübutlar təşkil etmiş, bunun nəticəsi olaraq ona CM-in 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilmişdir. Birinci instansiya məhkəməsi X9a bəraət verərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən yalnız onun məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, həmçinin onun məsuliyyətdən yayınmasında maraqlı olan qohumlarının və tanışlarının ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər süb utlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmış, məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları sübut kimi qəbul etməyərək onları nəzərə almamış, onları təqsirləndirilən şəxsin xeyrinə təfsir edərək təhlil, biri-biri ilə müqayisə etməmiş və mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməmişlər. Həmçinin məhkəmələr əsassız olaraq belə qənaətə gəlmişlər ki, X9 ona qarşı irəli sürülmüş ittihamda göstərildiyi kimi, 3 noyabr 2023-cü il tarixdə küçədə deyil, yaşadığı evində saxlanılmış, saxlanıldıqdan sonra Saatlı rayon Polis Şöbəsinə aparılarkən isə həm yolda, həm də göstərilən şöbədə fiziki və psixi təsirlərə məruz qalmışdır ki, bu hallar da ona bərəat verilməsi üçün əsas yaradır. Lakin məhkəmələrin bu barədə gəldikləri qənaət də əsassız olmuş, həm şahidlərin ifadələri, həm də iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə X9un saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının onun yaşadığı evə daxil olmaları, ona qarşı fiziki və ya psixi təsir göstərmələri müəyyən edilməmiş və məhkəmələr bu halları təsdiq edən sübutlara da diqqət yetirməmişlər. Daha sonra məhkəmələr X9un üzərində şəxsi axtarışın onun saxlanıldğı yerdə aparılmamasının “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tari xli Qərarının 34-cü bəndində verilən izaha uyğun olmaması ilə əsaslandırsalar da, nəzərə almamışlar ki, qeyd olunan hal sözü gedən Plenum Qərarı qəbul edildiyi vaxta qədər baş vermişdir ki, həmin Qərar da yalnız qəbul olunduğu 14 iyun 2024-cü il tarixdən sonra baş verən hadisələrə şamil edilə bilərdi (şəxsin tutulduğu, saxlanıldığı yerdə üzərinə baxış keçirilməsi ilə bağlı hissədə). Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.Ə.Hüseynov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.Ə.Hüseynov öz müraciətində həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin X9a qarşı irəli sürülmüş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsi h aqda nəticəyə gələrkən sübutların tədqiq edilməsinə və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verdiklərini və məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 17 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi b arədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəla Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə s əlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmi ş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, süb ut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasi ya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı ci nayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırkı iş üzrə Şirvan Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsi ri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində tə qsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan mə hkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün i stər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hü quqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq e dilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hər əkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşıs ında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımı ndan, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cin ayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddə sində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəz sizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxi lində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəx s tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, ci nayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin ba ş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iş tirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində gös tərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün ə saslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun aşağıdakı Qəraralrında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqların a zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutl ara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Av ropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin c inayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il t arixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Kon stitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolund a əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, 728-İQ nömrəli Qanunun (“Əməliyyat-axtarış fəaliyyəti” haqqında 28 oktyabr 1999-cu il tarixli Qanun) 15-c i maddəsi əməliyyat-axtarış tədbiri keçirilməli olduqda həmin Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektinin səlahiyyətli şəxsinin qərarı əsasında əməliyyat-qeydiyyat işinin başlanılmasını, bu işin əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmasını, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks etdirilməli və sistemləşdirilməli olduğunu təsbit etsə də, bu maddə, eləcə də 728-İQ nömrəli Qanunun əməliyyat-axtarış tədbirlərinin nəticələrinin istifadə edilməsinə həsr olunmuş 16-cı maddəsi və yaxud digər norması əməliyyat-axtarış tədbirinin gedişatına və nəticələrinə dair məlumatların hansı formada rəsmiləşdirilə (hansı forma və məzmunda olan sənədlərdə əks etd irilə) biləcəyini tənzimləmir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir (Qərarın 34-cü bəndi). Kassasiya protestində məhkəmələrin istinad etdikləri bu izah və tövsiyələr mübahisələndirilsə də, məhkəmə kollegiyası bununla bağlı həmin protestin dəlilləri ilə razılaşmır və vurğulamağı lazım bilir ki, istər təsvir edilən Qərarda, istərsə də hazırkı iş üzrə cinayət təqibi aparılan dövrün bir hissəsində qüvvədə olmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011-ci il tarixli Qərarında da şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin, onların prekursorlarının, habelə bunlara aid olmayan güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, bir sıra istintaq hərəkətlərinin (məsələn şəxsi axtarışın və götürmənin) aparılmasına, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərarların qanuniliyinin və əsaslığının məhkəmə nəzarəti qaydasında yoxlanılmasına və cinayət işlərinin ibt idai araşdırması və məhkəmələrdə baxılması zamanı bir çox məsələlərin qanuna müvafiq qaydada həll edilməsinə dair digər izah və tövsiyələr də verilmişdir ki, hazırkı işin təhlili iş üzrə ilkin və ibtidai araşdırmalar zamanı bu izah və tövsiyələrə də əməl olunmamasını, sübutların isə qanun pozuntuları ilə toplanmasını göstərir. Məsələn, 4 mart 2011-ci il tarixli Qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153- cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Həmçinin həm 4 mart 2011-ci il tarixli, həm də 14 iyun 2024-cü il tarixli Qərarlarda əksini tapmış izah və tövsiyyələrin (bu izah və tövsiyələr cinayət-prosessual qanunvericiliyinin tələblərindən irəli gəlir) ziddinə olaraq X9un üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti onun faktiki tutulduğu yerdə deyil, ilkin sənədlərə görə, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Saatlı rayon Polis Şöbəsində aparlımışdır ki, məhkəmələr də əsaslı olaraq bu xüsusata, eləcədə X9un küçədə saxlanılması halının məhkəmə iclasında araşdırılmış sübutlara ümumiyyətlə uyğun olmamasına, həm də aşağıda təsvir edilən digər qanun pozuntularına diqqət yetirmişlər. Əvvəla, işin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci i nstansiya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmələrin müəyyən etdikləri halların onların tədqiq etdikləri sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi, ilkin və ibtidai araşdırmalar zamanı isə X9a elan olunmuş ittihamın əsasını təşkil edən sübutların əksəriyyətinin aşağıda göstərilən qanun pozuntuları ilə əldə edilməsi müəyyən olunur. Kassasiya protestində belə sübutların məhkəmələr tərəfindən əs assız olaraq nəzərə alınmaması, digər tərəfdən isə iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etməsi iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən əldə edilmiş əlavə sübutlar məhkəmə iclaslarında obyektiv olaraq tam həcmdə araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz araşdırılmış, lakin X9un təqsirliliyini təkzib edən sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X9un ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilməməsi, qeyd olunduğu kimi, ilk in və ibtidai araşdırmalar zamanı isə əsas sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmişlər. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçıları, o cümlədən kassasiya protestinin müəllifi X9a qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi barədə mötəbər və təkzibedilməz nəticəyə gəlməyə əsas verə bilən əlavə və tutarlı sübutları məhkəmələrə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasını, buna görə də hökmdən verilmiş apellyasiya protestinin təmin etməməsini nəzərə alaraq, kassasiya m üraciəti isə öz məzmununa görə hökmdən verilmiş apellyasiya protesti ilə eynilik təşkil etsə də məhkəmə kollegiyası CPM-in 419-cu maddəsinin tələblərinə uyğun olaraq bu maddə ilə üzərinə qoyulmuş vəzifəni yerinə yetirməyi və kassasiya protestinin dəlillərinə iş üzrə toplanmış və araşdırılmış bir sıra sübutlara, habelə qanunvericiliyin tələblərinə əsaslanmaqla inandırıcı cavab verilməsini zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə olan halda məhkəmə kollegiyası X9un barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya i nstansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməmələrini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı E.Ə.Hüseynov məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə birinci instansiyası məhkəməsinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdi q edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbl olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin həm ibtidai araşdırmanın sonrakı mərhələsində, faktiki olaraq barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Nərimanov Rayon Məhkəməsinin məhkəmə iclasında 4 noyabr 2023-cü il tarixdə baxılarkən, həmçinin 13 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində təkrarən dindirilərkən və məhkəmə iclasında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün isə məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı cinayət işinin materiallarında olan, o cümlədən birinci instansiya məhkəməsinin 3 aprel 2025-ci il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 17 iyun 2025-ci il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə müraciət edərək həmin sübutları hazırkı qərarda da təhlil etməyi məqsədə uyğun hesab edir. Belə ki, iş üzrə toplanmış ilkin sənədlərə əsasən 3 noya br 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Saatlı şəhərində yaşayan və orada kənd təsərrüfatı sahəsində kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan X9un qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Saatlı rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsis mənbədən əməliyyat məlumatı daxil olmuş (göstərilən İdarənin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 3 noyabr 2023-cü il tarixli raportu), həmin məlumatın yoxlanılması məqsədilə adı çəkilən polis əməkdaşı tərəfindən eyni tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın surətinin isə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi nəzərdə tutulmuş, eyni zamanda cinayət işinin matieriallarına Şahid1, Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 və İdarənin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis kapitanı Şahid3 ibarət əməliyyat qrupunun yaradılması haqqında həmin İdarənin rəisi polis-general mayoru Xin 3 noyabr 2023-cü il tarixli 3-137Ə-370/2023 saylı əmri əlavə olunmuşdur. Bundan başqa, cinayət işinin materiallarına yalnız əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında iki vərəqdən ibarət olan qərarın 3 noyabr 2023-cü il tarixli 3- 13-7/2- 8661/2023 və 3-13-7/2- 8662/2023 müvafiq olaraq ibtidai araşd ırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və Saatlı Rayon Məhkəməsinə göndərilməsi həqqında məktublar əlavə edilsə də X9un barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərini özündə əks etdirən lazımi prosessual sənədlər nə məhkəməyə, nə də ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu tədbirlərin əsaslığının və qanuniliyinin yoxlanılması üçün təqdim olunmamışdır. Halbuki, göstərilən qərarda məhkəmənin qərarı olmadan aşkar və gizli üsullarla bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, o cümlədən X9un yaxalanması, yəni saxlanılması və tutulması və onun üzərində şəxsi axtarışın aparılması nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 3 noyabr 2023-cü il tarixli qərarın qanu ni hesab olunması barədə Saatlı Rayon Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli qərarı əlavə olunsa da, bu qərardan əməliyyat orqanı tərəfindən qəbul edilmiş qərarın yazılı mətninin deyil, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin əsaslığının və qanuniliyinin, bunun nəticəsində sübutların həqiqətən qanuni yolla əldə edilib-edilməməsinin məhkəmə nəzarəti qaydasında qanuna müvafiq qaydada yoxlanılması, belə yoxlamanın hansı şəraitdə, kimlərin iştirakları ilə aparılması məhkəmənin qərarından görünmür. CPM-in 137-ci maddəsinin tələblərinə görə isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqib i üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinə əsasən, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsini n Plenumu öz Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bi lər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddə alarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirini n məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci i l); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat- axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması t ələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, bel ə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm CPM-in 137 və 445.2-ci maddələrinin tələblərindən, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında yüksək Məhkəmələrin sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, X9un barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 3 noyabr 2023-cü il tarixli qərarın və onun ə sasında toplanmış ilkin materialların əsaslığı və qanuniliyi məhkəmə nəzarəti qaydasında lazımi qaydada yoxlanılmadığından bu qərar əsasında toplanmış sübutlar da X9a qarşı ittihamın irəli sürülməsində istifadə edilə bilməzdi. Daha sonra baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə 3 noyabr 2023-cü il tarixli digər raportu ünvanlayaraq İdarənin əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayonunun ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan X9un bu əməlləri törətməkdə şübhəli bilindiyi üçün həmin tarixdə saat 13.35də ünvan 2 ünvanının yaxınlığında hərəkət edən zaman saxlanılaraq Saatlı rayon Polis Şöbəsinə gətirilməsini bildirərək onun paltarında, əşya larında, bədənində, avtomobilində, evində olması ehtimal olunan narkotik vasitələrin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud da iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verməsini xahiş etmişdir. Bununla yanaşı, işə əlavə edilmiş sənədlərdən görünür ki, X9 saxlanılaraq Saatlı RPŞ-nə gətirildikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis kapitanı Şahid3 tərəfindən sonuncuya bu haqda heç bir protokol tərtib edilmədən hüquqları izah edildikdən sonra X9 maddi imkanı olmadığına görə onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunması xahişi barədə təhqiqatçıya ərizə ilə müraciət etmiş və sonuncu X9un bu müraciətinə əsasən ona Sabirabad və Şirvan şəhərlərinin Vəkil Bürolarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmiş, şübhəli şəxsin isə həmin vəkillərdən hər hansını seçməsi müəyyən edilməsə də, onun keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək məqsədilə Sabirabad rayonunda fərdi fəaliyyət göstərən vəkil X7 dəvət edilməsi haqqında 3 noyabr 2023-cü il tarixdə qərar qəbul edərək həmin qərarın surətini icra olunması üçün adı çəkilən vəkilə göndərmiş və həmin vəkil eyni tarixli protokolla X9a təqdim olunmuşdur. Bundan sonra CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinən X9 adı çəkilən müdafiəçinin iştirakı ilə 3 noyabr 2023-cü il tarixdə saat 14:30-da tutulmuş, onun tutulması müddəti nin əvvəli isə həmin tarixdə saat 13.35-dən hesablanmışdır. Lakin iş materiallarının təhlili göstərir ki, bundan sonra 13 dekabr 2023-cü il tarixədək olan müddət ərzində aparılmış ilkin və ibtidai araşdırmalar zamanı istər müdafiəçi S.R.Məmmədlinin, istərsə də müstəntiqin təşəbbüsü ilə 4 noyabr 2023-cü il tarixdə sonuncunu əvəz etmiş Bakı şəhəri 25 saylı Hüquq Bürosunun vəkili X27 tərəfindən X9un hüquqlarının müdafiəsi heç də səmərəli şəkildə həyata keçirilməmiş və adı çəkilən vəkillər iş üzrə həqiqətin müəyyən edilməsinə heç bir təşəbbüs göstərməmişlər. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, X9un barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Nərimanov Rayon Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli qərarına gör ə, bu məsələyə göstərilən məhkəmədə tutulduqdan cəmisi bir gün sonra müdafiəçi İ.M.Həsənovun iştirakı ilə baxılarkən X9 polis əməkdaşları tərəfindən saxlanılarkən, sonradan isə şübhəli şəxs qismində tutularkən üzərində narkotik vasitənin və psixotrop maddənin olmamasını, polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılıqlara məruz qalmasını, bu səbəbdən də həqiqətə uyğun olmayan ifadələr verməsi barədə tərtib olunmuş protokolları imzalamasını bildirmiş, lakin müdafiəçi İqbal Həsənov hüquqlarını müdafiə etdiyi şəxsin bu iddiaları üzrə lazımi araşdırmanın aparılmanın istintaq orqanından tələb etməmiş, bununla bağlı da həmin orqan qarşısında vəsatət qaldırmamış, müstəntiq də X9un məhkəmə iclasında verdiyi izahatının yoxlanılması üçün ilk növbədə onun təkrarən dindirilməsini dərhal deyil, bundan bir aydan artıq müddət keçdikdən sonra təmin etmişdir. Qeyd olunan hallarda məhkəmə kollegiyası X9un istər Konstitusiyada və Avropa Konvensiyasının 6-cı maddəsində, istərsə də CPM-in 91 və 92-ci maddələrində nəzərdə tutulmuş səmərəli müdafiə hüququnun kobud şəkildə pozulmasını görür, həmçinin yuxarıda təsvir edilənlərlə yanaşı, belə qənaətə gəlmək üçün ona da əsaslanır ki, hələ 7 noyabr 2023-cü il tarixdə “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Abbasov Murtuzəli Aydın oğlu X9un hüquqlarını müdafiə etməsi üçün müqavilə bağlaması barədə həmin tarixli 650 nömrəli orderi ibtidai araşdırma orqanına təqdim etsə də, sonuncu təqsirləndirilən şəxsə dərhal yox, yalnız 13 dekabr 2023-cü il tarixdə təqdim olunmuş və məhz həmin tarixdə onun vəsatətinə əsasən və iştirakı ilə X9 təqs irləndirilən şəxs qismində yenidən dindirilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmə iclaslarında dövlət ittihamını müdafiə etmiş prokurorların, o cümlədən kassasiya protesti müəllifinin qənaətlərinə görə, X9a CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq edilməsinə dəlalət edən əsas və mötəbər sübut hesab etdikləri şəxsi axtarışın və götürmənin aparılması haqqında 3 noyabr 2023-cü il tarixli protokoldan görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı X9un üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması ilk olaraq yalnız şübhəli şəxsin izahatına əsasən müəyyən edilmiş, bunun həqiqətə uyğun olması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin və psixotrop maddələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, digər tərəfdən isə X9un təqdim etdiyi kütlələr ətraflı təsvir edilməyərək iştirakçılara təqdim olunmamış və onların çəkiləri müəyyən edilməmişdir. Hərçənd, CPM-in 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şah id onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-in 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxs lərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Daha sonra X9un üzərində 3 noyabr 2023-cü il tarixdə saat 15:10-dan 15:20-dək şəx si axtarışın aparılması haqqında protokoldan görünür ki, bu istintaq hərəkəti sonuncunun saxlanılmasında və Saatlı RPŞ-nə gətirilməsində iştirak etmiş polis əməkdaşları Şahid1, Şahid2 və heç bir fəaliyyət göstərməyən müdafiəçi S.R.Məmmədlinin iştirakları ilə aparılarkən təhqiqatçı Şahid3 ilk növbədə X9a paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsini təklif etdikdən sonra X9 əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim edərək həmin əşyaları iki həftə əvvəl Sa atlı rayonunda yerdən taparaq ona maraqlı olduğu üçün üzərində saxladığını, narkotik vasitələri satmadığını və onlardan istifadə etmədiyini, doğru cavablar verdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra X9un üzərində şəxsi axtarış keçirilmiş və onun əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsunq” markalı mobil telefon, onun şəxsiyyət vəsiqəsi və 169 manat məbləğində pul aşkar edilmişdir. X9un təqdim etdiyi kütlələr zərfə qablaşdırılaraq zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, pul isə ona qaytarılmışdır. İlk baxışdan 3 noyabr 2023-cü il tarixli protokolda təsvir edilənlərin qismən də olsa qanuna müvafiq olması görünsə də, istər iş üzrə istər məhkəməyədək icraat zamanı, istərsə də işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən əldə edilərək araşdırılmış sübutların, xüsusən də şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videogörüntülərin təhlili heç də belə mötəbər nəticəyə gəlmək üçün əsas vermir. Belə ki, qeyd olunan istintaq hərəkətinin aparılmasına dair videogörüntülərin tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçının X9a onun üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklifinə əsasən sonuncu əynində olan göy rəngli şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü çıxarıb təqdim edir, təhqiqatçı həmin bükümün içərisində nə olmasını soruşur, X9 isə təqdim etdiyi bükümlərdə olan kütlələrin “kokos” kimi tanıdığı “metamfetamin” olmasını bildirir, təhqiqatçı isə verdiyi suala özü cavabı dəqiqləşdirərək həmin kütlənin psixotrop maddə metamfetaminə oxşamasını, digər bükümdəki kütlənin isə narkotik vasitə heroinə bənzər olmasını qeyd edir ki, X9 protokolda yazılanlara müvafiq olaraq bu kütlələri tapdığını və maraq üçün üzərində saxlamasını bildirir, müdafiəçi onun dediklərinin düzgün olub-olmamasını soruşduqda isə X9 əməliyyatçıya baxdıqdan sonra bu suala da müsbət cavab verir. Bundan sonrakı təhqiqatçının hərəkətləri və X9un izahatı protokolda yazılanlara uyğundur. X9un üzərində şəxsi axtarışın və götürmənin onun saxlandığı yerdə və vaxtda deyil, Saatlı RPŞ-nin inzibati binasında aparılmasına (kassasiya protestində bunun da qanuna uyğunluğu iddia olunur) münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.2.1-ci maddəsi imkan verir ki, şübhəli şəxs tutulduqda onun bilavasitə tutulduğu, polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə isə - həmin yerlərdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın (bu haqda tövsiyə Ali Məhkəmənin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında da əksini tapmışdır). Bu normanın tələbləri baxımından, habelə Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən 4 mart 2011-ci il tarixli və 14 iyun 2024-cü il tarixli tarixli Qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, şəxs narkotik vasitələrin və psixotrop maddələrin, onların prekursorlarının və ya güclü təsir edən və zəhərləyici maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyy at və ya digər məlumat hüquqmühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və məhz orada da onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Hazırkı işin materiallarından görünür ki, ona qarşı irəli sürülmüş ittihama görə, küçədə polis əməkdaşları tərəfindən saxlanılmış X9un üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin elə sax lanıldığı yerdə aparılması üçün heç bir maneə olmamış, lakin ilkin araşdırma zamanı bunun üçün müvafiq tədbirlər görülməmişdir. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, X9un şübhəli şəxs qismində tutulması 3 noyabr 2023-cü il tarixdə saat 14.00-də rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 4 noyabr 2023-cü il tarixdə saat 11:40-dan 12:30-dək, yəni təxminən iyirmi bir saatdan artıq müddət keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-in 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmişdir. Məhkəmə kollegiyası əvvəllərdə qəbul etdiyi qərarlarında bununla bağlı vurğulamışdır ki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Bundan başqa, iş materiallarından görünür ki, X9 onun üzərində şəxsi axtarış aparılarkən verilmiş suallara cavab olaraq, habelə vaxtı müəyyən edilməyən və onun adından kompyuterdə çap olunmuş izahatda və 4 noyabr 2023-cü il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokollarda şəxsi axtarışın və götürmənin aparılmasına dair 3 noyabr 2023-cü il tarixli protokolda sonuncunun ona qarşı irəli sürülmüş ittihamda göstərilən növlərdə və miqdarlarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, üzərində saxlaması və daşıması, bu əməlləri törətməkdə məqsədi barədə göstərilənlər təkrarlansa da İbtidai araşdırmanın sonrakı mərhələsində (faktiki olaraq elə 4 noyabr 2023-cü il tarixdən başlayaraq) və işə mahiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılarkən məhk əmə iclasında X9 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə ünvan 2-da qeydiyyatda olmaqla orada yaşamış, rəsmi olaraq 2015-ci ildən kiçik sahibkarlıqla, yəni mal-qara təsərrüfatı ilə məşğul olmuşdur. Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır ona görə ki, o, heç vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, onların satışı ilə məşğul olmamış, hətta siqaret belə çəkməmişdir. Kənddə təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə o, kənd təsərrüfatı nazirinin qəbulunda olmuş və ona bu fəaliyyətini həyata keçirməsi üçün kredit də ayrılmış, bu fəaliyyətlə bağlı mal-qara yetişdirib malları Sabirabad rayonunun ərazisindəki «Mal-heyvan b azarı»nda satmışdır. Lakin öz mallarını bazara apararkən Sabirabad RPŞ-nin Yol Patrul Xidmətinin əməkdaşları yolda mal daşıyan avtomaşınları saxlayıb əsassız olaraq cərimə yazmaqla, heç bir əsas olmadan maşınları götürüb polis şöbəsinə aparıb duracaqda saxlamaqla və daim təsərrüfat işlərinə mane olmaqla onu təhdid etmişlər. Hətta belə hərəkətlərdən birinin edilməsi nəticəsində avtomaşında olan iki baş heyvan tələf olmaqla ona ziyan da dəymişdir. Sabirabad RPŞ-nin əməkdaşları həm onun, həm də başqa şəxslərin sahibkarlıqla məşğul olmalarına daim maneçilik törətmiş, onları bu qaydada incitməklə məcbur etmişlər ki, hər ay onlara pul versinlər. Sabirabad RPŞ-nin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı o, dəfələrlə atası X1in adından dövlət orqanlarına şikayətlər etmiş, həmin şikayətlərdə ö zünün istifadə etdiyi, lakin atasının adına olan ***-***-**-** saylı mobil telefon nömrəsini yazmış, həmin vaxtlarda Sabirabad Polis Şöbəsinin qanunsuz hərəkətlərindən tanıdığı başqa sahibkarlar da - X14, X23, X adlı şəxslər və digərləri də şikayətlər etmişlər. Bu şikayətlərə görə o, 2023-cü ilin sentyabr ayında Sabirabad RPŞ-nə çağırılmış və orada onu Polis Şöbəsinin rəis müavini Anar adlı şəxs yazıdığı şikayətlərə görə ona iradını bildirmiş, eləcədə də başqa şəxslərin də adından şikayətlər yazmasını iddia edərək bu şikayətlərin dayandırılmasını tələb etmişdir. O, isə verilmiş suallara cavab olaraq yalnız müharibə veteranı olan atasının şikayət ərizələrini yazmasını, başqa şəxslərə şikayət yazdırmadığını, mal bazarına yetişdirdiyi malları aparan avtomaşınların əsassız və qanunsuz olaraq s axlanılmasını, bunun müqabilində ondan pul tələb edilməsini, avtomaşınların duracaqda saxlanıldığı müddətdə mallarının tələf olmalarını bildirmişdir. Həmçinin o, DİN-nin 102 xidmətinə şikayət etdiyinə görə də Sabirabad RPŞ-nə çağırılaraq onun izahatını alınmış, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayət etdikdə sonuncular tərəfindən belə şəxslərin şərlənib tutulması hallarının olmasını eşitmiş, buna görə daim narahatçılıq keçirmiş və belə əməllərin ona qarşı da edilməsindən ehtiyat etmişdir. O, dəqiq xatırlamadığı tarixdə kənd təsərrüfatı nazirinin müavinin qəbulunda olarkən Sabirabad RPŞ-nin əməkdaşlarının sahibkarlığa qarşı edilən təzyiqlər, hədələr və şəxsən özünə qarşı olan maneələr barədə bütün məlumatları bildirmiş, həmçinin sahibkar kimi o, Azərbaycan Respublikası Kiçi k və Orta Biznesin İnkişafı Agentliyin nümayəndəsi Şahid4 qəbulunda olarkən polis əməkdaşlarının ona qarşı olan qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Tutulduğu 3 noyabr 2023cü il tarixdə o, arvadı X11 və qardaşı ilə birlikdə «Asan xidmət»də olmuş, orada işlərini görüb qurtardıqdan sonra yaşadığı evə saat 13 radələrində gəlmiş, təxminən 10-15 dəqiqə evdə olmuş, sonra otaqda torpaq icarəsi üzrə müqavilənin şəklini telefonuna çəkib həmin şəkli Saatı rayonu üzrə əmlak komitəsinin mühasibi Mirata adlı şəxsin telefonuna göndərmişdir. Bundan sonra o, otaqda oturub nahar yeməyini qəbul etməyə hazırlaşarkən üç nəfər mülki geyimli şəxslər evin içərisinə, olduğu otağa daxil olub ona yaxınlaşaraq heç bir söz demədən ailə üzvlərinin, həmin vaxt otaqda olan arvadının və azyaşlı uşaqlarının gözl əri qarşısında qollarına qandal vurub onlarla getməli olduğunu bildirmişlər. O, bu hərəkətlərə qarşı etirzını bildirərək evinə qanunsuz daxl olmuş şəxslərin kim olmalarını soruşduqda, həmin şəxslər zorla onu evdən çıxarıb gəldikləri avtomaşına mindirərək Saatlı RPŞ-nə aparmışlar. Həmin vaxt “Rəcəb” adlı polis əməkdaşı mobil telefonla kiməsə zəng edərək “general, hazırdır” deməsini eşitmişdir. Polis şöbəsinə aparılarkən maşında tanımadığı polis əməkdaşları ona “sən lotusan, Sabirabadın rəisi ilə nə işin var, camaatı da öyrədirsən, onlar da rəisdən şikayətlər edirlər” demişlər. Polis şöbəsində tanımadığı polis əməkdaşlarının onu döyməsi nəticəsində o, başından və bədən nahiyəsindən xəsarətlər almış, tanımadığı bir nəfər polis əməkdaşı isə əlindəki tapancanı onun ağzına salıb “bir nəfər o cam aatdan gəlib sənə kömək eləsin də” demişdir. Sonra polis əməkdaşları ona təklif etmişlər ki, üzərinə narkotik vasitə götürsün, həmçinin ona “nə olursa olsun, sən narkotikin özünə məxsus olmasını deməlisən, boynuna götür” təklifini etmiş, o, isə bu təklifə cavab olaraq “narkotiki boynuma götürmərəm” dedikdə polis əməkdaşları ona “arvad-uşağını” şöbəyə gətirəcəkləri, uşağının məktəb çantasından narkotik vasitə çıxacağı, digər ailə üzvlərindən də narkotik vasitə aşkar edəcəkləri barədə hədə-qorxular söyləmiş və həmçinin onun mütləq şəkildə həbs edilməli olmasını bildirmişlər. Bu fiziki və psixoloji təsirlər nəticəsində o, polis əməkdaşları tərəfindən ona ünvanlanmış təkliflə razılaşmaq məcburiyyətində qalmış, buna görə sonuncuların onun cibinə qoyduqları, özünün heç tanımadığı narkotik vasitə ni və psixotrop maddəni üzərində videoçəkilişdən istifadə edilməklə aparılmış axtarış zamanı cibindən çıxarıb təhqiqatçıya təqdim etmiş və özündə olmadığından həmin vaxt nə dediyini də heç xatırlamır. Sonradan ona məlum olmuşdur ki, onu tutan şəxslər DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarıdırlar və onlar onu bir neçə gün saxladıqdan sonra aparıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə təhvil vermişlər. Daha sonra o, Nərimanov Rayon Məhkəməsinə aparılmış, orada o, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitənin və psixotrop maddənin olmadığını, polis əməkdaşlarının ona qarşı etdikləri təzyiqlərə məruz qalmasına görə isə onun adından həqiqətə uyğun olmayan izahat və ifadələr yazılmasını bildirmişdir. X9 həmçinin göstərmişdir ki, ibtidai ar aşdırma zamanı o, müayinə olunması üçün narkoloji və psixiatrik xəstəxanalara aparılmış, orada ondan qan, sidik nümunələri götürülməmişdən əvvəl isə ona bir stəkan maye verib içməsini tələb etmiş, lakin həmin mayenin nə olmasını bilməmişdir. Cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların öyrənilməsi və təhlili nəticəsində müəyyən edilmişdir ki, X9un ibtidai araşdırma zamanı həm 13 dekabr 2023-cü il tarixdə, həm də məhkəmə iclasında verdiyi ifadələrində göstərdiyi xüsusatların hamısı - əsasən də onun kənd təsərrüfatı sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən Sabirabad rayon Polis Əməkdaşları tərəfindən həm ona, həm də Saatlı rayonundan olan digər sahibkarlara qarşı qanunsuz hərəkətlər edilməsi, onun bu məsələ ilə əlaqə dar göstərilən Polis Şöbəsinə çağırılaraq hədə-qorxulara məruz qalması, belə təhdidlərə görə şərlənərək tutulmasından ehtiyat etməsi, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmaması, 3 noyabr 2023-cü il tarixdə isə saat 13 radələrində ona qarşı irəli sürülmüş ittihamda göstərilən yerdə deyil, məhz yaşadığı evin içərisində saxlanılaraq və zor tətbiq edilərək Saatlı rayon Polis Şöbəsinə aparılması həmçinin həm ibtidai araşdırma zamanı, həm də işə məhkəmədə baxılarkən müdafiə tərəfinin vəsatətlərinə əsasən cinayət təqibinin bu mərhələlərində dindirilmiş yaxın qohumları X1 (atası), X2 (qardaşı), X8 (əmisi oğlu) X11 (arvadı), Ləman, Çiçək və Mədinə Məmmədlilərin (qızları), habelə bu işin nəticəsində maraqlı olmayan şəxslər Şahid4 (Azər baycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şirvan şəhəri üzrə nümayəndəsi vəzifəsində işləyən), X14 və X23 (sahibkarlar) ifadələri ilə (həmin ifadələr birinci instansiya məhkəməsinin hökmündə və mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təvir edildiyindən məhkəmə kollegiyası bu ifadələrin hazırkı qərarında təsvirinə ehtiyac görmür), habelə X1in müxtəlif dövlət orqanlarına və vəzifəli şəxslərə ünvanladığı və iş materiallarına əlavə olunmuş çoxsaylı şikayət ərizələrində göstərilən hallarla da tam təsdiq edilir. Kassasiya protestində mübahisələndirilsə də, məhkəmə kollegiyası hesab edir ki, bu sübutların qanunsuz yolla əldə edilməsi müəyyən edilmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə müvafiq nəticəyə gələrkən tamamilə qanuni olaraq həmin sübutları X9un ifadələri ilə birgə qəbul etdikləri yekun məhkəmə aktlarının əsasına qoyarkən hər hansı qanun pozuntusuna yol verməmiş, məhkəmələrin əsaslandıqları sübutlarla sonuncunun təhqiqat və ibtidai araşdırmanın ilkin mərhələsində göstərdiyi hallar təkzib edilmiş, həmin halları təsdiq edən mötəbər sübutlar isə məhkəmələrə təqdim olunmamışdır. Halbuki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edil ə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai is tintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestində X9un ona qarşı irəli sürülmüş ittihamın sonuncunun ibtidai araşdırmanın ilkin mərhələsində həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrlə təsdiq olunması, sonradan isə bu ifadələri inkar edərək özünü müdafiə xarakterli ifadələr verməsi, bu ifadələrin isə yolverilməz sübut kimi qiymətləndirilməli olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr ve rmək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüqüqudur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci madddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə yekun məhkəmə aktları qəbul edərkən əsas sübut növlərindən biri kimi X9un verdiyi ifadələrini qəbul etmələrində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3cü ma ddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etməyərək bununla bağlı kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış digər sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə X9a qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən əsas sübutların prosesual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilməsini qeyd edir. Daha sonra cinayət işinin materiallarından və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, birinci instansiya məhkəməsi işə baxarkən X9un saxlanılaraq Polis Şöbəsinə aparılarkən və həmin Şöbədə işgəncələrə və onun şərəf və ləyəqətini alçaldan qeyri-insani rəftara məruz qalması faktı üzrə də lazımi araşdırma aparmış və əsaslı olaraq belə qənaətə gəlmişdir ki, bununla bağlı təqsirləndirilən şəxsin iddialar ı əsaslıdır və bu hal da onun ilkin ifadələrinin, habelə belə hərəkətlərə yol verilməklə onun üzərində şəxsi axtarışın aparılmasına dair istintaq hərəkətinin nəticələri, bu haqda tərtib edilmiş 3 noyabr 2023-cü il tarixli protokol sonuncunun barəsində ittiham hökmünün çıxarılmasına əsas ola bilməz. İş materiallarından görünür ki, təhlil edilən faktla bağlı Nərimanov rayon prokurorluğunda da araşdırma aparılmış və bu araşdırmanın nəticəsi olaraq 20 dekabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin kassasiya protestində bu qərara istinad edilərək X9un fiziki və psixoloji təsirlərə məruz qalması barədə ifadələrinin qəbul edilməz olması barədə dəlillər irəli sürülsə də, həmin protestin müəllifi nəzərə almamışdır ki, həmin qərar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli qərarı ilə məhkəmə nəzarəti qaydasında ləğv edilmiş və toplanmış materiallar üzrə əlavə araşdırmanın aparılması üçün həmin materiallar Nərimanov rayon prokurorluğuna qaytarılımışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından görünür ki, X9un işgəncələrə və onun şərəf və ləyaqətini alçaldan digər hərəkətlərə məruz qalması faktı üzrə cinayət təqibi orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilməmiş, bununla bağlı toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmiş, buna görə toplanmış materiallar üzrə təkrar komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilərək keçirilməsinə, faktla bağlı digər şəxslərin də dindirilmələrinə və yalnız belə obyektiv araşdırmaların nəticələrinə əsasən qanuni və əsas lı qərar qəbul edilməsinə zərurət yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, öz yekun məhkəmə aktlarında bu hallara da istinad edən məhkəmələr tam əsaslı olaraq Nərimanov rayon prokurorluğunun 20 dekabr 2023-cü il tarixli qərarda gəldiyi nəticələrlə razılaşmayaraq həmin qərarı X9un təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi qiymətləndirməkdən imtina etmiş və ümumilikdə onun elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə qanuni nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası onu da vurğulayır ki, 20 dekabr 2023-cü il tarixli qərar hətta qüvvədə olmuş olsa idi də belə, həmin qərar hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan qərar kimi qiymətləndirilə bilməzdi. Belə ki, CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həya ta keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Bu tələbdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə X9un ilkin araşdırma zamanı fiziki və psixi təsirlərə məruz qalması və məhz bunun nəticəsində həmin dövrdə narkotik vasitəni və psixotrop maddəni taparaq üzərində saxlaması və daşıması barədə etirafedici ifadələr verməsi barədə nəticəyə gələrkən haqlı olaraq həmin qərarla müəyyən edilmiş hallara deyil, işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən əldə edilərək araşdırılmış obyektiv və təkzibedilməz sübutlarla təsdiq olunan hallara əsaslanmış və X9un həqiqətən təhqiq at aparılmazdan əvvəl qeyri-qanuni hərəkətlərə məruz qalması barədə mötəbər qənaətə gəlmişlər. Digər tərəfdən, məhkəmə kollegiyası onu da vurğulayır ki, CPM-in 65.1-ci maddəsinin mənasına görə “şəxsin cinayət təqibini istisna edən qərar” dedikdə o başa düşülür ki, cinayət işi və ya sadələşdirilmiş icraat materialları üzrə hər hansı şəxsin haqqında belə qərar qəbul edildikdə və bu qərar ləğv edilmədikdə, məhz həmin şəxs sonradan eyni əməllər törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, lakin digər şəxsin barəsində cinayət işinə və ya sadələşdirilmiş icraat materiallarına məhkəmədə baxılarkən barəsində cinayət təqibinə bu və ya digər əsaslarla xitam verilmiş və ya cinayət işinin başlanması rədd edilmiş şəxsin də təqsirli bilinməsi istisna olunmaqla onun əməllərinə də münasibət b ildirilməsi istisna olunmur və bu zaman barəsində cinayət təqibinə xitam verilmiş və ya cinayət təiqbinin başlanması rədd edimiş şəxsin cinayət xarakterli əməl törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildikdə, prosessual qanunvericiliyin normaları ilə məhkəmədən bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru məlumatlandırmaq tələb olunur. Kassasiya protestinin dəlilləri ilə bağlı təhlil edilən məsələyə dair məhkəmə kollegiyasının qanunun normasına verdiyi təfsirə uyğun olan hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respu blikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” 18 noyabr 2022-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilm əsinə məcbur etmiş olar. Məhkəmə kollegiyası iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin təsvir edilmiş məsələ ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq onu qanuni və əsaslı hesab edir və buna görə həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas görməyərək eyni zamanda qeyd etməyi lazım bilir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Avropa Konvensiyasının 3-cü maddəsinin tələbindən görünür ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, ha belə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandırıla bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şərait də, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəq illiyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusiyon və konvensiyon tələblərdən və Avropa Mə hkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-in 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası cinayət işinin materiallarına, o cümlədən işə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara müraciət edərək vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əmkdaşları Şahid1 və Şahid2 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında hər birisi ayrı-ayrılıqda 3 noyabr 2023-cü il tarixdə X9un barəsində əməliyyat-axt arış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupuna daxil edilmələrini və onu həmin tarixdə saat 13 radələrində küçədə saxlamalarını (bu hal araşdırılmış mötəbər sübutlarla təkzib edilmişdir), sonradan isə sonuncunun üzərində şəxsi axtarışın aparılmasında iştirak etmələrini, bu zaman sonuncunun üzərindən iki ayrıayrı bükümlərdə narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsini göstərərək X9un həmin vaxt bununla bağlı verdiyi izahata əsaslansalar da, sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının onlardan hansının icraatına daxil olması barədə məhkəmə iclasında biri-birinə ziddiyyət təşkil edən ifadələr vermiş, digər tərəfindən isə bu məlumatı təsdiq edən hər hansı m ötəbər sübuta istinad etməyərək yalnız vəzifə səlahiyyətlərinə aid olan hərəkətləri etmələrini bildirmişlər. Bundan başqa, adları çəkilən həmin polis əməkdaşlarının X9un üzərində şəxsi axtarışın aparılmasında iştirak etmələrinin hansı zərurətdən irəli gəlməsi nə təhqiqatçı tərəfindən aydınlaşdırılmamış, nə də ki, bunun əsası X9a izah edilməmişdir. Sonuncu isə həm ibtidai araşdırmanın sonrakı mərhələsində, həm də məhkəmə iclasında ardıcıl olaraq verdiyi eyni məzmunlu ifadələrində göstərmişdir ki, o, Polis Şöbəsində fiziki və psixoloji təsirlərə məruz qaldıqdan sonra ona qarşı irəli sürülmüş ittiham üzrə qismən etirafedici izahat və ifadə verməyə məcbur olmuş, həmin izahatı və ifadələri isə o, polis əməkdaşlarının diktəsi ilə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində dindir ilmiş və şübhəli şəxsin saxlanılmasında, yaxud da onunla müxtəlif istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş polis əməkdaşlarının öz fəaliyyətləri barədə ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartlarını müəyyən еtmiş və Ali Məhkəmənin Cinayət Kollegiyası da bir sıra qərarlarında bu standartlardan çıxış etmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” işl üzrə 18 yanvar 1978-ci il tariхli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq е dirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Belə hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası hazırkı iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda işə mahiyyəti üzrə baxmış məhkəmələrin polis əməkdaşları tərəfindən verilmiş ifadələrin hazırkı iş üzrə sübut kimi qəbul edilməsinə də şübhə ilə yanaşmasını haqlı hesab etməklə qeyd edir ki, X9un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa mötəbər sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Qeyd olunduğu kimi, X9 hələ barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən, habelə 13 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində təkrarən dindirilərkən göstərilən şahidlərin ifadələrinə uyğun olmayan izahat və ifadələr vermiş, lakin buna baxmayaraq təqsirləndirilən şəxslə şahidlər arasında üzləşdirmə istintaq hərəkəti keçirilməmiş, bununla bağlı isə müstəntiq bu üzləşdirmənin keçirilməsindən imtina etməsi barədə X9un ərizəsinə əsaslanmış və belə ziddiyyətli vəziyyətdə iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Halbuki, CPM-in 235.1-ci ifadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, prosessual qanunvericilikdə müstəntiqin bu h üququn nəzərdə tutulması ilk növbədə iş üzrə həqiqətin müəyyən edilməsinə, daha sonra mövcud ziddiyyətlərin aradan qaldırılması üçün bütün mümkün tədbirlərin görülməsinə, digər tərəfdən isə - təqsirkarın da hüquqlarının tam həcmdə təmin edilməsinə yönəlmişdir ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi polis polkovnik-leytenantı X15 heç bir əsaslı səbəb olmadan (məhkəmə kollegiyasının fikrincə, X9un ərizəsi heç də bu istintaq hərəkətinin keçirilməməsi üçün əsas ola bilməzdi və sonuncunun iradə ifadəsi həmin ərizəyə əsasən deyil, təqsirləndirilən şəxslə şahidlər arasında üzləşdirmələrin keçirilməsi zamanı müəyyən edilməli idi) həmin hüquqdan istifadə etməyərək iş üzrə ibtidai araşdırmanın tam və hərtərəfli aparılm asına təşəbbüs göstərməmişdir. Təhlil edilən məsələ ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Şahid1 və Şahid2 ibtidai araşdırma zamanı verdikləri ifadələri X9un ifadələri arasında ziddiyyətlərin təkcə onların dindirilmələri zamanı deyil, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında ibtidai araşdırma zamanı dindirilmiş digər şəxslərin verdikləri ifadələr arasında da olması müəyyən edilmiş, lakin müstəntiq bu şəxslərin adları göstərilən polis əməkdaşları ilə üzləşdirmələrin keçirilməsini təmin etməmişdir. X9un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası kassasiya protestində diqqət yetirilməyən aşağıdakı daha iki məsələni də təhlil edərək onlara da münasibət bildirməyi zəruri bilir. Belə ki, ibtidai araşdırma orqanının əməliyyat tapşırığına cavab olaraq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən verilmiş və cinayət işinə əlavə olunmuş 8 dekabr 2023cü il tarixli 3-13-7/2-9399/2023 saylı məktubda göstərilmişdir ki, X9dan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdikdən sonra bu maddələri qanunsuz daşıma fəaliyyəti məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin bu maddələri hansı yolla və kimlərin vasitəsilə əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəy yən edilməsi məqsədi ilə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. Verilən tapşırıqla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə olaraq bildiriləcəkdir. Əvvəla bu cavabın təhlili göstərir ki, onun məzmunu özü ziddiyyətlidir ona görə ki, bir tərəfdən həmin məktubda X9un narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əlavə məlumatların əldə edilməsi, digər tərəfdən isə bunu görən (bilən, eşidən-m.k.) şəxslərin müəyyən edilməməsi göstərilir ki, həmin məlumatların da hansı mənbələrdən (kütləvi informasiya vasitələrindən, internet resurslarından və s.) əldə edilməsi müəyyən olunmur və bu haqda da ibtidai araşdırma orqanına heç bir əsaslı məlumat verilməyə rək qeyd olunan məlumatları təsdiq edən sübutlar ibtidai araşdırma orqanına təqdim edilməmişdir. Bu hallardan çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, istər göstərilən cavab məktubunda, istərsə də baş əməliyyat müvəkkili Şahid1 3 noyabr 2023-cü il tarixli raportunda X9un narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasına dair hallar heç də həqiqətə uyğun deyil, bu hallar mötəbər sübutlarla təsdiq edilmir və X9un polis əməkdaşları tərəfindən saxlanılmasının, sonradan isə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsinin əsl səbəbləri, habelə narkotik vasitələrdə və psixotrop maddələrdən heç vaxt istifadə etməməsi və onların qanunsuz dövriyyəsi ilə məşğul olmaması barədə həm ibtidai araşdırma zamanı, həm d ə məhkəmə iclasında verdiyi ifadələri daha inandırıcı görünür. Məhkəmə kollegiyasının belə qənaətə gəlməyə əsas verən ikinci hal ondan ibarətdir ki, ibtidai araşdırma zamanı təyin olunaraq keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 4 noyabr 2023-cü il tarixli 7235 saylı rəyi ilə müəyyən edilir ki, müayinə zamanı X9da narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Eyni mərhələdə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 noyabr 2023-cü il tarixli 4077/K saylı rəyində isə göstərilmişdir ki, X9dan götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin (psixotrop maddələr) aşkar edilmişdir. Barbitur turşusu t örəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilməmişdir. Təsvir edilən rəylər arasında ziddiyyətin müəyyən edilməsinə baxmayaraq, müdafiəçi M.A.Abbasovun ibtidai araşdırma zamanı təkrar məhkəmə-narkoloji ekspertizasının keçirilməsi barədə vəsatəti ibtidai araşdırma orqanı tərəfindən təmin olunmamışdır. Baxmayaraq ki, həm rəylərdə, həm X9un verdiyi ifadələrdə (bu ifadələrə görə, o, qan və sidik nümunələrini verməzdən əvvəl ona bilmədiyi hansısa maye verib içizdirmişlər) göstərilən hallara görə, həm də prosessual qanunvericiliyin aşağıdakı normalarının tələblərinə əsasən iş üzrə həqiqətin müəyyən edilməsi üçün təkrar, yaxud da əlavə məhkəmə-narkoloji ekspertizasının keçirilməsi labüd olmuşdur. Belə ki, CPM-in 267.1-267.4-cü maddələrinə əsasən qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər. Bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası o qənaətə gəlir ki, işə baxan məhkəmələr X9a qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutların qanun pozuntuları ilə toplanmasının, habelə bu sübutlar arasında ziddiyyətlərin müəyyən edilməsi fonunda haqlı olaraq onun barəsində ittiham hökmünün çıxarılmasını mümkünsüz hesab etmiş və kollegiya bu haqda da məhkəmələrin gəldikləri nəticə ilə razılaşaraq ümumilikdə kassasiya protestinin bütün dəlillərini qəbul edilməz saymaqla həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq X9a elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə əsaslı nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmişlər. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə, X9un CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda da məhkəmələrin iş üzrə gəldikləri qənaət qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə mübahisələndirilsə də, onun müəllifi hazırkı iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntularına yol verilməsini təkzib edən heç bir mötəbər sübuta əsaslanma mış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə gəldiyi nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiyini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməklə əldə olunmuş yolverilməz sübutlardan istifadə etmədiyini, ümumi şəkildə isə CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X9a təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və buna görə dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin təmin edilməsini mümkün bilmir. CPM-in 42.1-ci maddəs inin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi haqda isə bəraət almış şəxs X9un və onun m üdafiəçisi M.A.Abbasovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda göstərilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X9a CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protesti təmin edilməsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təq sirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar