Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2556/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim S.A.Məmmədzadə, hakimlər Ə.İ.Məmmədov və A.Ə.Məcidovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxx 1966-cı il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 5 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyul 2024-cü il tarix li qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.A.İbrahimli, hakimlər Ə.Q.Ələkbərov və Z.N.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum xx xx xx 2023-cü il tarixdə saat 11:30 radələrində ünvan4nin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 21,420 qram olan qəhvəyi rəngli maddə kütləsi - kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzə rində saxlamaqla daşımış, xx xx xx 2023-cü il tarixdə saat 13:30 dəqiqədə XXX16nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq XXX17nin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan paketə bükülmüş bükülünün içərisində təmiz çəkisi 21,420 qram olan narkotik vasitəyə oxşar maddə kütləsi aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların tələblərini pozmuş, o cümlədən Məhkum ibtidai istintaq zamanı qanunsuz təsir etmə yolu ilə ( psixoloji təsir vasitəsi ilə) alınmış etirafedici ifadələrdən, cinayət təqibində maraqlı olan və işin həqiqi halları barədə həqiqəti əks etdirməyən məlumatlar verən polis əməkdaşlarının ifadələrindən, səhnələşdirilmiş və digər qanunsuzluqlarla keçirilmiş şəxsi axtarış və götürməyə dair istintaq hərəkətinin protokolundan, guya onun gedişində Məhkum götürülmüş kimi rəsmiləşdirilən, əslində isə ona aid olmayan 21,420 heroin narkotik vasitəsindən (maddi sübut qismində) ittiham hökmünün əsaslandırılmasında istifadə etmiş, Məhkum məhkəmədə verdiyi ifadəsini və onun bu ifadəsinin düzgünlüyünü təsdiq edən Məhkum ittihamda göstərildiyi yerdə və şəraitdə deyil, işlədiyi avtomobil təmiri sexindən “XXX” markalı avtomobildə polis şöbəsinə aparıldığını əks etdirən təmir sexinin videomüşahidə kamerası il ə çəkilmiş videoyazını, məhkəmədə şahid qismində dindirilmiş həmin vaxt sexin qarşısında olmuş X3 ifadəsini, mobil operatorlardan əldə olunmuş Məhkum özünün, habelə polis əməkdaşlarının mobil telefonlarının anten əhatə dairəsinə dair məlumatları nəzərə almamış, videoyazının mənbəyini (avtomobil təmiri sexinin videomüşahidə kamerası ilə çəkildiyini) və görüntülərin həqiqiliyini təsdiq edə biləcək sexin müdiri Şahid4 isə (ibtidai istintaqda şahid qismində dindirilməsinə baxmayaraq) ümumiyyətlə dindirməmiş, nəticədə Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətdə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Həmçinin, kassasiya şikayətində və məhkumun kassasiya şikayəti ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsindən göndərdiyi əriz əsində Məhkum əvvəllər məhkum olunmadığı, daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunduğu, himayəsində azyaşlı uşaqların olduğu və ağır onkoloji xəstəlikdən əziyyət çəkdiyi qeyd olunmuşdur. Kassasiya şikayətinin müəllifi hesab edir ki, yuxarıda qeyd edilən pozuntuları aradan qaldırmayan, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata Məhkum təqsirliliyinin sübut a yetirilməməsi əsası ilə xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum müdafiəçisi Müdafi əçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq həmin maddə ilə təqsirli bilindiyini, eləcə də onun xəstəliyi, müsbət xarakterizə olunması, ailə vəziyyəti ilə bağlı halların nəzərə alınmadığını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 416.0.1-416.0.3, 416.0.11-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsinin əldə edilməsində, daşınmasında və saxlanılmasında ifadə olunan əməlləri törətməsi və həmin əməllərə görə Cinayət Məcəlləsin in 234.1-1-ci maddəsi ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum müdafiəçisinin apellyasiya şikayətində gətirdiyi Məhkum Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Məhkum üzərində keçirilmiş şəxsi axtarışın xx xx xx 2023-cü il tarixli protokolu və onun gedişində maddi sübut qismində götürülmüş 1 bükümdə heroin narkotik vasitəsi, narkotikin kütləsinin 21,420 qram (yəni, külli miqdar) təşkil etməsinə dair məhkəmə- kimyəvi ekspertizasının 6 aprel 2023-cü il tarixli 6/1992 nömrəli rəyi, hadisə günü Məhkum polis şöbəsinə gətirmiş və şəxsi axtarışda iştirak etmiş polis əməkdaşlarının şahid qismində verdikləri ifadələr, Məhkum özünün ibtidai istintaqın gedişində müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələr, digər istintaq hərəkətlərinin protokolları, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmənin qənaətinə görə Məhkum hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuş və sübuta yetirilmişdir. Apellyasiya məhkəməsin in şərh olunan məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 33, 125, 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü təkzib edə bilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Odur ki, məhkə mə heyəti baxılan işdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş bəraətin əsaslarının müəyyən edilməməsi, yəni mübahisələndirilən qərarın kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1-416.1.3, 416.1.11-ci maddələrində göstərilən əsaslarla ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi üçün əsasların olmaması haqqında nəticəyə gəlir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar Məhkum cəzanın təyin edilməsi hissəsində aşağıdakı hallara görə dəyişdirilməlidir. Belə ki, hazırkı iş üzrə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin mübahisə edilməyən digər hallarından isə görünür ki, Məhkum 1966-cı ildə anadan olmuşdur, avtomobil təmiri sahəsində fə rdi əməklə məşğul olur, ailəlidir, dörd övladı var, onlardan biri azyaşlıdır. Məhkum əvvəllər məhkum olunmamışdır. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə də müsbət xarakterizə olunmuş, eyni zamanda ambulator məcburi narkoloji tibbi yoxlamanın 8 iyun 2023-cü il tarixli rəyi ilə onun narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi müəyyən edilmişdir. Yəni Məhkum özünün də ibtidai istintaqda verdiyi etirafedici ifadələrində bildirdiyi kimi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid olan kriminal davranışı müstəsna olaraq təsadüfən tapıb qanunsuz olaraq üzərində saxladığı 1 bükümdəki 21,420 qram heroinla bağlı olmuşdur. Həmçinin, hökmdə Məhkum himayəsində azyaşlı uşağının olması, yaşı, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması ilə ya naşı onun sağlamlıq vəziyyəti də cəzanı yünüglləşdirən hal kimi qiymətləndirilmiş, CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən müəyyən edilmiş həmin cəzanı yüngülləşdirən hallarla apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Lakin, birinci instansiya məhkəməsinin Məhkum xəstəliyinin nədən ibarət olmasını qeyd etmədən sadəcə “sağlamlıq vəziyyəti”ni cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib ona CM-in 234.1-1-ci maddəsinin sanksiyası daxilində - 3 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməsindən (apelyasiya instansiyası məhkəməsinin bununla razılaşmasından) görünür ki, əslində məhkəmələr Məhkum səhhətinin real vəziyyətini lazımınca nəzərə almamışlar. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsindən verilmiş 23 noyabr 202 4-cü il tarixli tibbi arayışa əsasən Məhkum 23 may 2024-cü ildən Müalicə Müəssisəsində “Prostat vəzin hiperplaziyası” diaqnozlu onkoloji xəstəliklə əlaqədar stasionar müalicədədir və onun üzərində Milli Onkologiya Mərkəzində cərrahi əməliyyatın aparılması planlaşdırılır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qeyd olunan xəstəliyə tutulması məhkəmə aktlarında cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş digər hallarla, eləcə də onun ilk dəfə cinayət törətməsi xüsusatı ilə birlikdə götürüldükdə, ona CM-in 62-ci maddəsinə əsasən CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən az müddətə cəzanın təyin edilməsinə əsas verən (təqsirkarın ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan) müstəsna hal kimi qiymətləndirilə bilər. Belə ki, CM-in 62.1 -ci maddəsinə əsasən “Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”. CM-in 62.2-ci maddəsinə görə “Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğ un olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq edib ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə də CM-in 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin realizə olunmasını təmin etmək, təqsirkarın islah olunmasına nail olmaq və CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür. Qeyd olunanlar məhkəmələr tərəfindən kassasiya şikayətinin qismən təmin edilməsini və mübahisələndirilən qərarın yalnız cəzanın təyin edilməsi hissəsində dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 8 iyul 2024-cü il tarixli qərarı yuxarıda təsvir edilən qaydada dəyiş dirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 8 iyul 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilsin, ona birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmış azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ildən 1 (bir) il 9 (doqquz) aya endirilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2556/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2556/2024
27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver