Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2558/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Zərərçəkmiş şəxs9 Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Sumqayıt Ağır Cina yətlər Məhkəməsinin 19 mart 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2025ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2025-ci il tarixli hökmü ilə (hakimlər Məmmədov Elçin Qüdrət oğlu (sədrlik edən və məruzəçi), Hüseynli Nurəddin Nizami oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1955-ci il tarixdə Beyləqan rayonunun Gödəklər kəndində anadan olmuş, Azə rbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC və "xxxx" MTK-nın sədri vəzifəsində işləmiş, Beyləqan rayonunun Gödəklər kəndində qeydiyyatda olmaqla həmin kənddə faktiki yaşamış CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.3.2-ci maddəsi ilə barəsində CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cə zaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 75-ci maddəsinin tələblərinə əsasən CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin maddə ilə Məhkum cəza təyin olunmamış, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 dekabr 2022-ci il tarixdən hesablanması və əlavə cəzanın əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmlə müəyyən edilmiş 2 (iki) il 6 (altı) ay müddətə şamil edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hö kmünə əsasən, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Muxtarov Kamran Nüsrət oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 25 iyun 2025-ci il tarixli qərarı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Zərərçəkmiş şəxs2 aid epizod ittihamdan xaric edilmiş, onun zərər çəkmiş şəxs kimi statusuna xitam verilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Sumqa yıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2025-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 birgə kassasiya şikayəti verərək, həmin qərarın Zərərçəkmiş şəxs5 aid hissədə ləğv edilməsini və onun zərər çəkmiş şəxs qismində iştirakına xitam verilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 həmin şikayəti onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən cinayət işi üzrə tam, obyektiv və hərtərəfli araş dırma aparılmamış, toplanmış sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, zərər çəkmiş şəxslərin ifadələri təhrif olunmuş, Zərərçəkmiş şəxs5 baxılan iş üzrə zərər çəkmiş şəxs olmaması, Məhkum şikayət etməməsi hallarına diqqət yetirilməmiş və həmin hallar düzgün qiymətləndirilməmişdir. Belə ki, ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında verdiyi izahat və ifadələrində Zərərçəkmiş şəxs5 Məhkum şikayət və tələbinin olmamasını, ona məxsus mənzilin Məhkum deyil, ondan sonrakı MTK sədri olmuş, hazırda da məhkəmədə barəsində cinayət işinə baxılan X tərəfindən mənimsənilərək 2021-ci ildə X2 satıldığını qeyd etmiş, lakin məhkəmələr bu hala və həmin halı təsdiq edən sübutlara düzgün qiymət verməmişlər. Qeyd olunanlarla bağlı dəfələrlə vəsatətlər verməsinə baxmayaraq məhkəmələr M əhkum barəsində olan cinayət işi üzrə qanunvericiliyin tələblərinə zidd olaraq onu zərər çəkmiş şəxs kimi tanımaqla onun iddiası üzrə mülki icraat qaydasında baxılan işdə hüquqlarının pozulmasına zəmin yaratmışlar. İbtidai istintaq orqanı naməlum səbəblərdən bütün cəhdlərlə guya onun Məhkum tərəfindən aldadılaraq mənzilin ona satılmadığı halda pulunun alınaraq ona qarşı dələduzluq edildiyini qeyd etməklə saxta müqavilə əsasında Zərərçəkmiş şəxs17 mənzilin qanuni sahibi olmasına nail olmağa çalışmışdır. Birinci instansiya məhkəməsi kimi apellyasiya instansiya məhkəməsi də istintaq materiallarının saxtalaşdırılması ilə bağlı törədilmiş cinayət əməlinə qiymət vermək əvəzinə həmin halı ört-basdır etməklə kifayətlənmiş, Zərərçəkmiş şəxs17 audio-video yazi ilə verdiyi izhatını təhrif etməklə, bu izahata hüquqi qiymət verməməklə, həmçinin sonuncunun təqdim etdiyi saxta müqavilənin əslini nəzərə almayaraq sübutlara düzgün qiymət vermədədn Məhkum qarşı irəli sürülmüş ittiham üzrə qanunsuz və əsassız qərar qəbul etmişdir. Odur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 birgə verdikləri kassasiya şikayətinin təmin edilməsini xahiş edirlər. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum və iş üzrə digər zərər çəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və digər zərər çəkmiş şəxslərin iştiraklar ı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə əsasən işə 23 dekabr 2025-ci il tarixdə kassasiya instansiyası məhkəməsində baxılmazdan əvvəl zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəməyə nümayəndəsi Nümayəndə3lə birgə tərtib edib imzaladıqları ərizəni təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2025-ci il tarixli qərarından onun nümayəndəsi ilə birg verdiyi kassasiya şikayətindən imtina etdikləri üçün həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 kassasiya instansiyası məhkəməsinə təqdim etdikləri ərizənin təmin olunmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 nümayəndəsi Nümayəndə3lə birgə verdikləri ərizə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-in 414.7-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya instansiyası məhkəmə sində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 birgə verdikləri ərizəni nəzərdən keçirib qanunvericiliyin təsvir olunan tələblərinə əsaslanaraq və kassasiya şikayətinin geri qaytarılması barədə həm zərərçəkmişin, həm onun nümayəndəsi Nümayəndə3, həm də dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, hesab edir ki, CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2025-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 tərəfindən birgə verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xi tam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 nümayəndəsi Nümayəndə3lə birgə verdikləri ərizə təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2025-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun nümayəndəsi Nümayəndə3 tərəfindən birgə verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-2558/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2558/2025
23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver