Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2559/2024 17.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 Əlsəftər oğlunun, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Osmanlı Cavidan İntiqam oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 1(101)-139/2023 nömrəli (hakimlər: Məcidov Azad Əli Ağa oğlu (sədrliyi), Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, x rayonu, x kəndin də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan Muxtar Respublikası, x rayonu, x kəndində qeydiyyatda olmaqla, xxx-da yerləşən “x” yaşayış kompleksi, xxx-də kirayə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 20 aprel 2022-ci il tarixdən hesablanması müəyyən edilmiş, həmçinin qətimkan, maddi sübut, mülki iddia, əmlak üzərinə həbs məsələləri də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli 1(103)-85/2024 nömrəli (hakimlər: Hüseyn Cavid Vaqif oğlu (sədrliyi və məruzəsi ilə), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum t əqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 12 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında yerləşən ofisinə gələrək həmin Mənzil Tikinti Kooperativinin təsisçisi və direktoru Nümayəndə1 özünü ticarətlə məşğul və vəzifəli şəxslərlə əlaqəli olan nüfuzlu şəxs kimi təqdim edərək həmin şəxslərlə əlaqələrindən istifadə edib Zərərçəkmiş şəxs Mənzil Tikinti Kooperativində satılmayan mənzilləri münasib qiymətə sata biləcəyini Nümayəndə1 bildirməklə onun etibarını qazandıqdan sonra özünün yaxın münasibə tdə olduğu xüsusi geniş imkanlara malik şəxslərə mənzillər sata biləcəyini, lakin həmin şəxslərin kimliklərinin aşkar olunmaması üçün qeyriləri ilə bu barədə əlaqə qurmaqdan çəkindiklərini, yalnız özü vasitəsilə mənzil almaqda maraqlı olduqlarını Nümayəndə1 həmin görüş zamanı yalandan bildirib, Zərərçəkmiş şəxs Mənzil Tikinti Kooperativinin inşa etdiyi binalarda satılmamış mənzilləri özünün adına hər hansı ödəniş olmadan alqı-satqı edilməsini rəsmiləşdirib, sonradan özünün mənzilləri kimi satmaqla mənzilin dəyərini ona ödəyə biləcəyini Nümayəndə1 təklif etməklə özü barədə formalaşdırdığı inam və etibardan istifadə etməklə sonuncunun razılığını alıb, Zərərçəkmiş şəxs Mənzil Tikinti Kooperativinin inşa etdiyi ünvan 2 ünvanında olan mənzillərə görə 1 m2-nin qiyməti 1.200 manat, ünvan 3 ünvanı nda olan mənzillərə görə 1 m2 -nin qiyməti 2.670 manata razılaşıb həmin niyyətlə 5 mənzil üzrə Nümayəndə1la özü arasında bağlanmış alqı-satqı müqaviləsi, o cümlədən, ümumi dəyəri 127.308 (bir yüz iyirmi yeddi min üç yüz səkkiz) manat təşkil edən ünvan 2 ünvanında olan binanın 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 106.09 m2 təşkil edən 2 otaqdan ibarət 5 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 278 nömrəli alqı-satqı müqaviləsi, ümumi dəyəri 95.772 (doxsan beş min yeddi yüz yetmiş iki) manat təşkil edən ünvan 2 ünvanında, yaşayış binasının 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 79.81 m2 təşkil edən 1 otaqdan ibarət 4 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 281 nömrəli alqı-satqı müqaviləsi, ümumi dəyəri 493.968 (dörd yü z doxsan üç min doqquz yüz altmış səkkiz) manat təşkil edən ünvan 3 ünvanında, yaşayış binasının 10-cu mərtəbəsində (yaşayışın 8-ci mərtəbəsi) yerləşən, ümumi sahəsi 184.73 m2 təşkil edən 4 otaqdan ibarət 3 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 280 nömrəli alqı-satqı müqaviləsi, ümumi dəyəri 205.951 (iki yüz beş min doqquz yüz əlli bir) manat təşkil edən ünvan 3 ünvanında, yaşayış binasının 12-ci mərtəbəsində (yaşayışın 10-cu mərtəbəsi) yerləşən, ümumi sahəsi 77.02 m2 təşkil edən 1 otaqdan ibarət 2 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 279 nömrəli alqı-satqı müqaviləsi, ümumi dəyəri 170.508 (bir yüz yetmiş min beş yüz səkkiz) manat olan ünvan 4 ünvanında, yaşayış binasının 16-cı mərtəbəsində (yaşayışın 14-cü mərtəbəsi) yerləşən ümumi sahəsi 142.09 m2 təşkil edən 3 otaqdan ibarə t 1 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 277 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq, Nümayəndə1 mənzillərin dəyərini guya 31 yanvar 2021-ci il tarixədək ödəyəcəyini yalandan deyərək onu aldadıb özünə qarşı yaranmış etibarından sui-istifadə edib, heç bir vəsait ödəmədiyi halda guya sözügedən mənzillərin dəyərinin ödənilməsinə dair müvafiq mənzillər üzrə maliyyə arayışları və ünvan 4 ünvanında, yaşayış binasının 16-cı mərtəbəsində (yaşayışın 14-cü mərtəbəsi) yerləşən ümumi sahəsi 142.09 m2 təşkil edən 3 otaqdan ibarət 1 saylı mənzil istisna olmaqla, digər 4 mənzilə dair Zərərçəkmiş şəxs Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 12 dekabr 2020-ci il tarixli, 106 nömrəli protokolundan çıxarışları əldə edib, bundan sonra cinayətkar niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs Mənzil Tikinti Kooperativini və Nümayəndə1 qəsdən məlumatlandırmadan, onlardan gizlətməklə ümumi sahəsi 142.09 m2 təşkil edən 3 otaqdan ibarət yuxarıda qeyd edilən 1 saylı mənzil istisna olmaqla, digər mənzillərin guya özünün mülkiyyətində olmasını bildirərək həmin mənzillərə dair alqı-satqı müqaviləsi, maliyyə arayışı və Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ərazi İdarəsinə təqdim edərək həmin 4 mənzilə dair öz adına hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışları, o cümlədən, ünvan 5 ünvanında, yaşayış binasının 15-ci mərtəbəsində (yaşay ışın 13-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 79.81 m2 təşkil edən 1 otaqdan ibarət 4 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, ünvan 6 ünvanında, yaşayış binasının 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 106.09 m2 təşkil edən 2 otaqdan ibarət 5 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan, ünvan 3 ünvanında, yaşayış binasının 12-ci mərtəbəsində (yaşayışın 10-cu mərtəbəsi) yerləşən, ümumi sahəsi 77.02 m2 təşkil edən 1 otaqdan ibarət 2 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, ünvan 3 ünvanında, yaşayış binasının 10-cu mərtəbəsində (yaşayışın 8-ci mərtəbəsi) yerləşən, ümumi sahəsi 184.73 m2 təşkil edən 4 otaqdan ibarət 3 saylı mənzilə dair xx.xx.2021-ci i l tarixli qeydiyyat nömrəsi ********** olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışları alıb, həmin mənzilləri ayrı-ayrı şəxslərə, o cümlədən, xx.xx.2021-ci il tarixdə xxx ünvanlı 6 saylı notariat kontorunda Zərərçəkmiş şəxs MTK-nın ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 184.73 m2 olan mənzili əvvəlcədən 319.000 manat borclu olduğu Şahid5 övladı X6 AN-İ ******* saylı, reyestrdə 4Ə-92 nömrəsi ilə qeydiyyata alınan alqı-satqı müqaviləsi əsasında 319.000 manat borcu nəzərə alınmaqla, ümumilikdə 574.000 manata, həmçinin, eyni niyyətlə, xx.xx.2021-ci İl tarixdə xxx-də yerləşən Bakı şəhəri, 18 saylı notariat kontorunda Zərərçəkmiş şəxs MTK-nın ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 106.09 m2 olan mənzili X4 etibarnamə ilə nümayəndəsi qismində çıxı ş edən Şahid6 AN-İ 614282 saylı, reyestrdə 4Ə-50 nömrəsi ilə qeydiyyata alınan alqı-satqı müqaviləsi əsasında 113.500 (bir yüz on üç min beş yüz) manata, həmçinin, eyni niyyətlə, xx.xx.2021-ci il tarixdə xxx-də yerləşən Bakı şəhəri 18 saylı notariat kontorunda Zərərçəkmiş şəxs MTK-nın ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 79.81 m2 olan mənzili X4 etibarnamə ilə nümayəndəsi qismində çıxış edən Şahid6 AN-İ ******* saylı, reyestrdə 4Ə-49 nömrəsi ilə qeydiyyata alınan alqı-satqı müqaviləsi əsasında 83.000 (səksən üç min) manata, həmçinin, eyni niyyətlə, xx.xx.2021-ci il tarixdə xxx-da yerləşən Bakı şəhəri, 12 saylı notariat kontorunda Zərərçəkmiş şəxs MTK-nın ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 77 m2 olan mənzili Şahid4 AN-İ ******* saylı, reyestrdə 4Ə-1227 nömrəsi ilə qeydiyyata alına n alqı-satqı müqaviləsi əsasında 138.600 (bir yüz otuz səkkiz min altı yüz) manata olmaqla, ümumilikdə həmin mənzilləri 909.100 (doqquz yüz doqquz min bir yüz) manata satmaqla, silinmiş borcu üzrə 319.000 (üç yüz on doqquz min) manat nəzərə alınmaqla həmin məbləği və əldə etdiyi 590.100 (beş yüz doxsan min bir yüz) manatı Nümayəndə1 heç bir məlumat vermədən, habelə sonuncuya və Zərərçəkmiş şəxs MTK-ya həmin mənzillərin satışından heç bir pul vəsaitini təqdim etməyib, əldə etdiyi pul vəsaitini özünün şəxsi məqsədlərinə xərcləməklə, habelə, ümumi dəyəri 170.508 (bir yüz yetmiş min beş yüz səkkiz) manat olan ünvan 4 ünvanında, yaşayış binasının 16-cı mərtəbəsində (yaşayışın 14-cü mərtəbəsi) yerləşən ümumi sahəsi 142.09 m2 təşkil edən 3 otaqdan ibarət 1 saylı mənzilə dair xx.xx.2020-ci il tari xli 277 nömrəli alqı-satqı müqaviləsini özündə saxlayıb, müqavilə üzrə əmlak hüquqlarını ələ keçirməklə, ümumilikdə Nümayəndə1 təsisçisi və direktoru olduğu Zərərçəkmiş şəxs MTKya məxsus əmlakı və əmlaka olan hüququ aldatma və etibardan sui-istifadə etməklə vahid niyyətlə ələ keçirib xüsusilə külli miqdarda, yəni 1.093.507 (bir milyon doxsan üç min beş yüz yeddi) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi ayrı-ayrı hakimlərin icraatında olan zaman dindirilən şahidlərin ifadələri arasında kəskin və işin mahiyyətinə təsir göstərə biləcək ziddiyyətlər mövcuddur. Dəfələrlə həmin ziddiyyətlər məhkəmədə q eyd edilmiş, lakin nəzərə alınmamış, həmin şahid ifadələri bu və ya digər formada təqsirləndirilən şəxsin təqsirsiz yerə 10 il kimi uzun bir müddət azadlıqdan məhrum edilməsinə səbəb olmuşdur. İttihamın əsasını təşkil edən 12 dekabr 2020-ci il tarixli razılaşma, xx.xx.2021-ci il tarixli ərizə və iltizamın ümumiyyətlə hansı şəraitdə imzalanması, imzanın kimə məxsus olması, ərizədəki “surətini aldım” yazısının kim tərəfindən icra edilməsi məsələləri araşdırılmamışdır. Qeyd olunan razılaşma, ərizə və iltizamdakı imzaların çəkilməsindən sonra üzərinə çap aparatı ilə həmin məzmunların yerləşdirilməsi məsələsinə isə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin özü də aldığı evlərin özəlləşdirilməyə hazırlanması adı ilə ona müxtəlif vaxt və yerlərdə boş kağızlar imz a etdirildiyini də bildirməkdədir. Həmçinin sözügedən razılaşma, ərizə və iltizamın ümumiyyətlə cinayət işinin materiallarında əsilləri mövcud deyildir. İşin içində olanlar kserosurətlərdir və sözsüz ki, bu imza və əl yazısı ilə yazılmış hissələrdəki fərqliliklərin gizlədilməsi məqsədi daşımaqdadır. Verilmiş ittihamın məntiqsiz olmasını göstərən faktlardan biri də guya Məhkum MTK-nı aldadaraq onlardan müqavilə, maliyyə arayışı və ən əsası Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışlar alması ilə əlaqədardır. Belə ki, həmin ümumi yığıncağın protokolundan çıxarış yalnızca mənzilin özəlləşdirilməsi üçün zərurət olduqda sakinin müraciəti əsasında verilir. Ən əsası isə odur ki, MTK artıq o çıxarışı verməklə mənzilin özəlləşdirməyə veriləcəyini bilir və buna razılığını bildirir. Nəzərə alınmalıdır ki, həmin ümumi yığıncağın protokolundan çıxarış şirkətdaxili sənəddir və həmin sənədin müraciət olmadan verilməsi mümkün deyildir. Həmçinin Məhkum niyyəti mənzili dələduzluq niyyəti ilə, yəni pulunu vermədən MTK-dan gizli satmaq idisə, bunu hüquqların qabaqcadan qeydiyyatını etmədən, müqavilə yolu ilə də həmin niyyətini həyata keçirdə bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş və nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Halbuki qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizə lərə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu xüsusatları nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli mübahisələndirilən qərarının ləğv edilərək və Məhkum barəsində CM-in 178.4-cü maddəsi ilə verilmiş ittihama bəraət verilməsi barədə qərar verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Osmanlı Cavidan İntiqam oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya və apellyasiya məhkəməsinin araşdırmasının səthi olduğunu, şahidlərin verdiyi ifadələrin üst-üstə düşmədiyini, şahidlərin yenidən dindirilməsi ilə bağlı vəsatətlər verdiklərini, məhkumun 10 il müddətinə a zadlıqdan məhrum edildiyini, iltizama qol çəkilib-çəkilməməsi ilə bağlı ittiham verildiyini, lakin iltizamın harada və kim tərəfindən imzalandığının aydın olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərinin tamamilə əsasız olduğunu, qeyd edilən dəlillər apellyasiya məhkəmə araşdırması zamanı araşdırıldığı, məhkumun iltizama özünün qol çəkdiyini, məhkəmə zamanı da etiraf etdiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamını n müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 14 3 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanu nla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı ma ddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nə ticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və nümayəndənin apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Dələduzluq cinayət lərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyə tinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Qeyd edilən iddiaların əksinə olaraq iş materiallarından görünür ki, apel lyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə ə sasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən, apellyasiya məhkəməsi isə hökmü qüvvədə saxlayarkən, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, təqsirləndirilən şəxsin özünün izahat və ifadələri, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) ”X” MTK-nın nümayəndəsi Nümayəndə1 və zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) ”X” MTK və zərərçəkmiş şəxs Şahid8 oğlunun nümayəndəsi Nümayəndə2 izahatı, şahid qis mində dindirilmiş Şahid8 oğlunun, Şahid9, Şahid2, Şahid1, X3, Şahid11, Şahid6, Şahid15 oğlunun, Şahid10, Şahid12, Şahid7, Şahid4, Şahid3, Şahid13, Şahid14 ifadələri, xx.xx.2020-ci il tarixli 1 saylı razılaşma, xx.xx.2021-ci il tarixli ərizə və iltizam, 7 iyun 2021ci il tarixli akt və akta əlavə edilmiş sənədlərin kserosurətlər və cinayət işi üzrə toplanılmış digər sübutlar ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsinə və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişlər. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun əməlində dələduzluq cinayətinin olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə kollegiyaları haqlı olaraq zərərçəkmiş şəxs (zərərçəkmiş hüquqi şəxs) və şahid qismində dindirilmiş şəxslərin verdikləri ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək bu ifadəl ərin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətinin yeni faktiki hallar müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya in stansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hall ardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Birinci i nstansiya məhkəməsinin gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya müraciətlərində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin çıxardığı Məhkum Azərbaycan Respublikası CM-in 178.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görməmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yeku n nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində bir azyaşlı uşağının olması, müsbət səciyyələndirilməsi) olması və ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın o nun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanıl malı, müdafiəçinin kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2559/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2559/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver