Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-256/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Qədirov Vaqif Duni oğlunun iştirakları ilə Bakı şəhəri Xəzər rayon Məhkə məsinin 24 iyun 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Qədirov Vaqif Duni oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Əkbərov Tərlan Xanəli oğlu) xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, xxxxx sovxozunda qeydiyyatda olan və yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.1, 29,177.3.2, 177.3.2 və 186.1-ci maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli qərarı ilə cəzası 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 iyun 2018ci il tarixli qərarı ilə Məhkum 07 il müddətə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 09 ay 27 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinib məhkum olunmuşdur. İŞİN HALLARİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xəttinin kabelini gizli olaraq talama məqsədilə oğurluq etməyə cəhd etmişdir. Belə ki, Məhkum özgənin əm lakını gizli olaraq talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 23 fevral 2019-cu il tarixdə, saat 20 radələrində, “xxxx” MMC-nin 5 saylı Rabitə Xidmətləri Mərkəzinin balansında olan, xidməti ərazinin Bakı şəhəri, Xəzər rayonu, Zaqulba prospektində yeraltı rabitə kanallarından dövlət əhəmiyyətli rabitə xəttinin qurğuşun örtüklü, mis məftilli, TZQ 7x4 markalı rabitə kabelini kanalizasiya rabitə quyusundan keçən hissədə özü ilə gətirdiyi əlcəyi geyinməklə kəlbətinlə kəsərək oğurlayarkən rabitə kabelinə qabaqcadan qoyulmuş nəzarət siqnalının işə düşməsindən növbətçi tərəfindən məlumatlanaraq dərhal hadisə yerinə gəlmiş həmin MMC-nin işçiləri X11 və X1 onları yaxalayıb saxlayarkən qaçaraq iradəsindən asılı o lmayan səbəbə görə cinayəti başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Hökmdən məhkumun müdafiəçisi Qədirov Vaqif Duni oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Mursaqulov Vaqif Ənvər oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 19 sentyabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli hökmü hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Qədirov Vaqif Duni oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vererək apellyasiya məhkəməsinin qərarın ı ləğv etməklə işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Qədirov Vaqif Duni oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iş materialları ilə tanış olmadan, ümumi sözlər yazmaqla ədalətə və həqiqətə zidd qərar qəbul etmişdir. Bundan başqa məhkəmə qarşısında məhkəmə prosesinin şahidlərin dindirilməsi və sübutların toplanılması ilə keçirilməsi barədə vəsatət qaldırılsa da, vəsatət təmin edilmədən məhkəmə baxışı 2019cu ilin avqust ayının 29-da keçirilmiş, dövlət ittihamçısı və o çıxış etmiş, məhkum son sözünü demiş, hakimlər yekun qərarın elan edilməsindən ötrü müşavirə otağına getmiş, qayıtdıqdan sonra isə qərarın elan edilməsi h eç bir əsas olmadan iclas təxirə salınaraq məhkəmə iclasınin sentyabr ayına keçirilməsi barədə əsassız qərar verilmişdir. Appellyasiya məhkəməsinin qərarında, məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə kollegiyasına arayış təqdim edərək, onlara həmin cinayət nəticəsində 183 manat ziyan dəydiyini bildirməsi göstərilmişdir, lakin bu hal nə ibtidai araşdırma aparilan zaman, nə birinci instansiya məhkəməsi zamanı, nə də appellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, dəymiş ziyanın dövlətə kim tərəfindən vurulması, kim tərəfindən və necə ödəniləcəyi də müəyyən edilməmişdir. İş materiallarından indiyə kimi məlum deyil ki, Məhkuma istinad edilən cinayət əməli konkret olaraq n ə vaxt, saat neçədə törədilmişdir, yəni 23 fevral 2019-cu il tarixdə saat 20, 20-30, 21-00 və ya 21-30 radələrində. Hökmdə göstərilir ki, 23 fevral 2019-cu il tarixdə saat 20 radələrində "xxxx" MMC-nin 5 saylı Rabitə Xidməti Mərkəzinin binasında olan xidməti ərazinin Bakı şəhəri Xəzər rayonu Zaqulba prospektində yeraltı rabitə kanallardan dövlət əhəmiyyətli rabitə xəttinin qurğuşun örtüklü, mis məftilli TZQ 7x4 rabitə kabelini kanalizasiya rabitə qurğusundan keçən hissəsində kəsilmə müəyyən edildiyindən rabitə kabelinə qabaqcadan qoyulmuş nəzarət siqnalının işə düşməsindən növbətçiyə məlumat daxil olmuşdur və bundan sonra hadisə yerinə həm MMC-nin işçiləri, həm də polis işçiləri gəlmişlər. Lakin birinci instansiya məhkəməsində məhkəmə dinləməsi zamanı həm MMCnin işçiləri, həm də polis əmək daşları hadisənin ayrı-ayrı vaxtlarda, yəni həmin gün saat 20-21 və 21-30 radələrində baş verdiyini göstərmişlər. Nəzərə alsaq ki, həmin sahədə bir gün əvvəl, yəni 2019-cu ilin fevral ayının 21-dən 22-nə keçən gecə oğurluq olmuş və hələ bu günə kimi də həmin cinayət işinin istintaqı Xəzər rayon Rolis İdarəsində aparılır. Məhkəmə kollegiyası nəinki bu ziddiyəti aradan qaldırmamış, hətta bu məsələ ilə maraqlanmamışdır. Məhkəmə kollegiyası zərərçəkmişin nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməsi barədə xahişini də nəzərə almamışdır. MMC işçilərinin qanuna zidd hərəkətləri nəticəsində Məhkum və Təqsirləndirilən şəxs heç bir qanuni əsas, səbəb, sübut olmadan saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilərək, hazırda cəza çəkirlər. Məhkum hər hansı bir cinayət əməlini törətmədiyi halda ona əsassız sübutlarla Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddəsi ilə ittiham elan edilməsi nə yuxarıda təsvir edilən cinayət təqibi icratının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara,o cümlədən Azərbaycan Respublikası CPM-nin 125,143-146-çı maddələrinə, nə də ki, nəticə etibarı ilə Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən cinayət təqibi kimi qiymətləndirilə bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə işin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkə məsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin və şikayətə əlavənin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə məhkumu Məhkum müdafiəçisinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarı isə müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələbləri nə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa əsas yoxdur. İş materiallarından, o cümlədən hökmdən görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məh kəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum törətdiyi əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğuna görə tamamilə düzgün olaraq həmin maddə lərlə tövsif edilmişdir. Məhkəmələrin bunlara dair gəldikləri nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində Məhkum əməlinin düzgün tövsif olunmadığı iddia edilir və buna dair dəlillərə istinad olunur. Kassasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar, qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işini n materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkumun və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya şikayətlərinin təmin edilməməsi haqqında fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 1 (003)-224/2019 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Məhkum təqsiri zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 03 may 2019-cu il tarixli tələbnamədən görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.1, 29,177.3.2, 177.3.2, 186.1, 66.3-cü maddələri ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 avqust 2016-cı il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə əməli AR CM-nin 177.3,1, 177.3.2, 29,177.3.2, 177.3.1, 29,177.3.2-ci maddələ rinə tövsif edilib, cəzası dəyişdirilmədən saxlanılmış, 07 mart 2018-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək AR CM-nin 186.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib, AR CM-nin 66.3-cü maddəsinə dair müddəa çıxarılıb, qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Məhkum tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Mə hkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret ha lda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mə hkəmə kollegiyası, Məhkum təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nm 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən halın mövcudluğu, həmçinin cəzasını ağırlaşdıran halı, törədilmiş cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Qədirov Vaqif Duni oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, l (003)-224/2019 saylı hökmü Məhkum barəsində qanuni, əsaslı v ə ədalətli olduğundan dəyişdirilməməlidir.....”. Göründüyü kimi, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmamasının səbəblərini qərarda göstərmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmış və gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarınının izahına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin bu mövqeyi işin hallarına və qanunun tələblərinə uyğun olduğuna görə (məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə) məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri də həmin mövqeyin qanuniliyini şübhə altına almağa əsas ve rmir. Kassasiya şikayətində məhkəmənin iş üzrə mövqeyini təkzib etməyə, onun düzgün olmadığı qənaətinə gəlməyə əsas verməyən bir sıra uyğunsuzluqlara (ifadələr arasında) istinad edərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar birinci instansiya məhkəməsində qanunun tələblərinə uyğun olaraq tədqiq olunmuş, həmin sübutlara və onların məcmusuna müdafiə tərəfinin mövqeyi də nəzərə alınmaqla müvafiq qiymət verilmiş, bunlar üzrə gəlinən nəticə hökmdə ətraflı şərh edilməklə əsaslandırılmışdır. Hökmdə bunlarla əlaqədar aşağıdakılar göstərilmişdir: “....Məhkəmə toplanmış sübutları araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şə xslər Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası CM-nin 29.177.2.1 və 29.177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələrini məhkəmə baxışı zamanı onların özlərinin etiraf etməmələrinə baxmayaraq, onların ilkin şübhəli şəxs qismində ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə protokol, ifadənin yerində yoxlanılması haqqında protokol, şəxsin tanınması haqqında protokol, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, üzləşdirmə-dindirmə protokolları və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Məhkum məhkəmə baxışı zamanı özlərini təqsirli bilməmələri barədə verdikləri ifadələrə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəməyə verdikləri ifadə həqiqətə uyğun de yildir, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs və Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29.177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi sübutları qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədqiq edərək təhlil edib qiymətləndirmiş, onlardan hansına əsaslandığını hökmdə göstərmiş, gəldiyi nəticəni, bu məsələdə mövqeyini ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materi allarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və belə nəticəyə gəlir ki, ittiham sübuta yetirilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətinə əlavədə Q.Alırzayevin birinci instansiya məhkəməsində dindirilməsi barədə vəs atətin təmin edilmədiyinə də istinad edilir. Şikayətin bu dəlili də iş materiallarına uyğun olmamaqla əsassızdır. İş materiallarından, o cümlədən məhkəmə iclas protokollarından göründüyü kimi, birinci instansiya məhkəməsində belə vəsatət verilməmiş, apellyasiya şikayətində X5 dindirilməli olduğuna dair dəlil (xahiş) göstərilməmiş, apellyasiya məhkəməsində də buna dair vəsatət qaldırılmamışdır (müdafiə tərəfi məhkəmə iclas protokollarına qeyd verməməklə onlarda göstərilənlərin məhkəmə iclaslarını tam şəkildə əks etdirdiyi ilə faktiki olaraq razılaşmışdır). Odur ki, müdafiə tərəfinin irəli sürdüyü bu dəlili də əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası cəza təyini məsələsinə gəldikdə qeyd edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur k i, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-256/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-256/2020
26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver