Məhkəmə qərarları › İş №1(102)-256/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-256/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-256/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkumlar – Məhkum2, Məhkum3 və Məhkum5 iştirakları ilə 29 avqust 1996-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şıxəkəran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1988-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış Massivində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum3 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxx 1985-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum5 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 v ə 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov) Məhkum2 – Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) i l müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 16 yanvar 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkum3 - Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respub likası CM-in 66.3-cü maddəsinə əsasən, cəzaları qismən toplamaq yolu ilə Məhkum3 qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 17 yanvar 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkum5 - Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 18 yanvar 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə və Məhkum 4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum4 müdafiəçisi, təqsirləndirilən şəxs Məhkum5 və müdafiəçisi, təqsirləndirilən şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), V.Ə.Mursaqulov və M.Ə.Abbasov) apellyasiua protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən: Məhkum2 2018-ci ilin noyabr ayını n əvvəllərində ər-arvad münasibətində olmaqla birgə yaşadığı Məhkum3, adı istintaqa «X10» kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının (bundan sonra – İİR) Ərdəbil şəhər sakini və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib satışını təşkil etmək üçün cinayət əlaqəsinə girmiş, Məhkum3, «X10» adlı şəxs, o cümlədən Məhkum1, X2, Məhkum5 və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olmuş ümumi razılığa və cinayətkar niyyətə əsasən, qrup üzvü Məhkum3 ilə şə xsiyyəti istintaqa «X10» adı ilə məlum olan şəxslə əvvəlcədən danışıb razılaşdıqları plan üzrə pulunu sonradan hissə-hissə ödəmək şərti ilə onların istintaqla müəyyən edilməmiş qrupun digər üzvləri tərəfindən istintaqla müəyyən olunmamış vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla qaçaqmalçılıqla İİR-dan Azərbaycan Respublikasına keçirilmiş tiryəkdən kustar üsulla hazırlamış təxminən 2 kq 500 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və xaş-xaş bitkisindən kustar üsulla alınmış 1 kq çəkidə külli miqdarda narkotik vasitə tiryəki Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində fəaliyyət göstərən Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində yerləşən Bakı Beynəlxalq Avtovağzalın qarşısında qrupun istintaqa məlum olmayan üzvü ilə görüş ərək qara rəngli çantada əldə edib Məhkum3lə birlikdə müvəqqəti yaşadıqları ünvan 1 ünvandakı fərdi yaşayış evinə qədər daşımaqla hissələrə bölüb ayrı-ayrılıqda qablaşdıraraq saxlamış, 2018-ci ilin noyabr ayının ortalarında həmin narkotik vasitələrdən 1629,466 qram çəkidə (1 kq 629,466 qram) külli miqdarda tiryəkdən kustar üsulla hazırlamış narkotik vasitə heroin və xaş-xaş bitkisindən kustar üsulla alınmış 5,026 qram çəkidə narkotik vasitə tiryəki sonuncu ünvanda Məhkum3lə birlikdə qrupun üzvü Məhkum5 vasitəsi ilə narkotik vasitələrin qanunsuz olaraq alınıb-satılmasını həyata keçirmək üçün tanış olduğu qrupun digər üzvləri Məhkum5 və X11 qardaşlarına satmış və həmin narkotik vasitə heroinin qalan 230 qram çəkidə külli miqdarda olan hissəsini isə Məhkum3 daşıyaraq, özünün yaşadığı ünvan 4 ünvana gətirib mətbəxdəki çarpayının üstündəki döşəyin altında qara rəngli əl çantasının içərisində qablaşdırıb saxlamış, təkrarən, sonuncu dəfə əmisi oğlu Məhkum4, şəxsiyyəti istintaqa «X10» adı ilə məlum olan və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirib satışını təşkil etmək üçün cinayət əlaqəsinə girmiş, Məhkum4, «X10» adlı şəxs, o cümlədən Məhkum5 və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olmuş ümumi razılığa və cinayətkar niyyətə əsasən xx.xx.2019-cu il ta rixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində qrup üzvü, şəxsiyyəti istintaqa «X10» adı ilə məlum olan şəxslə İİR-da görüşüb narkotik vasitələrin qanunsuz alınıb-satılmasına və pulunu sonradan hissə-hissə ödəmək şərtilə razılaşaraq qayıtdıqdan sonra əvvəlcədən qurduqları plan üzrə təkrarən satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışını təşkil etmək üçün cinayət əlaqəsinə girmiş qrupun üzvü Məhkum4 onun tapşırığı ilə xx.xx.2019-cu il tarixdə onların istintaqla müəyyən edilməmiş qrupun digər üzvləri tərəfindən istintaqla müəyyən olunmamış vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla qaçaqmalçılıqla İİR-dan Azərbaycan Respublikasına keçirilmiş təxminən 1 kq-dan artıq çəkidə külli miqdarda tiryəkdən kustar üs ulla hazırlamış narkotik vasitə heroin, xaş-xaş bitkisindən kustar üsulla alınmış 500 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək, o cümlədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Cəlilabad-Biləsuvar yolunda müəyyən olunmamış ünvanda qrupun istintaqa məlum olmayan üzvü ilə görüşərək qara rəngli idman çantasında təkrarən əldə edib həmin gün ərzində onun müvəqqəti yaşadığı ünvan 6 ünvandakı fərdi yaşayış evinə qədər daşımış, Məhkum2 həmin narkotik vasitə və psixotrop maddələri hissələrə bölüb ayrı-ayrılıqda qablaşdıraraq saxlamış, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində narkotik vasitələrin istintaqla müəyyən edilməmiş hissəsinin satışında köməklik göstərməsi müqabilində ayrı-ayrılıqda çəkiləri 0,401 qram, 0,185 qram və 0,146 qram olmaqla üç ədəd bükümdə ümumi təmiz çəkisi 0,732 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, ayrıayrılıqda çəkiləri 0,083 qram və 0,034 qram olmaqla iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,117 qram olan «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamini qrupun üzvü Məhkum5 vermiş, xx.xx.2019-cu il tarixdə saat 18:00 radələrində Qaradağ rayon Pİ-nin əməkdaşları tərəfindən təxirəsalınmaz qaydada müvəqqəti yaşadığı ünvan 6 ünvanda aparılmış axtarış zamanı qonaq otağında olan tək çarpayının yastığının altında Məhkum2 məxsus olan qadın pul kisəsinin içərisində hər birinin təmiz çəkisi 0,605 qram, 0,098 qram, 0,747 qram, 0,497 qram və 0,481 qram olmaqla cəmi 5 ədəd bükümdə ümumi təmiz çəkisi 2,428 qram təşkil edən və yataq otağındakı iki nəfərlik çarpayının altında üzərində «GRACEFUL» yazısı olan ayaqqabı qutusunun içərisində hər birinin təmiz çəkisi 560 qram və 490 qram olmaqla ümumi təmiz çəkisi 1050 qram təşkil edən 2 ədəd ağ rəngli sellofan torbada cəmi 1052,428 qram (1 kq 52,428 qram) təmiz çəkidə külli miqdarda narkotik vasitə heroin və narkotiklərin çəkisini ölçmək üçün nəzərdə tutulmuş bir ədəd tərəzi, yenə yataq otağındakı çarpayının altında 3 ədəd sellofanın içərisində ayrı-ayrılıqda təmiz çəkisi 120 qram, 150 qram və 195 qram olmaqla cəmi 465 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, habelə qadın pul kisəsində ayrı-ayrılıqda təmiz çəki si 0,756 qram və 0,032 qram olmaqla ümumi təmiz çəkisi 0,788 qram təşkil edən «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək Məhkum2 götürülmüşdür. Məhkum3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə 09 (doqquz) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının 08 (səkkiz) ilə endirilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 2018-ci ilin noyabr ayının əvvəllərində ər-arvad münasibətində olmaqla birgə yaş adığı Məhkum2, adı istintaqa «X10» kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş İİR-nın Ərdəbil şəhər sakini və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə,saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirib satışını təşkil etmək üçün cinayət əlaqəsinə girmiş, Məhkum2, «X10» adlı şəxs, o cümlədən Məhkum1, X2, Məhkum5 və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında olmuş ümumi razılığa və cinayətkar niyyətə əsasən şəxsiyyəti istintaqa «X10» adı ilə məlum olan şəxslə əvvəlcədən danışıb razılaşdıqları plan üzrə pulunu sonradan hissə-hi ssə ödəmək şərtilə onların istintaqla müəyyən edilməmiş qrupun digər üzvləri tərəfindən istintaqla müəyyən olunmamış vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla qaçaqmalçılıqla İİR-dan Azərbaycan Respublikasına satış məqsədi ilə keçirilmiş tiryəkdən kustar üsulla hazırlamış təxminən 2 kq 500 qram çəkidə külli miqdarda narkotik vasitə heroin və xaş-xaş bitkisindən kustar üsulla alınmış 1 kq çəkidə külli miqdarda narkotik vasitə tiryəki Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində fəaliyyət göstərən Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində yerləşən Bakı Beynəlxalq Avtovağzalın qarşısında qrupun üzvü Məhkum2 qrupun istintaqa məlum olmayan üzvü ilə görüşərək qara rəngli çantada əldə edib onunla birlikdə kirayədə yaşadıqları ünvan 6 ünvan dakı fərdi yaşayış evinə qədər daşımaqla hissələrə bölüb ayrıayrılıqda qablaşdıraraq saxlamış, 2018-ci ilin noyabr ayının ortalarında həmin narkotik vasitələrdən ümumi təmiz çəkisi 1629,466 qram olan (1 kq 629,466 qram) külli miqdarda tiryəkdən kustar üsulla hazırlamış narkotik vasitə heroin və 5,026 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki sonuncu ünvanda Məhkum2 ilə birlikdə qrupun üzvü Məhkum5 vasitəsi ilə narkotik vasitələrin qanunsuz olaraq alınıb-satılmasını həyata keçirmək üçün tanış olduğu qrupun digər üzvləri Məhkum3 və X11 qardaşlarına satmış, həmin narkotik vasitə heroinin qalan 230,0 qram çəkidə külli miqdarda olan hissəsini təkrar daşıyaraq özünün yaşadığı ünvan 7 ünvana gətirib mətbəxdəki çarpayının üstündəki döşəyin altında qara rəngli əl çantas ının içərisində narkotik vasitələrin çəkisini yoxlamaq üçün olan mikrotərəzi ilə birlikdə qablaşdırıb gizlədərək satış məqsədi ilə qanunsuz olaraq saxlamış, xx.xx.2019-cu il tarixdə saat 16:30 radələrində Qaradağ rayon Pİ-in əməkdaşları tərəfindən təxirəsalınmaz qaydada yaşadığı ünvan 4 ünvanda axtarış aparılarkən evin mətbəxindəki çarpayının üstündəki döşəyin altında qara rəngli əl çantasının içərisində narkotik vasitələrin çəkisini yoxlamaq üçün olan mikrotərəzi ilə birlikdə qablaşdırıb gizlədərək saxladığı tiryəkdən kustar üsulla hazırlanmış təmiz çəkisi 230,0 qram olan külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək Məhkum3 götürülmüşdür. Məhkum5 tanışları Məhkum2, Məhkum3, Məhkum1, X2, adı istintaqa «X10» kimi məlum olmaqla şəxsiyyəti müəyyən edilməmiş İİR-nın Ərdəbil şəh ər sakini və şəxsiyyətləri istintaqla müəyyən olunmamış digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitələrin qanunsuz olaraq alınıb-satılmasını həyata keçirmək üçün Məhkum3 ilə narkotik vasitələrin satışını birlikdə həyata keçirmiş Məhkum3 və X11 qardaşlarını tanış etmiş, eyni zamanda idarə etdiyi «Daewoo Centra» markalı **PR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xidmət göstərəcəyi barədə razılığa gələrək 2018-ci ilin noyabr ayında Məhkum3 və Məhkum2 şəxsiyyəti istintaqa «X10» adı ilə məlum olan şəxslə əvvəlcədən danışıb razılaşaraq aldıqları narkotik vasitələrdən 1629,466 qram çəkidə (1 kq 629,466 qram) külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xaş-xaş bitkisindən kustar üsulla alınmış 5,026 qra m çəkidə narkotik vasitə tiryəki müvəqqəti yaşadıqları ünvan 8 ünvandakı fərdi yaşayış evində alınıb-satılmasını həyata keçirmək üçün Məhkum3 və X11 qardaşlarına satışında köməklik göstərdikdən sonra,təkrarən sonuncu dəfə yenə də Məhkum2, o cümlədən Məhkum4, «X10» adlı şəxs və şəxsiyyətləri istintaqla müəyyən olunmamış şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Məhkum2 müvəqqəti yaşadığı həmin evdə sonuncunun şəxsiyyəti istintaqa «X10» adı ilə məlum olan şəxslə əvvəlcədən danışıb razılaşaraq aldığı narkotik vasitələr və psixotrop maddələrin satışına köməklik göstərməsi müqabilində satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,732 qram olan kustar üsulla hazırlanmış narkot ik vasitə heroini, ümumi təmiz çəkisi 0,117 qram olan «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2019-cu il tarixdə saat 18:00 radələrində Qaradağ rayon Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi dalan 2 ünvanın qarşısında saxlanılaraq Qaradağ rayon Pİ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 19:30 radələrində orada üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə saxladığı ayrı-ayrılıqda çəkiləri 0,401 qram, 0,185 qram və 0,146 qram olmaqla üç ədəd bükümdə həmin ümu mi təmiz çəkisi 0,732 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ayrı-ayrılıqda çəkiləri 0,083 qram və 0,034 qram olmaqla iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,117 qram olan «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxil edilmiş kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək Məhkum5 götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi və ona ədalətli və daha yüngül cəza təyin edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun birinci instansiya məhkəməsinin hökmündən vermiş olduğu apelyasiy a şikayəti əsassız olaraq təmin edilməmişdir. Məhkum5 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi xahiş olunur. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar – Məhkum2, Məhkum3 və Məhkum5, kassasiya şikayətlərinin təmin edi lməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasi ya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum2, Məhkum3 və Məhkum5 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisələrini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, şəxsi axtarış və götürmə aparılması haqqında protokollara habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericil iyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində işin faktiki halları mübahisələndirilmir, yalnız onlara təyin edilən cəzanın yüngülləşdirilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən: “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bil ən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 206.3-cü maddəsinə görə “Bu Məcəllənin 206.1– 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 206.3.1. təkrar törədildikdə; 206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.3. Narkotik vasi tələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.3-1. Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.4. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəş əkkil dəstə tərəfindən törədildikdə; 234.4.2.təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmi ş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfində n cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərba ycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli q ərarları) “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkot ik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digə r məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkum еdilmiş şəхslər Məhkum2, Məhkum3 və Məhkum5 cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2, Məhkum3 və Məhkum5 barələrində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətlərini, Məhkum3 və Məhkum5 əməllərini qismən təqsirli bilərək əməlindən peşman olmalarını, eyni zamanda Məhkum3 və N.Fərəzullazadənin himayələrində azyaşlı uşaqlarının olmasını cəzalarını yüngülləşdirən hallar kimi, cinayətlərin residivini təqsirləndirilən şəxs Məhkum3 cəzasını ağırlaşdıran hal kimi, digər təqsirləndirilən şəxslərin isə cəzalarını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2, Məhkum3 və Məhkum5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı məhkumlar Məhkum2, Məhkum3 və Məhkum5 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar