Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2560/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum və onun müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs1 Mövlüdağa oğlunun və onun müdafiəçisi Müdafiəçi4, zərərçəkmiş şəxslər in hüquqi varisləri X1 və X4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.7 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Mövlüdağa oğlunun CM-in 120.2.1, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Mövlüdağa oğlunun CM-in 221.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 17 may tarixli, 1(103)-1061/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, Məhkum müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayə tlər Məhkəməsinin 2024-cü il 16 fevral tarixli, 1(101)-501/2024 nömrəli hökmü ilə (X10 (sədrlik edən və məruzəçi), Səbinə Məmmədzadə və Əli Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 1986-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Lənkəran rayonu, Liman şəhəri, H.Z.Tağıyev küçəsi, ev 164-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 120.2.1 və 120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrumetmə, CM-in 221.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CMin 66.3-cü maddəsinə əsasən cinayətləri n məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə o, qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını həbsxanada çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilmiş, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bil inərək, CM-in 120.2.1, 120.2.7-ci maddələri ilə 19 (on doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 20 (iyirmi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan 17 (on yeddi) ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilmiş, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 fevral 2023cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, Təqs irləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X7 (sədrlik edən və məruzəçi), Əfqan Ələkbərov və Zaur Hüseynovdan ibarət tərkibdə) 2024-cü il 17 may tarixli, 1(103)-1061/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 16 fevral tarixli, 1(101)-501/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum CM-in 120.2.1 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası 19 (on doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Məhkum hazırki qərarla CM-in 120.2.1, 120.2.7-ci maddələri ilə təyin olunan 19 (on doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası hökmlə ona CM-in 221.3-cü maddəsi ilə təqs irli bilinərək təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq cinayətlərin məcmusu üzrə 20 (iyirmi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin təyin edilmiş, Təqsirləndirilən şəxs1 CM-in 120.2.1 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, ona həmin hökmlə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-in 228.4- cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ona qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İttiham aktına və hökmə əsasən Məhkum bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və bir qrup şəxs halında iki və daha çox şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq soy uq silah hesab edilən bir ədəd vurucu-dağıdıcı xassəyə malik göy rəngli dəmir dəyənəyi əldə etmiş, bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, soyuq silahdan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, bir qrup şəxs halında iki və daha çox şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs2 bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkumlar tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSLƏRİN HÜQUQİ VARİSLƏRİNİN, MÜDAFİƏÇİLƏRİN VƏ MƏHKUMLARİN ÇİXİŞLARİ: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, mübahisənin zərərçəkmiş şəxslər tərəfindən başladılması, Təqsirləndirilən şəxs2 və ailə üzvlərinin yaşadığı evə basqınla müşayiət olunması, yaşadıqları evin pəncərə şüşələrinin basqın etmiş şəxslər tərəfindən sındırılması, hadisənin məhz basqın etmiş şəxslər tərəfindən evin yanında küçədə davam etdirilməsi və qarşılıqlı dava ilə nəticələnməsi işin mübahisə edilməyən hallarına aiddir. İşin halları ilə kifayət qədər təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 evinə basqın edilməsi, qardaşı və anasına qarşı törədilən zorakılıqlara görə münaqişədə iştirak etmiş, onun özünə qarşı zor tətbiqindən, xəsarət alaraq hüşunu itirməsi səbəbindən basqınçıları qorxutmaq məqsədilə bıçaq çıxarmış və Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs2 şəxsi münasibətlər zəminində hadisəni törətməsinə əsas verən kifayət qədər əsasların mövcud olmasına baxmayaraq, məhkəmə həmin halları nəzərə almamış və nəyə görə nəzərə almamasını əsaslandırmamış, düzgün olmayaraq hadisənin əsasssız səbəbdən xuliqanlıq cinayət əməli kimi törədilmsi nəticəsinə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmənin T əqsirləndirilən şəxs2 əməlinin xuliqanlıq kimi qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticə işin faktiki hallarına tədqiq olunan sübutlara uyğun deyildir. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs2 özünü, anasını və digər ailə üzvlərini evlərinə basqin etmiş şəxslərin cinayətkar qəsdlərindən qoruyarkən etdiyi hərəkətlər özünümüdafiə məqsədi daşıyıb və ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 17 may tarixli qərarının məhkum Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməsini və onun əməlinin Azərbaycan Respubli kası CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 törətdiyi əməli hansı mötəbər sübutlara əsasən CM-in 120.2.1 və 120.2.7-ci maddələrinin dispozisiyasını əhatə etdiyini əsaslandıra bilməmişdir. Baş vermiş ikinci münaqişə vaxtı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 nəinki ölümünə səbəb olan xəsarət yetirmiş, hətta ona yaxınlaşmamış, bu və digər formada zorakı hərəkətə yol verməmiş, sağlamlığına dərəcəsi təyin olunmayan belə xəsarət yetirməmiş, onun müqavimətini qırmağa, özünü müdafiə etmə imkan lannı aradan qaldırmağa, yaxud məhdudlaşdırmağa yönəlik hərəkətlər törətməmiş, həyatdan məhrum edilməsinə kömək etməmişdir. Bununla belə apellyasiya instansiyası hansı sübutlara əsasən təqsirləndirilən şəxslər Məhkumla Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında iki şəxsi qəsdən həyatdan məhrum etmələrini və yaşadıqları evin həyətində xuliqanlıq cinayəti törətdiklərini demək olar ki, əsaslandıra bilməmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə mövcud sübutları tam halda yoxlayıb qiymətləndirmədən 17 may 2024-cü il tarixli, 1(103)-1061/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3 və 228.4-cü maddələri ilə bərabər onu həmin Məcəllənin 120.2.1 və 120.2.7-ci maddələri ilə də əsassız və qanunsuz olaraq təqsirli bilib 19 il müddətə azadlı qdan məhrum etmə cəzasına məhkum etmiş, bununla da ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 hərəkətlərinə verdiyi əsassız hüquqi qiymətlə razılaşmışdır. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 17 may tarixli qərarının ləğv edilməsini, məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamın həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif edilməsi, ona göstərilən maddə ilə qanuna müvafiq cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, necə olur ki, gücünü nümayiş etdirən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Məhkum anasına və bacısına qarşı qalmayan söyüşlər söyüb, “bita” ilə anasına müxtəlif bədən xəsarətləri yetirməsini müstəntiq və məhkəmə hüquqi qiymət verə bilmək əvəzinə onların qarşısını almağa çalışan Məhkum əməlini xuliqanlıq kimi qiymətləndirilir. İbtidai istintaq orqanı, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum xuliqanlıq cinayəti üzrə təqsirli bilərkən onların ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onların hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək Məhkum əməlini əlavə olaraq AR CM-in 221.3-cü maddəsi ilə tövsif etmişlər. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-l061/2024 saylı qərarını təqsirləndirilən şəxs Məhkum aid hissədə dəyişdirilməsini və onun əməlini CM-in 120.2.1, 120.2.7 və 221.3-cü maddələrindən CM-in 123.1-ci maddəsinə tövsif etməklə həmin maddə ilə ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum CM-in 120.2.1, 120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasını təyin edərkən bir sıra halları nəzərə almışdır. Belə ki, Məhkumluqları ödənilmiş olsa belə, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə, Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2013- cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə v ə Nizami Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 eyni ilə, məhkumluğu ödənilmiş olsa da, əvvəllər Nizami Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bununla yanaşı, xüsusi olaraq qeyd edilməlidir ki, baş vermiş hadisənin səbəkarı, təşəbbüskarı və ən aktiv iştirakçısı məhz Məhkum olmuşdur. Belə ki, hadisənin təhlili göstərir ki, iki tərəfin arasında olan və sonradan 2 nəfər şəxsin ölümü ilə nəticələnən davadalaşa səbəb Məhkumla Zərərçəkmiş şəxs2 arasında olan əvvəlki mübahisə olmuşdur. Zərərçəkmiş şəxs2 hadisə günü Məhkum yanına gəlib söhbət etmək üçün onu görü şə çağırdıqda Məhkum evdən silahlı vəziyyətdə çıxmış və aktiv hücum hərəkətləri etməklə bıçaqla Zərərçəkmiş şəxs2 vurmağa başlamışdır. Məhz bundan sonra digər Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs3 arasında mübahisə yaranmış və onlar bir-birini vurmağa başlamışlar. Bununla da mübühisə daha da geniş şəklini almış və nəticədə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürülmüşlər. Apellyasiya instansiya məhkəməsi eyni zamanda Təqsirləndirilən şəxs1 CM-in 120.2.1, 120.2.7-ci maddələri ilə təyin edilmiş 19 il müddətə azadlıqdan məhrum etmə cəzasını 18 ilə endirmiş və CM-nin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 19 il müddətə azadlıqdan məhrumetmə cəzasını təyin etmiş, həmçinin Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrumetmə cəzasını 04 il ə endirmiş, bununla da hər birinə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza 1 il azaldılmışdır. Apellyasiya instansiya məhkəməsi bu mövqeni əsaslandırarkən, qərarın 53-cü vərəqəsinin 6-cı abzasında göstərmişdir ki, "Məhkəmə kollegiyası Məhkum və Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində iştiraklarının xarakterini də nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzası Məhkumla müqayisədə fərqləndirilərək, habelə işin yuxarıda qeyd edilən halları Təqsirləndirilən şəxs1 də münasibətdə nəzərə alınaraq onun cəzası qismən yüngülləşdirilməlidir’’. Bununla da, müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsinin məqsədi Məhkum təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirmək olmuş, digər təqsirləndirilən şəxslər Ceyhun və Təqsirləndirilən şəxs2 lərə təyin edilmiş cəzanı yüngülləşdirərkən sadəcə yuxarıda qeyd olunduğu kimi, "Təqsirləndirilən şəxs1 cəzası Məhkumla müqayisədə fərqləndirilərək, habelə işin yuxarıda qeyd edilən halları Təqsirləndirilən şəxs1 də münasibətdə nəzərə alınaraq onun cəzası qismən yüngülləşdirilməlidir” göstərməklə qeyri-müəyyən mövqedən çıxış etmişdir. Qanunvericilik cəza təyin olunarkən təqsirləndirilən şəxslərə fərdi qaydada yanaşılmasını, hər bir iştirakçının cinayətin törədilməsində rolunu, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların müəyyən edilərək nəzərə alınmasını tələb edir. Bununla da, eyni iş üzrə bir təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın digər təqsirləndirilən şəxsə təyin olunan cəzaya nisbətdə (və ya məhkəmənin qərarında göstərildiyi kimi-münasibətdə) müəyyən edilməsi əsassız olm aqla qanunvericiliyin tələblərinə və formalaşmış məhkəmə təcrübəsinə ziddir. Bundan başqa, xüsusi olaraq vurğulamaq istərdi ki, Zərərçəkmiş şəxs2 hüquqi varisi Gülayə İsayeva, eləcə də Zərərçəkmiş şəxs1 hüquqi varisi Mehriban İbrahimova həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində təqsirləndirilən şəxslərlə barışmadıqlarını bildirməklə hər birinə ən ağır (o cümlədən ömürlük azadlıqdan məhrum etmə) cəza verilməsini məhkəmədən xahiş etmişlər. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qeyd olunan qərarı qeyriobyektivdir və işin faktiki halları ilə uzlaşmadığından ləğv edilməlidir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1061/2024 saylı qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi4 kassasiya protestinin təmin edilməməsini, kassasiya şikayətlərinin isə təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxslərin hüquqi varisləri X2 və X8 ayrı-ayrılıqda çıxış edərək kassasiya protestinin təmin edilməsini, kassasiya şikayətlərinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-in 120.2.1, 129.2.7 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Mövlüdağa o ğlunun Azərbaycan Respublikası CM-in 120.2.1, 129.2.7, 221.3 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Mövlüdağa oğlunun Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 17 may tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin əsassız olduğunu hesab edərək təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yaln ız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellya siya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumların müdafiəciləri kassasiya şikayətlərində məhkumların əməllərinin tövsifini və cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Dövlət ittihamçısı kassasiya protestində m əhkumlara birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaların yüngülləşdirilməsini əsassız hesab edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitus iyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcud ur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə məhkumların və müdafiəçilərin, kassasiya şikayətlərinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin hüquqi varislərinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 əməllərinin CMin 120.2.1 və 120.2.7-ci maddələrindən CM-in 123.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı müdafiə tərəfinin dəlillərinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından da görünür ki, baş vermiş cinayət hadisəsi n əticəsində qeyd edilən şəxslər tərəfindən 2 şəxs qəsdən öldürülmüşdür. Müdafiə tərəfi hər iki şəxsin məhkumlar tərəfindən zəruri müdafiə həddini aşmaqla qəsdən öldürüldüyünü iddia etmişdir. Əməlin CM-in 123.1-ci maddəsi ilə tövsif edilməsi üçün iki hal – zəruri müdafiə vəziyyətinin yaranması və zərərçəkmiş şəxsin zəruri müdafiə vəziyyətini aşmaqla qətlə yetirilməsi müəyyən edilməlidir. Əməlin zəruri müdafiə vəziyyətində edilən hərəkət kimi qiymətləndirilməsi üçün qəsd mövcud olmalıdır. Mövcud qəsd başlamış, davam edən və hələ başa çatmamış ictimai təhlükəli əməldir. Ona görə də qəsd başa çatmışdırsa və belə vəziyyət təqsirkar tərəfindən dərk edilirsə, qəsd edənin həyatdan məhrum edilməsi ümumi əsaslarla CM-in 120-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət işi üzrə müəyyən e dilmiş işin hallardan görünür ki, məhrum zərərçəkmiş şəxslər hadisə yerinə gəlsələr də və münaqişənin başlamasının səbəbkarı olsalar da, məhkumlar dava-dalaş zamanı daha fəal olmuş və zərərçəkmiş şəxslərin müxtəlif orqanlarına xəsarətlər yetirmiş, dalaşanları ayırmaq üçün küçəyə çıxan Məhkum anası Şahid2 mərhum Zərərçəkmiş şəxs2 dəmir dəyənəklə xəsarət yetirdikdən sonra məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında daha da aqressivləşərək mərhumlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədənlərinin müxtəlif nahiyələrindən ümumi niyyətlə əlllərində olan soyuq silahlarla çoxsaylı bədən xəsarətləri yetirmiş, mərhumlar aldıqları çoxsaylı xəsarətlərdən artıq müqavimət göstərmək iqtidarında olmasalar da, öz niyyətlərini həyata keçirərək və hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qəsdən öldürmüşlər. Göründüyü kimi, Şahid2 yetirilən xəsarət məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 aqressivləşməsi üçün bir əsas yaratsa da, lakin mərhumlara çoxsaylı xəsarətlərin yetirilməsi nəticəsində bu təhlükə artıq mövcud olmamış, bu təhlükənin mövcud olmamasını dərk edən məhkumlar öz hərəkətlərini dayandırmamış, davam etdirmiş, nəticədə iki şəxs həyatdan mərhum edilmişdir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 əməllərində zəruri müdafiə həddinin aşılması halı mövcud deyil və onların əməllləri düzgün olaraq CM-in 120.2.1 və 120.2.7-ci maddələri ilə tövsif edilmişdir. Məhkumlar Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində xuliqanlıq ci nayət əməlinin mövcud olmaması ilə bağlı müdafiə tərəfinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da göstərildiyi kimi zərərçəkmiş şəxslərin hadisə yerinə gəlməsi nəticəsində münaqişəli vəziyyət yaranmış, zərərçəkmiş şəxslərin ictimai qaydaya zidd hərəkətləri nəticəsində tərəflər araşında dava-dalaş başlamış, hər üç məhkum zərərçəkmiş şəxslərə müqavimət göstərmiş, zərərçəkmiş şəxslərin ictimai qaydaya zidd hərəkətləri Məhkum anası Şahid2 Zərərçəkmiş şəxs2 tərəfindən xəsarət yetirildiyi ana kimi davam etmiş, hadisənin zərərçəkmiş şəxslərin təşəbbüsü nəticəsində başlaması səbəbindən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə görə ittiham irəli sürülməmiş, lakin bundan sonra hər üç məhkum tər əfindən xuliqanlıq cinayət əməlinin tövsifedici əlamətləri kimi müəyyən edilən hərəkətlər, yəni soyuq silahdan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən ucadan əxlaqsız söyüşlərin söyülməsi, müəyyən müddət davam edən ictimai qaydanı pozan silahdan istifadə etməklə aqressiv hərəkətlərin edilməsi, bu hərəkətlərin qrup şəklində edilməsi nəticəsində hər üç məhkum tərəfindən xuliqanlıq cinayət əməli törədilmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxslər tərəfindən şəxsi münasibətlər zəminində başlanmış hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı aşıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrildiyindən hər üç məhkumun əməlləri CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafi əçisi CM-in 228.4-cü maddəsi ilə irəli sürülmüş ittihamı da mübahisələndirmişdir. Bununla bağlı qeyd edilməsi zəruridir ki, ekspert rəyi ilə soyuq silah kimi qiymətləndirilmiş, hadisə zamanı məhkum Təqsirləndirilən şəxs1 soyuq silah qismində istifadə etdiyi dəmir dəyənək (bita) cinayətin aləti olmuşdur. CM-in 228.4-cü maddəsinə əsasən də qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə cinayət tərkibini yaradır. Cinayət işinin müəyyən edilmiş hallarından da görünür ki, həmin soyuq silah daşınar əşya olmaqla qanunsuz olaraq məhkum Təqsirləndirilən şəxs1 sahiblik və istifadəsində olmuş, həmin soyuq silahı Təqsirləndirilən şəxs1 əldə edərək üzərində gəzdirmiş və cinayət hadisəsi törədərkən həmin soyuq silahdan cinayət əməlinin aləti qismində istifadə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlili də əsassızdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə və məhkumlara təyin edilmiş cəzaların növ və həddinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkumlara aşağıdakı növ və hədlərdə cəzalar təyin edilmişdir:
1. Məhkum CM-in 120.2.1 və 120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.3-cü maddəsi ilə qəti olaraq ömürlük azadlıdan məhrumetmə cəzası təyin edilmişdir.
2. Təqsirləndirilən şəxs1 CM-in 120.2.1-cui maddəsi ilə 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 5 il müddətinə azadlqıdan məhrumetmə cəza ı, CM-in 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzanın ilk üç ilini həbsxanada çəkməsi müəyyən edilmişdir.
3. Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlara aşağıdakı növ və hədlərdə cəzalar təyin edilmişdir:
1. Məhkum CM-in 120.2.1 və 120.2.7-ci maddələri ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş cəza dəyişdirilməmiş, CM-in 66.3-cü maddəsi ilə qəti olaraq 20 il müddətinə azadlıdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının ilk 3 il ini həbsxanada çəkməsi müəyyən edilmişdir.
2. Təqsirləndirilən şəxs1 CM-in 120.2.1-cui maddəsi ilə təyin edilmiş 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, təyin edilmiş digər cəzalar dəyişdirilməmiş, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzanın ilk üç ilini həbsxanada çəkməsi müəyyən edilmişdir.
3. Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarını cəzaların yüngülləşdirilməsi hissəsində mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəli llərinə münasibət bildirməklə yanaşı, eyni zamanda, məhkumlara təyin edilmiş cəzaların yüngülləşdirilməsi istiqamətində də araşdırma apararaq qeyd edir ki, məhkumlara təqsirli bilindikləri hər bir maddə üzrə ayrıayrılıqda, həm də cinayətlərin məcmuyu qaydasında təyin edilmiş qəti cəzalar məhkumlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumlarım şəxsiyyətinə uyğundur və məhkumların islah edilməsinə kifayət edəcək növ və həddədir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hər bir məhkuma münasibətdə təyin edilmiş cəzaları yüngülləşdirməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, bu yüngülləşmə ədalət və humanizm prinsiplərinin, eləcə də təqsirə görə məsuliyyət prinsipinin tələblərinə uyğun və qanunidir. H əddindən artıq yüngül cəzalar məhkumların tam islah olunmasına kömək etmədiyi kimi, həddindən sərt cəzalar da məhkum üçün işgəncə və ləyaqəti alçaldan xarakter və məqsəd daşımamalı, törətmiş olduğu əmələ görə ona verilən cəza səviyyəsində qalmalı, məhkumdan intiqam almaq məqsədi daşımamalıdar. Eyni zamanda, məhkəmə kollegiyası hər bir məhkuma ayrı-ayrı maddələr və cinayətlərin məcmuyu qaydasında təyin edilmiş cəzaların yüngülləşdirilməsi üçün də qanunda göstərilən heç bir hüquqi və faktiki əsas tapa bilmir və hesab edir ki, təyin edilmiş cəzalar həm növü, həm də həddi baxımından məhkumlar tərəfindən törədilmiş cinayət əməlləri səbəbindən meydana çıxan nəticə: iki insanın həyatdan məhrum edilməsi və xuliqanlıq cinayət əməlləri səbəbindən ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, şəxslər üzərində zor tətbiq olunması, soyuq silahın əldə edilməsi, gəzdirilməsi və həmin silahdan istifadə edilməsi kimi cinayət əməlləri üçün ədalətli kompensasiyadır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Emil Mirzəyev tərəfindən verilmiş kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5, məhkum Təqsirləndir ilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs1 Mövlüdağa oğlu və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs2 Mövlüdağa oğlu barələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 17 may tarixli, 1(103)-1061/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə və məhkumların müdafiəçilərini n kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.