Məhkəmə qərarları › İş №1(102)-2565/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2565/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2565/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in v ə ya CM-in) 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli, 1(103)-608/2024 nömrəli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1985-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, işləməyən, Ucar şəhəri, D.Qorqud küçəsi, bina 3, mənzil 7-də yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2, Müdafiəçi7, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və X27 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs, sonuncunun oğlu Şahid1 99 illik istifadəsində olan kənd təsərüffatı təyinatlı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2 hektar torpaq sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyətindən ilkin olaraq torpağın təyinatının dəyişdirilməsi üçün sərəncam aldıqdan sonra keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəyi barədə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 17 mart 2015-ci il tarixdə, saat 12 radələrində ünvan 1 ünva nında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda 85.000 (səksən beş min) manat, 08 sentyabr 2015-ci il tarixdə saat 1A radələrində ünvan 2 ünvanında yerləşər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 35 saylı Notariat kontorunda 29.500 (iyirmi doqquz min beş yüz) manat, 15 oktyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 64.907,8 manat təşkil edən 62 (altmış iki min) ABŞ dolları və 29 oktyabr 2015-ci il tarixdə saat 15 radələrində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 31.488 manat təşkil edən 30000 (otuz min) ABŞ dollarını ələ keçirib Zərərçəkmiş ş əxs, ümumilikdə 210895,8 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X28 və X17 ibarət məhkəmə tərkibində) 08 oktyabr 2021-ci il tarixli, 1(101)-1064/2021 nömrəli hökmü ilə Məhkum CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxslərin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2, məhkum Müdafiəçi7 müdafiəçisi Müdafiəçi9 tərəfindən apellyasiya şikayətləri və Dövlə t ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X35 (sədrlik edən və məruzəçi), X22 və X4 ibarət məhkəmə tərkibində) 17 may 2022-ci il tarixli, 1(103)159/2022 nömrəli hökmü ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, apellyasiya protestinin təmin edilməsi, məhkumlar Müdafiəçi7, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Məhkum CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmünün məhkum X10 aid hissədə ləğv edilməsi, Məhkum CM-in 178.3.2-ci maddəsində nəzərdə tu tulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən X7 18 mart 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) günün azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 17 may 2022-ci il tarixdən hesablanması, Məhkum məhkəmə iclas zalından dərhal həbs edilməsi, Məhkum cəzaçəkmə müəssisəsinə etap olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

6. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi13 tərəfindən kassasiya şikayətləri, məhkum Müdafiəçi7 müdafiəçisi Müdafiəçi9 tərəfindən kassasiya şikayəti və ona əlavə, Zərərçəkmiş şəxs nümayəndəsi X5 tərəfindən kassasiya şikayəti və ona əlavəyə verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X29 (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət məhkəmə tərkibində) 07 dekabr 2022-ci il tarixli, 1(101)-1657/2022 nömrəli qərarı ilə məhkum Müdafiəçi7 müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsi, Zərərçəkmiş şəxs nümayəndəsi X5 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməməsi, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli hökmünün Məhkum aid hissədə Məhkum həbsə alınmasına dair müddəalar istisna olmaqla ləğv edilməsi və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi13 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs3 aid hissədə dəyişdirilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin ed ilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 04 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək barədə vəzifələrinin qoyulması, qərarın icrasının Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs3 məhkəmə iclas zal ından dərhal azad olunması, hökm qalan hissədə dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X20 və X3 ibarət məhkəmə tərkibində) 15 mart 2023-cü il tarixli, 1(103)601/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, məhkumlar Müdafiəçi7, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(101)-1064/2021 saylı hökmünün Məhkum münasibətdə dəyişdirilmədən saxlanılması, Məhkum məhkəmə iclas zalından dərhal azad olunması qərara alınmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X23 və X9 ibarət məhkəmə tərkibində) 28 noyabr 2023-cü il tarixli, 1(101)-1557/2023 nömrəli qərarı ilə kassasiya protestinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 mart 2023-cü il tarixli, 1(103)-601/2023 nömrəli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X24 (sədrlik edən və məruzəçi), X21 və X15 ibarət məhkəmə tərkibində) 31 may 2024-cü il tarixli, 1(103)608/2024 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Müdafiəçi7 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə, Məhkum isə həmin maddə ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1064/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünün qismən, Məhkum bəraət verilməsi hissəsində ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsi, Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 75.1.2-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cəza təyin edilməməsi, iş üzrə mülki iddianın olmamasının nəzərə alınması və Məhkum barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir.

11. Hökmdən Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

12. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək göstərilmişdir ki, məhkəmələr tərəfindən barəsində qanunsuz, əsassız və ədalətsiz yekun məhkəmə aktı qəbul edilmişdir. İş üzrə yalnız zərərçəkmiş şəxsin ifa dəsi əsasında ittiham hökmü çıxarılmışdır. Halbuki cinayət işi materiallarında onun lehinə olan kifayət qədər sübutlar mövcuddur. Bütün sübutlar bir-birini təsdiq etmədiyindən yaranmış fikir ayrılığı təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM) 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla əsaslandıraraq həmin normalara əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli, 1(103)-608/2024 nömrəli hökmünün ona aid hissədə ləğv edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

14. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

15. Kassasiya icraatı zam anı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun şəkildə çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdilər.

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

18. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübut lara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

19. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

20. Belə yoxlamanın nəticəsində apellyasiya inst ansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

21. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

22. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi gö rür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2024-cü il tarixli, 1(103)-608/2024 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

23. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

25. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

26. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

27. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulm uş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

28. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

29. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

30. Məhkum tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, Məhkum hər hansı bir qanunsuz hərəkətə yol verməməsi, cinayət işi materiallarında onun əməlinin CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlində cinayət tərkibi olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

31. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

32. Bununla əlaqədar kollegiya xatı rladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

33. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və a pellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

34. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməlində cinayət tərkibi olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

35. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmələr həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına ə məl olunması məsələlərində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsindən, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

36. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum məhkəməyədək və birinci və apellyasiya instansiya məhkəməsinin icraatında verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin şahid ifadələri, ekspertiza rəyləri, istin taq hərəkətlərinin protokolları və sair çoxsaylı materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

37. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmənin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun hökmünü şübhə altına almaq üçün əsas görmür.

38. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun hökmünün ləğv edilməsinə və məhkumun əməlində cinayət tərkbinin olmaması əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.6-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslar a görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli, 1(103)-608/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli, 1(103)-608/2024 nömrəli hökmü Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar