Məhkəmə qərarları › İş №1(102)-2567/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2567/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2567/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 avqust tarixli, 1(103)-1581/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (Hakim V.R.Qurbanov) 30 aprel 2025-ci il tarixli hökmü ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə, ona təyin olunmuş və çəkilməmiş 2 (iki) il 2 (iki) ay 3 (üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddə sinə əsasən, azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) il 1 (bir) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmışdır. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) 2025-ci il 5 avqust tarixli, 1(103)-1581/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə, Məhkum Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 07 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi metronun Əhmədli stansiyası yaxınlığında avtomobil alıb taksi fəailiyyəti ilə məşğul olub pul qazanmaq adı ilə Zərərçəkmiş şəxs3 yalandan vəd verib aldatmaqla 2023cü ilin dekabr ayının son on günündə ünvan 2 ünvanın qarşısında 5600 manat, daha sonra 25 dekabr 2023-cü il tarixdə həmin ünvanda 2600 manat, 27 dekabr 2023-cü il tarixdə eyni ünvanda 2000 manat və sonuncu dəfə 29 dekabr 2023-cü il tarixdə həmin ünvanda 1000 manat pulunu alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs3 11200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində modeli və istehsalçısı bəlli olmayan yalnız vizual olaraq “Apple” şirkətinin istehsal etdiyi “İphone 15 Pro Max” modelli telefona oxşayan özünün 170 manata əldə etdiyi mobil telefon qurğusunu dəyərindən dəfələrlə yüksək qiymətə satıb 1950 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 1950 manat məbləğində maddi z iyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə 04 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 məxsus dəyəri 15500 manat olan “Mercedes” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili 15500 manata satıb bir həftə ərzində pulunu verəcəyi adı ilə yalandan vəd verib aldatmaqla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Park Bulvar” ticarət mərkəzinin qarşısında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təqdim etdiyi “mobil notariat” tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs6 bütün hüquqları özündə ehtiva edən etibarnamə alaraq “Mercedes” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirməklə dəyərindən ucuz qiymətə başqa şəxs ə satıb pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs6 15500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə həmçinin Zərərçəkmiş şəxs1 ona etibar etmədiyini əvvəlcədən bildiyi üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında atası Şahid1 ilə cinayət əlaqəsinə girərək onunla birlikdə Zərərçəkmiş şəxs1 pulunun ələ keçirilməsi barədə əvvəlcədən razılaşdırılmış halda vahid niyyətlə əhatə olunan qəsdlə 25 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 “Lexus RX 300” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq adı ilə yalandan vəd verib aldatmaqla ilk dəfə həmin tarixdə ünvan 3 ünvan qarşısında 500 manat, ikinci dəfə 26 mart 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən 24 saylı notariat kontorunda özündə inam yaratmaq üçün atası Şahid1 tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs1 baş etibarnamə verərək 6300 manat və həmin tarixdə eyni ünvanda “Lexus RX 300” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yazılmış inzibati cərimələri ödəmək adı ilə 200 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 7000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə 07 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsində yerləşən 15 saylı notariat kontorunda Zərərçəkmiş şəxs5 məxsus “Chevrolet Aveo” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili 8000 manata alacağına dair yalandan vəd verib aldatmaqla öz adına bütün hüquqları özündə ehtiva edən etibarnamə alıb vədinə əməl etməyərək avtomobili ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs5 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə 12 avqust 2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs4 məxsus dəyəri 18000 manat təşkil edən “Kia Rio” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili alacağını yalandan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs4 bütün hüquqları özündə ehtiva edən etibarnamə alıb həmin avtomobili Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanından aparıb dəyərindən aşağı qiymətə başqa şəxsə sataraq 18000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs4 18000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə 20 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus “Chevrolet Cruz” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Zabrat2 qəsəbəsi, Kürdəxanı şossesi, 10 ünvanında yerləşən 39 saylı notariat ofisində şəxsiyyət vəsiqəsini notariat ofisinə təqdim etdiyi cinayətdən xəbəri olmayan X2 adına bütün hüquqları özündə ehtiva edən etibarnamə verdirərək qeyd olunan avtomobili 12000 manata satacağını yalandan vəd verib aldatmaqla vədinə əməl etməmiş və həmin avtomobili ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 12000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, onun həyat yoldaşı 2025-ci ildə ağır xərçəng xəstəliyindən vəfat etmiş, özü isə həbs olunmamışdan əvvəl ağır yol qəzası keçirmiş və sağ ayağından əməliyyat olunmuşdur. Körpə övladı isə yetim qalmışdır. Bundan başqa, məhkum ona ağır cəza təyin edildiyini bildirmiş və kassasiya şikayətində göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin olunmasını xahiş etd i. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 avqust tarixli, 1(103)1581/2025 nömrəli qərarının dəyişdirilərək, onun barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcə llənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid ed ilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək və cəzasının yüngülləşdirilməsini xahiş edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan k assasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət müha kiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamlarda təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrarlamadan məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi və ittihamın həcmi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, Məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025- ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilməli və onun cəzası 6 ay azaldılmalıdır. Belə ki, Amnistiyanın 3-cü hissəsinə əsasən bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 3.1. az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı amnistiyanın tətbiqi ilə bağlı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respubl ikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 avqust tarixli, 1(103)-1581/2025 nömrəli qərarı dəyişdirilsin. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilən 3 (üç) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ay azaldılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar