Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2569/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 29 noyabr tarixli, 1(103)-2211/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsinin mümkünlüyünə baxılarkən qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 iyul tarixli, 1(103)-2211/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 27 sentyabr tarixli hökmü ilə (X6), 1977-ci 4 aprel tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 27 sentyabr tarixli hökmündən məhkum apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbədovdan ibarət tərkibdə) 2022-ci il 29 noyabr tarixli, 1(103)-2211/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 29 noyabr tarixli, 1(103)-2211/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermiş, işə baxılmamışdan öncə məhkum kassa siya şikayətini geri götürmək barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Rəşad Abdulovdan ibarət tərkibdə) 2024-cü il 21 may tarixli, 1(102)-1043/2024 nömrəli qərarı ilə Məhkum ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 29 noyabr tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmış və həmin kassasiya şikayəti üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1(103)-2211/2022 nömrəli qərarından Məhkum 14 iyun 2024-cü il tarixdə yenidən kassasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2211/2022 nömrəli qərarı ilə (X3 (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlıdan ibarət tərkibdə) Məhkum tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1(103)-2211/2022 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İŞİN HALLARİ: Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2211/2022 nömrəli qərarı ilə Məhkum tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1(103)-2211/2022 nömrəli qərarından verilmiş kassasiya şikayətinin geri qaytarılmasının əsası kimi göstərilmişdir ki, məhkum tərəfindən kassasiya şikayəti vermə müddəti buraxılmış, lakin məhkum tərəfindən müddətin bərpasına dair vəsatət verilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 29 noyabr tarixli qərarından kassasiya şikayəti vermək üçün müddət ona rəsmi şəkildə verildiyi gündən 12 ay ərzində verilməsi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 29 noyabr tarixli qərarı ona rəsmi şəkildə 2023-cü il 9 dekabr tarixində verilmişdir. O bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 29 noyabr tarixli qərarı onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsi tərəfindən ona 2023-cü il 9 dekabr tarixində təqdim edilmişdir. Məhkum göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2211/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkum kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə koll egiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2211/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kass asiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti onu vermək hüququna malik olan şəxs tə rəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən – onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 ay müddətində Həmin Məcəllənin 410.1-1-ci maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Cinayət işinin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkum E.Mehtiyev xx.xx.2022-ci il tarixli qərarı 09 dekabr 2023-cü il tarixdə almışdır. (bax: cild 3, i.v. 69) Cinayət işinin materiallarında m əhkum E.Mehtiyevin qeyd edilən qərarı daha əvvəl tarixdə almasını təsdiq edən digər bir sənəd, qəbz mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi mümkünlük məsələsini həll edərkən işin bu halını nəzərə almamış, bununla da CPM-in 410-cü maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə, cinayət işinin materiallarından görünür ki, məhkum E.Mehtiyev Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından xx.xx.2023-cü il tarixdə də kassasiya şikayəti (birinci kassasiya şikayəti) vermiş, lakin həmin kassasiya şikayəti apellyasiya instansıyası məhkəməsi tərəfindən mümkün hesab edilərək Ali Məhkəməyə göndərilmişdir. Baxmayaraq ki, həmin vaxtda da qərarın çıxarıldığı tarixdən bir illik şikayət vermə müddəti keçirilmişdi. Bu fərqli yanaşmaların səbəbləri barədə qəb ul edilmiş qərarda heç bir əsaslandırma aparılmamışdır. Bundan əlavə, əgər şəxs tərəfindən qərardan şikayət vermə müddəti buraxılmamışdırsa, şəxsdən müddətin bərpasına dair vəsatət verməsini tələb etmək CPMin müddəlarına uyğun deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024cü il tarixli qərarı ləğv edilməli və cinayət işi məhkumun apellyasiya instansiyası məhkəməsinin qərarından vermiş olduğu kassasiya şikayətinin mümkünlüyü məsələsinin yoxlanılması üçün cinayət işinin materialları Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məh kum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 iyul tarixli, 1(103)-2211/2022 nömrəli qərarı ləğv edilsin və cinayət işi kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2569/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2569/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver