Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-257/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hök mü ilə Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: R.İ.Hüseynov (sədrlik edən və məruzəçi), X.H.Səmədov və C.C.Ramazanovdan ibarət tərkibdə) Məhkum- xx xxxx 1994-cü il tarixdə Şəki rayonu Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki rayonu Aşağı Küngüt kəndində qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası CM-nin 150.2.1-ci və 150.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx xxxxx 2018-ci il. Həmin hökmlə X3 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki,o tanışı X3 ilə birlikdə xx.xx.2001-ci ildə anadan olmaqla onlar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşmışlar. Razılaşdıqları kimi Ü1 görüşüb Zərərçəkmiş şəxs gəzmək adı ilə aldadaraq Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən bağ sahəsinə aparmışlar. Orada Məhkum əvvəlcədən olan razı laşmaya əsasən əlləri ilə Zərərçəkmiş şəxs zor tətbiq edərək arxasının yan nahiyəsindən tutub özünə tərəf dartmaqla şalvarını aşağı salmağa çalışmışdır. Zərərçəkmiş şəxs müqavimət göstərdiyindən Məhkum hərəkətlərini davam etdirməmişdir. Bir az sonra xxx isə Zərərçəkmiş şəxs zor tətbiq etməklə qollarından tutub yaxında olan kolluğa aparmış, onun etirazlarına baxmayaraq müqavimətini qırmaq və niyyətinə nail olmaq üçün Zərərçəkmiş şəxs ağzını əli ilə bağlamış, sonra qəsdən sillə və yumruqla onun üzünə, başına və bədəninin müxtəlif nahiyələrinə zərbə vurub, eyni zamanda hədə-qorxu gələrək, Zərərçəkmiş şəxs sağ döş vəzinin qançırı, sağ aşağı ətrafın bud nahiyəsinin sıyrığı xəsarətləri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döyüb müqavimət göstərmək imkanından mərhum edə rək Zərərçəkmiş şəxs zor tətbiq edərək zərərçəkmiş şəxsin əynində olan şalvarını və alt paltarını aşağı salıb özü də soyunaraq cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyindən anus dəliyinə yeridərək, qeyri-təbii yolla cinsi əlaqədə olmuş, arxa keçəcək dəliyi nahiyəsində qırışlar arasında boylama istiqamətdə yerləşmiş qanayan yarası ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Daha sonra, birgə razılaşmaya uyğun olaraq Məhkum xx xxxxxx 2017-ci ildə saat 06:00 radələrində törətdikləri cinayət əməli ilə kifayətlənməyərək yenidən Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən bağ sahəsində Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla arxa keçəcək vasitəsilə cinsi əlaqədə olmaqla digər seksual xara kterli hərəkətlər etmək məqsədilə fiziki zor tətbiq edərək əvvəlcə Zərərçəkmiş şəxs şalvarını aşağı çəkib onun arxa tərəfinə keçərək öz şalvarını aşağı saldıqdan sonra əlləri ilə döşlərini sıxaraq onun başından aşağı əyib öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa tərəfinə toxundurub və sürtməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etdikdə Zərərçəkmiş şəxs göstərdiyi müqavimət nəticəsində etdiyi hərəkətləri davam etdirməmişdir. Bundan başqa, xxx Zərərçəkmiş şəxs onun hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edəcəyindən qorxaraq, bunun qarşısını alıb cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə cinayət əlaqəsində olduğu Məhkumla əvvəlcədən olan cinayət razılaşmasının ümumi niyyətdən kənara çıxmaqla, Məhkum qəsdi ilə əhatə olunmayan hərəktələr edərək onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs dəfələrlə bağ sahəsindən yaşadığı evə qaçıb getmək istədikdə onu fiziki zor tətbiq edib qolundan tutub saxlamış, həmçinin hədə-qorxu gəlib öldürəcəyi ilə hədələməklə onun iradəsinə zidd olaraq sərbəst hərəkət etməkdən məhrum etməklə, Zərərçəkmiş şəxs zorla xx xxxx 2017-ci il saat 23:00 radələrindən xx xxxxxx 2017-ci il saat 08:00 radələrinədək həmin bağ sahəsində qanunsuz saxlayaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan mərhum etmişdir. xx xxxxxx 2017-ci il saat 08.00 radələrində birgə olduqları sahənin yaxınlığında istintaqa məlum olmayan şəxslərin gəlmələrindən istifadə edən Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan mərhum edilmiş bağ sahəsini tərk edə bilmişdir. Hökmdən Məhkum müdafiəçisi-vəkil Niftəliyev Zaur Gülamə ddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: İ.H.Şükürov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və R.Ə.Əliyevdən ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini qismən təmin edərək, hökmü dəyişdirmiş, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 (beş) ilə endirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsini, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilərək məhkuma daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Daha sonra müdafiəçi kassasiya şikayətinə əlavə verərək məhkuma bəraət verilməsini xahiş etmiş dir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs istintaqda və məhkəmədə verdiyi ifadələrində Məhkum ona toxunmadığını, heç bir zorakılıq tətbiq etmədiyini, onunla cinsi əlaqdə olmadığını, könüllü olaraq qanunsuz hərkətlərdən imtina etdiyini göstərmişdir. Bundan başqa o özü heç bir məcburiyyət olmadan ərizə ilə müraciət edərək Məhkum qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. O əvvəllər məhkum edilməmişdir və əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Ona epilepsiya, şəxsiyyətin enməsi kimi diaqnoz qoyulmuşdur, onun psixi sistemində ciddi problemlər və az ifadəli ağıl zəifliyi müşahidə edilir. Yaşayış və cəzaçəkmə müəssisəsi üzrə müsbət xarakterizə edilir. Ona görə də ona təyin edilmiş cəza cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmadığından kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə əlavədə müdafiəçi eyni dəlillərə əsaslanaraq məhkuma bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarını n tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünl üyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində Zərərçəkmiş şəxs istintaqda və məhkəmədəki ifadələrində Məhkum ona toxunmadığını, heç bir zorakılıq tətbiq etmədiyini, onunla cinsi əlaqdə olmadığını, könüllü olaraq qanunsuz hərəkətlərdən imtina etdiyini göstərdiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs hadisə zamanı Məhkum ona qarşı etdiyi hərkətləri belə təsvir etmişdir ki, Səxavət ona sözü olduğunu deyib bir az aralıda olan kolluğun yanına apardı. Yol gedərkən Səxavətdən mənə nə sözü olduğunu dedikdə Səxavət kolluğun yanına çatdıqda deyəcəyini bildirdi. Oraya çatdıqda Səxavət məni özünə tərəf dartıb qucaqladı, əlini mənim arxa tərəfimə qoyaraq özünə sıxmışdır. Hətta mənim şalvarımı aşağı çəkmək istədikdə onun əlinə vu raraq onu itələdim. Daha sonra zərərçəkmiş şəxs göstərmişdir ki, Səxavəti qucaqlayıb ona yalvardım ki, məni evimizə aparsın. Lakin Səxavət bundan istifadə edib mənim şalvarımı aşağı çəkdi və sonra mənim arxa tərəfimə keçib öz şalvarını aşağı saldı. Əli ilə döşlərimi sıxmağa başladı və mənim başımdan aşağı əyib öz cinsiyyət orqanını mənə arxadan toxundurduqda, əlim ilə onun əlinin üstündən vurub dedim ki, eləməsin və qolundan itələdim. Zərərçəkmiş şəxs apellyasiya instansiya məhkəməsi iclasında da Məhkum ona qarşı etdiyi hərkətləri eynilə təsvir etmiş və eyni ifadələri təkrar etmişdir. Bu ifadələrdən görünür ki, Məhkum ona qarşı etdiyi hərkətlərinin qarşısı onun müqaviməti sayəsində qismən alınmışdır. Lakin, Məhkum ona qarşı etdiyi hərkətlər elan edilmiş ittiham üzrə cinayət işinin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası CM-nin 150.2.1 və 150.2.3-cü maddələrində zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə və təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə cinayət tərkibləri nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum xx xxxxxx 2001-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs qarşı etdiyi hərkətlər tam olaraq yuxarıda göstərilən maddələrdə təsvir olunan cinayətlərin əlamətlərinə uyğundur və düzgün tövsif olunmuşdur. Cinayət işi üzrə Az ərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun toplanıb, tam hərtərəfli və obyektiv tədqiq edilmiş sübutların məcmusu zərərçəkmiş şəxsin ifadəsində göstərilənlərin doğruluğunu təsdiq etmişdir. Zərərçəkmiş şəxs ona qaşı şikayətinin və tələbinin olmaması məhkumun cinayət əməllərinin hüquqi tövsifinə təsir edəcək hal deyildir və yalnız cəza təyini zamanı nəzərə alına bilər. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi bu və digər halları nəzərə almaqla məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini yüngülləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən məhkumun hüquqi vəziyyətinin yüngülləşdirilməsinə aid olan hallar apellyasiya instansiya məhkəməsinə verilmiş apellyasiya şikayətində də qaldırılmış və həmin halların əsasslılığı apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılaraq hüquqi qiymət verilmişdir. Bu hallar məhkuma elan edilmiş ittihamlar üzrə ona bəraət verilməsinə və təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsinə əsas vermir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx xxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1-ci və 150.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətinə
Məhkəmə qərarları › İş №1(102)-257/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-257/2020
28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver