Məhkəmə qərarları › İş №1(102)-257/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-257/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-257/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublik ası CM-nin 177.2.2, 177.2.3, 180.1, 181.2.1, 181.2.2 və 326.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından məhkum və müdafiəçisi X1 tərəfindən birgə verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: S.S.Hüseynov (sədrlik edən) A.Ə.Məcidov və Z.Q Ağayevdən ibarət tərkibdə) xx xxxx 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.1, 181.2.1, 181.2.2 və 326.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 180.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 181.2.1, 181.2.2-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 326.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaqla üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxx 2016-cı il tarixdən hesablanması hökm edilmi şdir. Həmin hökmlə X2 Azərbaycan respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 326.1ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə) məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X1 birgə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək məhkum Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X1 tərəfindən birgə verilmiş ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkum və müdafiəçisi ərizədə tərəflərindən birgə verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni geri götürdüklərini bildirmişlər və ərizənin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Ko llegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X1 tərəfindən birgə verilmiş ərizə təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 180.1, 181.2.1, 181.2.2 və 326.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından məhkum və müdafiəçisi X1 tərəfindən birgə verilmiş kassasiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar