Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-257/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, mülki iddiaçı - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X11, zərər çəkmiş şəxs - A zərbaycan Respublikasının Zərərçəkmiş şəxs15 nümayəndəsi Nümayəndə1 və Məhkum müdafiəçisi Hüseynov Tural Firuddin oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 162-1.1, 200.1, 205-1, 213-1.1, 213-1.4, 213.3 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Tural Firuddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ələkbərov Tural Mehman oğlu) Məhkum, 22 noyabr 1967-ci il tarixdə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlık fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 200.1, 205-1, 213.3, 213-1.1, 213-1.4 və 308.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 205-1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 213.3-cü maddəsi ilə 02 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə, CM-nin 308.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il mü ddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 162-1.1, 200.1, 213-1.1 və 213-1.4-cü maddələri ilə isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddələrlə cəza təyin edilməmişdir. Həmin hökmlə həmçinin mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki cavabdeh Məhkum qarşı dəymiş ziyanın tutulmasına dair mülki iddiası qismən təmin olunmuş və sonuncudan 846.594,96 (səkkiz yüz qırx altı min beş yüz doxsan dörd manat doxsan altı qəpik) manat pul tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsində v ergi ödəyicisı kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 2 olan fərdi sahibkar Şahid10 (VÖEN: **********) adına rəsmiləşdirdiyi ünvan 4 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın fəaliyyətinə 2017 və 2018-ci illər ərzində faktiki rəhbərliyi həyata keçirərək, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, gəlirlər əldə etmiş, pul vəsaitinə və əmlaka faktiki sərəncam verən şəxs olmaqla həmin obyektdə vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, vəzifə səlahiyyətlərindən suiistifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq, Azərb aycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 20 (iyirmi) nəfər işçiləri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bundan başqa xeyli miqdar təşkil edən 2428,4 manat dəyərində müxtəlif çeşidli istifadəyə yararsız alkoqollu içkilərin satışını təşkil edərək, həmin malların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları aldatmış, həmçinin saxta aksiz markası ilə markalanmış 1187,0 manat dəyərində 29 (iyirmi doqquz) ədəd alkoqollu içkiləri satış məqsədilə saxlamış, eyni zamanda qeyd olunan 29 (iyirmi doqquz) ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri, yəni xeyli miqdar təşkil edən 1187,0 manat dəyərində aksiz markası ilə markalanmalı olan, lakin belə mark a ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içkiləri satış məqsədilə saxlamış, əlavə olaraq külli miqdar təşkil edən 52308,85 manat dəyərində 4973 ədəd müxtəlif çeşidli aksiz markası ilə markalanmalı olan alkoqollu içkiləri nağd qaydada almış və vergi ödəyicisi olaraq maliyyətəsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar həyata keçirərək rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisı kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82.1, 85.1, 98, 101, 130, 149, 1 50, 151, 152, 218, 219, 220 və 221-ci maddələrinin tələblərini pozaraq, vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə xüsusi ilə külli miqdar təşkil edən 992423,0 manat məbləğində vergiləri və 8971,96 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanında yerləşən “İNFİNİTİ" kafe-barda 27 dekabr 2018-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində müəyyən olunmuşdur ki, Məhkum 2017 və 2018-ci illər ərzində faktiki rəhbərliyi həyata keçirdiyi “İNFİNİTİ” kafe-barda Şahid24, X43, X28, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, X12, Zərərçəkmiş şəxs12, X37, X49, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, X20, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 olmaqla, xeyli sayda, yəni 20 nəfər işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Zərərçəkmiş şəxs15 ilə Vergilər Nazirliyinin və huquq mühafizə orqanlarının əməkdaşları tərəfindən 27 dekabr 2018-ci il tarixdə birgə keçirilmiş tədbirlər zamanı ünvan 5 ünvanında yerləşən “İNFİNİTİ” kafebardan yararlı olub-olmamasının müəyyən olunmasından ötrü laborator müayinələrin aparılması məqsədilə götürülərək, Az ərbaycan Zərərçəkmiş şəxs15 İnstitutuna təqdim edilmiş “Malt Citrus” əmtəə nişanlı qarışıq meyvə aromatlı arağın rənginin, dadının və ətrinin, o cümlədən sivuş yağlarının, sirkə aldehidinin, mürəkkəb efirin, “OLMECA” əmtəə nişanlı tekilada metil spirtinin, “Çornıy Volk” əmtəə nişanlı araqda sirkə aldehidinin, “Merkuriy Vodka” əmtəə nişanlı araqda metil spirtinin, sivuş yağlarının, sirkə aldehidinin, “Kavkazskaya Vodka” əmtəə nişanlı araqda sivuş yağlarının, sirkə aldehidinin miqdarının qüvvədə olan normativ sənədlə müəyyən edilmiş səviyyədən artıq olması müəyyən edilmişdir. Bununla da, Məhkum 2017 və 2018-ci illər ərzində faktiki rəhbərliyi həyata keçirdiyi “İNFİNİTİ” kafe-barda istintaqa məlum olmayan mənbədən əldə etdiyi, ümumilikdə 2428,4 manat dəyərində müxtəlif çeşidli istifadəyə yara rsız alkoqollu içkilərin satışını təşkil edərək, həmin malların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmaqla CM-in 200.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, Məhkum Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barda xx.xx.2018-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində aşkar olunaraq götürülmüş 6 ədəd 1 litr həcmində qablaşdırılmış “Malibu Rom” (BƏ seriyalı 8994018, 899401, 8994017, 8993514, 8994020, ******* nömrəli), 5 ədəd 1 litr həcmində qablaşdırılmış “Şnaps Archers” (BƏ seriyalı 9407522, 9407895, 9407463, AD seriyalı 5852599, ******* nömrəli), 4 ədəd 1 litr həcmində qablaşdırılmış “Yeni Raki” (BƏ seriyalı 8980097, 8980099, 8993535, ******* nömrəli), 1 ədəd 1 litr həcmində qablaşdırılmış “Lıker Baileys” (BƏ seriyalı ******* nömrəli), 2 ədəd 1 litr həcmində qablaşdırılmış “Bacardi Rom” (BƏ seriyalı 8993520, ******* nömrəli), 9 ədəd 0,5 litr həcmində qablaşdırılmış “Viski Jack Daniels N7” (BƏ seriyalı 9100668, 9100682, 9100687, 9100673, 9100678, 9100680, 9100675, 9100686, ******* nömrəli), 1 ədəd 0,5 litr həcmində qablaşdırılmış “Tekila Olmega” (AD seriyalı ******* nömrəli) və 1 ədəd 1 litr həcmində qablaşdırılmış “Finlandiya” (BƏ seriyalı ******* nömrəli) arağı olmaqla, ümumilikdə 1187,0 manat dəyərində 29 (iyirmi doqquz) ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri 2018-ci il ərzində faktiki rəhbərliyi həyata keçirdiyi “İNFİNİTİ” kafe-barda istintaqa məlum olmayan mənbədən əl də edərək, 27 dekabr 2018-ci il tarixədək satış məqsədilə saxlamışdır. Bundan başqa, Məhkum 2017 və 2018-ci illər ərzində “İNİFİNİTİ” kafe-barın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirməklə gəlirlər əldə etmiş, pul vəsaitinə və əmlaka faktiki sərəncam verən şəxs olmaqla, obyektin 01 sentyabr 2017-ci il tarixdən 26 dekabr 2018-ci il tarixədək olan dövr ərzində ümumi satış dövriyyəsi 11982297,85 manat, həmin dövriyyədən 8% dərəcə ilə hesablayaraq dövlət büdcəsinə ödəməli olduğu sadələşdirilmiş vergi 958583,8 olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, obyektin satış dövriyyəsini 810404,00 manat, həmin dövriyyədən hesablanmalı olan sadələşdirilmiş vergini 64832,32 manat göstərmiş və faktiki satış dövriyyəsini 11171893,75 manat məbləğ ində azaltmaqla, 893751,5 manat məbləğində sadələşdirilmiş vergini, eyni zamanda, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində “İNFİNİTİ” kafe-barın aylıq icarə haqqından 14% dərəcə ilə hesablayaraq, dövlət büdcəsinə ödəməli olduğu ödəmə mənbəyində tutulan vergi 108000,0 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edərək, 4410,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməklə 96390,0 manat məbləğində ödəmə mənbəyində tutulan vergini, həmçinin, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində “İNFİNİTİ” kafe-barda müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunmuş işçilərə ödənilən aylıq əmək haqqı məbləğindən hesablayaraq, dövlət büdcəsinə ödəməli olduğu 2281,50 ma nat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən 992423,0 manat məbləğində vergiləri və işçilərə ödənilən aylıq əmək haqqı məbləğindən hesablayaraq, Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğu 8971,96 manat məbləğində icbari ödənişləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanında yerləşən “İNFİNİTİ” kafebarda 27 dekabr 2018ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində aşkar olunaraq götürülmüş 29 (iyirmi doqquz) ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri, yəni xeyli miqdar təşkil edən 1187,0 manat dəyərində aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içkiləri 2018-ci il ərzində faktiki rəhbərliyi həyata keçirdiyi “İNFİNİTİ” kafe-barda istintaqa məlum olmayan mənbədən əldə edərək, 27 dekabr 2018-ci il tarixədək satış məqsədilə saxlamışdır. Bundan başqa, Məhkum Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanında yerləşən “İNFİNİTİ” kafebarda 27dekabr 2018ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində aşkar olunaraq götürülmüş külli miqdar təşkil edən 52308,85 manat dəyərində 4973 ədəd müxtəlif çeşidli aksiz markası ilə markalanmalı olan alkoqollu içkiləri 2018-ci il ərzində faktiki rəhbərliyi həyata keçirdiyi “İNFİNİTİ” kafe barda istintaqa məlum olmayan mənbədən satış məqsədilə nağd qaydada almışdır. Bununla da, Məhkum CM-in 21 3-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan başqa, Məhkum 2017 və 2018-ci illər ərzində “İNFİNİTİ” kafe-barın fəaliyyətinə faktiki rəhbərlik edərək, həmin obyekti fərdi sahibkar X21 adına rəsmiləşdirərək, sonuncuya məxsus vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə etməklə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bununla bağlı nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirərək, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, rəhbər kimi vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vergi orqanına tə qdim etdiyi bəyannamələrə faktiki satış dövriyyəsi və aylıq xərclər barədə biləbilə təhrif olunmuş məlumatlar daxil etməklə, xüsusi ilə külli miqdar təşkil edən vergiləri və işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqları dövlət büdcəsinə ödəməkdən yayınmaqla, malların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmaqla, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçiləri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə və aksiz markası ilə markalanmalı olan malların dövriyyəsi ilə bağlı qanunvericiliyin tələblərini pozmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Beləliklə, Məhkum 2017 və 2018-ci illər ərzində “İnfiniti” kafe-barın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərək, həm in obyektdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, dövlətin qanunla qorunan mənafelərinə mühum zərər vuraraq, xeyli sayda işçiləri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə, müxtəlif çeşidli istifadəyə yararsız alkoqollu içkilərin istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmaqla, saxta aksiz markası ilə markalanmış alkoqollu içkiləri və xeyli miqdarda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış müxtəlif çeşidli alkoqollu içkiləri satış məqsədilə saxlamaqla, külli miqdarda aksiz markası ilə markalanmalı olan alkoqollu içkiləri nağd qaydada almaqla və xüsusi ilə kulli miqdarda vergiləri və işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqlarını dövlət büdcəsinə ödəməkdən yayınmaqla, CM- in 162-1.1, 200.1, 205-1, 213.3, 213-1.1, 213-1.4 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Hökmdən Məhkum müdafiəçisi Qurbanov Fərid Faiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 19 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Hüseynov Tural Firuddin oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edlərək cinayət işi üzrə ic raata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hssəsinə və 129-cu maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və Vergi Məcəllisinin bir sıra maddələrinə, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi Qərarlarına istinad edərək ibtidai araşdırma zamanı toplanmış və həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutları, əsasən də iş üzrə keçrilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini, nəticə etibarı ilə isə işin faktiki hallarını mübahisələndirən müdafiəçi T.F.Hüseynov kassasiya şikayətini onunla əsaslandı rmışdır ki, məhkəmələr Məhkum oğlunun ona qarşı irəli sürülmüş ittham üzrə cinayət əməllərini törətməsi ilə bağlı qənaətə gəlsələr də bu hallar iş materialları ilə sübuta yetirilməmiş, ittihamın və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını da ziddiyyətli, yəni yolverilməz sübutlar təşkil etmiş, məhkəmələr isə iş üzrə düzgün araşdırma aparmamışlar. Bununla bağlı müdafiəçi qeyd etmişdir ki, cinayət işinin materiallarına əsasən, fərdi sahibkar Söhrabi Babakın fəaliyyət göstərdiyi “İnfiniti ” kafe-barda keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisindən “qara mühasibatlıq” sənədləri götürülmüş və həmin sənədlər əsasında dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğinin müəyyən edilməsi məqsədilə Vergi Cinayətləri üzrə İbtidai Araşdırma Departamentinin İstintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən mütəxəssis rəyinin alınması qərara alınmışdır. Həmin Departamentin mütəxəssisi tərəfindən tərtib edilmiş 22 yanvar 2019-cu il tarixli rəyinə əsasən obyektdə 01 sentyabr 2017-ci il tarixdən 26 dekabr 2018-ci il tarixədək olan dövr ərzində 893751,50 manat sadələşdirilmiş vergi, 96390,0 manat ödəmə mənbəyində tutulan vergi, 2281,50 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla ümumilikdə 992423,0 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. Müdafiəçinin qənaətinə görə, bu qaydada vergiləri hesablanması aparılarkən qanun pozuntusuna yol verdiyindən həmin rəy və onun əsasında keçirlmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri də əsassız olmuşdur. Di gər tərəfdən məhkəmələr nəzərə almamışlar ki, bu rəylər “İnfinity” kafe bardan götürülməsi təsdiq edilən, lakin kim tərəfindən, nə vaxt, hansı şəkildə tərtib edilməsi müəyyən edilməyən, ciddi uçot blankı hesab olunmayan “qara mühasibatlıq” sənədləri əsasında verilmişdir. Şikayətdə həm də qeyd edilmişdir ki, qanunvericiliyin normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-'ıxrac əm əliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Bakı Apeliyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/8863 nömrəli rəyinin nəzərə alınmamasını rəy üzrə ətraflı tədqiqat aparılmadan, qoyulmuş suallara dolğun, qanunvericilyə uyğun cavab verilməməsi ilə əlaqələndirmiş, ibtidai araqşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18 sentyabr 2019-cu il tarixli 10176/8302 nömrəli rəyini əsaslı hesab etmiş, lakin bu nəticəsini öz qərarında kifayət qədər əsaslandıra bilməmiş, əlavə və ya təkrar ekspertizanın keçirilməsindən isə imtina etmişdir. Bundan başqa, məhkəmə Məhkum oğluna CM-nin 205-1-ci maddəsi ilə elan olunmuş ittihamı da əsaslı saymış, lakin nəzərə almamışdır ki, saxta spirtli içkilər onun deyil, Şahid1 tərəfindən müəyyən fimalardan və topdansatış məntəqələrindən almış, Məhkum oğlu isə 23 noyabr 2018-ci il tarixdən 03 yanvar 2019-cu il tarixədək ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. Belə olan təqdirdə müdafiəçi hesab edir ki, Məhkum oğluna CM-nin 200.1, 205-1, 213.1-1 və 213.1-4 maddələri ilə elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Bundan başqa, müdafiəçi qeyd etmişdir ki, Şahid1 istintaqa verdiyi ifadəsində obyektə işçilərin onun tərəfindən işə qəbul edi ldiyini, Yeni İl bayramı ilə əlaqədar əlavə işçilərin tələb olunduğunu ve işə yeni işçilər cəlb etdiyini bildirmişdir. Eləcə də, İstintaq zamanı və məhkəmədə ifadə verən 14 nəfər (Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3,Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Şahid24, X34, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 oğlu, zərərçəkmiş şəxs13 oğlu və Zərərçəkmiş şəxs14) işə Şahid1 tərəfindən qəbul edildiklərini, obyektin sahibi kimi onu tanıdıqlarını bildirmişlər. Bu sübuğtların olmasına baxmayaraq, Məhkum oğluna CM-nin 162.1-1-ci maddəsi ilə ittiham elan olunmuş və o, həmin ittiham üzrə də əsassız olaraq təqsirli bilinmişdir. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edi lməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada məlumatlandırılmış, lakin məhkum orlunmuş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə icla sında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum müdafiəçisi T.F.Hüseynovun həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, kassasiya şikayətlərinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tut ulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi T.F.Hüseynovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin mat eriallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instans iyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassa siya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan so nra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə maddi hü quq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, sonuncuların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, c əzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsitndə deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəb ul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəl i sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakte rli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habel ə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin süb utlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhəl ər varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən e dilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müq ayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndiril məsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə ə saslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi ) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlar a əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi d əyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və i şə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövs ifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və Məhkum CM-nin 162-1.1, 200.1, 205-1, 213-1.1, 213-1.4, 213.3 və 308.1-ci maddələri ilə təqsirli bilinməsi ilə razılaşaraq bu hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələbl ərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr işin faktiki hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmış və həmin məhkəmələrin gəldikləri nəticələr üzrə sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkum barəsindəki cinayət işinin materia llarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə adı çəkilən şəxsn ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab e dir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndələrinin, şahidlərin ifadələri, yoxlama aktları, mütəxəssis və məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların təkrarən təsvirinə ehtiyac görmür və bu sübutları təhlil edərək vurğulamağı lazım bilir ki, həmin sübutlar əsasında işin müəyyən edilmiş faktiki hallarının başqa cür müəyyən edilməsi, o cümlədən Məhkum təqsirli bilindiyi əməlləri törətməməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Buna görə məhkəmə kollegiyası bununla bağlı kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və hesab edir ki, məhkəmələrin müəyyən etdikləri işin faktiki halları ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv ar aşdırılmış sübutlara əsaslanmışdır. İş materiallarından göründüyü kimi, məhkəmələrin gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr hökmün və yekun qərarın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, digər sübutların toplanılması və ar aşdırılması ilə yanaşı bu nəticələrin əsasında duran və müdafiəçi tərəfindən mübahisələndirilən məhkəmə-mühasibatlıq ekspertizası keçirilərkən də hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizanın 18 sentyabr 2019-cu il tarixli 10176/8302 saylı rəyində əksini tapmış nəticələr elmi əsaslandırılmış, digər tərəfdən isə ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, rəylin nəticələri isə qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərətrəfli və obyektiv araşdırılmış başqa sübutlarla uzlaşır, ekspertiza tədqiqatının nəticələrini isə həmin rəyi vermiş ekspert X38 da apellyasiya şikayətinə məhkəmə baxışı iclasında təsdiq etmişdir. Göstərilən ekspertiza rəyinin qanunsuz yolla əldə olun muş sübut kimi qiymətləndirilməsi üçün əsas görməyən məhkəmə kollegiyası həmçinin ekspertizanın aparılmasına dair CPM-nin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, habelə Ali Məhkəmənin Plenmunun izah və tövsiyələrinə də nəzər yetirir və hesab edir ki, ekspertizanın təyin olunması və keçirilməsi zamanı bunlara tam əməl olunmuşdur. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəl iliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə et ibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməllərinin CM-nin 162-1.1, 200.1, 205-1, 213-1.1, 213-1.4, 213.3 və 308.1-ci maddələri tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinməsini qanuni və əsaslı saymışlar. Eyni zamanda, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edib qiymətləndirməklə yanaşı həmçinin sübutların hansına üstünlük verilməsini də kifayət qədr əsaslandırmışlar. Məhkəmə kollegiyasının qənaətinə görə, istər Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi, istərsə də onun törətdiyi əməllərin hüquqi tövsif barədə məhkəmələrin gəldikləri nəticə iş materiallarına, işin faktiki hallarına və qanun tələblərinə tam uy ğundur və kassasiya şikayətinin dəlilləri də bu nəticələrin şübhə altına alınması üçün heç bir əsas vermir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin kassasiya şikyətinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə aşağıdakı şəkildə cavab vermişdir: “Məhkəmə, təqsirləndirilən şəxs Məhkum törətdiyi əməlləri etiraf etməməsi, yəni ünvan 4 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın fəaliyyətinin Şahid10 tərəfindən həyata keçirilməsi və qeyd edilən təsərrüfat subyektinin fəaliyyətində aşkar edilən cinayət tərkibli pozuntuların də məhz sonuncu tərəfindən törədilməsi barədə ifadəsinə tənqidi yanaşmış və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlmişdir. Müdafiə tərəfinin bu mö vqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki: - Şahid25 və Məhkum arasında bağlanmış 31 may 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Şahid25 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 6 mərtəbəli ümumi sahəsi 2338.7 kv.m əmlakını istifadəçinin istifadəsi üçün tam ixtiyarına verir. Həmçinin, Məhkum ifadəsində göstərmişdir ki, icarə müqaviləsini bağlamaqda məqsədi həmin obyekti işlətmək olmuşdur; - Şahid10 ifadəsindən görünkü ki, “İNFİNİTİ” kafe-bar Məhkum tərəfindən icarəyə götürülmüş və Məhkumun göstərişi əsasında icarə müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Kafe-barın fəaliyyəti nə Məhkum rəhbərlik etmişdir. Kafe-bar təmirsiz olduğundan Məhkum tərəfindən əsaslı təmir edilmiş, 2018-ci ilin sentyabr ayında kafe-barın yeni mülkiyyətçisi ilə də icarə müqaviləsi Məhkumin göstərişi əsasında onun adına yenidən rəsmiləşdirilmişdir. Kafe-barın gəlirlərini hər zaman Məhkum əldə etmiş, kafe-barın gündəlik dövriyyəsi üzrə əldə olunan pul vəsaitlərinin xərclənməsi də Məhkumin göstərişləri əsasında həyata keçirilmişdir. “İNFİNİTİ” kafe-barın fəaliyyəti ilə əlaqədar gəlirlərin hamısı Məhkum tərəfindən əldə olunmuş, vergilər də onun tərəfindən ödənilmişdir. Kafe-barda əmək müqaviləsi olmadan işlərə cəlb olunan işçilər Məhkum göstərişi və razılığı əsasında onun tərəfindən işlə təmin olunmuşdur; - Şahid17, Şahid20, Şahid14, X14, Şahid16, Şahid12 və Şahid18 ifadələri ilə müəyyən olu nur ki, “İNFİNİTİ” kafebarın fəaliyyətinə rəhbərlik edən şəxs Məhkum olmuşdur. Şahid20 həmçinin göstərmişdir ki, Şahid10 Məhkumin işçisi kimi bilmişdir. Məhkəmə, həmçinin əmək müqaviləsi olmadan işə cəlb edilmiş və hazırki iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Şahid24, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 məhkəmə istintaqı zamanı “İNFİNİTİ” kafe-barın fəaliyyətinə Şahid10 nəzarət etməsi, işçilərin onun tərəfindən işə götürülməsi ilə bağlı verdiyi ifadələrinə hüquqi qiymət verərək bunun inandırıcı olmaması, həmin ifadələrin Məhkum müdafiə etmək məqsədilə verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə bu qənaətə gələrkən, həmin zərərçəkmiş şəxslərin bəzilərinin hazırda da “İNFİNİTİ” kafe-barda çalışdığını, ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr vermələrini əsas götürmuşdür. Məhkəmə həmçinin qeyd etmişdir ki, Şahid10 Məhkum idarəetmə fəaliyyətini həyata keçirməyə kömək edən əsas işçisi olmuşdur, buna görə də “İNFİNİTİ” kafe-barda çalışan şəxslərin Şahid10ı müdiriyyət kimi tanıması istisna olunmur. Beləliklə də, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxs Məhkum Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisı kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 2 olan fərdi sahibkar Şahid10 (VÖEN: **********) adına rəsmiləşdirdiyi ünvan 4 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın fəaliyyətinə 2017 və 2 018-ci illər ərzində faktiki rəhbərliyi özü həyata keçirmiş, sonuncunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlirlər əldə etmiş, pul vəsaitinə və əmlaka faktiki sərəncam verən şəxs olmuşdur. Məhkəmə hesab etmişdir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Məhkum ifadəsində irəli sürdüyü ünvan 4 ünvanında yerləşən “İNFİNİTİ” kafe-barın fəaliyyətinə rəhbərlik etməməsi barədə dəlillər tam təkzib olunur... Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittihamın tam həcmdə məhkəmə istintaqında ö z təsdiqini tapması nəticəsinə gələlərək və onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilən ifadə kimi qiymətləndirmişdir. Məhkəmə hesab etmişdir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum əməli CM-nin 162-1.1, 200.1, 205-1, 213.3, 213-1.1, 213-1.4 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum təqsirli olması və əməlinin tövsifi məsələsi üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır... Məhkəmə kollegiyasl belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin n ormada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, həmin sübutlar Məhkum təqsirinin təsdiq ediliyi barədə yekun nəticəyə gəlməyə imkan verir...”. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarında göstərmiş, bunlara dair gəldiyi nəticəni toplanmış və tədqiq edilmiş sübutlara (onların məcmusuna), işin faktiki hallarına, qanunun normalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi T.F.Hüseynovun kassasiya şikayətində göstərdikləri dəlillər araşdırılmış sübutlarla təkzib edilir və buna görə həmin dəlilləri və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum açıq-aşkar ağır cəzanın təyin edilməsi mübahisələndiri lməsə də məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin şikayətin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və müəyyən etmişdir, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı və dəyişdirmədən qüvvədə saxladığı birinci instansiya məhkəməsinin hökmü ilə məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini də həll edərkən məhkəmə CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməkdə düzgün olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağının olmasını, qeydiyyatda olduğu v ə yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və CM-nin 61.1-ci maddəsinin tələblərinə uyğun olaraq cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və adı çəkilən məhkuma istər təqsirli bilindiyi maddələr əsasında, istərsə də cinayətlərin məcmusu üzrə qanuni və ədalətli cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda müdafiəçi T.F.Hüseynovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümay əndə1 və mülki iddiaçının nümayəndəsi X11in çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 162-1.1, 200.1, 205-1, 213-1.1, 213-1.4, 213.3 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 200.1, 205-1, 213-1.1, 213-1.4, 213.3 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-257/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-257/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver