Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-257/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 188.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 1(040)-05/2022 nömrəli (sədrlik edən hakim: H.S.Qəniyev) hökmü ilə xx xxxxxx-cü ildə Xanlar (indiki Göygöl) şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, təqaüdçü, əvvəllər məhkum olunmamış, xxxx daimi qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 ay müddətə azadl ığın məhdudlaşdırılması cəzası təyin edilmiş, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən, ona təyin edilmiş cəzadan azad edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs və məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli 1(104)-21/2023 nömrəli (hakimlər: Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Kəlbəcər Rayon Məhkəməsinin 1 5 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla özbaşına tutmuşdur. Belə ki, ittihama görə, Məhkum Göygöl rayonunun Gəncə kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin **********00 reyestr nömrəli çıxa rışı əsasında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə 2021-ci ilin iyun ayında (dəqiq günü məhkəməyə məlum olmayan tarixdə) qanunsuz daxil olub, torpaq sahəsinin kənarlarını dəmir dirəklərlə və məftillə özbaşına hasarlamaqla torpaq sahəsini özbaşına tutmuş, mülkiyyətçi Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olaraq onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Bu hərəkətlər ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN, ONA ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Gən cə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü tarixli qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, müdafiə tərəfi verdiyi apellyasiya şikayətində əsas dəlil kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı əldə olunmuş sübutlara düzgün qiymət verməmiş, ittiham aktını hökmə köçürməklə ittiham hökmü çıxarmışdır. Qeyd etmək istərdik ki, nə birinci instansiya məhkəməsi nə də ki, apellyasiya məhkəməsi tərəfindən müdafiə tərəfinin irəli sürülmüş dəlillərə qiymət verilməmişdir. Məhkumun təqsirli bilindiyi maddənin dispozisiyasına görə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma cinayət t ərkibi yaradır. Lakin tədqiq edilmiş sübutlarla da tam təsdiq edilir ki, Məhkum mübahisəli torpaq sahəsini özbaşına tutmayıb, həmin torpaq sahəsi ona dövlət tərəfindən ayrılmasını zənn edib ora yerləşmişdir. Sonradan isə həmin sənədlərin düzgün olmaması onun torpağı zəbt etməsi anlamına gəlmir. Bu mülki qaydada həll edilməli məsələdir. Hazırda da mülki qaydada davam edən həmin torpaq sahəsi barədə işlər mövcuddur. CPM-in 42.2.2-ci maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin əməlində cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü tarixli qərarını ləğv edib, Məhkum ittiham olunan maddə üzrə işə bəraət verici əsaslarla x itam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, sözü gedən torpağın 1998-ci il tarixində oğluna verildiyini, torpağın onlara aid olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419. 1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının q anuniliyini kassasiya şikayətinin və ona əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində və ona əlavədə Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və ona əlavə təmin edilmədən, Gəncə Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlin də cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunla müəyyən edilmiş qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla özbaşına tutma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegi yası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində və ona əlavədə apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair» 2015-ci il 30 mart tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər sahibinin razılığı, yaxud dövlətin və ya bələ diyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir. Cinayət işinin ma teriallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Göygöl rayonunun Gəncə kəndində yerləşən 0,08 hektar torpaq sahəsinə Zərərçəkmiş şəxs tam mülkiyyət hüququ 11 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). İş materiallarında olan Göygöl Rayon Notariat Ofisində 12 iyul 2019-cu il tarixdə təsdiq edilmiş və notariat reyestrində 4Ə-240 nömrəsi ilə qeyd edilmiş AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin surətindən görünür ki, X15 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30 may 2017-ci il tarixdə verilmiş **********00 reyestr nömrəli ********** nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0,08 hektar torpaq sahəsini Zərərçəkmiş şəxs satmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 iyul 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə olan fotoşəkillərdən görünür ki, ilkin araşdırma zamanı Zərərçəkmiş şəxs mülkiyyətində olan, Göygöl rayonunun Gəncə kəndində yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin torpaq sahəsinin Göygöl-Zurnabad avtomobil yolunun (Zurnabad istiqaməti) sol tərəfində yerləşməsi, torpaq sahəsinin ətrafının dəmir çəpərlə hasara alınması, qapı qoyulması, dəmir çəpərlərin üzərinin kollarla bağlanmış vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-698/2018 nömrəli mülki iş üzrə qanuni qüvvəyə minmiş 7 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X16 cavabdehlər X15 və Göygöl Rayon Notariat Kontoruna qarşı Göygöl (Xanlar) Rayon Notariat Kontorunda 14 aprel 2006-cı il tarixdə 4Ə-1-234 reyestr nömrəsi ilə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh X7 adına verilmiş 28 may 2017-ci il tarixli **********00 reyestr nömrəli çıxarışın və A№ 169557 nömrəli, **********00 reyestr nömrəli 28 may 2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 sentyabr 2019-cu il tarixli, **********25 saylı məktubu ilə Gəncə İnziba ti-İqtisadi Məhkəməsinə ünvanlanmış “Mütəxəssis rəyi”ndən görünür ki, araşdırma nəticəsində X16 Göygöl rayonu Gəncə qəsəbəsinin ərazisində faktiki istifadəsində 0,0737 ha torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin digər vətəndaşlara məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinin Kəlbəcər Rayon Məhkəməsinə göndərdiyi (sorğuya cavab olaraq) 31 may 2022-ci il tarixli **********61 nömrəli məktubda İdarənin arxiv qovluğunda saxlanılan sənədlərə əsasən Göygöl rayonunun Gəncə kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair JN-154A, KOD 50805037 sa ylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X2 adına işlənməsinin müəyyən edilməsi, Göygöl Rayon Notariat Kontorunun 17 aprel 2006-cı il tarixli 4Ə-1-234 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsinin X tərəfindən X1 və sonuncunun adına 30 may 2017-ci il tarixli **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi göstərilmişdir. Daha sonra həmin sorğuya cavaba əsasən müəyyən olunmuşdur ki, Göygöl rayonunun Gəncə kəndində yerləşən sözügedən 0,08 ha torpaq sahəsinin Göygöl Rayon Notariat Ofisinin 4Ə-240 reyestr nömrəli 12 iyul 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X15 tərəfindən Zərərçəkmiş şəxs satmış və Zərərçəkmiş şəxs 11 dekabr 2019-cu il tarixli **********00 reye str nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X16 Göygöl (Xanlar) Rayon Notariat Kontorunda 14 aprel 2006-cı il tarixdə 4Ə-1234 reyestr nömrəsi ilə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh X7 adına verilmiş 30 may 2017-ci il tarixli **********00 nömrəli reyestrdən çıxarışın və A№ 169557 nömrəli, **********00 reyestr nömrəli 28 may 2017-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsinin müəyyən edilmiş, həmçinin Məhkum və X16 adlarına Göygöl rayonunun Gəncə kəndində qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilməməsi göstərilmişdir. Məhkum Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən keçmiş Şəhriyar adına sovxozun bələdiyyə mülkiyyətində saxlanılan torpaq sahəsindən onun oğluna 0,08 ha torpaq sahəsinin ayrıldığını və həmin vaxtdan həmin torpaq sahəsini istifadə etdiyini iddia etməsinə baxmayaraq, həmin torpaq sahəsinin qanuna müvafiq qaydada sərhədləri yerində müəyyən edilməklə, planı və ölçüsü tərtib edilməklə ayrılmasını və bunun müvafiq sənədlərlə rəsmiləşdirilməsini təsdiq edən sübutlar mövcud deyildir. ünvan 2 ünvanlanmış 28 yanvar 2022-ci il tarixli 04 nömrəli arxiv arayışında göstərilir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamı əsasında Şəhriyar sovxozunun bələdiyyə mülkiyyətinə saxlanılan torpaq sahəsindən XXXX qəsəbələrində yaşayan 70 (yetmiş) nəfər fəhlə və qulluqçuya fərdi yaşayış evi tiki ntisi üçün həyətyanı torpaq sahələri verilmişdir, Sərəncama əlavə edilmək üçün arxivə təhvil verilmiş 70 (yetmiş) nəfərlik adlı siyahıda 32-ci sıra sayında X16 adı qeydə alınmaqla, xxx-ə veriləcək torpaq sahəsi 0,08 ha göstərilmişdir (əsas: fond № 192, siyahı № 1, iş № 61, vərəq 27, 1.2); X4 Şəhriyar adına sovxozun torpaq sahəsindən 19971998-ci illərdə həyətyanı torpaq sahəsinin verilməsi barədə Göygöl Rayon Dövlət Arxivində məlumat aşkar edilməmişdir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin **********00 reyestr nömrəli çıxarışı əsasında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan, Göyg öl rayonunun Gəncə kəndində yerləşən 0,08 ha torpaq sahəsinə 2021-ci ilin iyun ayında qanunsuz daxil olaraq, torpaq sahəsinin kənarlarını dəmir dirəklərlə və məftillə özbaşına hasarlamaqla torpaq sahəsini özbaşına tutması, mülkiyyətçi Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olaraq onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozması hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə təd qiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübu tları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya müraciətlərində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassas iya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəaları ndan çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlil ik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-257/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-257/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver