Məhkəmə qərarları › İş №1(102)-2571/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2571/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2571/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X18 qızının, Məhkum və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ( bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(105)-326/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxx 1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Cəyirli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum avtomobil idarə etmək hüququna malik olan BD 035959 nömrəli “B1,B” kateqoriyalı sürücül ük vəsiqəsi ilə 10 mart 2023-cü il tarixdə saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Kia Picanto” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində mərkəzi yol ilə hərəkətdə olarkən yolun “Bravo” adlı mağazanın yaxılğından keçən hissəsində olan yol ayrıcında “X14” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin və 37- ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməli, həmçinin nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə “təcili tibbi yardm” maşını çağırmalı, zərə rçəkmiş şəxsi tibbi müəssisəyə göndərməli, Bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada özünün şəxsiyyətini təsdiq edən və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat sənədini təqdim etməli və sonra hadisə yerinə qayıtmalı olması tələblərinə sürücü əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub yolu sola dönərkən hərəkət istiqamətində yolun kənarında dayanmış piyada X6 avtomobilin qarşı hissəsi ilə vurub yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış, onun bu ehtiyyatsızlığı nəticədə Müşfiq Vəliyevin sol kürək sümüyünün sınığından ibarət sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur.

3. Abşeron Rayon Məhkəməsinin (sədrlik edən hakim: X 7) 29 fevral 2024-cü il tarixli, 1(012)-173/2024 nömrəli hökmü ilə Məhkum barəsində CM-in 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, Məhkum CM-in 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Məhkum üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən o rqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs Məhkum cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs Məhkum əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surətinin aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilməsi, hökmün icrasının Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilm iş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 1(012)-173/2024 nömrəli, xx.xx.2024cü il tarixli hökmünün ləğv edilməsini, X3 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət məhkəmə tərkibində) 20 iyun 2024-cü il tarixli, 1(105)-326/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Məhkum CM-in 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsinin 1(012)-173/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi, Məhkum 264-cü maddəsi ilə təqsirli bilinməsi və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(105)-326/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarında olan sübutlara, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, ekspert rəylərinə istinadlar edərək qeyd etmişdir ki, apellyasiya instansiya m əhkəməsinin qərarı mülahizələrə əsaslanır və işə aid biri digərinə kilayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmur. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar bütün halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Məhkəmə qərəzli mövqe tutmuş, bütün şübhələri təqsirlənldirilən şəxsin əleyhinə qiymətləndirmişdir. Bunu aşağıda sadaladıqlarını bir daha təsdiq edir. Birinci instansiya və apellyasiya instansiya məhkəmələri ibtidai istintaq orqanının gəldiyi nəticəni əsas götürməklə öz mülahizələrinə əsaslanaraq cinayət işini tam, hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdırmadan qanunsuz və əsassız hökm və qərar çıxarılmışdır. Hesab edir ki, apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarı əsassız və heç bir mötəbər sübutlara əs aslanmadan çıxarılmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPM-in”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun barəsində əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.3 və 416.1.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmədən Sumqayıt Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(105)-326/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiya məhkəməsində yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdilər.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X18 qızı kassasiya şikayətinin dəlillərinə eti raz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmi n əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, məhkumun əməlində cinayət tərkibi əlamətlərinin mövcud olmadığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin apellyasiya instansiya məhkəməsində yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.3 və 416.1.6cı maddələrində nəzərdə tutu lmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(105)-326/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

20. Həmin Məcəllənin 351.2-ci maddəsində q anunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

21. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq ed ən sənədlər əlavə edilə bilər.

22. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.

23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edi lməsini tələb edir.

25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

26. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası CM-in 263.1 və 264-cü maddələri ilə Abşeron Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(012)-173/2024 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.

27. A pellyasiya instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün məhkəmə baxışını qismən məhkəmə istintaqı aparılmaqla keçirdib, bu məqsədlə məhkumun, şahid X1, zərərçəkmiş şəxsin ifadəsini alıb və işdə olan digər sübutları tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 263.1 və 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.1 və 264-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

28. Bununla yanaşı məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutlar və cinayət işi materiallarında olan digər sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.

29. Kassasiya şikayətinin dəlilləri qismində qeyd edilmi ş “dəfələrlə müstəntiqə müraciət edərək, hadisə yerinin videogörüntülərini təqdim etməsini bildirsələr də, müstəntiq onu təqdim etməmişdir, bu da o anlama gəlir ki, istintaq orqanı həmin videogörüntünü götürmüş, yol nəqliyyat hadisəsinin aşkar edilmədiyini müəyyən etmiş, ona görə də həmin görüntüləri cinayət işi materiallarına əlavə etməmişlər” kimi mülahizələrinə münasibətdə qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 12ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyek tiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Sözügedən plenum qərarında eyni zamanda qeyd edilmişdir ki, bundan başqa, yolnəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir.

30. Göründüyü kimi mövcud məhkəmə təcrübəsi baş vermiş yol-nəqliyyat hadisələrinə dair cinayət işi materiallarına ərazi videomüşahidə vasitələrinin elektron daşıyıcıda cinayət işinə əlavə olunmasının əlavə edilməsini o halda tələb kimi müəyyən etmişdir ki, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olsun.

31. Hazırki cinayət işinin materiallarında olan sübutlarla müəyyən edilir ki, ərazi videomüşahidə vasitələri olmasa da, cinayət işi üzrə digər sübutlar, yəni məhkumun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin keçirilmiş müvafiq ekspertizalar və cinayət işi üzrə digər sübutlar Məhkum əməlində cinayət tərkibinin mövcudluğunu təsdiq edir. Bununla yanaşı müdafiə tərəfi ərazi videomüşah idə vasitələrinin mövcudluğunu, lakin istintaq orqanı tərəfindən qəsdən gizlədildiyini iddia etsə də, bu iddianı təsdiq edən heç bir sübuta istinad etməmiş və istintaq orqanının məhkuma qarşı iddia edilən qərəzinin nədə ifadə edilməsini əsaslandıra bilməmişdir.

32. Bununla da, Məhkum müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını qeyd etsə də, mübahisələndirdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(105)-326/2024 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.

33. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu id dialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

34. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edi lmişdir.

35. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(105)-326/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2024-cü il tarixli, 1(105)-326/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibət də dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar