Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2573/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsi z, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli 1(103)-1631/2024 tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 1(101)-180/2024 nömrəli hökmü ilə (hakimlər S.H.Hacıyev (sədrlik edən), A.H.Əliyeva və V.E.Quliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 5 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 oktyabr 2024-cü il tarixli 1(103)-1631/2024 nömrəli qərarı ilə (hakimlər M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən, Məhkum 1 oktyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində idarə etdiyi “Opel” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal ray onu ərazisində “İnşaatçılar” metrostansiyası yaxınlığında hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan qara rəngli “BMW X5” markalı **-AR*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yol ayrıcında onun qarşısına çıxıb hərəkətinə mane olduğu üçün aralarında yaranmış mübahisə zamanı sonuncunun onu nalayiq ifadələrlə təhqir edərək ərazidən uzaqlaşmasından sonra Zərərçəkmiş şəxs təqib etmək imkanı olmamış, 4 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində “Turbo.az” internet səhifəsində satışda olan avtomobillərə baxarkən Zərərçəkmiş şəxs istifadəsində olmuş həmin avtomobilin satışda olmasını gördükdə sonuncunun üç gün əvvəl şəxsi münasibətlərin pozulması zəminində onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən qərəzli münasibət fonunda qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs elanda yerləşdirilmiş mobil telefon nömrəsinə zəng edərək avtomobilə baxmaq adı ilə görüş təyin etmiş, həmin gün Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra saat 21:30 radələrində Bakı şəhəri, ünvan 3 nömrəli binanın qarşısına gətirib qisas almaq məqsədilə niyyətini həyata keçirmək üçün üzərində olan məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs çoxsaylı zərbələr vuraraq insan həyatı üçün təhlükəli olan, xəsarət yetirildiyi andan ölümünə səbəb ola biləcək həyati əhəmiyyət kəsb edən orqanların yerləşdiyi istiqamət üzrə döş qəfəsinin sol yarısının ön səthində döş sümüyü yanı xətt üzrə V qabırğa proyeksiyası səviyyəsində bir ədəd sol döş boşluğuna nüfuz edən və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayanı xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində bir ədəd sağ döş bo şluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, burun nahiyəsində bir ədəd, sağ qulaqarxası nahiyədə bir ədəd, sağ təpə nahiyəsində bir ədəd, sol təpə nahiyədə iki ədəd, sol körpücüküstü nahiyədə bir ədəd, sol bazunun yuxarı 1/3-nin ön səthində üç ədəd, sol bazunun yuxarı 1/3-nin bayır səthində dörd ədəd, sol kürək nahiyəsində daxilə nüfuz etməyən üç ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayanı xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayanı xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində kürək xətt üzrə X qabırğa proyeksiy ası səviyyəsində daxilə nüfuz etməyən iki ədəd, döş qəfəsinin sol yarısının yan səthində arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində onurğayanı xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində onurğayanı xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, sol bel nahiyəsində iki ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd deşilmiş kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, lakin sonuncu vaxtında Mərkəzi Klinikaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı x ilas edildiyindən qəsdən adam öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlinin CM-in 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və həmin Məcəllənin 62 və ya 70-ci maddələrini tətbiq etməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunması barədə qərar qəbul olunması xahiş olunur. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum əməli CM-nin 29,120.1-ci maddəsi ilə düzgün tövsif edilməmi şdir. Belə ki, işin faktiki hallarından görünür ki, Məhkum idarə etdiyi avtomobillə Bakı metropoliteninin “İnşaatçılar” stansiyası yaxınlığında hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan qara rəngli “BMW X5” markalı ** AR *** dövlət qeydiyyatlı avtomobil yol ayrıcında qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmışdır. O, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etdikdə, həmin avtomobili idarə edən cavan oğlan ünvanına nalayiq ana söyüşünü söymüş və avtomobili sürətlə hərəkət etdirib oradan uzaqlaşmışdır. Avtomobilin arxasınca çata bilməmiş və avtomobil gözdən itmişdir. Buna baxmayaraq həmin avtomobilin nömrəsi onun yadında qalmışdır. “Turbo.az” saytında satışda olan avtomobillərə baxarkən təsadüfən bir neçə gün əvvəl ünvanına çox ağır nalayiq ana söyüşləri söymüş sürücünün idarə etdiyi “BMW X5” markalı ** AR *** dövlət qeydiyyatlı avtomobilin satışda olmasını görmüşdür. O, saytda avtomobili satışa qoyan Asim adlı şəxsin hazırda mobil telefon nömrəsinə zəng edib avtomobili almaq istədiyini, bunun üçün həm özü, həm də ağsaqqal atasının avtomobilə baxmalı olmasını demişdir. Həmin şəxs heç bir problem olmadığını, hara desə gələ biləcəyini bildirmişdir. O Asimə maşın almaq istədiyini demişdir. Asimlə kafenin yanında görüşmüşlər. Asimin yanında heç kim olmamışdır. Bundan sonra o, maşına göz gəzdirmiş və bir dəfə Asimlə birlikdə avtomobili kafenin ətrafında sürmüşdür. Bütün bunları Asimə özünü həqiqətən avtomobili almağına inandırmaq üçün etmişdir. O, Asimdən avtomobilə təkrar baxmaq üçün vaxtı olub-olmamasını soruşmuş, Asim də 3040 dəqiq ə sonra kafedən çıxacağını bildirmişdir. Onlar razılaşmış və ona WhatsApp proqramı vasitəsilə «konum atacağım» və həmin yerdə gözləyəcəyimi, avtomobilə atasının da baxmalı olduğunu demişdir. Bir saatdan sonra Asimə «konum atmış Asim də məhlələrinə gəlmiş, aralarında anlaşılmazlıq yaranmışdır. O gələndə yanında dostları olmuş, həmin anda Asimə həmin hadisə barədə bildirməyini xatırlamır, anlaşılmazlıq nəticəsində onu bıçaqlamış, onları ayıran olmamışdır, bıçağı həmin gün götürmüşdür, Asimi qorxutmaq istəmişdir, Asimə zərbə vurarkən bıçağın dəstəyindən yox, tiyəsinin ucundan tutmuşdur ki, bıçaq Asimə dərin girməsin, onun Asimi öldürmək niyyəti olmamışdır, öldürmək istəsəydi sonuncunu maşında öldürərdi. İş üzrə keçirilmiş ekspertiza rəylərindən görünür ki, zərər çəkmiş şəxsə çox saylı zərərçə kmiş öldürmək fikrində olmuşdur. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Digər iki xəsarətlər ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olsa da, həyat üçün vacib olan heç bir orqanları zədələməmişdir, həmin xəsarətlər yalnız daxilə nüfuz etmişdir. Göründüyü kimi, hadisə təqsirləndirlən şəxs Məhkum idarə etdiyi avtomobili zərər çəkmiş şəxs tərəfindən idarə olunan avtomobil yol ayrıcında qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmış, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etdikdə, zərər çəkmiş şəxs onun ünvanına nalayiq ana söyüşünü söymüş və avtomobili sürətlə hərəkət etdirib oradan uzaqlaşmışdır. Yəni bu hadisəyə səbəb zərərçəkmişin qanunsuz və əxlaqsız hərəkətləri olmuş, cinayət əməli zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında baş vermişdir. Bu hadisənin baş verməsinə zərər çəkmiş şəxs təşəbbüs göstərmiş və təqsirləndirilən şəxsin ünvanına nalayiq ana söyüşü söymüşdür. Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qorxutmaq və cəzalandırmaq məqsədi ilə bıçaqla vurmuş, onu öldürmək niyyəti olmamışdır. Həqiqətən təqsirləndirilənin zərərçəkmişi öldürmək niyyəti olsaydı, avtomobildə və ya elə hadisə yerində niyyətini həyata keçirə bilərdi. Çünki hadisə yerində onun hərəkətlərinin qarşısını alan və ya ona mane olan olmamışdır. Qeyd edilənlərdən də görünür ki, təqsirləndirilən Məhkum ifadəsi həqiqəti əks etdirir. Cinayət işinin faktiki hallarından da məlum olur ki, həqiqətən Ələddin zərərçəkmişi etdiyi qanunsuz və əxlaqsız hərə kətlərinə görə sadəcə cəzalandırmaq istəmişdir. Təqsirləndirilənin qəsdən törədilən cinayət əməli üzrə niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlməmişdir. Zərərçəkmişə yetirilən xəsarətlərin lokalizasiyası və xəsarətlərin ikisi daxilə keçsə də daxili orqanları zədələməməsi də qeyd etdiklərini sübut edir. Lakin məhkəmə bu kimi xüsusatları nəzərə almamışdır. Məhkum zərər çəkmiş şəxs tərəfindən idarə etdiyi avtomobil yol ayrıcında Məhkum idarə etdiyi avtomobilin qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmış, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etməsinə iradının bildirmiş, daha sonra zərər çəkmiş şəxs onun ünvanına nalayiq ana söyüşünü söyərək əxlaqsız hərəkət etməsinə nə ibtidai istintaq orqanı, nə də birinci instansiya məhkəməsi qiymət verməmişdir. Məh kum kassasiya şikayətinə əlavə verərək bildirmişdir ki, onun zərər çəkmiş şəxsi öldürmək niyyəti olmamışdır. Hadisə zamanı yanlarında heç kim olmamışdır. Əgər zərər çəkmiş şəxsi öldürmək niyyəti olsaydı, ona mane olacaq heç bir səbəb yox idi. Həmçinin zərər çəkmiş şəxsə bıçağı vurarkən bıçağın dəstəyindən yox, tiyəsindən tutmuşdur ki, bıçaq zərər çəkmiş şəxsə çox xəsarət yetirməsin. Göstərilənlərə əsasən məhkəmənin onun barəsində Azərbaycan Respublikası CM-nin 30-cu maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyini bildirmiş, məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə tövsif edilməsini, onun barəsində CM-in 62 və ya 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Məhkumun kassasiya şikayətinə əlavəsində onun barəsində CMnin 30-cu maddəsinin tətbiq olunması xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə əsasən “qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə” əməli doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 126-ci maddəsində “qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərər çəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliy in pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgü n müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan və zifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş hal ların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir ha lda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzi fəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda heç bir əsas olmadan, apellyasiya instansiya məhkəməsi tərəfindən qəsdən adam öldürməyə cəhd etmə kimi, yəni CM-in 29,120.1-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Məhkum qisas almaq məqsədilə niyyətini həyata keçirmək üçün üzər ində olan məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs çoxsaylı zərbələr vuraraq insan həyatı üçün təhlükəli olan, xəsarət yetirildiyi andan ölümünə səbəb ola biləcək həyati əhəmiyyət kəsb edən orqanların yerləşdiyi istiqamət üzrə döş qəfəsinin sol yarısının ön səthində döş sümüyü yanı xətt üzrə V qabırğa proyeksiyası səviyyəsində bir ədəd sol döş boşluğuna nüfuz edən və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində bir ədəd sağ döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, burun nahiyəsində bir ədəd, sağ qulaqarxası nahiyədə bir ədəd, sağ təpə nahiyəsində bir ədəd, sol təpə nahiyədə iki ədəd, sol körpücüküstü nahiyədə bir ədəd, so l bazunun yuxarı 1/3-nin ön səthində üç ədəd, sol bazunun yuxarı 1/3-nin bayır səthində dörd ədəd, sol kürək nahiyəsində daxilə nüfuz etməyən üç ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayanı xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayanı xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində kürək xətt üzrə X qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən iki ədəd, döş qəfəsinin sol yarısının yan səthində arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində onurğayanı xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində onurğayanı xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, sol bel nahiyəsində iki ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, lakin sonuncu vaxtında Mərkəzi Klinikaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən qəsdən adam öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bununla əlaqədar həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi istint aq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamla razılaşaraq onun CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilərək məhkum etmişlər. Müdafiə tərəfi hesab edir ki, Məhkum zərər çəkmiş şəxsi öldürmək istəməmişdir, ona görə də onun əməli CM-in 29,120.1-ci maddəsindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Məhkumin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iyirmi səkkiz bıçaq zərbəsi vurması, zərbələrdən bir neçəsinin zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurma ilə müşayiət olunması məhkumun, zərər çəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübut edilir və bu halın həqiqiliyi məhkəmə kollegiy asında şübhə doğurmur. Belə ki, aşağı instansiya məhkəmələrində dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, idarə etdiyi “Opel” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı metropoliteninin “İnşaatçılar” stansiyası yaxınlığında hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan qara rəngli “BMW X5” markalı **-AR-*** dövlət qeydiyyatlı avtomobil yol ayrıcında qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmışdır. O, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etdikdə, həmin avtomobili idarə edən cavan oğlan ünvanına nalayiq ana söyüşünü söymüş və avtomobili sürətlə hərəkət etdirib oradan uzaqlaşmışdır. Avtomobilin arxasınca çata bilməmiş və avtomobil gözdən itmişdir. Buna baxmayaraq həmin avtomobilin nö mrəsi onun yadında qalmışdır. “Turbo.az” saytında satışda olan avtomobillərə baxarkən təsadüfən bir neçə gün əvvəl ünvanına çox acı nalayıq ana söyüşləri söymüş sürücünün idarə etdiyi “BMW X5” markalı **-AR-*** dövlət qeydiyyatlı avtomobilin satışda olmasını görmüşdür. O, saytda avtomobili satışa qoyan Asim adlı şəxsin mobil telefon nömrəsinə zəng edib avtomobili almaq istədiyini, bunun üçün həm özü, həm də ağsaqqal atasının avtomobilə baxmalı olmasını demişdir. Həmin şəxs heç bir problem olmadığını, hara desə gələ biləcəyini bildirmişdir. O Asimə maşını almaq istədiyini demişdir. Asifmlə kafenin yanında görüşmüşlər. Asimin yanında heç kim olmamışdır. Bundan sonra o, maşına göz gəzdirmiş və bir dəfə Asimlə birlikdə avtomobili kafenin ətrafında sürmüşdür. Bütün bunları Asimə özünü həqiqətən avtomobili almağına inandırmaq üçün etmişdir. O, Asimdən avtomobilə təkrar baxmaq üçün vaxtı olub-olmamasını soruşmuş, Asim də 30-40 dəqiqə sonra kafedən çıxacağını bildirmişdir. Onlar razılaşmış və ona WhatsApp proqramı vasitəsilə «konum atacağını» və həmin yerdə gözləyəcəyini, avtomobilə atasının da baxmalı olduğunu demişdir. Bir saatdan sonra Asimə “konum” atmış, Asim də məhlələrinə gəlmiş, aralarında anlaşılmazlıq yaranmışdır. O gələndə yanında dostları olmuş, həmin anda Asimə həmin hadisə barədə bildirməyini xatırlamır, anlaşılmazlıq nəticəsində onu bıçaqlamış, onları ayıran olmamışdır, bıçağı həmin gün götürmüşdür, Asimi qorxutmaq istəmişdir, Asimə zərbə vurarkən bıçağın dəstəyindən yox, tiyəsinin ucundan tutmuşdur ki, bıçaq Asimə dərin girməsin, Asimi öldürmək niyyəti olmamışdır, ö ldürmək istəsəydi sonuncunu maşında öldürərdi, əməlindən peşmandır, zərər çəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və zərər çəkmiş şəxslə barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs aşağı instansiya məhkəmələrində ifadələrində göstərmişdir ki, Məhkum əvvəllər tanımamış, əvvəllər sonuncu ilə rastlaşmamış, kamera görüntülərindən də göründüyü kimi onun maşını sentyabrın 15-dən 3 oktyabr 2022-ci il tarixədək Şəmkirdə olmuş, həmin vaxt Bakı şəhərində Yasamal rayonu ərazisində metropolitenin yaxınlığında olmamışdır, hadisə baş verən gün 4 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində İçəri şəhərdə yerləşən «Xəngəl-lənd» restoranında dostları X4 və Şahid2 ilə oturub çörək yeyən zaman mobil telefon nömrəsinə tanımadığı mobil telefon nömrəsindən zəng gəlmiş, əvvəllər tanımadığı, sonradan adının Məhkum olduğununu bildiyi şəxs onun avtomobilinin satışına dair elana görə zəng etdiyini və avtomobilə baxmaq istədiyini bildirmiş, Məhkum olduğu yeri izah edərək avtomobili kafenin qarşısında saxladığını, gəlib orada baxa biləcəyini demiş, Məhkum kafenin qarşısına gəlmiş, sonuncuya avtomobilini göstərmiş, hətta avtomobillə bir dəfə ətrafındakı küçə ilə «fırlanmışdır». Məhkum avtomobildən xoşu gəldiyini bildirmiş, telefonla «konum atacağını», həmin yerə gəlməsini istəmiş, avtomobilə atası da baxıb behini verəcəyini demişdir, bundan təxminən yarım saat sonra Ələddin WhatsApp proqramı vasitəsi ilə olduğu yerin koordinatını atmış, təxminən 10-15 dəqiqə sonra o, dostları ilə Ələddinin atdığı koordinat üzrə Bayıl qəsəbəsinə sürüb gəlmişdir, sonra Ələddin ona birlikdə evinə getməyini təklif etmi ş və beh verəcəyini demiş, o da Ələddinlə birlikdə yolla yuxarı qalxmış, daha sonra Ələddin qəflətən onu bıçaqla vurmuşdur, avtomobildən düşüb məhləyə yuxarı qalxanda yanında heç kim olmamış, dostları maşında qalmışdır. Əlləddin ona 28 dəfə bıçaq vurmuşdur, həmin vaxt aralarında söyüş olmamışdır. Hadisənin baş vermə mexanizmi ibtidai istintaq zamanı alınmış ifadələrdə daha təfsilatla əks olunmuşdur. Belə ki, hadisəni törətmiş Məhkum təqsirləndirilən şəxs qismində ifadələrində göstərmişdir ki, 1 oktyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində özünə məxsus və idarə etdiyi “Opel” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində “İnşaatçılar” metrosu yaxınlığında hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan qara rəngli “BMW X5 ” markalı **-AR-*** dövlət qeydiyyatlı avtomobil yol ayrıcında qarşısına çıxıb onun avtomobilini yol kənarına sıxmışdır. O, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etdikdə, həmin avtomobili idarə edən cavan oğlan ünvanına nalayiq ana söyüşünü söymüş və avtomobili sürətlə hərəkət etdirib oradan uzaqlaşmışdır. Həmin avtomobilin sürücüsü işlətdiyi söyüşləri onun eşitdiyini bilməmişdir. O, avtomobilin arxasınca sürsə də, işıqforun qırmızı işığına düşmüş, həmçinin yolda nəqliyyat sıxlığı olduğundan avtomobilin arxasınca çata bilməmiş və avtomobil gözündən itmişdir. Buna baxmayaraq həmin avtomobilin nömrəsi onun yadında qalmışdır. 4 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində o, mobil telefonundan “Turbo.az” saytında satışda olan avtomobillərə baxarkən təsadüfən bir neçə gün əvvəl onun ünvanına nalayıq söyüşlər söymüş sürücünün idarə etdiyi “BMW X5” markalı **-AR-*** dövlət qeydiyyatlı avtomobilin satışda olmasını görmüş, avtomobil satışa 18.000 manata qoyulmuşdur. O, saytda avtomobili satışa qoyan Asim adlı şəxsin hazırda xatırlamadığı mobil telefon nömrəsinə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə zəng edib avtomobili almaq istədiyini, bunun üçün həm özü, həm də ağsaqqal atasının avtomobilə baxmalı olmasını demişdir. Həmin şəxs heç bir problem olmadığını, hara desə gələ biləcəyini və hal-hazırda Səbail rayonu “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən “Xəngəl-Lənd” adlanan kafedə olduğunu bildirmişdir. Bundan sonra o, dərhal kafenin qarşısına getmiş, yenidən istifadəsində olan telefondan zəng edib burada olduğumu bildirmişdi r. Bir neçə dəqiqə sonra həmin şəxs kafedən çölə çıxmışdır. O, avtomobilin yiyəsini görən kimi tanımış və bir neçə gün əvvəl “İnşaatçılar” metrosu yaxınlığında onu söymüş sürücü olmasını dəqiqləşdirmişdir. Həmin vaxt sürücü adının Asim olduğunu demişdir. Asim tək olmuş, yanında heç kim olmamışdır. Bundan sonra o, maşına göz gəzdirmiş və bir dəfə Asimlə birlikdə avtomobili kafenin ətrafında sürmüşdür. Bütün bunları Asimə özünü həqiqətən avtomobili almağına inandırmaq üçün etmişdir. Lakin avtomobil almaq kimi niyyəti olmamışdır. Kafenin ətrafında adam çox olduğundan həmin yerdə onu söyməsi ilə bağlı söhbət açmamışdır. O, Asimdən avtomobilə təkrar baxmaq üçün vaxtı olub-olmamasını soruşmuş, sonuncu ona 30-40 dəqiqə sonra kafedən çıxacağını bildirmişdir. O, Asimlə razılaşmış və sonuncuya “What sapp” proqramı vasitəsilə konum atacağını demiş və həmin yerdə gözləyəcəyini, avtomobilə atasının da baxdıqdan sonra beh verəcəyini demişdir. Asim də onunla razılaşmışdır. O, kafedən çıxdıqdan sonra evə yaxın, Asimi dəvət edəcəyi yerə getmiş və “Whatsapp” proqramında istifadə etdiyi +7 965 *** ** ** saylı nömrədən Asimin “Whatsapp” nömrəsinə konum atmışdır. Artıq onun fikrində Asimi həmin yerə çağırıb sonuncunu qorxutmaq olmuşdur. Bu qərarı artıq Asimin avtomobilini saytda görərkən vermişdir. Bu məqsədlə də dəqiq ünvanını xatırlamadığı köşkdən cib bıçağı almışdır. Asimə konum atdıqdan sonra telefonu aparıb yaşadığı evə qoymuşdur. Çünki Asimi bıçaqladıqdan sonra tutulacağını bilmişdir. O, telefonu evə qoyub çıxdıqdan sonra təxminən saat 21 radələri olmuşdur. Asim onun konum atdığı Səbail ra yonu, Bayıl qəsəbəsi, Q.Abbasov küçəsində yerləşən “Real” market mağazasının qarşısına gəlmişdir. Hava artıq qaralmış olsa da, həmin küçə yol kənarındakı fənərlərlə işıqlanmışdır. Avtomobildə sürücü Asimdən başqa, iki nəfər də tanımadığı cavan oğlanlar olmuş, oğlanların biri qabaqda sürücünün yanında, digəri isə arxa oturacaqda sürücünün arxa hissəsində oturmuşdur. O, avtomobilə yaxınlaşıb arxa oturacağa qabaqda oturan sərnişinin arxa hissəsinə əyləşmişdir. Asimə birlikdə gedib evinin yanında avtomobili ağsaqqal atasına göstərmələrini, atası avtomobili bəyənən kimi avtomobilə beh verəcəyini bildirmişdir. Sürücü Asim yenə heç bir problem olmadığını bildirmişdir. Sonra o, Asimə gedəcəkləri istiqaməti göstərərək Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsi, 74 ünvanda yerləşən beş mərtəbəli yaşayış binasının qarşısına gətirmiş və binanın qarşı aşağı hissə də avtomobili saxlamasını, tək Asimə onunla birlikdə binaya yaxın, blokun qarşısına getmələrini, orada atası ilə söhbət etmələrini və sonra da gəlib avtomobilə baxacaqlarını bildirmişdir. Asimi həmin yerə aparmaqda məqsədi atası ilə söhbət emək deyil, orada heç kimin olmaması, onu söydüyünə görə Asimi bıçaqlayaraq qorxutmaq istəyi olmuşdur. Asim onunla razılaşaraq avtomobildən düşmüş, digər iki nəfər tanışları isə avtomobildə qalmışdır. O, Asim ilə piyada binanın blokuna tərəf getməyə başlamış, həmin vaxt mobil telefonla güya atası ilə danışmağı kimi görüntü yaratmış, sonra isə Asimə atasının hamamda çimib çıxaraq qurulandığını və bir neçə dəqiqəyə aşağı blokun qarşısına düşəcəyini demişdir. O, Asim ilə birlikdə binanın blokuna tərə f gedərkən avtomobil barədə, yəni vurulub-vurulmaması, rənglənib-rənglənməməsi və sair xüsusatlar barədə soruşmuşdur. Asim isə avtomobilin heç bir problemi olmadığını bildirmişdir. Sonra birlikdə gəlib binanın blokunun qarşısında dayanıb siqaret çəkməyə başlamışlar. O, ətrafa baxıb heç kəsin olmadığını gördükdə Asimin fikrinin onda olmadığı anda əvvəlcədən özü ilə götürdüyü və əynindəki şalvarın arxa bel hissəsində açıq vəziyyətdə saxladığı, qara rəngli açılıb-yığılan cib bıçağını çıxarıb qəflətən Asimə ön hissədən bir nəçə zərbə endirmişdir. Asim qışqıraraq qaçmağa başlamışdır. O, ana söyüşünə görə Asimə qarşı hirsli olduğundan təxminən 15-20 metr arxasınca qaçıb bıçaqla kürəyindən bir neçə zərdə vurmuşdur. Bu zaman Asim üzü aşağı avtomobilini saxladığı yerə tərəf qaçmağa başlamışdır. O, Asimin yenə salamat ayaq üstə qaçmasını görüb, bıçağın ona dəyməməsini və ya təsir etməməsini fikirləşib arxasınca qaçmış, yenə təxminən 15-20 metrdən Asimə çatıb bıçaqla kürəyinə və bədəninin bütün hissələrinə vurmağa davam etmişdir. Bu zaman Asim yerə yıxılmış, elə bu an qarşısında olduqları yaşayış binasının üst mərtəbəsindən “bıçaqladılar” deyə qadının qışqırıq səsi gəldiyini eşidib oradan qaçıb getmişdir. Asimi vurduğu bıçağı isə özü ilə aparmışdır. Sonra Əlibəyov qardaşları küçəsinə gəlmiş, orada yol kənarında yerləşən zibil qutusunun içərisinə Asimi vurduğu cib bıçağını atmışdır. Sonra yaşadığı evin yaxınlığına gəlmiş və polis bölməsində polis nəfəri işləyən böyük qardaşı Fəridə zəng edib adam bıçaqladığını bildirmişdir. Bir neçə dəqiqə sonra qardaşı ilə birlikdə Səbail rayon poli s idarəsinin 8-ci polis bölməsinə gəlib təslim olaraq Bayıl qəsəbəsində A.Məmmədov küçəsində bir nəfər tanımadığı şəxsi bıçağladığını etiraf etmişdir. Bundan başqa о, ifadəsində göstərmişdir ki, o, Asimi 1 oktyabr 2022-ci il tarixdə anasını söydüyünə görə bıçaqla vurmuşdur. Asimi dəfələrlə bədəninin müxtəlif hissələrinə vurmaqda məqsədi onu öldürmək olmamışdır. Əgər məqsədi onu öldürmək olsaydı, Asim yerə yıxıldıqda oradan qaçmaz, orada qalıb Asimi öldürərdi. O, Asimə qarşı hirsli olduğundan özü də bilmədən sayını xatırlamadığı qədər sonuncuya zərbələr endirmişdir. O, bunu Asimi qorxutmaq məqsədilə etmişdir. O, Asimi axşam vaxtı yaşayış binasının adam olmayan blokun qarşısına gətirib ətrafda heç kəsin olmadığı zaman vurmuşdur. Asimlə gəlmiş şəxslər avtomobildə oturmuş, sonuncular onun Asim i bıçaqladığını görməmişdi. Sonradan Asimi hadisə yerindən xəstəxanaya kimin apardığını bilməmiş, həmin vaxt hadisə yerindən qaçıb getmişdir. O, Asimi ünvan 3 ünvanına təsadüfən, guya evinə apardığını bildirib yol göstərərkən gətirmiş, həmin ünvana aparacağını əvvəlcədən planlaşdırmamışdır. O, Bayıl qəsəbəsi ərazisində yaşadığından, həmin ərazidə böyüdüyü üçün həmin ərazini yaxşı tanımış, orada axşam vaxtları adamın az olmasını və ya heç olmamasını bilmişdir. Eyni zamanda fikirləşmişdir ki, Asim yaşayış binasını görüb onun orada yaşamağını və atasının binadan düşəcəyinə inansın. Bu səbəbdən binanın qarşısında kənar adam olmayan blokun qarşısına gətirib orada təklikdə Asimi bıçaqla vurmuşdur. Asimi bıçaqlayan zaman yanlarında başqa heç kim olmamışdır. Onun avtomobil almaq fikri olmamış, sad əcə olaraq hər gün mütəmadi “turbo.az” saytına girib maşınlara baxmışdır. Asimin idarə etdiyi avtomobili də həmin vaxt görmüşdür. **-AR-*** qeydiyyat nişanlı avtomobili gördükdə avtomobilin sürücüsü ilə görüşüb onu söydüyü üçün qorxutmaq istəmişdir. Bu məqsədlə Asimə zəng edib maşına baxmaq adı ilə görüş təyin etmişdir. Hadisə vaxtı Asimi vurduğu bıçağı həmin gün səhər saatlarında saytda maşın elanını gördükdən sonra xatırlamadığı köşkdən almışdır. Asimi bıçaqla vuran zaman qaçmaq istəyərkən sonuncu əynindən pencəyi çıxarıb yerə atmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqda ifadəsində göstərmişdir ki, o, özünə məxsus 2003-cü il buraxılışlı, qara rəngli “BMW X5” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün internet şəbəkəsinin “Turbo.az” avtomobillərin satışı saytında 18.000 manata satmaq üçün elan yerləşdirərək, həmin elan üzrə müştərilər əlaqə saxlaması üçün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəni qeyd etmişdir. 4 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində dostları Murad və Mamed ilə birlikdə Bakı şəhəri, Səbail rayonu,“İçərişəhər” metro-stansiyası yaxınlığında yerləşən “Xəngəl-lənd” adlanan kafedə yemək yediyi zaman mobil nömrəsinə hazırda xatırlamadığı mobil nömrədən zəng gəlmiş, zəng edən tanımadığı oğlan avtomobilin satışına dair elana görə zəng etməsini və avtomobilə baxmaq istədiyini bildirmişdir. O, da həmin şəxsə olduğu kafenin yerini izah edərək avtomobili kafenin qarşısında saxladığını, gəlib orada baxa biləcəyini demişdir. Müəyyən vaxtdan sonra həmin şəxs kafenin qarşısına gəlib zəng etmiş, o, tə k kafenin qarşısına çıxdıqda, orada əvvələr tanımadığı orta boylu, arıq bədənli cavan oğlanın gəldiyini görmüşdir. Bu zaman dostları kafedə olmuş, bayıra çıxmamışlar. O, sonradan adının Ələddin olduğunu bildiyi oğlana avtomobilini göstərmiş, hətta avtomobillə bir dəfə kafenin ətrafındakı küçə ilə fırlanmışlar. Avtomobil Ələddinin xoşuna gəlmiş, buna görə də sonuncu demişdir ki, “telefonla “konum” atacam, gələrsən avtomobilə atam da baxar beh verər”. O, Ələddinlə razılaşmış, bundan sonra Ələddin çıxıb getmişdir. Bundan təxminən yarım saat sonra Ələddin onun mobil telefonuna “Whatsapp” proqramı vasitəsi ilə +**********0 saylı nömrədən özünü olduğu yerin koordinatını atmış, təxminən 10-15 dəqiqə sonra o, dostları ilə yeməklərini bitirmişlər. O, dostlarına avtomobili ilə bir neçə dəqiqəlik Bay ıl qəsəbəsinə gedib bir nəfərlə görüşməsini və ondan sonra birlikdə getmələrini bildirmişdir. Dostları da etiraz etməmişlər. Onun idarə etdiyi avtomobilə qabaq oturacağa Mamed, arxa oturacağa isə Murad oturmuşdur. Sonra o, əvvəllər tanımadığı avtomobili almaq istəyən Ələddinin atdığı koordinat üzrə Bayıl qəsəbəsinə sürüb gəlmiş, orada həmin şəxs tanımadığı market mağazasının qarşısında tək dayanmışdır. O, avtomobili Ələddinin yanında saxlamış, bundan sonra sonuncu avtomobilə arxa oturacağa əyləşmiş və ona yol göstərib sürməsini bildirərək evdən beh götürüb verəcəyini demişdir. Ələddin onu Bayıl qəsəbəsinin yoxuşlu yolları ilə tanımadığı ünvana beş mərtəbəli binanın qarşısında həyətdə yerləşən zibil qutularının yanına gətirmiş, avtomobili orada saxlatmışdır. Sonra Ələddin ona birlikdə evinə getməyini və beh verəcəyini demişdir. O, da dostlarına avtomobildə oturmalarını, bir neçə dəqiqəyə gələcəyini deyib, Ələddinlə birlikdə avtomobildən düşüb piyada gəzərək binayə tərəf yoxuşlu yolla binanın bloku olan hissəyə getməyə başlamışlar. O, Ələddin ilə binanın qarşısına, blokun dəmir qapısına çatdıqda, Ələddin gözləmədiyi halda onun döş hissəmə zərbələr vurmağa başlamış, həmin vaxt hava qaranlıq olsa da, binanın qarşısında quraşdırılmış fənərlərin işıqları ilə ətraf işıqlanmışdır. O, bədənimdə istilik hiss etmiş və başa düşmüşdür ki, Ələddin ona bıçaqla vurur. O, dərhal avtomobilinə tərəf qaçmağa başlamış, Ələddin də arxasınca qaçaraq arxadan onun qara rəngli pencəyindən tutub yerə yıxmış, həmin vaxt pencəyi əynindən çıxmışdır. Ələddin yenidən onun kürəyinə və başına çox saylı bıça qla zərbələr vurmağa davam etmişdir. O, yenə Ələddinin əlindən çıxıb avtomobilinə tərəf enişə qaçmağa başlamış, buna baxmayaraq yenə Ələddin təxminən 1520 metrdən ona çataraq bıçaqla vurmağa davam etdikdə, o, taqətdən düşüb üzü üstə yerə yıxılmışdır. Bu zaman yaşayış binasından da nəsə xatırlamadığı qışqırıq səsi gəlmiş, bundan sonra Ələddin qaçıb getmişdir. O, isə yerdən qalxıb sürünə-sürünə avtomobilinə tərəf gəlmiş, orada olan dostları onu avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Bundan sonra heç nə xatırlamamışdır. Həmçinin həmin şəxsin, sonradan adının Məhkum olmasını bildiyi şəxsin ona hansı səbəbə çoxsaylı bıçaq xəsarətlərini yetirməsini bilməmiş, Ələddini əvvəllər tanımamış, heç bir əlaqəsi olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun yaş adığı ev ünvan 4 ünvanda yerləşir. Həmin mənzil beş mərtəbəli binanın 3-cü blokunun 2-ci mərtəbəsindədir. Belə ki, 4 oktyabr 2022-ci il tarixdə axşam saat 21 radələrində evdə olduğu zaman binanın həyətində, yəni onun yaşadığı mənzilin həyətə baxan qonaq otağının pəncərəsinin altında mübahisə səsləri eşitmişdir. Pəncərəyə yaxınlaşıb həyətə baxdıqda pəncərənin altında binanın qarşısında saxladılmış ağ rəngli avtomobilin yan tərəfində iki nəfər qara paltarlı cavan oğlanların əlbəyaxa olduqlarını, birinin digərini yerə yıxıb üzərində dayanaraq zərbələr endirdiyini görmüşdür. Bir neçə saniyə yerdə uzanmış oğlan onun əlindən çıxıb üzü enişə tərəf qaçmağa başlamış, digər onu vuran oğlan isə arxası ilə qaçmış, yenə həyətdə əvvəlki yerdən təxminən 10-15 metr aralıqda qaçan oğlanı təqib edərək çatmı ş və yenidən zərbələr vurmağa başlamışdır. Bu zaman o, evin pəncərəsindən vuran şəxsin əlində bıçaqın parıldıyan tiyəsini görmüş və vuran şəxsin bıçaqla vurmasını anlamışdır. Bu zaman binanın yuxarı mərtəbəsindən tanımadığı yaşlı qadının “ay Allah qoymayın, öldürdü, kömək edin” deyə qışqırıq səslərini eşitmişdir. Bundan sonra vuran oğlan xəsarət alan şəxsdən aralanmışdır. Həmin yerdən binanın qarşısına qalxan pilləkənlə yuxarıya qalxmağa başlamış, vurulan isə yerdən qalxıb tez-tez yeriyərək binanın zibil qutuları yerləşən yerdə saxladılmış qara rəngli “Cip” avtomobilinə əyləşmiş və həmin avtomobil çıxıb getmişdir. Bıçaqla vuran oğlan isə yenidən binanın qarşısına pəncərənin altına, yəni vurulan şəxsi bıçaqladığı yerə gəlmiş, orada bir neçə saniyə yerə düşmüş qara rəngli pencəyə və mobil telefona baxıb çıxıb getmişdir. Bundan sonra o, binanın həyətinə düşmüş, oraya qonşular yığışmış və öz telefonu ilə DİN-nin “102” xidmətinə zəng edib ünvanı bildirməklə bıçaqlama hadisəsi olmasını bildirmişdir. Müəyyən vaxtdan sonra hadisə yerinə polis əməkdaşları gəlib orada bıçaqlama yerində düşmüş bir ədəd qara rəngli kişi pencəyini və bir ədəd mobil telefonu götürməklə hadisə yerinə baxış keçirmişlər. Həmin hadisədən sonra o, hadisə zamanı bıçaqlanan və bıçaqlayan tanımadığı şəxsləri bir daha görməmişdir. Bundan başqa о, ifadəsində göstərmişdir ki, o, hadisəni mənzilinin pəncərəsindən görmüş, həmçinin qeyd etdiyi kimi binadan “kömək edin” deyə qışqıran qadın səsinin də kim olmasını bilməmişdir. Sonra isə həyətə düşdükdə oraya çoxlu qonşular yığışmış, o, həmin binada qısa müddətdə yaşad ığından oraya yığışan şəxslərin adlarını bilməmişdir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət etməyə cəhd birbaşa qəsdlə törədilir. Cinayət məcəlləsinin müvafiq maddəsinin təhlilindən görünür ki, qanunda cinayət etməyə cəhdə verilən tərif onun obyektiv və subyektiv əlamətlərinə əsaslanır. Cinayətə cəhdin obyektiv əlamətləri aşağıdakılardır: 1. hərəkət bilavasitə cinayət törətməyə yönəldilir. 2. əməlin başa çatmaması (nəti cənin baş verməməsi). 3. qəsdin şəxsin iradəsindən asılı olmayan səbəbdən başa çatmaması. Cinayətə cəhdin üçüncü obyektiv əlaməti olan qəsdin şəxsin iradəsindən asılı olmayan səbəbdən başa çatmaması dedikdə, qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtinaya dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdi dayandıran belə amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Əvvəla qeyd edilməlidir ki, istintaq orqanı tərəfindən Məhkum qarşı qəsdən adam öldürməyə cəhd etməsi ilə bağlı ittiham irəli sürülsə də, cinayətə cəhdin üçüncü obyektiv əlaməti, yəni qəsdin onun iradəsindən asılı olmayan hansı səbəbdən başa çatmaması istintaq orqanı tərəfindən müəyyən edilməmiş, bu hal ittihamda təsvir edilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərb aycan Respublikası CM-in 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli həm birbaşa, həm dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası CM-in 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqınd a" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli qərarında göstərilmişdir ki, qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmalıdır. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Məhkum öz ifadəsində onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasını bildirsə də, işin halları - onun tərəfindən zərər çəkmiş şəxsə ç oxsaylı bıçaq zərbələrinin endirməsi və zərbələrin həyat üçün təhlükəli nahiyələrinə vurulması onu göstərir ki, məhkum həmin zərbələri məhz zərər çəkmiş şəxsi öldürmək məqsədi ilə vurmuşdur. Ona görə məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri ilə razılaşmayaraq məhkəmələrin məhkumun zərər çəkmiş şəxsi öldürmək niyyətində olması və bu niyyətlə çoxsaylı bıçaq zərbələri yetirməsi barədə gəldiyi nəticəni iş üzrə toplanmış sübutlara və işin hallarına tam uyğun olduğundan əsaslı və düzgün hesab edir. Bununla yanaşı, cinayət işinin materiallarından aydın olur ki, Məhkum zərər çəkmiş şəxsə bıçaq zərbələri endirdikdən sonra, zərər çəkmiş şəxsi öldürmək niyyətindən daşınmış, hərəkətlərini dayandırmış, özü də hadisə yerini tərk etmiş, zərər çəkmiş şəxsin də hadisə yerindən uzaqlaşmasına ş ərait yaratmışdır. Həm məhkum, həm də zərər çəkmiş şəxsin ifadələrindən görünür ki, məhkumun zərərçəkmişi öldürmək imkanı olmuş, buna heç bir maneə də olmamışdır. Bu isə onu göstərir ki, məhkum zərər çəkmiş şəxsi öldürmək niyyətindən öz iradəsi ilə imtina etmiş və könüllü olaraq öldürməyə yönəlmiş hərəkətlərini dayandırmışdır. Azərbaycan Respublikası CM-in 30.1-ci maddəsinə əsasən cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Həmin Məcəlləni n 30.3-cü maddəsinə əsasən cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun. Cinayətdən könüllü imtina institutu cinayət hüququnun ən humanist və preventiv mexanizmlərindən biridir. Bu institut şəxsi son anda cinayət niyyətindən vaz keçməyə təşviq edir və faktiki zərərin qarşısının alınmasına xidmət edir. Bu institutun məqsədi preventivlik və sosial faydalılıqdır. Şəxsin zərərin qarşısını alması cəzalandırılmamalıdır. Əks halda geri dönüş stimulu aradan qalxar və cinayətlərin qarşısının alınması çətinləşər. Cinayət hüququnda stimullaşdırıcı norma kimi müəyyən olunan cinayət törətməkdən könüllü imtina etmənin əsas təyinatı başlanmış, lakin başa çatdırılmamış cinayəti dayandırmağa nail olmaq, onun qarşısını almaqdan ibarətdir. Qanunverici həmin stimullaşdırıcı norma vasitəsilə şəxsi başlamış olduğu, lakin başa çatdırmadığı cinayətdən könüllü əl çəkməsinə nail olmaq məqsədi daşıyır ki, nəticə olaraq qeyd olunan güzəştli normadan çıxış etməklə cinayət məsuliyyətini istisna edir. Hüquqi mahiyyətinə görə cinayətdən könüllü imtina əslində cinayətkar niyyətlə (yekun məqsədlə) qanuni davranış arasında aralıq yer tutur. Cinayəti başa çatdırmaqdan imtina etmə iki əsas əlamətlə xarakterizə olunur: könüllü imtina və qəti (həmişəlik) imtina. Könüllü imtina şəxsin şüurlu surətdə özünün iradəsi ilə başladığı cinayəti dayandırmasını nəzərdə tutur. Könüllü imtina o halda mövcud olur ki, kriminal niyyəti tam həyata keçirməyin mümkünlüyünə heç bir obyektiv maneənin olmadığı şəxs tərə findən dərk edildiyi halda, o, kriminal hərəkətini dayandırır. Könüllü imtina elə şəraiti nəzərdə tutur ki, burada törədilməsi qət edilən cinayətin həyata keçirilməsi üçün yaranmış maneələri aradan qaldırmağa ehtiyac olmur, həm də belə maneələr mövcud olsa da, şəxs onları aradan qaldırmağı mümkün sayır. Yaranmış maneələri aradan qaldırmağın mümkün olmayacağına inanan şəxs başladığı cinayəti başa çatdırmadan dayandırırsa, belə hallar cinayətdən könüllü imtina kimi qiymətləndirilə bilməz. Cinayətin dayandırılması və nəticənin qarşısının alınması könüllü imtina kimi qiymətləndirilirsə, belə hərəkətlərin hansı motivlə edilməsinin əhəmiyyəti yoxdur. Könüllü imtina müxtəlif amillərin təsiri altında yarana bilər. Məsələn şəxs məsuliyyətə alınacağından qorxduğundan, zərər çəkmiş şəxsə rəhmi gəld iyindən, vicdan əzabı çəkdiyindən və sair səbəbdən cinayəti başa çatdırmaqdan imtina edə bilər. Könüllü imtinaya vadar edən amillərin hansı məzmuna malik olmasından asılı olmayaraq, bunların təsiri nəticəsində cinayəti dayandırmağa dair daxilən düşünülmüş qərar çıxarılmalıdır. Cinayətdən imtina etmənin digər zəruri əlaməti cinayətdən qəti imtina etmədir. Cinayətdən qəti olaraq imtina edən şəxs başladığı cinayəti davam etdirməkdən tamamilə və həmişəlik əl çəkir. Əgər şəxs kriminal fəaliyyəti müvəqqəti dayandıraraq və daha yaxşı hazırlaşmaq məqsədi ilə onu davam etdirməyi başqa vaxta təxirə salırsa, cinayətin edilməsinin bu qaydada dayandırılması cinayətdən könüllü imtina kimi qiymətləndirə bilməz. Cinayətdən könüllü imtina etmə başa çatmayan cinayətlərdə - cinayətə hazırlıq və cinayət etməy ə cəhd (həm bitmiş, həm də bitməmiş cəhd) mərhələsində mümkündür. Belə ki, könüllü imtina hazırlıq və bitməmiş cəhd zamanı hərəkətlərin dayandırılması ilə, bitmiş cəhd zamanı isə nəticənin aktiv şəkildə qarşısının alınması ilə mümkündür. Bitmiş cəhd o halda mövcuddur ki, şəxs cinayətin baş verməsi üçün lazım olan bütün hərəkətləri etmişdir, lakin nəticə hələ baş verməmişdir. Əgər şəxs ictimai təhlükəli nəticənin baş verməsi üçün bütün hərəkətləri yerinə yetirməsinə, məsələn odlu silahdan açdığı atəşlə zərərçəkəni vurmasına baxmayaraq, ictimai təhlükəli nəticənin baş vermədiyini (zərərçəkənin həyatdan məhrum edilmədiyini) görür və həmin şəraitdə nəticəyə varmaq (məsələn, növbəti dəfə atəş açmaqla zərərçəkəni vurub onu öldürməyə nail olmaq) imkanını itirmədiyini dərk edirsə və buna baxmayara q nəticənin qarşısının alınması (zərərçəkənin həyatdan məhrum edilməməsi) üçün hərəkətlər edirsə, həmin hərəkətlər reallıqda nəticənin baş verməməsinə gətirib çıxardıqda (yəni sonrakı hərəkətlər məzmun etibarı ilə nəticənin qarşısının alınması üçün yetərli olduqda), bu cinayətdən könüllü imtina sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin cinayət etməyə cəhd etməsi ilə, onun cinayəti törətməkdən könüllü imtina etməsi fərqli hüquqi xüsusiyyətlərə malik olmaqla, fərqli nəticələri hasil edir. Belə ki, cinayət hüquqi nöqteyi-nəzərdən cinayətin törədilməsi şəxsin iradəsindən kənar səbəblərdən dayandırılırsa (hansı ki, bu hallarda şəxs istəsə də əməlini başa çatdırmaq imkanına malik olmur), belə dayandırılma cinayət məsuliyyətinə səbəb olmaqla başa çatmamış cinayət kimi, cinayəti b aşa çatdırmaq imkanı olan şəxsin öz iradəsi ilə cinayət fəaliyyətinin başa çatanadək dayandırması isə cinayətdən könüllü imtina sayılır. Burada əsas qiymətləndirmə meyarı şəxsin cinayəti başa çatdırmaq imkanına malik olub-olmaması haqqında subyektiv təsəvvürüdür. Şəxs cinayətdən könüllü imtina etdiyi halda ilkin olaraq cinayət törətməyə yönəlmiş qəsdi (niyyəti) həyata keçirmir, yəni şəxs cinayətkar hərəkətlərini dayandırır və nəticənin baş verməsinin qarşısını almaq üçün tədbirlər görür, halbuki obyektiv olaraq onda məqsədinin reallaşdırılması üçün bir ehtimal daha qalır. Başa çatmamış cinayətdə isə şəxs özündən asılı olmayan şəraitə görə cinayəti başa çatdırmağın qeyri-mümkünlüyünü dərk edərək cinayət əməllərini törətməyi dayandırır. Beləliklə, şəxs cinayətdən könüllü imtina etdiyi halda subyektiv tərəfin (niyyətin, məqsədin) məcburi əlaməti - şəxsin iradəsinə uyğun olaraq həyata keçirilməyərək dayandırılır. Belə olduqda isə cinayətə cəhd zamanı könüllü imtina edən şəxs qəsd etdiyi cinayətə görə deyil, yalnız real olaraq baş vermiş nəticəyə görə məsuliyyət daşımalıdır. Bu yanaşma həm milli hüquqa, həm də beynəlxalq təcrübəyə uyğundur və cinayət hüququnun humanizm prinsipinə xidmət edir. Belə olduğu halda, Azərbaycan Respublikası CM-in 25.3 və 29-cu maddəsinin tələblərinə əsasən, Məhkum CM-in 29,120.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə yol verilmir. Eyni zamanda, məhkumun zərər çəkmiş şəxsə qarşı törətdiyi əməldə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Buna görə də, məhkuma bəraət ver ilməsi ilə bağlı kassasiya tələbi təmin olunmamalı, məhkumun əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkum cəza təyini məsələsini müzakirə edərkən məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıra n hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkumə cəza təyin edilərkən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsə vurduğu ziyanın tam ödənilməsini və şəxsin könüllü gəlib təqsirini boynuna almasını yüngülləşdirici hal kimi və cəzasını ağırlaşdıran halların isə olmaması nəzərə alaraq cəza təyin edilməlidir. İş materiallarındanda görünür ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən CM-nin 60-cı mad dəsinə əsasən cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, CM-in 126.1-ci maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət sırasına daxildir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsini n hökm və ya qərarını əməlin tövsifində səhvə yol verildikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmü dəyişdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Məhkum müdafiəçisi X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1631/2024 nömrəli 2 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissələrdə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2573/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2573/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver