Məhkəmə qərarları › İş №1(102)-2576/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2576/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2576/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və bəraət almış şəxs X4 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət veri lməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 iyul tarixli, 1(103)1690/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 13 iyun tarixli hökmü ilə (X12 (sədrlik edən və məruzəçi), Fəxri Məmmədov və Anar Sadıqovdan ibarət tərkibdə) 25 dekabr 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2022-ci il 31 may tarixli, 1(010)-127/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasə n 2 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X13 (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Murad Məmmədovdan ibarət tərkibdə) 2024-cü il 24 iyul tarixli, 1(103)-1690/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmədən, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai ist intaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən X2 məqsədi ilə qanunsuz olaraq 19 ədəd şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 13,148 qram olan külli miqdarda narkotik vasitə heroini və 8 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 3,618 qram olan külli miqdarda psixotrop maddə metamfetaminin istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində saxlamaqla daşımış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, istifadəsi və satışında şübhəli bilinən X10 23 fevral 2023-cü il tarixdə, saat 00:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə aparılıb, üzərinə şəxsi axtarış və götürmə istintaq hər əkəti keçirilən zaman əyinində olan qara rəngli cins şalvarının sol yan cibindən 19 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,664 qram, 0,640 qram, 0,710 qram, 0,313 qram, 0,670 qram,1,612 qram, 0,885 qram, 0,806 qram, 0,846 qram, 0,281 qram, 0,678 qram, 0,860 qram, 0,885 qram, 0,391 qram, 0,342 qram, 0,312 qram, 0,235 qram, 0,304 qram, 0,714 qram, ümumi təmiz çəkisi 13,148 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 08 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,255 qram, 0,701 qram, 0,523 qram, 0,425 qram, 0,402 qram, 0,462 qram, 0,214 qram, 0,636 qram, ümumi təmiz çəkisi 3,618 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış, eyni tərkibli psixotrop maddə me tamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, MÜDAFİƏÇİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən hökm ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Belə ki, Məhkəmə kollegiyasının birinci dəlilinə görə, ittiham tərəfinin təqdim etdiyi sübutlar zor tətbiq etməklə, yəni təqsirləndirilən şəxs İlyas Kazımov polis şöbəsi ndə polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalmaqla əldə edilmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxs İlyas Kazımovun bədəni üzərində sağ dirsək oynağı nahiyəsində və sağ bazu oynağı nahiyəsində qartmaqlı yara (sıyrıqlar), başın təpə nahiyəsində yumşaq toxumanın şişkinliyi, sağ kürəkaltı nahiyəsində, diz nahiyəsində, sağ budun bayır səthində qançırlar müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Tibbi kitabçada təsvir olunan xəsarətlərin xarakterinə görə onların tibbi kitabçanın açılma tarixindən (27 fevral 2023-cü il tarixdən) 35 sutka əvvəl yetirilməsi istisna olunmur. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməmişdir. Dövlət ittihamçısı bildirmişdir ki, m əhkəmə kollegiyasının sıyrıq, qançır və şişkinlikdən ibarət olmaqla dərəcəsi təyin edilməyən xəsarətləri işgəncə əlaməti kimi qiymətləndirməsi anlaşılan deyildir. Halbuki işgəncə dedikdə təqsirləndirilən şəxsə dözülməsi mümkün olmayan, səhhətində ciddi narahatlıq yaradan və bədən səthində ağır iz buraxmış xəsarət yetirməsi başa düşülür. Hazırki iş üzrə cinayət işi materiallarından görünür ki, İlyas Kazımovun 31 saylı Polis şöbəsində zorakılığa məruz qalmasına dair Suraxanı rayon prokurorluğunda 125-C-23 saylı araşdırma materialı olmuş, Suraxanı rayon prokurorluğunun 4 may 2023-cü il tarixli qərarı ilə CPM-in 39.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İttiham tərəfi olaraq inkar etmirlər ki, əməliyyat-istintaq tə dbirlərini həyata keçirən hüquq-mühafizə orqanları, o cümlədən polis əməkdaşları hakimiyyət nümayəndəsidir və fərdə münasibətdə onun üstünlüyü - xidməti səlahiyyətləri var. Belə əməkdaşların xidməti səlahiyyətlərindən kənara çıxan hərəkətlərə yol verməsi də mümkündür və ola bilər. Lakin belə iddialar üzrə məhkəmənin qiymətləndirməsi hərtərəfli araşdırmanın nəticələrinə əsaslanmalı və işin faktiki hallarına uyğun olmalıdır. Mütləq nəzərə alınmalıdır ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsinin göstəricisi sayılmamalıdır. Nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digərinə aparılarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması mümkündür və bu hallar hər hansı bir şəxsin adi gündəlik həyatında da yarana bilər. Eləcə də mütəmadi olaraq narkotik vasitənin qəbulu nəticəsində psixi və fiziki asıllıqdan əziyyət çəkən İlyas Kazımovun polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirildikdən sonra qeyd edilən asılılığın yaratdığı fəsadlarla bağlı onda yaranmış müxtəlif ağrı hisslərini dəf etmək üçün istənilən ağla gəlməyən qəfil hərəkətlərin edilməsi fonunda xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması anlaşılandır. Həmçinin nəzərə alınmalıdır ki, İlyas Kazımovla bağlı təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizası rəyində qeyd edilən xəsarətlərin özüözünə və ya kənar şəxs tərəfindən yetirilməsi müəyyən edilməmişdir. Ona görə də, tə qsirləndirilən şəxs ona fiziki təzyiq göstərilməsi yolu ilə sübutların toplanmasını iddia edirsə, məhkəmələr belə iddiaların doğruluğunu işin digər faktiki halları və toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edib qiymətləndirilməlidirlər. Bu, həm də ona görə olmalıdır ki, həmin xüsusatla bağlı aparılmış araşdırmanın nəticələrini nəzərə almayan və ya onları düzgün hüquqi prosedurla və ağlabatan dəlillərlə inkar edə bilməyən “istisnasız” ümumi yanaşma cinayətkarlıqla mübarizə aparan və əməliyyat tədbirini keçirmiş (yaxud ibtidai istintaqı aparmış) hüquq-mühafizə orqanlarının cəmiyyətdəki nüfuzunun aşağı düşməsinə, eləcə də onların əməkdaşlarının saxladıqları şəxsə zor tətbiq edərək ona işgəncə verməsi “ittiham”nın altında qalmalarına səbəb olur. Belə məzmundakı araşdırma ədalət mühakim əsinin mənafeyi baxımından da zəruri şərtdir və bu mənafe həqiqətin müəyyənləşdirilməsini mütləq şərt kimi tələb edir. Ona görə də, məhkəmənin yalnız təqsirləndirilən şəxsin ifadələrinə istinad edərək, onu digər sübutlardan üstün tutması, hərtərəfli araşdırmaya və obyektiv əsaslara söykənməyən qiymətləndirmə aparması ədalət mühakiməsinin şərtlərinə uyğun qənaət sayıla bilməz. Belə yanaşma həmçinin, məhkəmənin cinayət prosesinin tərəfləri arasında tarazlığı pozması, müdafiə tərəfinin dəlillərinə üstünlük verməsi, çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxması ilə nəticələnmiş olar. Nəzərə alsaq ki, İlyas Kazımov üzərinə baxış keçirilməsi, şübhəli, təqsirləndirilən şəxs qismində ifadələrinə, ümumiyyətlə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə tərtib edilmiş sənədlərə imza etməmişdir, bunu yalnız ittihamla razı olmaması ilə izah etmişdir, belə olan halda İlyas Kazımovun bütün istintaq dövründə sərbəst iradəsini ifadə etməsi, hər hansı təsir və təzyiqə məruz qalmaması qənaətinə gəlmək mümkündür. X17 ibtidai istintaq zamanı qanunvericiliklə ona verilmiş hüquqlardan sərbəst istifadə edib müdafiəçisinin iştirakı ilə tərtib edilmiş sənədləri imzalamamaqda sərbəst olmuşdur. Dövlət ittihamçısı bildirmişdir ki, istintaq orqanı təqsirləndirilən şəxs İlyas Kazımovun xx.xx.2023-cü il saat 00.15-də yaşadığı evin yaxınlığında saxlanıldığını göstərsə də, apellyasiya instansiya məhkəmə kollegiyası bunu öz qərarında gah 2023-cü il fevral ayının 22-də axşam saatlarında (bax: qərar səh 23, 3-cü abzas), gah saat 20 radələrində (bax: qərar səh 24, 1-ci abzasdan 4 misra yuxarı), gah da saat 20-23 radələrində (bax: qərar səh 24, 1-ci abzasdan 5 misra yuxarıda) göstərməklə özü də qeyri-müəyyənliyə yol vermiş, bununla da istər İlyas Kazımovun özünün, istər nənəsi X5 ifadələrində göstərdikləri xüsusatları nəzərə almamışdır. Yəni, bir halda məhkəmə istintaq orqanının müəyyən etdiyi (saat 00.15) vaxtdan fərqli vaxtda təqsirləndirilən şəxsin yaşadığı evdən polis əməkdaşları tərəfindən aparılmasını müəyyən etmək üçün İlyas Kazımovun özünün və nənəsi X5 (birinci instansiya məhkəməsində ifadəsində başqa tarix, 20 fevral göstərilmişdir) ifadəsinə istinad etmiş, lakin gəldiyi qənaəti əsaslandırmaq üçün hər iki şahidin ifadələrinə deyil, özünün subyektiv mülahizələrinə istinad edərək İlyas Kazımovun saxlanma anını saat 20-23 radəl əri kimi müəyyən etmişdir. Ümumiyyətlə şəxsin saxlanma anının 3 saat aralığında müəyyən etmək belə özlüyündə qeyri müəyyənlik yaratmaqla yanaşı nəzəri və praktik olaraq mümkünsüzdür. İlyas Kazımovun saxlanma anı ilə bağlı məhkəmənin müəyyən etdiyi müddəanı şərti olaraq saat 20-23 radələri aralığı kimi qəbul etsək, İlyas Kazımovun hansı zamanda (saat 20, 21, 22 və 23 radələrində) saxlanmasını, nə qədər müddət keçdikdən sonra ( 6, 5, 4 və, və ya 3 saat) üzərinə baxış aparılmasını müəyyən etmək mümkünsüzdür. Apellyasiya instansiya məhkəmə kollegiyası İlyas Kazımovun xx.xx.2023-cü il saat 20-23 radələrində saxlanılması qənaətinə gəlmək üçün İlyas Kazımovun özünün, onun nənəsi X5 ifadəsinə, Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu və İ.A.Kazımovun hərəkət trayekto riyasına dair elektron monitorinq sistemindən çıxarış sənədinə dəlil kimi istinad etmişdir. Lakin nəzərə almamışdır ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün qanunamüvafiq qaydada seçdiyi istənilən müdafiə üsuluna görə məsuliyyət daşımır, eləcə də təqsirləndirilən şəxsin təqsirli olub-olmaması yalnız onun ifadəsində göstərdiyi xüsusatlarla müəyyən edilmir. Yəni təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar başqa mötəbər sübutlarla təsdiq edilmədiyi halda həmin şəxs tərəfindən hər hansı qanuna zidd əməli törətməsi və ya törətməməsi barədə fikir söyləmək qeyri mümkündür. X11 təqsirləndirilən şəxsin nənəsi olmaqla onun mənafeyinə uyğun ifadə verməsi anlaşılandır. Halbuki, təqsirəndirilən şəxsin nənəsi Gülpəri Yusufo va birinci instansiya məhkəməsində verdiyi ifadəsində həmin hadisənin 22 fevral deyil, 20 fevral tarixində baş verdiyini bildirməklə ümumiyyətlə başqa tarix göstərmişdir. Ona görə də təqsirləndirilən şəxsin nənəsi Gülpəri Yusufovanın nəvəsi İlyas Kazımovun mənafeyinə xidmət edən ifadəsində göstərdiyi xüsusatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq və ya təkzib edən mötəbər sübut standartına uyğun gəlmir. Təsadüfi deyildir ki, hətta qanunvericilikdə şahidin yaxın qohumu əleyhinə ifadə verməkdən imtina etməsi, hətta yaxın qohumu tərəfindən hazırlanan və törədilmiş cinayət barədə hüquq mühafizə orqanlarına xəbər verməməsi halında belə hər hansı məsuliyyət müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının digər dəlili qismində BNMl-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1, baş əməliyy at müvəkkili Şahid2 ifadələrini mötəbər sübutlar kimi qəbul etməməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının X8 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə (Gəncə Apelyasiya məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı dəyişdirilmişdir) qəbul etdiyi qərarında göstərilmişdir ki, Gəncə Polis İdarəsinin əməkdaşlarının şahid qismində verdikləri ifadələrini yalnız onların polis əməkdaşları olduqlarına görə yolverilməz sübut hesab edilməsinə dair mülahizə CPM-nin müddəalarına əsaslanmır. Belə ki, CPM-nin 124.2.1 -ci maddəsi şahidlərin ifadələrini bu ifadələri vermiş şəxslərin peşəsindən, vəzifəsindən, məşğuliyyətindən asılı olmayaraq cinayət prosesində qəbul edilən sübutların siyahısında göstərmişdir. CPM-nin 125.2-ci maddəsinin təsbit etdiyi məlumatların, sənədlərin, əşyaların sübut kimi qəbul edilməsinə yol verməyən halların sırasında da şahidin polis əməkdaşı olması (özü-özlüyündə) onun verdiyi məlumatların sübut kimi yolverilməzliyini şərtləndirən əsas kimi nəzərdə tutulmamışdır. Şahid qismində çağırıla və dindirilə bilməyən şəxslərin dairəsini müəyyən edən CPM-nin 95.2-ci maddəsi də məhkumun yürütdüyü mülahizə üçün əsas vermir. Çünki, CPM-nin 95.1-ci maddəsi iş üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxsin ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, madafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilməsini nəzərdə tutduğu halda, bu qaydadan istisnaları təsbit edən CPM-nin 95.2-ci maddəsi polis əməkdaşının cinayət prosesində şahid qism ində dindirilməsinə qadağa qoymur. Beləliklə, dövlət ittihamçısı hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hazırki qərarı çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə qərarın əsasını yolverilməz sübutlar təşkil etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegi yasının iclasında iştirak edən bəraət almış şəxs X10 və müdafiəçisi Müdafiəçi1 kassasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və X7 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 iyul tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi mə sələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instans iyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısl kassasiya protestində bəraətin qanunsuzluğunu və əsassızlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyə tlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməs i nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafi q müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə bəraət almış şəxsin və müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Dövlət ittihamçısı kassasiya protestində bəraət almış şəxsə ibtidai istintaq zamanı işgəncə verilməsi ilə bağlı məsələni mübahisələndirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı rayon prokurorluğunun 04 may 2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, məhkəmə-tibb ekspertizasının rəyi ilə İlyas Kazımovun bədəninin müxtəlif nahiyələrində çoxsaylı bədən xəsarətlərinin olduğu, həmin xəsarətlərin bərk küt əşyanın təsirindən törənməsi müəyyən edilmişdir. Müstəntiq material üzrə izahatlar almış və belə bir qənaətə gəlmişdir ki, aparılmış araşdırma zamanı İlyas Kazımovun polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilm əsi faktı öz təsdiqini tapmamışdır. Müstəntiqin araşdırması və əsaslandırması bundan ibarətdir. İlyas Kazımov bədənində olan bu xəsarətləri neçə aldı, hansı şəraitdə aldı, bu xəsarətlər kim tərəfindən yetirildi qərarda mütləq qaydada cavab verilməli olan bu sualların heç birinin izahı, əsaslandırması, ağlabatan cavabı yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx.xx.2014-cü il tarixli qərarında hazırki vəziyyətlə bağlı göstərmişdir: “Məhkəmə təkrar edir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Prot okollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və s əhhətindən asılıdır (bax: “X3rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, birneçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Məhkəmə təkrar edir ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 10811, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİ İ)). Hazırkı işin hallarına gəlincə Məhkəmə ilk öncədən qeyd edir ki, ərizəçinin polis tərəfindən pis rəftara məruz qoyulması ölkə məhkəmələrinin qərarları ilə açıq şəkildə etiraf edilmişdir (yuxarıda 20-21-ci bəndlərə bax). Məhkəmə bu qərarlardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə bununla bağlı hesab edir ki, ərizəçi 2005-ci il 17 mart tarixində polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. Xüsusilə, 2005-ci il 13 mart tarixli məhkəmə-tibb ekspertizasının rəyi onun boyun nahiyəsində ağır küt predmetlə yetirilmiş oval formalı qançırın olduğunu və bunun yetirilmə vaxtının 2005-ci il 17 mart tarixinə uyğun gəldiyini təsdiq etmişdir. Məhkəmə sözü gedən xəsarətin polis əməkdaşlarının ərizəçini polis şöbəsinə salan zaman yetirildiyi ilə bağlı Hökumətin arqumentini qəbul edə bilməz. Əslində məhkəmə-tibb ekspertizasının rəyində açıq şəkildə göstərilmişdir ki, xəsarət “çəkmə” nəticəsində deyil, ağır küt predmet vasitəsilə yetirilmişdir. Hər bir halda Məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı Hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini t ələb etdiyi heç yerdə göstərilməmişdir. Məhkəmə həmçinin açıq şəkildə xahiş etməsinə baxmayaraq Hökumətin ərizəçinin üzərində axtarışın aparılmasına dair video çəkilişin ona təqdim etmədiyini də göz ardına vurmur. O qeyd edir ki, belə bir çəkilişin olduğu Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarında da təsdiq olunmuşdur (yuxarıda 21-ci bəndə bax). Belə olan halda o, ərizəçinin polis tərəfindən həbs edildiyi və ya həbsdə saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, Məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçi nin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur.” Göründüyü kimi, işgəncə verilməsi ilə bağlı məsələdə hazırkı işin halları ilə AİHM-in qərarında təsvir olunmuş işin halları üst-üstə düşür və prokurorluq işgəncə ilə bağlı məsələni araşdırarkən AİHM-in qərarında əks olunmuş səviyyədə və standartlara uyğun araşdırma aparmadıqda və qarşıya qoyulmuş suallara ağlabatan inandırıcılıq səviyyəsində mücərrəd deyil, konkret faktlara söykənən əsaslandırılmış cavab v ermədikdə, qəbul olunmuş qərar hüquqi qüvvəsi olan qərar kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İlyas Kazımova ibtidai istintaq zamanı işgəncə verilməsi ilə bağlı məsələlərə dair kassasiya protestinin dəlilləri əsassızdır və məhkəmələrin bununla bağlı mövqeyi əsaslandırılmış və inadırıcıdır. Kassasiya protestinin digər dəlili ittiham və müdəfiə tərəfinin təqdim etdiyi şahid ifadələri ilə bağlıdır. İşdən görünür ki, ittiham tərəfinin şahidləri polis əməkdaşlarıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cü il tarixli qərarında polis şahidlərlə bağlı göstərilmişdir: “Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsi axtarışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materiallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha a ydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir (bax: 26-cı bənd). Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi (yuxarıda 61-ci bəndə bax). Bu hal da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır.” Göründüyü kimi, şahidlərlə bağlı hazırki işə baxan məhkəmələrin mövqeyi AİHM-in mövqeyi ilə üst-üstə düşür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin şahidlərlə bağlı dəlilləri də əsassızdır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbi t olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün ol mayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həy ata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar t oplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kas sasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPMin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kolleg iyası kassasiya protestində təsvir edilən, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestində istinad edilənlərlə tam eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin protestin araşdırması nəticəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırma verilmişdir. Kassasiya protestinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə də istinad etmir. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr ci nayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya prote stinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 13 iyun tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş X10 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 iyul tarixli, 1(103)-1690/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar