Məhkəmə qərarları › İş №1(102)-2576/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2576/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2576/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 11 iyun 2025-ci il tarixli, 1(103)-1234/2025 nömrəli qərarından dövlət ittihamçısı Hüseyinova Zeynalova Səkinə İrzəvan qızı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aygün Qurbanova (sədrlik edən və məruzəçi), Fərid Namazov və Telman Hüseynov) 21 aprel 2025-ci il tarixli 1(101)654/2025 nömrəli hökmü ilə, xx xxx 1965-ci il tarixdə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Daşkəsən rayonu, Alunitdağ qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.9-cu maddəsi ilə təqsirli bilinib 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanın mövqeyinə görə Məhkum ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi - 1949-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında olan şifahi razılığa əsasən məişət işlərini görməsi müqabilində 2024-cü ilin iyul ayının əvvəllərindən həmin evdə kirayədə yaşayarkən onun tərəfindən təmizlik işlərinin yaxşı görülməməsi ilə əlaqədar ev sahibi Zərərçəkmiş şəxs mütəmadi ona iradlar bildirib, təhqir etməsi, həmçinin 20 iyul 2024-cü il tarixdə saat 00:30 radələrində paltarların çirkli olmasına görə onun qarın nahiyəsindən dizi ilə vurub t əhqir etməsi ilə əlaqədar həmin ünvanda aralarında baş vermiş mübahisə zamanı o, qisas almaq niyyəti ilə orta dərəcəli alkoqol sərxoşluğu dərəcəsində yaşadıqları evin otağındakı stolun üzərindən götürdüyü, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən öldürmək məqsədilə qoca olmasına görə fiziki vəziyyəti ilə əlaqədar müqavimət göstərmək imkanını qismən itirərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin həyat üçün əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi üz, boyun və boğaz nahiyələrindən zərbələr vuraraq Zərərçəkmiş şəxs canlı şəxslərdə sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən sağ gözaltı nahiyəsində 1 ədəd və sol yanaq nahiyəsində 1 ədəd səthi kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağla mlığa yüngül zərər vurmaya aid boynun sağ yan nahiyəsinin yuxarı şöbəsində daxilə nüfuz etməyən 1 ədəd, alt dodağın sağ bucaqaltı nahiyəsində ağız boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ çənə nahiyəsində 1 ədəd kəsilmiş yarası və həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid, ölümünə səbəb olan kəskin xarici qanaxma ilə müşayiət olunan, boynun sağ yan nahiyəsinin aşağı şöbəsində daxilə nüfuz edən və ümumi yuxu arteriyasını zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirərək aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zaur Hüseynov (sədrlik edən və məruzəçi) Ramin Qaraqurbanlı və Anar İbrahimov) 11 iyun 2025-ci il tarix li, 1(103)-1234/2025 nömrəli qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2025ci il tarixli, 1(101)-654/2025 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı Hüseyinova Zeynalova Səkinə İrzəvan qızı kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2025-ci il tarixli, 1(103)-1234/2025 nömrəli qərarın ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi barədə xahiş etmişdir. Məhkum İsyaev Zahid Səməndər oğlu kassasiya şikayəti verərək Bakı Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2025-ci il tarixli qərarının dəyişdirilərək ona təyin edilmiş cəzanın 1 il azaldılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Hüseyinova Zeynalova Səkinə İrzəvan qızı kassasiya protestini onunla əsaslandırmışdır ki, istintaq zamanı və məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 istintaq zamanı ifadəsində göstərmişdir ki, o qaldığı otağa daxil olub əynini dəyişmək istəyəndə Zərərçəkmiş şəxs “Rəşad, Rəşad, Rəşad” deyə qışqırdığını eşitmiş və odur ki, dərhal otağından çıxıb qonşu otaqda qalan Zərərçəkmiş şəxs yanına qaçmış və otağa daxil olduqda Zərərçəkmiş şəxslə Məhkum süpürləşdiyini və Məhkum Zərərçəkmiş şəxs ardıcıl bıçaq zərbələri vurduğunu görmüşdür. O cəld Məhkum Tahir Əlioyevdən uzaqlaşdırmışdı r. Beləliklə işin bütün halları zərər çəkmiş şəxsin yaşı və fizioloji vəziyyəti ilə əlaqədar obyektiv olaraq özünü müdafiə edə bilməyəcək vəziyyətdə olmasına əsas verir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər işin halları ilə öz təsdiqini tapmır. Belə ki, Məhkum verdiyi ifadə özünümüdafiə xarakterli olmaqla onun məsuliyyətdən yayınmağa və ya vəziyyətini yüngülləşdirməyə cəhdidir. Məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs onun əllərini tutaraq, onu boğmağa çalışması səbəbindən Tahirə çoxsaylı bıçaq xəsarətləri yetirməsi barədə dedikləri inandırıcı deyil. Belə ki, Məhkum Zərərçəkmiş şəxs yaşca kiçik olmaqla yanaşı və fiziki cəhətdən daha cüssəli olmuş, həmçinin cinayət işi üzrə şahidlərin ifadələrinə əsasən Zərərçəkmiş şəxs sakit biri olmaqla, heç kəslə mübahisələrinin şahidi olmadıqları barədə məzmunlu ifadələr, bundan başqa Məhkum onun barəsində həbs qətimkan tədbiri seçilərkən, əməlindən peşman olması, hadisəni törədən zaman içkili olması barədə bildirdikləri onun məhkəmədə verdiyi ifadəsinə şübhə ilə yanaşılmasına əsas olmuşdur. Təqsirləndirilən şəxs Məhkum ifadəsində zərərçəkmiş şəxsin qarşılıqlı dalaşma zamanı onun əlini dişləməsi barədə ifadə versə də, Məhkum barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının 20 iyul 2024-cü il tarixli rəyində onun əlləri üzərində hər hansı dişləməyə xarakterik zədə aşkar edilməsi qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2012-ci il tarixli 3 saylı Qərarının 13-cü bəndinə əsasən CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Göründüyü kimi, məhkəmənin təqsirləndirilən şəxsin əməlini tövsif edərkən əsaslandığı sübutlar qeyri-mötəbər olmuş və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri qərarda göstərilməmişdir. Lakin məhkəmə kollegiyası qeyd edilən ha lları nəzərə almayaraq, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, ittihamı təsdiq edən sübutların qəbul edilməməsi səbəblərini göstərməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, mövcud sübutların düzgün təhlili üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, törətdiyi əməldən səmimi peşmandır. Hadisə zərərçəkmiş şəxsin Azərbaycan Respublikası Bayrağını təhqir etməsi səbəbindən baş vermişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi şikayətçi deyil. Hazırki cinayəti zərərçəkmişi öldürmək məqsədi ilə törətməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi mövcud olduğu halda, onun əməlinin həmin Məcəllənin 120.1-ci maddəsi ilə tövsif edilməsi qanunsuz və əsassızdır. Kassasiya şikayətinin başlıca dəlili isə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə ona təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının həddən artıq ağır olması və bu səbəbdən cəza nın 1 il azaldılmasının zəruri hesab edilməsidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini yoxlayaraq hesab edir ki, həmin dəlillər əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyə n edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiyasına əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayəti hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi qəsdən adam öldürmənin ağırlaşdırıcı halı kimi zərərçəkmiş şəxsin təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olması halını nəzərdə tutur. Bu maddənin tətbiqi üçün zərərçəkmişin hadisə zamanı özünü müdafiə etmək və ya təhlükədən yayınmaq imkanından obyektiv olaraq məhrum olması, habelə təqsirkarın bu halı dərk edərək ondan istifadə etməsi zəruridir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etmək lə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 13cü bəndində izah olunmuşdur ki, CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Qeyd olunan Plenum qərarından da göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-in 120.2.9-cu maddəsi ilə tövsif edil məsi üçün iki şərt mövcud olmalıdır: 1) zərərçəkmiş şəxs fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmamalı 2) təqsirkar zərər çəkmiş şəxsin müqavimət göstərmək imkanına malik olmamasını dərk etməlidir. Yəni, zərərçəkmiş şəxsin təqsirkara müqavimət göstərmək imkanına malik olduğu hallarda və ya təqsirkarın zərər çəkmiş şəxsin müqavimət göstərmək imkanına malik olmamasını dərk etmədiyi hallarda əməlin CM-in 120.2.9-cu maddəsi ilə tövsifi istisna edilir. Hazırkı cinayət işi üzrə istintaq orqanı zərərçəkmiş şəxsin qoca olmasına görə fiziki vəziyyəti ilə əlaqədar müqavimət göstərmək imkanını qismən itirməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı aşkar surətdə köməksiz vəziyyətdə olan adam öldürmə cinayətinin törədilməsinə dair ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi də irəli sürülmüş ittihamla razılaşaraq zərərçəkmiş şəxsin yaşca təqsirləndirilən şəxsdən böyük olmasını, fiziki cəhətdən təqsirləndirilən şəxsdən zəif olmasını əsas götürərək Məhkum qarşı irəli sürülən ittiham üzrə təqsirliliyinin sübuta yetirilməsi qənaətinə gəlib onu CM-in 120.2.9-cu maddəsi ilə təqsirli bilmişdir. Cinayət işinin materiallarından isə görünür ki, hadisə zamanı zərərçəkmiş şəxs köməksiz vəziyyətdə olmamış, onun davranışı aktiv xarakter daşımışdır. İş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olmasını, eləcə də Məhkum bu haldan istifadə etməklə cinayət törətməsini təsdiq etmir. Həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən şəxsin və şahid lərin ifadələrindən, eləcə də işin digər materiallarından təqsirləndirilən şəxsin onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməsinə dair əlamətləri müəyyən etmək mümkün deyildir. Əksinə iş materiallarından görünür ki, Məhkumlə zərərçəkmiş şəxs arasında qarşılıqlı mübahisə olmuş, mübahisə zamanı təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə bıçaqla xəsarətlər yetirərək onu öldürmüşdür. Belə ki, ittihamın məzmunundan, eləcə də məhkum edilmiş şəxsin və şahidlərin ifadələrindən müəyyən olunur ki, Məhkum 2024-cü ilin iyul ayının əvvəllərindən zərər çəkmiş şəxsə məxsus evdə kirayədə yaşayarkən onun tərəfindən təmizlik işlərinin yaxşı görülməməsi ilə əlaqədar ev sahibi zərər çəkmiş şəxs mütəmadi ona iradlar bildirmiş, təhqir etmiş, hadisə günü hətta paltarların çirkli olmasına görə on un qarın nahiyəsindən dizi ilə vurub təhqir etmiş, bu səbəbdən həmin ünvanda aralarında mübahisə baş vermişdir. Göründüyü kimi, zərər çəkmiş şəxs 75 yaşında olsa da, hadisə günü təqsirləndirilən şəxsi iradlar bildirib təhqir etməsi ilə yanaşı, dizi ilə onun qarın nahiyəsinə zərbə də vurmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin 75 yaşında olmaqla təqsirləndirilən şəxsdən yaşca böyük olması, habelə fiziki cəhətdən ondan zəif olması özlüyündə onun köməksiz vəziyyətdə olmasını ifadə etmir. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin mövcudluğu üçün zərərçəkmiş şəxsin yaşla əlaqədar elə fizioloji vəziyyətdə olması tələb olunur ki, bu hal obyektiv olaraq onun özünü müdafiə etmək və ya müqavi mət göstərmək qabiliyyətini faktiki olaraq istisna etsin. Lakin nə ibtidai istintaq zamanı, nə də birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə müqavimət göstərmək imkanından məhrum olması barədə iş materiallarına hər hansı mötəbər sübut əlavə edilməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edərək onu qəsdən öldürməsi faktı da sübutlarla təsdiq olunmamışdır. Belə olan halda, zərərçəkmiş şəxsin yalnız yaşının çox olması və fiziki baxımdan zəifliyi əsasında onun köməksiz vəziyyətdə hesab edilməsi və bu halın CM-in 120.2.9-cu maddəsi üzrə tövsifedici əlamət kimi qiymətləndirilməsi qanunun tələblərinə uyğun deyil və işin faktiki halları ilə uzlaşmır. Apellyasiya instansiyası məhkəməsinin məhkumun əməlinin CM-in 1 20.1-ci maddəsi ilə tövsif edilməsi barədə gəldikləri nəticə əsaslıdır və qanunamüvafiq hesab edilməlidir. Apellyasiya instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara istinadən öz mövqeyi kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi barədə gəldiyi nəticə əsaslıdır və sübutların məcmusuna tam uyğun gəlir. Bu səbəbdən kassasiya protestinin göstərilən dəlilləri məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. Məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin cəzanın ağır olması ilə bağlı dəlillərini araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlük əlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cinayətin törədilmə şəraiti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda cəzanın məqsədi yalnız cəzalandırma deyil, həm də təqsirkarın islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum qəsdən adam öldürmə kimi xüsusilə ağır cinayət törətmişdir. Həmin cinayət insanın yaşamaq hüququna qarşı yönəlmiş olmaqla, yüksək ictimai təhlükəlilik dərəcəsinə malikdir. Apellyasiya instansiyası məhkəməsi cinayətin törədilmə üsulunu, nəticələrini və işin digər faktiki hallarını, məhkumun şəxsiyyətini, iş üzrə yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, Məhkum CM-in 120.1-ci maddəsinin sanksiyası həddində 12 il müddətinə azadlıq dan məhrumetmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin ağırlığı və ictimai təhlükəlilik dərəcəsi ilə müqayisədə ədalətli və mütənasibdir, cəzanın yüngülləşdirilməsini zəruri edən yeni və ya nəzərə alınmamış hallar kassasiya instansiyasında müəyyən edilməmişdir. Kassasiya şikayətində cəzanın 1 il azaldılması barədə gətirilmiş dəlillər isə subyektiv xarakter daşıyır və cəzanın dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Beləliklə, Məhkum CM-in 120.1-ci maddəsi ilə təyin edilmiş 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasının ağır hesab edilməsi barədə kassasiya şikayətinin dəlilləri məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yax ud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin protest və şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2025-ci il tarixli 1(103)-1234/2025 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 11 iyun 2025-ci il tarixli 1(103)-1234/2025 nömrəli Məhkum haqqındakı qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar