Məhkəmə qərarları › İş №1(102)-2579/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2579/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2579/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkum Səfərov Şamo Namiq oğlunun müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlunun iştirakları ilə, xx xxxxxxxx il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünva n 1 ünvanında qeydiyyatda olan, ünvan 2 -də yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103)-745/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(101)-289/2023 nömrəli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və L.S.ƏsgərovaMəmmədova) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü mad dəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməkməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli 13 may 2022-ci ildən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), Q.X.Babayev və A.V.Tanrıverdiyev ) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayət Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bili nib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi kassasiya şikayəti, dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni xalis çəkisi 5,717 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində Buzovna-Mərdəkan yoluna daşımış, 13 may 2022- ci ildə gecə saat 04:30 radələrində Bakı şəhəri Xəzər rayon polis idarəsinin PPXB-nin polis nəfərləri tərəfindən Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Mərdəkan yolunda saxlanılaraq, həmin rayon polis idarəsinin 2-ci polis şöbəsinin inzibati binasına aparılmış və həmin tarixdə saat 06:40 radələrində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 5,717 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticə yə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edibqiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhk um cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə dəyişmişdir. Məhkəmənin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini, sonuncundan aşkar edilmiş psixotrop maddə metamfetaminin məhz satış məqsədi ilə əldə edilməsini kassasiya protestinin müəllifi şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, ibtidai araşdırma zamanı əldə edilmiş ekspertiza rəyilə və təqsirli şəxsdən aşkar edilmiş psixotrop maddənin miqdarı ilə əlaqələndirir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlu kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayətprosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq külli miqdarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqda və daşımaqda – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi iddia edir ki, Məhkum polis əməkdaşları tərəfindən saxlanıldıqda ona təzyiq göstərilmiş, bunun təsiri ilə sonuncu məhkəməyədək icraat zamanı üzərindən p sixotrop maddə metamfetaminin aşkar edilməsi və qeyd olunan maddənin ona məxsus olmaması barədə Məhkumdan etirafedici izahat və ifadələr alınmışdır. Həmçinin müdafiəçi kassasiya şikayətində bildirir ki, CM-nin yeni 234.1-1-ci maddəsi xx.xx.2022-ci il tarixində qüvvəyə minmişdir. Nəticə etibarı ilə məhkəmə Məhkum əməlini tövsif edərkən, onun əməlin baş verdiyi gün hüquqi qüvvəsi olmayan maddi normanı tətbiq etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum əməlində cinayət tərkibi olmadığından, həmin bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzr ə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayətinin tərkibi olduğu halda, əsassız olaraq onun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edildiyini iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Məhkum müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlu kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum satış məqsədi olmadan külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edib, daşımaqda və saxlamaqda - Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyini, həmçinin cinayət hüquq normasının düzgün tətbiq edilmədiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini tələb edən əsaslar kimi Azə rbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.11, 416.1.15, 416.1.21 maddələrinə istinad etmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) tö rədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib ə lamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə b ir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avrop a Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəməsi) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri o vaxt qəbul edilən hesab oluna bilər ki, verilmiş şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası müdafiə (Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 234.1-1-ci maddəsi ilə bəraətin verilməs i ilə bağlı) və ittiham (Məhkum əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayətinin tərkibi olduğu halda, əsassız olaraq onun əməlinin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi ilə bağlı) tərəfinin kassasiya müraciətlərində istinad etmiş olduqları dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar bütövlükdə apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq ətraflı əsaslandırma verilməklə artıq cavablandırılmış və Məhkum kassasiya müraciətlərində göstərilənlərin əksinə olaraq, onun apellyasiya instansiyası məhkəməsinin qərarı ilə təqsirli hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində satış məqsədi olmada n qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması apellyasiya məhkəməsi tərəfindən tədqiq və təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Həqiqətən də, kassasiya müraciətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istif adə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Sübutlar məhkəmə tərəfindən ətraflı təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası nə sübutların yenidən təsvir və şərh edilməsini zəruri sayır, nə də ki, işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normalarının tətbiqi, Məhkum əmə lində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin yekun nəticəsini şübhə altına almaq üçün əsas görmür. Təsvir edilənlərdən görünür ki, Məhkum əməlində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddənin əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya müraciətləri ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Bununla yan aşı məhkəmə kollegiyası müdafiə tərəfinin Məhkum psixotrop maddəni satış məqsədi olmadan əldə edərək saxlaması və daşıması müəyyən edildiyi halda belə onun əməlinin CM-nin 234.1-1-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı kassasiya şikayətini dəlilləri ilə razılaşır, həmin iddialara münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, həqiqətən, kassasiya şikayətində istinad olunduğu kimi, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanunu ilə CM-nə 234.1-1-ci maddə əlavə edilmiş və həmin maddədə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələ ri və ya psixotrop maddələri külli miqdarda əldə etməyə, saxlamağa, hazırlamaya, emal etməyə və daşımaya görə cinayət məsuliyyəti və bu əməli törətmiş şəxsin üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılması müəyyən edilmişdir. Göstərilən Qanunun 26 aprel 2022-ci il tarixdə qəbul edilməsi, Məhkum apelyasiya instansiyası məhkəməsinin təqsirli bilindiyi əməli 13 may 2022-ci ildə tarixdə törətməsi, digər tərəfdən onun qanunsuz olaraq əldə edərək saxladığı psixotrop maddənin külli miqdarlarda olması - Məhkum əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətinin tərkibinin olması kimi yanlış təəssürat yaradır. Lakin Azərbaycan Respublikasının Qanunlarının və digər normativ hüquqi aktların qəbul edilməsi və qüvvəyə minməsi ilə bağlı rəsmi mənbəl ərə müraciət edilməsi nəticəsində müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516VİQD nömrəli Qanun yalnız 20 may 2022-ci il tarixdə rəsmi olaraq “Azərbaycan” qəzetində dərc edilmiş və məhz həmin tarixdə də qüvvəyə minmişdir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli 21-İVKQ nömrəli Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərə kətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.4-cü maddəsinə əsasən isə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Göründüyü kimi Məhkum ittiham edildiyi əməli 13 may 2022-ci tarixində törətdiyi, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Qanun 20 may 2022- ci il tarixdə qüvvəyə mindiyi halda apellyasiya məhkəməsi CM-nin 10-cu maddəsinə zidd, əsasız olaraq Məhkum törədiyi zaman qüvvədə olmayan CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək cəzalandırmışdır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə, maddi hüquq normalarına yuxarıda göstərilən şəkildə verdiyi təfsirə və araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum təqsirli bilindiyi cinayət əməli CM-nin 234.1-1ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir. Odur ki, şərh edilən hissədə müdafiəçinin kassasiya şikayəti əsaslı müraciət kimi qiymətləndirilməli, apellyasiya məhkəməsinin Məhkum əməlin hüquqi tövsifində, həmçinin ona həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin etməklə səhvə, yəni Cinayət-Pros essual Məcəllənin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verdiyindən, mübahisələndirilən qərar dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi cinayət əməlinin bu şəkildə yüngülləşdirilməsi ona təyin olunmuş cəzada da özünü göstərməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran, cəzanın müəyyən edilməsinə təsir göstərən digər hallar (CM-nin 8, 41, 58 maddələri) nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin, kassasiya protestinin rədd edilməsinə dair məhkumun müdafiəçisinin, habelə kassasiya protestinin təmin kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməklə Məhkum CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin maddədən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı X6 tərəfindən veri lmiş kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 iyun 2023-cü il tarixli, 1(103)-745/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası maddəsindən 234.1-ci maddəsinə tövsif edilsin. Cinayət Məcəlləsinin 234.1-1-ci Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar