Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2579/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 31 iyul 2025-ci il tarixli 1(103)1180/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən və məruzəçi), Rasim Sadıxov və Leyla Əsgərova-Məmmədova) 09 aprel 2025-ci il tarixli, 1(101)-229/2025 nömrəli hökmü ilə xx xxxxx 1987-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum naməlum vaxtda Sabirabad rayonu ərazisində naməlum mənbədən satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 31,461 qram narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 3000 qram narkotik vasitə tiryək və külli miqdarda ümumi təmiz çəkisi 882,41 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq həmin narkotik vasitələrin bir hissəsini üzərində, bir hissəsini isə həmin evdə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 18 noyabr 2023-ci il tarixdə saat 14:00 radələrində Azərbaycan Respubl ikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş və xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 31,461 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd sellofan bükümdə 36,31 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Azərbaycan Respublikası DİN-in B aş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 18 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində onun yaşadığı ünvan 5 ünvanına onun iştirakı ilə keçirilmiş baxış zamanı mənzilin yataq otağından bir ədəd sellofan bağlamanın içərisində olan külli miqdarda 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 48,17 qram, 47,93 qram, 200 qram və 550 qram olmaqla ümumi təmiz çəkisi 846,1 qram olan xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan bitki mənşəli kütlələr tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd sellofan bağlamanın içərisində olan külli miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 2000 qram, ümumi təmiz çəkisi 3000 qram olan tünd qəhvəyi rəngli maddə kütləvi kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, üzərində tiryək izləri olan bir ədəd ağ rəngli elektron tərəzi və üzərində heroin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Mehriban Qarayeva və Zəfər Əhmədov) 31 iyul 2025-ci il tarixli 1(103)-1180/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 1(101)-229/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2025-ci il tarixli 1(103)-1180/2025 nömrəli qərarının ləğv edilməsini və məhkumun əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməklə barəsində daha ədalətli və yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması ilə bağlı heç bir sübut olmadığı halda ona, əsassız və qanunsuz olaraq CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilm əsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədil ə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, qeyd edilən vasitələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkum üzərindən və evindən qeyd olunan narkotik maddələrin aşkar edilərək götürülməsi özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq zamanı Məhkum özünün, eyni zamanda əməliyyatçıların da ifadələrində onun narkotik vasitənin satış ilə məşğul olması öz təsdiqini tapmamışdır. Eyni zamanda sonradan da hər hansı belə sübut mövcud deyildir. Bununla bağlı artıq formalaşdırılmış vahid məhkəmə təcrübəsi də özlüyündə yalnız narkotik vasitə və psixotrop maddələrin miqdarı ilə kifayətlənməməyi, bunun üçün digərsübutların da tələb olunmalı olduğunu ehtiva edir. Kassator hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Müdafiəçinin fikrincə məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə cinayət məsul iyyəti narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, hazırlanması, daşınması və ya göndərilməsinin külli miqdarda olmaqla satış məqsədi ilə törədildiyi hallarda, habelə külli miqdarda narkotik vasitələrin satılması zamanı yaranır. Deməli, “külli miqdar” və “satış” və ya “satış məqsədi” bu maddə üzrə cinayət tərkibinin zəruri əlamətləri kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlar əsasında müəyyən edilir. Birinci və apellyasiya instansiyası məhkəmələri ittiham tərəfi tərəfindən təqdim edilmiş sübutları – məhkumun ibtidai istintaq zamanı v erdiyi etirafedici ifadəni, şahidlərin ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və cinayət işinin digər materiallarını hərtərəfli tədqiq edərək onlara hüquqi qiymət vermiş və bu sübutların məcmusuna əsasən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinin sübuta yetirildiyi qənaətinə gəlmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, həmin sübutların məcmusu məhkumun CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum külli miqdarda 31,461 qram heroin, 3000 qram olan tiryək və 882,41 qram olan qurudulmuş marixuana nı qanunsuz olaraq əldə etmiş, onları yaşadığı ünvan 1 ünvanına daşımış və narkotik vasitələrin bir hissəsini üzərində, bir hissəsini isə həmin mənzildə saxlamışdır. Bundan əlavə, məhkumun yaşadığı evdə heroin və tiryək izləri olan iki ədəd elektron tərəzinin aşkar edilməsi iş üzrə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində izah edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətinin müəyyən edilməsi zamanı narkotik vasitələrin miqdarı ilə yanaşı, digər sübutlar, o cümlədən narkotik vasitələrin çəkilib paylanması, bu məqsədlə istifadə olunan avadanlığın olması və işin digər faktiki halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu Plenum Qərarının tövsiyələrini nəzərə alaraq cinayət işi üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət vermiş və əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum üzərində və yaşadığı evdə külli miqdarda müxtəlif növ narkotik vasitələrinin, habelə narkotik maddələrin izləri olan elektron tərəzilərin aşkar edilməsi həmin narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edildiyini və saxlanıldığını təsdiq edir. Bu baxımdan, Məhkum ona istinad edilən Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət in tərkibini yaratdığından, həmin əməlin bu maddə ilə tövsif edilməsi məhkəmə kollegiyası tərəfindən düzgün hesab edilir. Kassasiya şikayətinin məhkumun əməlinin hüquqi tövsifi ilə bağlı dəlilləri əsassızdır. Belə ki, Məhkum narkotik vasitələri satış məqsədi ilə deyil, guya şəxsi istehlakı üçün əldə etməsi barədə iddiaları iş materiallarında olan sübutlarla tam təkzib olunur və ona verilmiş ittihamın düzgünlüyü məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qa ydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş mate riallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2025-ci il tarixli 1(103)-1180/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2025-ci il tarixli 1(103)-1180/2025 nömrəli qərarı
Məhkəmə qərarları › İş №1(102)-2579/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2579/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver