Məhkəmə qərarları › İş №1(102)-258/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-258/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-258/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum və Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim İ.T.Həsənov) Məhkum (xx xxxx 1959-cu ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, hökmün icrasının X80nə tapşırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.N.Bayramov, hakimlər Ə.İ.Qasımov və N.E.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum kass asiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 20 iyun 2019-cu il tarixdə saat 18.00 radələrində ünvan 2 ünvanında qohumu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində sonuncunun çiyin, boyun və sinə nahiyəsinə bir neçə dəfə əlləri ilə vurmaqla Zərərçəkmiş şəxs sol bazu-çiyin oynağının yumşaq toxumalarının cuzi hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi, boyunun, döş qəfəsinin sınıqları və sol sağrının qançırı ilə nəticələnən dərəcisnə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yün gül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən 61 yaşının olması, gözlərinin yaxşı görməməsi, əmək qabiliyyətinin zəifliyi, himayəsində ürək çatışmazlığından əziyyət çəkən yaşlı xəstə həyat yoldaşının olması, özünün və həyat yoldaşının heç bir yerdə işləməməsi, pensiya və müavinat almamaları, başqa gəlir mənbələrinin olmaması nəzərə alınmamış, həmin müstəsna halların onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə əsas verməsinə baxmayaraq, o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 1000 manat miqarında ödəmək iqtıdarında olmadığı həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Məhkum kassasiy a şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cərimə cəzasının miqdarının Cinayət Məcəlləsinin 62ci maddəsinin qaydaları əsasında azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlil lərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələrində cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya m əruz qaldığını iddia etməklə faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona təyin olunmuş cərimə cəzasının miqdarının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azaıldılması haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələr i olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci ma ddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül c əzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinin nəzərdə tutduğu - CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dər əcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edi lməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edil ir. Belə ki, Məhkum ona təyin olunmuş cəzanın həddindən artıq ağır olması haqqında iddianı və birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cərimə cəzasının yüngülləşdirilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Qaradağ Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təyin olunmuş 1000 manat miqdarında cərimə cəzasını dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında beş növ cəzalar sırasında ən yüngül cəza qismində nəzərdə t utulmuş cərimə cəzasının ən aşağı həddində (min manat miqdarında) cəza təyin etməklə baxılan işdə Məhkum cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı cəzasını yüngülləşdirən hallar kimi əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər halları, o cümlədən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini tarazlaşdırılmış şəkildə nəzərə almış, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şika yətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müyyən edilmiş işin hallarını (eləcə də kassasiya şikayətində göstərilən digər halları) Məhkum cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydalarına müvafiq olaraq yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci m addəsində təsbit olunmuş pozuntuya yol vermədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının Məhkum barəsində olan 22 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar