Məhkəmə qərarları › İş №1(102)-258/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-258/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-258/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.4-1, 144-1.2.5 və 1443.4-cü maddələri ilə təqsirli bilinib məhk um olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 mart 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 19 sentyabr 2022-ci il tarixli hökmü ilə xx xxx 1994-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda qeydiyyatda olan X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.4-1, 144-1.2.5 və 1443.4-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasını n Cinayət Məcəlləsinin 1441.2.4-1 və 144-1.2.5-ci maddələri ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Barəsində ibtidai istintaq zamanı seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökm ün icrasının yaşadığı və qeydiyyatda olduğu yer üzrə Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, üzərinə yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrinin qoyulması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da məhkum olunmuşlar. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 7 mart 2023-cü il tarixli qərarı ilə Təqsirl əndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1441.2.1, 144-1.2.2, 144-1.2.4-1, 1441.2.5 və 144-3.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 1441.2.4-1 və 144-1.2.5-ci maddələri ilə, X3 Cinayət Məcəlləsinin 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələri ilə məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(100)-13/2022 saylı hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X15 tərəfindən verilmiş apellyasiya protesti isə qismən təmin edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(100)-13/20 22 nömrəli hökmü apellyasiya protestinə əsasən X4 cəza təyini hissəsində dəyişdirilmişdir. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.4-1, 144-1.2.5cü maddələri ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 144-3.4-cü maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 1(100)-13/2022 nömrəli hökmü apellyasiya şikayətlərinə və protestinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin hal ları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X8 tamah niyyəti ilə qadını hədəqorxu məcbur etmə vasitəsindən istifadə etmək yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə bacıları X5 və Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2017-ci ilin yanvar ayının sonlarında Gəncə şəhəri, Kəpəz rayonu ərazisində ünvanı istintaqla araşdırılan kirayə götürdüyü mənzildə Zərərçəkmiş şəxs1 onun 16 dekabr 2016cı il tarixdən 6 yanvar 2017-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Bursa şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və t anışları arasında yayıb onu rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra qrupun digər üzvü Rəşad Qəhrəmanovla birlikdə bütün yol xərclərini ödəyərək onu 30 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Bursa şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla Təqsirləndirilən şəxs1 və Yeganə Qəhrəmanova ilə birlikdə 1 fevral 2017-ci il tarixdən 27 aprel 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmay an müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, məhkəmə istintaqı nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə də öz təsdiqini tapan hallar Rəşad Qəhrəmanov tərəfindən törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edərək onun barəsində CM-in 62-ci maddəsinin tətbiqini deyil, məhz CM-in təqsirli bilindiyi 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrinin sanksiyası həddində və cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə bunun əksinə olaraq təqsirləndirilən şəxsə azadlı ğın məhdudlaşdırlması cəzası təyin etməyi məqsədəuyğun hesab etmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətlərin biri ağır, biri az ağır, cinayətlər kateqoriyasına aid olmaqla qeyd edilən əməllər subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyini artıran amillər ağırlaşdırıcı hallarla, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və insan alveri qurbanının Azərbaycan Respublikasının dövlət sərhəddindən keçirilməklə insan alveri cinayətinin törədilməsi, həmin əməlin törədilməsi məqsədi ilə digər cinayət əməlinin törədilməsi, törədilən əməllərin bir-birini tamamlaması və bir-biri ilə sıx bağlı olmasıdır. Məhkəmə təqsirləndirilən şəxs Rəşad Qəhrəmanovun barəsində CM-in 62-ci maddəsini tətbiq edərkən sonuncu nun Zərərçəkmiş şəxs1 ilə barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını, özünün ikinci qrup əlil olmasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Sadalananlara rəğmən təqsirləndirilən Rəşad Qəhrəmanovun təqsili bilindiyi 1441.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri üzrə CM-in 62-ci maddəsinin tətbiq edilməsi həmin maddənin müstəsna əhəmiyyətinin itirilməsinə səbəb olmuşdur. Məhkəmə təqsirləndirlən şəx tərəfindən törədilən əməlinin xarakterini, ictimai təhlükəliliyini, onun şəxsiyyətini, cəza təyini ilə bağlı qeyd olunan mühüm amilləri, bu sahədə olan məhkəmə təcrübəsini nəinki nəzərə almamış, hətta ona zidd qərar qəbul etməklə yanlış nəticəyə gəlmiş, onun CM-in təqsili bilindiyi 144-1.2.4-1, 144-1 2 5 və 144-3.4-cü maddələri üzrə CM-in 62-ci maddəsinin tətbiq edib ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmayan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Bundan başqa məhkəmə tərəfindən cəza təyini zamanı müstəsna halların, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların nədən ibarət olması hökmdə izah edilməmişdir. Kassasiya protestində X3 Azərbaycan Respublikası CM-in 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 mart 2023-cü il tarixli qərarını ləğv e dərək işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və ap ellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş X4 təyin olunmuş cəzanı mübahisələndirməklə faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kim i Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Dövlət ittihamçısının kassasiya protestinin dəlillərinə cavab verən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin müraciətin məzmununa görə, məhkum X3 CMin təqsrli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsi və bu əməlin hüquqi tövsifi mübahisələndirilmir və məhkəmələr tərəfindən sonuncunun barəsində cəza təyininə mün asibətdə qanunsuz və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsi iddia edilir. Ona görə də məhkəmə kollegiyası məhkum edilmiş şəxs məhkum X3 təqsirliliyi, əməlinin hüququ tövsifi və bu kimi digər məsələlərlə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir, eyni zamanda vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı və cəzanın məqsədlərinə xidmət etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayəthüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınma sının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirər kən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən e dilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cə zanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırl aşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi Rəşad Qəhrəmanovun Zərərçəkmiş şəxs1 ilə barışmasını, ondan heç b ir şikayət və tələbinin olmamasını, özünün ikinci qrup əlil olmasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda bu halların məcmusunu müstəsna hallar kimi nəzərdən keçirmişdir. Digər təqsirləndirilən şəxslərin, o cümlədən cinayət əməlinin hər üç epizodunda iştirak etmiş, bu cinayətlərdə iştirak dərəcəsi və rolu daha çox olmuş və zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməmiş Təqsirləndirilən şəxs1 barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini ittiham tərəfi birinci instansiya məhkəməsindəki çıxışında təklif etmiş, pro testdə bunu mübahisələndirməmiş, lakin yalnız cinayətin bir epizodunda iştirak etmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmiş, İİ dərəcə əlil olan Rəşad Qəhrəmanovun barəsində CM-in 62-ci maddəsinin tətbiqini mübahisələndirmişdir. Belə olan halda, qeyd olunan xüsusatlara əsasən Rəşad Qəhrəmanovun barəsində CM-in 62-ci maddəsinin tətbiqinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi faktiki halları düzgün qiymətləndirmiş, bu hallara Cinayət Qanunvericiliyinin müddəalarını düzgün tətbiq etmişdir. Apellyasiya məhkəməsi Rəşad Qəhrəmanovun barəsində olan yüngülləşdirici halları nəzərə alaraq barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ona CM-in təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yü ngül cəza- azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı hesab etsə də, cəzanın həddi ilə razılaşmamış, bu əsasla təyin edilmiş cəzanın həddini artırmışdır. Kassasiya məhkəmə kollegiyası Rəşad Qəhrəmanova təyin edilmiş cəzaya dair aşağıdakılari qeyd etməyi zəruri hesab edir: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bil ər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Bu normaların tələbləri məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, iş üzrə sübutlar əsasında müəyyən edilmiş hallar onların heç də müstəsna hallar kimi qiymətləndirilməsi, yəni R.Qəhrəmanov barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsinin düzgün olması barədə fikir yürütmək üçün kifayət etmir. Əvvəla, cinayət işinin materialları ilə R.Qəhrəmanovun ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətdikdən sonra könüllü gəlib təqsirli boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi müəyyən olunmur və belə olduqda onun təqsirli bilindiyi cinayəti törətdikdən sonra həmin cinayətin ictimai təhlükəliliyini azaldan hər hansı müsbət davranışından söhbət gedə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hal lar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62-ci maddəsinə əsasən cəzanın tətbiq edilməsi zəru riliyinə əsaslanaraq cəzanı yüngülləşdirən halların mövcudluğundan deyil, onların müstəsna xarakterə malik olmasından çıxış edilməli, yəni həmin halların müstəsnalığı və bununla bağlı CM-in 62-ci maddəsinin tətbiqinin səbəbləri lazımınca əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin mövqeyinə əsasən X4 münasibətdə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığını, cinayətdə onun rolunu, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan digər müstəsna hallar nəzərə alınaraq onun cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkündür. Buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, CM-in 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza növünün, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Lakin məhkəmələr CM-in 62-ci maddəsinin müddəalarına və hazırki qərarda həmin maddənin tətbiq edilməsi əsaslarına dair verilmiş təfsirə, digər tərəfdən isə prosessual hüquq normalarının da tələblərinə tam əməl eməyərək, qanuna müvafiq qaydada lazımi əsaslandırma aparmadan R.Qəhrəmanovun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ona CM-in təqsirli bil indiyi maddələrinin sanksiyasında nəzərdə tutulmayan daha yüngül cəza növünün-azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini mümkün hesab etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr CM-in 62-ci maddəsini tətbiq edərkən X3 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışmasını, ondan heç bir şikayət və tələbin olmamasını, özünün ikinci qrup əlil olmasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halın olmamasını, şəxsiyyətini ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdikləri cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolu nu nəzərə alaraq cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası məhkum X4 CM-in 62-ci maddəsini tətbiq edərək CM-in təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmayan yüngül cəza növünün təyin edilməsi ilə razılaşmayan kassasiya protestinin dəlillərini əsaslı sayaraq hesab edir ki, məhkəmələr məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hal və yaxud bu cür halların məcmusunu qeyd etsə də, həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməmiş, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığın ı, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu, ümumiyyətlə təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışlar. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya protestinin məhkum X8 barədə cəza tətbiqi ilə əlaqədar (Cinayət Məc əlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulmayan daha yüngül cəza növünün təyin edilməsi) dəlilləri ilə razılaşır və hesab edir ki, yuxarıda şərh olunanlara əsasən aşağı instansiya məhkəmələrinin məhkum X4 cəza təyininə dair mövqeyi əsanlandırılmış, inandırıcı qənaət hesab edilə bilməz. Qeyd edilənlərə, həmçinin X8 tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna halların nədən ibarət olmasının aydın olmamasına münasibət bildirərək, məhkəmə kollegiyası CPM-nin 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən edir, bu pozuntunu həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi görür və buna görə də kassasiya protestinin dəlilləri ilə razılaşaraq həmin müraciətin təmin edilməsini mümkün bilir. K assasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 426.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən, kassasiya protestini dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 mart 2023-cü il tarixli qərarı qismən, yəni məhkum X4 aid hissədə ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 mart 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə qismən, X4 aid hissədə ləğv edilsin, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar