Məhkəmə qərarları › İş №1(102)-2580/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2580/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2580/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında y aşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1(103)-782/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Sadıqov Elçin Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(101)-89/2024 nömrəli hökmü ilə (hakimlər A.H.Tağıyev (sədrlik edən), E.A.Nuriyev və K.N.Muxtarov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejim li cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Sadıqov Elçin Əli oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarı ilə, (hakimlər: H.H.Əhmədov (sədrlik edən), Ə.Q.Ələkbərov və Z.N.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarından müdafiəçi Sadıqov Elçin Əli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı t ərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 10,830 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə, saat 14:05 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə Sabunçu RPİnin 14-cü PB-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yol kənarında saxlanılaraq Sabunçu RPİ-nin 14-ci PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən bir bükümdə ağ kağıza bükülmüş külli miqdarda olan ümumi təmiz çəkisi 10.830 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bakı Ağır Cinayə tlər Məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Sadıqov Elçin Əli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyədək və məhkəmə icraatları Məhkum İnsan Hüquqlarının və X5 haqqında Konvensiya ilə təminat verilən hüquqlarının, o cümlədən azadlıq, müdafiə, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması ilə aparılmış, məhkəmələr tərəfindən cinayət mühakimə icraatının prinsipləri, sübutlar və sübutetməyə dair cin ayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə hər hansı bir cinayətə görə təqsirli bilinməsi üçün əsaslar, o cümlədən polis orqanının ondan götürülmüş narkotik vasitə kimi rəsmiləşdirdiyi narkotik vasitəyə aidiyyətı olmadığı, həmin narkotik vasitənin onun tərəfindən əldə edilib, üzərində saxlanılması sübuta yetirilmədiyi halda Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair əsassız və qanunsuz ittiham hökmü çıxarılmış, apellyasiya məhkəməsi də müdafiə tərəfinin dəlillərini və sübutlarını araşdırmadan, onlara hüquqi qiymət vermədən qeyd olunan nəticələrlə razılaşmış, bununla da birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarlamışdır. Müdafiəçi iddia edir ki, məhkəmə qərarlarında göstərilən qanunsuz maddəyə Məhkum aidiyyəti olmamış, sənəd lər polis əməkdaşları tərəfindən saxtalaşdırılmış, Məhkum fiziki və psixi təsirə məruz qalmış və sonuncu siyası fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini, habelə Məhkum İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 3, 5, 6, 8, 10, 14, 18-ci maddələrində göstərilən hüquqlarının pozuntularının tanınmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Üm umi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali M əhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Sadıqov Elçin Əli oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, m üəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçi Sadıqov Elçin Əli oğlunun kassasiya şikayətindən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyinin lazımınca sübuta yetirilməməsi barədə iddia ilə çıxış edərək, Məhkum barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə tələb irəli sürmüşdür. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməs ində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər onun tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş (cinayət təqibini istisna edən halların olmasına baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddia) və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halları n, yəni cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətinin Məhkum məhkəməyədək istintaq dövründə işgəncə, təzyiq və hər hansı digər qanunsuz rəftara məruz qalması haqda iddiaları ilə bağlı məhkəmə kollegiyası “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 25-ci bəndinə əsaslanaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qə rarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Milli qanunvericilik və məhkəmə praktikası ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № 34445/04, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il). Hazırki halda cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı dövründə müdafiə tərəfi məhkum edilmiş şəxsin təzyiq altında ifadə verməsinin sübutu olaraq Azərbaycan Respublikası Bakı İstintaq Təcridxanasının məl umatına, həmçinin 1074 saylı ekspert rəyinə istinad etmişdir. Adı çəkilən rəyə əsasən Məhkum alın, təpə, boyun və hər iki baldır nahiyələrinin əzilmiş yaralar, burun nahiyəsinin qançırı müəyyən edilmişdir. Müdafiə tərəfinin qaldırdığı məsələ ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, ibtidai istintaq dövründə Məhkum istintaq təcridxanasına qəbul edilərkən üzərində olan xəsarətlər barədə məlumat Bakı İstintaq Təcridxanasından rayon prokurorluğuna göndərilmiş və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi X9 tərəfindən araşdırma aparılaraq, Məhkum polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə 20 iyun 2022-ci il tarixli cinayət işinin rədd edilməs i haqqında qərar qəbul edilmişdir. Sözügedən qərarın surəti Məhkum göndərilməklə qərardan Bakı şəhəri Sabunçu rayon prokuroruna və ya məhkəmə nəzarətini həyata keçirən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət etmək hüququ izah edilsə də, istər məhkum özü, istərsə də onun müdafiəçisi həmin qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayətlə müvafiq orqana müraciət etməmiş, bunun edilməməsini hər hansı yetərli dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Hazırda qüvvədə olan həmin qərarla Məhkum ibtidai istintaq dövründə hər hansı qanunsuz təzyiq və ya təsirə qalması barədə iddialar istisna edildiyindən, məhkəmə kollegiyası kassasiya şikayətini bu hissədə əsassız hesab edir. Məhkumun müdafiəçisi kassasiya şikayəti üzrə həmçinin məhkum edilmiş şəxsin müdafiə hüququnun pozulduğu na dair dəlillər irəli sürmüşdür. Məhkum müdafiə hüququnun pozulması barədə iddianı təkzib edən hallar kimi məhkəmə kollegiyası işin gerçək hallarına istinad edərək bildiririk, Məhkum ibtidai istintaqın ilk günündən müdafiəçiyə malik olmaqla, məhkəməyədək icraatın davamında özünün seçdiyi vəkillə müqavilə bağlamış, istintaqın sonrakı mərhələsində sonuncunun hüquqlarını müdafiəsi hazırda kassasiya şikayətinin müəllifi vəkil Sadıqov Elçin Əli oğlu tərəfindən həyata keçirmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hər bir işdə ədalətli məhkəmə araşdırmasının tələblərinə əməl olunmasının yoxlanılması ayrıca məsələnin və yaxud halın təcrid vəziyyətdə təhlil edilməsi ilə yox, cinayət prosesinin bütövlükdə nəzərdən keçirilməsi ilə aparılm alıdır (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021-ci il). Avropa Məhkəməsi işin bütün hallarını nəzərdən keçirməklə belə nəticəyə gəlmişdir ki, şikayətçinin məhkum edilməsi təkcə pozuntu ilə əldə edilmiş sübutla əsaslanmadığından, onun cinayət əməlinin törədilməsində təqsiri iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən ekspertiza rəyləri, ittihamın əsaslığına dəlalət edən şahid ifadələri və s. ilə təsdiqləndikdən, şikayətdə qaldırılmış məsələ pozuntu hesab edilməməlidir (Fariz Əhmədov, §§ 59-63). Hazırki cinayət işində Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri Azərbaycan Respublikası CPM- nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilm iş mötəbər sübutlarla - şahidlər Şahid3 və X3 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci tarixli protokola, həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən DVD disklə (Məhkum əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən 1 bükümdə ağ kağıza bükülmüş qəhvəyi rəngli toz şəklində olan maddəni və əynində olan qara rəngli cins şalvarını sol yan cibindən 01 ədəd «Huavei» markalı mobil telefon aparatını təqdim edir. Məhkum həmin maddənin narkotik vasitə heroinin olduğunu və xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində zibillikdən tapdığını və üzərində saxladığını bildirir), maddi sübut, xx.xx.2022-ci il tarixli, 6/2911 saylı ekspertiza rəyi, sənədlər, istintaq hərəkətlərinin protokolları kifayət qədər sü buta yetirildiyindən, məhkəmə kollegiyası kassasiya şikayətində istinad edilmiş Məhkum ondan aşkar edilmiş narkotik vasitəyə aidiyyətinin olmaması barədə dəlilləri əsassız hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hal – 3 azyaşlı uşağın olması, cəzanın ağırlaşdıran hallar- cinayətlər in residivin omasını, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə 05 (beş) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Qeyd olunan məsələlər üzrə pozuntulara yol verilməməsi, o cümlədən birinci və apellyasiya instansiyası məhkəməsində aparılmış araşdırmalar nəticəsində Məhkum pis rəftara məruz qalmasının, müdafiə hüquqlarının pozulmasının, konkret cinayət əməlinə görə deyil, siyası fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb olunmasının müəyyən edilməməsi onu göstərir ki, müdafiəçinin bu cür dəlillərlə əlaqələndirdiyi - cinayət işi üzrə icraat zamanı Məhkum İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaının 3, 5, 6, 8, 10, 14 və 18-ci maddələrində nəzərdə tutulmuş hüquq və azadlıqlarının pozuntularına yol verilməsi barədə iddiası da əsassızdır. Beləliklə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1(103)-782/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Sadıqov Elçin Əli oğ lu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 25 aprel 2024-cü il tarixli, 1(103)-782/2024 nömrəli qərarı müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar