Məhkəmə qərarları › İş №1(102)-2584/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2584/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2584/2024 17.12.2024 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Ölmüş bəraət almış şəxs X7 hüquqi varisi X12 və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 1(106)-89/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(099)48/2023 nömrəli hökmü ilə (hakimlər: M.V.Məmmədov (sədrlik edən), C.C.Nəbiyev və C.Ş.Səfərli) 01 fevral 1975-ci ildə Yardımlı rayonu Bilnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, cinayət törətdikdən sonra öldüyü üçün ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Məhkəmənin həmin hökmündən ölmüş təqsirləndirilən şəxs X7 hüquqi varisi X9 müdafiəçisi Müdafiəçi tərəfindən ap ellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 1(106)-89/2024 hökmü ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), E.İ.Əliyev və İ.H.Əhmədov) verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə verilmiş əlavə təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(099)48/2023 nömrəli hökmü ləğv edilərək, X10 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassas iya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X11 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 381,369 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb halında narkotik vasitə metadon və 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində Yardımlı Rayon Polis Şöbəsi və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Yardımlı şəhəri ərazisində saxlanılaraq, rayon polis şöbəsinə gətirilmiş, polis şö bəsinin inzibati binasında olarkən səhhəti qəflətən pisləşərək ölmüş, polis şöbəsinin inzibati binasında sonuncunun meyitinə baxış keçirilən zaman meyitin əynindəki şalvarın sağ yan, sol yan və gödəkçənin sol iç ciblərindən 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,538 qram, 1,458 qram, 377,373 qram, ümumi təmiz çəkisi 381,369 qram külli miqdarda kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şalvarın sağ yan cibindən təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb halında narkotik vasitə metadon və şalvarın sol yan cibindən 1 ədəd bükümdə 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövl ət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib və onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində bildirir ki, X7 bilavasitə ölümünə səbəb «amfetamin, heroin, kannabinoid» adlı narkotik və psixotrop maddələrin kombinə olunmuş kəskin zəhərlənm ə olmuşdur. Bu, Rövşən Əliyevin meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı zamanı həmin narkotik vasitələrin və psixotrop maddənin aşkar olunması, onun meyitinin məhkəmə-tibbi ekspertizası müayinəsi zamanı ölümünə səbəb ola biləcək həyat üçün təhlükəli olan hər-hansı ağır xəsarətlərin və daxili üzvlərində ağır patoloji xəstəlik dəyişikliklərin aşkar edilməməsi ilə də təsdiq edilir. Eyni ilə Rövşən Əliyevin xx.xx.2022-ci il tarixdə Yardımlı RPŞ-nin inzibati binasında vəfat etməsi faktı ilə bağlı polis əməkdaşlarının qanunsuz hərəkətlərinin yol vermələri müəyyən edilməmişdir. Rövşən Əliyev bədəni üzərində dərəcəsi təyin olunmayan aşkar edilmiş xəsarətləri Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən avtomobildə regional şöbənin əməkdaşlarının olduğu yerə gətirilərkən, onlara Rövşəni tə hvil verib regional şöbənin əməkdaşlarının idarə etdiyi avtomobildə Yardımlı RPŞ-nə gətirilərkən müqavimət göstərib özünü avtomobildə müxtəlif yerlərə çırparaq qaçmağa çalışan və polis əməkdaşlarının onun bu cəhdlərinin qarşısını alan zaman yaranmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Ölmüş bəraət almış şəxs X7 hüquqi varisi X9 müdafiəçisi Müdafiəçi kassasiya protestinə qarşı etirazda X7 heç bir təqs iri olmadığını, apellyasiya instansiyası məhkəməsinin hökmünün obyektiv və ədalətli olduğunu bildirərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüq uq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini p ozmaqla X7 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli hökmü nün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Kassasiya protestindən müəyyən olunur ki, dövlət ittihamçısının X7 narkotik vasitəni satış məqsədi olmadan əldə edib saxlaması və daşıması haqqında qənaətini (ona istinad edilən əməlləri törətməsinə dair ittihamı) Şahid19 381,369 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, təsir maddəsinin ümumi miqdarı 0,32 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda 8 ədəd həb halında narkotik vasitə metadon və 1,277 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetaminin götürülməsinə dair "baxış keçirmə və götürmə haqqında” 01 iyun 2022-ci il tarixli protokol, həmin tədbir lər nəticəsində götürülmüş maddi sübutlarla və onların həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələri, eləcə də narkotik vasitələrin və psixotrop maddənin məhz ona aid olması barədə məlumat yükü daşımayan məhkəmə ekspertizasının rəyi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin yekun qərarından isə görünür ki, məhkəmə 01 iyun 2022-ci il tarixli "baxış keçirmə və götürmə haqqında” protokoldakı məlumatları CPM-in 125.1-ci maddəsinə əsasən, yəni əldə edilmə halları şübhə doğurmayan sübutlar kimi qəbul etməkdən imtina etmiş, iş üzrə toplanmış digər sübutların isə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin Rövşən Əliyevə aid olan predmetlər kimi qiymətləndirmək, beləliklə də onun satış məqsədi ilə həmin narkotik vasitəni əldə edib saxlaması, daşıması haqqında nəti cəyə gəlmək üçün kifayət etməsi haqqında qənaətə gəlmişdir. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən aşağıdakılardan çıxış etmişdir. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, gerçəkdən də, X11 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində Yardımlı Rayon Polis Şöbəsi və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Yardımlı şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, saat 20:30 radələrində polis şöbəsinin inzibati binasında səhhəti qəflətən pisləşərək ölmüşdür. Həmçinin iş materiallarında olan "baxış və götürmə” haqqında protokola əsasən, Şahid6 meyitinin üzərinə xx.xx.2022-ci il tarixdə saat 23:45-dən 23:50-dək olan vaxt ə rzində baxış keçirilmiş və onun üzərindən narkotik vasitə heroin, metadon və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, həqiqətən də Rövşən Əliyev 01 iyun 2022-ci il tarixdə saat 20 radələrində tutulsa da, üzərinə baxış, polis şöbəsinə gətirildikdən və ya öldükdən dərhal sonra keçirilməmiş, yalnız üç saatdan artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 23:45-dən 23:50-dək olan vaxt ərzində keçirilmişdir. Yəni, qeyd olunan müddət ərzində Rövşən Əliyev özbaşınalığın istisna edilmədiyi şəraitdə tamamilə polis əməkdaşlarının nəzarəti altında olmuşdur. Həmçinin, müəyyən edilmişdir ki, müvafiq istintaq hərəkəti həyata keçirilməsində (maddi sübutun götürülməsində) müdafiəçi iştirak etməmişdir. Bununla yanaşı xx.xx.2022-ci il tarixdə, saat 22: 38-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Şahid6 Yardımlı RPŞ-də ölməsi barədə rəsmi məlumat yaymışdır. Həmin məlumatda aşağıdakılar qeyd edilmişdir: - Bu gün daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib. DİN-dən APA-ya verilən məlumata görə, onun üzərindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə aşkar olunub. Narkotik aludəçisi Şahid6 ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, Şahid6 ölüb. Ölüm faktı ilə əlaqədar məhkəmə-tibbi ekspertiza təyin edilmiş, ekspertləri n, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib. Göründüyü kimi Şahid6 meyitinin üzərinə "baxış və götürmə” haqqında istintaq hərəkətləri xx.xx.2022-ci il tarixdə saat 23:45-dən 23:50-dək olan müddət ərzində davam etdiyi halda Daxili İşlər Nazirliyi tərəfindən yuxarıda qeyd edilən məlumat müvafiq istintaq hərəkəti başlanmasından öncə yəni xx.xx.2022-ci il tarixdə, saat 22:38-də yayılmışdır. Belə olan halda apellyasiya məhkəməsi haqlı olaraq istintaq orqanı tərəfindən tərtib olunmuş Şahid6 meyitinin üzərinə baxış keçirilməsi haqqında protokolun mötəbərliliyinə və Rövşən Əliyevin meyitinin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə ittiham tərəfinin dəlilləri nin inandırıcılığına şübhə ilə yanaşmışdır. Digər tərəfdən müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və birinci instansiya məhkəməsində tədqiq edilmiş videomüraciətdən görünür ki, ölmüş təqsirləndirilən Rövşən Əliyev 22 may 2022-ci ildə, yəni bu iş üzrə saxlanıldığı vaxtdan 9 gün əvvəl Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə videoçəkiliş vasitəsi ilə müraciət hazırlayaraq, Yardımlı rayon Polis İdarəsinin rəis müavinləri Şahid2 və Şahid1 ondan əsassız olaraq pul tələb etməsi, heç bir səbəb olmadan polis əməkdaşları tərəfindən təqib olunması, Yardımlı rayon ərazisində olan və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli bilinərək tutulmuş bir neçə nəfər şəxsdən aşkar edilmiş narkotik vasitənin guya ondan alınması barədə ifadə verməyə məcbur edilmələri, polis tərəfindən şərlənərək tutulacağı barədə dəfələrlə özünə xəbərdarlıq edilməsini bildirmiş və qeyd olunan polis əməkdaşları barədə tədbir görülməsini xahiş etmişdir. Həmçinin müdafiə tərəfinin birinci instansiya məhkəməsinə təqdim etdiyi qərarların surətlərindən görünür ki, Yardımlı rayon Polis X3 və X4 barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə Rövşən Əliyevin əleyhinə ilkin sübutlar əldə edilməsinə, yəni Rauf Ataşov və Əlican Hüseynov həmin şöbənin İstintaq Qrupunun müstəntiqinə verdikləri ilkin ifadələrində onlardan aşkar olunmuş narkotik vasitəni Rövşən Əliyevdən almaları barədə izahat və ifadə versələr də, sonrakı ifadələrində ilkin ifadələrini təkzib edərək narkotik vasitəni Rövşən Əliyevdən almaları barədə həqiqəti əks etdirməyən ifadələr verdiklərini bildirmişlər. Bu səbəbdən də, Yardımlı rayon Polis Şöbəsində istintaqı aparılan ********* və ********* nömrəli cinayət işləri üzrə qəbul edilmiş xx.xx.2021 və xx.xx.2021-ci il tarixli "Sübutların qiymətləndirilməsi barədə” qərarlarla X7 əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığına görə onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Göstərilənlərlə yanaşı birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Yardımlı RMX-nın həkimi Şahid18 ifadəsində göstərmişdir ki, 01 iyun 2022-ci il tarixdə Yardımlı TTYŞ-də növbətçi həkim olarkən saat 20:30-da Yardımlı RPŞ-dan zəng olunaraq rayon polis şöbəsinin inzibati binasında müayinə olunmalı şəxsə tibbi yardım göstərilməsi ilə əlaqədar şöbəyə getməli olduqları b ildirilmişdir. Polis şöbəsinin inzibatı binasının ikinci mərtəbəsində otağa daxil olarkən stolun üzərində bir nəfər kişi cinsli şəxsin hərəkətsiz vəziyyətdə oturmasını görmüşdür. Otağa daxil olarkən vizual olaraq həmin şəxsin öldüyünü yəqin etmiş, şəxsə ilkin tibbi yardım göstərməyə çalışmış və nəbzini yoxladıqdan sonra həmin şəxsin öldüyü ona dəqiq məlum olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi X12 mərhum kiçik qardaşı Rövşən Əliyevi təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Rövşən saxlanılmamışdan əvvəl 1 il ərzində polis əməkdaşları tərəfindən təqib olunmuş və incidilmişdir. Şahid2 2022-ci il may ayında Yardımlı rayon polis şöbəsində rəis müavini olduqdan sonra onlara hədə qorxu gələrək Rövşəni şərləyib tutaca ğını bildirmişdir. 01 iyun 2022-ci il tarixdə qardaşı Rövşənlə Yardımlı şəhərində çayxananın yanında olarkən polis əməkdaşları gəlmiş və əməliyyat üzrə rəis müavini Şahid1 göstərişi ilə Rövşənin qolundan tutaraq Rövşəni döyərək zorla avtomobilə salmış və heç bir səbəb göstərmədən onu aparmışlar. Polis əməkdaşları Rövşəni 2 saylı məktəbin yanında yerləşən Regional şöbənin əməkdaşlarına təhvil vermişlər, sonuncular da onu rayon polis şöbəsinə aparmışlar. Polislər getdikdən sonra qardaşı Şahid19 zəng vurmuş və Rövşənin döyülərək səbəbsiz yerə rayon polis şöbəsinə aparılması barədə prokurora məlumat verməsini demişdir. Təxminən 3-4 dəqiqə sonra Vüqar və Zülfüqar ayrı-ayrı avtomobillərdə yenidən həmin yerə qayıtmışlar. Zülfüqar dükan sahibi Namikə kamera görüntülərini silməsini bildirmiş, Namik Vüqara niyə silməsini bildirdikdə Vüqar polisin işinə mane olmamasını ona demişdir. Bundan sonra polis əməkdaşları qardaşı Vüqarı da zorla maşına salaraq aparmışlar. Həmin vaxt qardaşı Şahid19 də ora gəlmiş, polis əməkdaşı Zülfüqardan qardaşlarının tutulma səbəbini soruşmuş, Zülfüqar ona "get işinlə məşğul ol, elə etmə ki səni də aparaq” sözlərini demişdir. Polislər getdikdən sonra qardaşı Rasim rayon prokurorluğunun qarşısına getmiş, həmin vaxt prokuror həyətdə olmuş, polislərin qardaşlarını döymələri barədə ona məlumat verərək, qardaşlarının döyülməsinin qarşısını almasını prokurordan xahiş etmişdir. Prokuror gülərək polislərin işinə qarışmadığını bildirmişdir. Qardaşlarının tutulma səbəbini öyrənmək üçün şöbəyə yollanmış, yolda olarkən Rövşənin şöbədə polis əməkdaşları tərəfindən döyül ərək öldürüldüyünü öyrənmişdir. X12 verilən suallara cavab olaraq bildirmişdir ki, Rövşən heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, onun üzərinə narkotik vasitə polis şöbəsində öldürüldükdən sonra qoyulmuşdur. Polis əməkdaşları tərəfindən 2021-ci ildə Rövşənin evinə basqın olmuş, bu barədə araşdırma aparılmamışdır. Mərhum qardaşı Rövşən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün barəsində şöbədə araşdırma aparılmış və fakt təsdiqini tapmadığı üçün o, sərbəst buraxılmışdır. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Yardımlı rayonu Şəfəqli kənd sakini Şahid17 ifadəsində göstərmişdir ki, mərhum Rövşən Əliyevin yaxın dostudur. Hadisədən bir neçə gün əvvəl Şəfəqli kəndində Muxtarın çayxanasında olanda polis əməkdaşı Züfüqar, digər polis əməkdaşları Şahid1, Ramil Adışov və Aqil orada onların üstünü axtarmışlar. Onların üstündə heç nə aşkar olunmamışdır. Zülfüqar orada Rövşənə "səni yükləyib tutuduracağam” demiş və çıxıb getmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Yardımlı rayonu, Şəfəqli kənd sakini Şahid21 ifadəsində bildirmişdir ki, Yardımlı rayonu Şəfəqli kəndində çayxana işlədir. 01 iyun 2022-ci il tarixdə polis əməkdaşları Şahid2, Şahid1 və Ramil Adışov çayxananın qarşısında Rövşən Əliyevin üzərini axtardıqdan sonra öz maşınlarına salaraq aparmışlar. Polis əməkdaşlarının Rövşən Əliyevə hədə qorxu gəlmələrini ona qarşı zor tətbiq etmələrini görməmişdir. Şahid21 verilən suallara cavab olaraq bildirmişdir ki, axtarış zamanı Rövşənin üzərindən 2 manat pul çıxmış, Rövşənin telefonu polis əməkdaşları tərəfindən alınmışdır. Zülfüqar ona, "əgər sənin çayxanana narkoman gəlsə çayxanadan narkotik çıxacaq” demişdir. Apellyasiya məhkəməsi ölmüş təqsirləndirilən şəxs X7 hüquqi varisinin ifadəsinin, şahid qismində dindirilmiş Şahid21 və Şahid17 ifadələrini, X7 22 may 2022-ci il tarixli videomüraciətini, Yardımlı rayon Polis X3 və X4 barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığına görə Rövşən Əliyev barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi barədə mövcud qərarları icraatında olan cinayət işi üzrə Şahid6 təqsirli bilindiyi ittihamla bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan hallar kimi dəyərləndirmiş, qeyd olunan halların işin di gər faktiki halları ilə ziddiyyət təşkil etməməsi, əksinə ölmüş şəxsin təqsirsizliyi haqqında obyektiv həqiqətə nail olmasına xidmət edən yekun məlumatlar kimi qiymətləndirmişdir. Sadalanmış xususatlar fonunda (yəni, “şəxsi axtarış və götürmə” kimi tədbir “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun, CPM-in 246, 247-ci maddələrinin tələblərinin pozulması ilə keçrildiyi) apellyasiya məhkəməsinin 01 iyun 2022-ci il tarixli “baxış və götürmə barədə” protokolu, bu tədbirin gedişində əldə olunanı sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıql arının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübu tlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Apellyasiya məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmə qeyd olunan normaların tələblərini pozmamışdır. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlara – şahid qismində dindirilmiş polis əməkdaşlarının, məhkəmə ekspertizalarının rəylərinə gəldikdə, polis əməkdaşlarının ifadələri müstəsna olaraq X7 barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin gedişində baş verənlərə aid olmaqla, ekspert rəyləri isə narkot ik vasitələrin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirməklə, bilavasitə X7 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edə biləcək (əməliyyat-axtarış tədbirlərinin əhatəsindən kənarda olan) hərəkətləri barədə məlumat vermirlər. Belə olan halda, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Rövşən Əliyevi ona isnad edilən cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədi lməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatın da sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzr ə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etm ək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun nəticələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Müdafiə tərəfinin verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin Rövşən Əliyevə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verməsi Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısı nın kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X2, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxsin hüquqi varisi X9 və müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, X7 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 1(106)89/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X7 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli, 1(106)-89/2024 nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar