Məhkəmə qərarları › İş №1(102)-2585/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2585/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2585/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 1(107)-391/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1994-cü ildə Ağdaş rayonu Orta Qəsil kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən orta təhsilli, Ağdaş rayonu Orta Qəsil kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən verilmiş it tihama əsasən, Məhkum Məhəmmədiyyə oğlu barələrində icraat ayrılmış başqa şəxslər olan tanışları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə 18 yanvar 2022-ci il tarixdə gecə saat 05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosessi, döngə 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən «Fərid» ərzaq mağazasının qapısının qıfılını sındırma yolu ilə mağazaya qanunsuz daxil olaraq həmin mağazadan 350 manat nəğd pul və bir ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən 570 manat dəyərində 150 qutu nazik Kent 4 siqaretləri, bir ədədinin qiyməti 3 manat 10 qəpik təşkil edən 186 manat dəyərində 60 qutu nazik LD siqaretləri, bir ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən 410 manat dəyərində 100 qutu nazik Sobranie siqaretləri, bir ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən 533 manat dəyərində 130 qutu qalın Sobranie siqaretləri, bir kiloqramının qiyməti 12 manat 50 qəpik təşkil edən 75 manat dəyərində 6 kq Manqalüstü sosiskası, bir kiloqramının qiyməti 12 manat təşkil edən 36 manat dəyərində 3 kq Ovçular kolbasası, bir ədədinin qiyməti 2 manat təşkil edən 18 manat dəyərində 9 ədəd 0,5 litr həcmli şüşə qabda Xırdalan pivəsi, bir ədədinin qiyməti 1 manat 50 qəpik təşkil edən 9 manat dəyərində 6 ədəd Snikers şokalatı, bir ədədinin qiyməti 2 manat 20 qəpik təşkil edən 6 manat 60 qəpik dəyərində 3 ədəd kapron qabda hər biri 1 litr həcmində Milla süd məhsulu, bir ədədinin qiyməti 1 manat təşkil edən 6 manat dəyərində 6 ədəd hər biri 0,5 litr həcmində Bizon ener ji içkisi, bir ədədinin qiyməti 70 qəpik dəyərində 59 manat 50 qəpik dəyərində 85 ədəd Orbit saqqızları olmaqla cəmi 1909 manat 10 qəpik dəyərində əşyaları gizli yolla talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 2259 manat 10 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir.

3. Bundan başqa o, təkrarən barələrində icraat ayrılmış başqa şəxslər olan tanışları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib, bu məqsədlə xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Ağdaş rayonu Qarağan-Sədi kəndində yaşayan X2 məxsus fərdi yaşayışevinin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləsinə qanunsuz daxil olaraq oradan 1 baş 2 yaşlı, diri çəkisi 270 kq olan 1350 manat dəyərində öküzünü gizli yolla talamaqla zərəçəkmiş şəxs X2 1350 manat maddi ziy an vurmaqla oğurluq etmişdir.

4. Bundan başqa o, təkrarən istintaqla dəqiq müəyyən edilməyən silah qismində istifadə etdiyi kəsici alətlə (bıçaqla) özgənin əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən “Oba market” mağazasına basqın edib üzərində olan silah qismində istifadə etdiyi istintaqla dəqiq müəyyən edilməyən kəsici alətlə (bıçaqla) kassanın yanında olan satıcı, hücuma məruz qalmış şəxs X4 həyatı və sağlamlığı üçün zorakılıq tətbiq edəcəyi ilə hədələyərək həmin Oba marketin kassasında olan 500 manat nağd pulu ələ keçirməklə quldurluq etmişdir.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X12 (sədrlik edən), X10 (məruzəçi) və X5 ibarət məhkəmə tərkibində) 29 avqust 2023-cü il tarixli, 1(091)-2 15/2023 nömrəli hökmü ilə Məhkum CM-in 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 62.1-ci maddəsi tətbiq edilməklə CM-in 181.2.2 və 181.2.5-ci maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 09 fevral 2022-ci il tarixdən 08 iyul 2022-ci il tarixə kimi şübhəli və təqsirləndiriləm şəxs kimi həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 29 (iyirmi do qquz) gün müddətin ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 03 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

6. Həmin hökmdən məhkum olunmuş Məhkum apellyasiya şikayəti verərək, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(091)-215/2023 nömrəli hökmünün dəyişdirilməsini və daha az cəzanın təyin edilməsini xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X11 və X6 ibarət məhkəmə tərkibində) 07 noyabr 2023-cü il tarixli, 1(107)391/2023 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(091)-215/2023 saylı hökmünün məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 1(107)-391/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

9. Kassasiya şikayətlərinin dəlilləri qismində məhkumun barəsində olan müvafiq hallar (Vətən Mühari bəsi iştirakçısı olması, psixoloji vəziyyətinin yaxşı olmaması, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və.s) sadalanaraq, məhkəmədən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 1(107)-391/2023 nömrəli qərarını dəyişdirərək, barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

11. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən isə kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmi n edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünl üyünü yoxlayır”.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

18. Bununla belə, kollegiya məhkumun kassasiya şikayə tini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 1(107)-391/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

20. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaş a göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

23. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

24. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

25. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə mə sələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

26. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud d igər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

27. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini ba xılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

28. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(091)- 215/2023 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 4 il 7 ay 1 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

29. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkimiş şəxslə barışması və dəymiş zərəri ödəməsi, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki azyaşlı uşağının olması, anlaqlılığı istisan etməyən psixi pozuntulu ş əxs kimi cinayət əməlini törətməsi, Vətən Müharibəsində iştirak etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

30. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

31. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə b axışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

33. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 1(107)391/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 1(107)-391/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar