Məhkəmə qərarları › İş №1(102)-2586/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2586/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2586/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dai r cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 1 mart 2024-cü il tarixli 1(036)-16/2024 nömrəli (hakim: Quliyev Telman Osman oğlunun sədrliyi) qərarı ilə xx xxxx 1961-ci il tarixdə İmişli rayonu, x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, xxx kəndində yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməsi müəyyən edilmişdir. Qəra rdan dövlət ittihamçısı Vidadi Həsənov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli 1(106)-431/2024 nömrəli (hakimlər: Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Xasməmmədov Elçin İsgəndər oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 1 mart 2024-cü il tarixli qərarı apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndiri lən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, 18 iyul 2023-cü il tarixdə saat 20 radələrində Şahid7 atası Şahid4 idarə etdiyi “OPEL” markalı **BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu, X kəndi ərzisində yolda hərəkətdə olarkən, həmin yolda piyada hərəkət edən X oğluna “yolun ortasından çəkil” dediyinə görə sonuncu bir qədər irəlidə yolun kənarında yerləşən Şahid2 məxsus fərdi yaşayış evinin qarşısında Şahid7 yaxınlaşaraq yolun kənarı ilə getdiyi halda əsassız olaraq ona irad tutduğunu bildirərkən, Şahid7 ona qarşı nalayiq ifadələr işlətmiş, bu zaman Şahid2 onları sakitləşdirdikdən sonra sonuncunun atası Məhkum hadisənin mahiyyətini aydınlaşdırmadan ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini ətrafdakı insanların şəxsiyyətindən üstün tutaraq, şəxsi məna felərə əhəmiyyətli zərər vurmaqla digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud şəkildə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla, insanların mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər edərək, gözlənilmədən arxadan X oğluna yaxınlaşıb əlində tutduğu istintaqa məlum olmayan küt, iti uclu və ya iti kənarlı əşyadan silah qismində istifadə etməklə zor tətbiq edərək, gözündə eynək olan Xin sağ göz nahiyəsinə, eynəyin üstündən qəsdən bir dəfə, daha sonra isə sol t əpə nahiyəsinə qəsdən bir dəfə vuraraq, sonuncuya qüzehli qişanın yara ağzında boğulması ilə sol göz almasının korneoskleral dəlib-keçən yaralanması, sol təpə nahiyəsində və sol gözün altında yaralar, sağ gözün alt qapağının qançırından ibarət, ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı (4%) itirilməsinə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmələr isə yuxarıda qeyd olunmuş nəticəyə gəlmişdirlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifind ə səhvə yol verildiyindən, eləcə də cinayət və cinayət- prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, Məhkum ictimai yer hesab edilən İmişli rayonunun X kəndində küçədə heç bir əsaslı səbəb olmadan həmin vaxt küçədə olan digər şəxslərin gözləri qarşısında öz şəxsiyyətini ətrafdakı insanların şəxsiyyətindən üstün tutaraq, şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaqla digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud şəkildə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızl ıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla, insanların mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər edərək, gözlənilmədən arxadan X oğluna yaxınlaşıb əlində tutduğu istintaqa məlum olmayan küt, iti uclu və ya iti kənarlı əşyadan silah qismində istifadə etməklə zor tətbiq edərək, gözündə eynək olan X-in sağ göz nahiyəsinə, eynəyin üstündən qəsdən bir dəfə, daha sonra isə sol təpə nahiyəsinə qəsdən bir dəfə vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etdiyi, bir sözlə, istintaq orqanı tərəfindən ona elan olunmuş ittiham üzrə göstərilən cinayət əməlini törətdiyi iş üzrə toplanmış bir -birini tamamlayan sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Lakin birinci instansiya məhkəməsi isə Məhkum 18 iyul 2023-cü il tarixdə İmişli rayonu, X kəndində ictimai yerdə X oğlunu silah qismində istifadə edilən predmetlə, yəni istintaqa məlum olmayan kəsici, deşici, küt, iti uclu və ya iti kənarlı əşya ilə deyil, fiziki gücündən istifadə edərək yumruqla vurması, Məhkum silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq əməlini törətməsini təsdiq edən hər hansı sübutun müəyyən edilməməsi qənaətinə gəlməklə onun əməlini CM-in 221.3-cü maddəsindən CMin 128-ci maddəsinə tövsif edərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Məhk əmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, yalnız təqsirləndirilən şəxs Məhkum məhkəmədə verdiyi özünü müdafiə xarakterli ifadələrinə, eləcə də öz subyektiv mülahizələrinə və ehtimallara istinad edib Məhkum cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarının ləğv olunması və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Mə hz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu id dia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilm əsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cinay ətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən normaların göstərişlərindən çıxış edərək törədilən cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasına uyğunluğunu müəyyən edərək aşağıdakı nəticəyə gəlir. Apellyasiya məhkəməsini qərarı ilə Məhkum əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin dispozisiyası – sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin qərarlarından görünür ki, Məhkum verilmiş silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyət ə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş təqsirləndirilən, zərərçəkmiş və şahid qismində dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə Məhkum əməlinin qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq gəlinmiş bu nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibini deyil, məhz CM-in 128-ci maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cina yətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münas ibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Kassasiya protestind ə göstərilənlərin əksinə olaraq, iş materiallarında həqiqətən Məhkum 18 iyul 2023-cü il tarixdə, saat 20 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı X oğluna ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsini təsdiq edən və həmin xüsusatlar barədə məlumatları əks etdirən mötəbər sübutlar müəyyən olunmuşdur. Məhkəmə kollegiyası çox saylı oxşar işlər üzrə məhkəmə təcrübəsinə istinadən həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilir, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda və yaxud məhkəmələrin hökmdə (yekun qərarda) müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilmir. Və yaxud ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi hallarda belə müvafiq sübutlar gətirilmir, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə və yaxud onların tərəfində çıxış edən qohumları ilə) məhdudlaşır. Belə ki, baxılan işdə də oxşar hal müşahidə olunur və kassasiya protestinin dəlillərində göstərildiyi kimi verilən ittiham üzrə Məhkum bu əməlində ictimai yerdə, heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini ətrafdakı insanların şəxsiyyətindən üstün tutaraq, şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaqla digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud şəkildə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saym amazlıqla, insanların mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlər etməsi barədə əlamətlərin olması formal surətdə sadalanmış həmin halları təsdiq edən cinayət işi üzrə toplanılmış sübutlara istinad müəyyən edilmir. Beləliklə də kassasiya məhkəmə kollegiyası, cinayət işi üzrə toplanılmış və araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Məhkum zərərçəkmiş şəxsə qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətlərini yetirsə də, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməmiş, Məhkum zərərçəkmiş şəxs X oğluna iki ədəd bədən xəsarəti (sağlamlığa yüngül zərər vurmaya uyğun gələn xəsarətlər olmaqla) yetirsə də, bu xəsarətlər şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yetirilmişdir. Kassasiya məhkəmə kollegiyası həmçinin “Məhkum X oğluna yaxınlaşıb əlində tutduğu istintaqa məlum olmayan küt, iti uclu və ya iti kənarlı əşyadan silah qismində istifadə etməklə zor tətbiq etməsi” barədə verilmiş ittihamın məhkəmə araşdırması zamanı təsdiqini tapmamsına dair gəlinən nəticəyə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, CM-in 221.3-cü maddəsinin dispozisiyasında “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə....müşayiət olunması” müəyyən etm işdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının 30 dekabr 1997-ci il tarixli Qanunu Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Aydın məsələdir ki, CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara gəldikdə isə istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyal ar aid edilir. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Bu baxımdan cinayət işi üzrə silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yaranmasının müəyyən edilməsi üçün həmin əşyanın cinayətin predmeti kimi faktiki maddi sübut qismində müəyyən edilməsi və yaxud məhvetmə xüsusiyyətinə malik olmasını təsdiq edən mötəbər dəlillərin olması mütləqdir. İş materiallarına əsasən isə müəyyən olunur ki, birinci instansiya məhkəməsində ifadə verən zərərçəkmiş şəxs bildirmiş ki, “... X onun göz nahiyəsinə yumruqla bir dəfə zərbə vurdu və onun gözündə olan eynəyi sınaraq şüşəsi gözünə dolmuşdur. Daha sonra isə o, zərbənin təsirindən əlləri ilə üzünü tutarkən X onun baş nahiyəsinin sol tərəfindən təkrar zərbə vuraraq ona xəsarət yetirmişdir. Daha sonra atası Şahid8 gəlib onu oradan evə aparmışdır. Məhkum onu gözündən vurarkən arxa tərəfində durduğundan, sonra isə o, əlləri ilə üzünü tutduğu üçün X onun baş nahiyəsinə vurarkən əlində nə olduğunu görə bilməmişdir. Lakin, X-in əlində bərk əşya olduğunu güman etmişdir”. İş üzrə dindirilmiş digər şahidlərdə eyni məzmunlu ifadələr verərək Məhkum əlində hər hansı bir əşya görmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs Məhkum isə verdiyi ifadələrində “həmin vaxt onun əlində heç bir əşya olmadığını” təkrar-təkrar qeyd etmişdir. Bu baxımdan məhkəmə araşdırması zamanı nəinki tətbiq edilən əşyanın yuxarıda göstərilən xüsusiyyətə - yəni məhvetmə xüsusiyyətinə malik olub-olmamasını, hətta ümumiyyətlə mövcud olmasını belə müəyyən etmək mümkün olmamış, verilmiş ittiham üzrə “təqsirləndirilən şəxsin istintaqa məlum olmayan küt, iti uclu və ya iti kənarlı əşyadan silah qismində istifadə etməsinə” dair işin faktiki halı təsdiqini tapmamışdır. Odur ki, məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 128-ci maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tama mlayan sübutlar apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Yuxarıda təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunduğunu göstərir. Kassasiya müraciətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən s übutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum əməlinin CM-in 128-ci maddəsi ilə tövsif edilməsi və həmin maddə ilə olan cinayət təqibinə xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdi rilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarı verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar