Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2588/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 avqust 2022-ci il tarixli, 1(106)-675/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 may tarixli, 1(106)675/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X7 (sədrlik edən və məruzəçi), Müşfiq Məmmədov və Aqil Musayevdən ibarət tərkibdə), 2022-ci il 27 may tarixli, 1 (099)258/2022 nömrəli hökmü ilə xx xxxxxxx 1991 -ci ildə Saatlı rayonu, Oktyabrabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Sabirabad Rayon Məh kəməsinin 14 dekabr 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqla, orada yaşamış, hazırda azadlıdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 27 may tarixli, 1 (099)-258/2022 nömrəli hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2022-ci il 18 avqust tarixli, 1(106)-675/2022 n ömrəli qərarı ilə təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi3 Şirvan Apellyasiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 1-(106)-675/2022 nömrəli qərarından kassasiya şikayəti vermiş, lakin Məhkum 15 noyabr 2023-cu ildə ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1963/2023 saylı, 16 noyabr 2023cü il tarixli qərarına əsasən Məhkum müdafiəçisi Müdafiəçi3 oğlu tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılmışdır. Bundan sonra Məhkum yenidən apellyasiya şikayətinin təmin olunmaması barədə Şirvan Apellyasiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 1(106)-675/2022 nömrəli qərarın dan kassasiya şikayəti vermiş, həmçinin ötürülmüş müddətin üzürlü hesab edilərək, bərpa olunmasını vəsatətlə xahiş etmiş, lakin vəsatət Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli, 1(106)-675/2022 nömrəli qərarı ilə təmin olunmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, onun xəbəri olmadan onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. X4 Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 1(106)-675/2022 nömrəli qərarını rəsmi olaraq almadığı üçün və o qərar ilə tanış olmadığına görə kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 1-(106)-675/2022 nömrəli qərarı 11 saylı Cəzaçə kmə Müəssisəsi tərəfindən ona rəsmi olaraq 11 aprel 2024cü il tarixdə təqdim edildikdən sonra o, buraxılmış müddətin bərpa olunması barədə vəsatət ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. O, kassasiya şikayətinin geri qaytarılmasını ona görə xahiş etmişdir ki, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qərarına baxılmadan verilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli, 1(106)-675/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 may tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə ba xaraq, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəll əsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayəti verilmə si üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətin dəlillərini araşdırıb, müdafiə tərəfinin çıxışını dinləyib, hesab edir ki, Məhkum kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatəti rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestin in verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: -411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanıolmadıqda; -411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. İş materiallarında kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü sayılaraq bərpa olunması üçün yuxarıda qeyd edilən hallardan hər hansı biri müəyyən edilməmişdir. Azərbayc an Respublikasının CPM-in 412.6-cı maddəsinə görə kassasiya şikayətinin və ya kassasiya protestinin geri götürülməsi haqqında müraciət bu Məcəllənin 410.1-ci maddəsi ilə kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində təkrar kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi hüququnun həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafe yi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. İş materiallarından görünür ki, Məhkum müdafiəçisi Müdafiəçi3 Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 1-(106)-675/2022 nömrəli qərarından 25 may 2023-cü ildə kassasiya şikayəti vermiş, lakin Məhkum 15 noyabr 2023cu ildə ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2022-ci il tarixli qərarının surəti Məhkum təqdim olunmuşdur. Apellyasiya instansiaysı məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, Məhkum qərarın surətini vaxtında almışdır. Ona görə də məhkəmə kollegiyası onun qərarın surətini 11 aprel 2024-cü il tarixdə alması barədə qeydi ilə razılaşmır. Belə ki, cinayət işində olan 19 avqust 2022-ci il tarixli məktubdan görünür ki, qərarın surəti 22 avqust 2022-ci il tarixdə məhkuma təqdim edilməsi üçün Bakı İstintaq Təcridxanasına rəsmi olaraq göndərilmişdir. (cild 2, səh.167.) Bundan başqa cinayət işi materallarından aşkar görünür ki, kassasiya şikayəti baxılmadan geri qaytarıldıqdan sonra Şirvan Apellyasiya Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarının surətini tələb etməsi barədə Məhkum tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə və ya Lənkəran Ağır Cinayətlər Məhkəməsinə heç bir müraciət daxil olmamış, eləcə də qərarın surətinin ona 2024-cü ilin 11 aprel tarixindən əvvəl göndərilməsi barədə müşayiətedici məktub yoxdur. Qərarın surətinin 19 avqu st 2022-ci il tarixdə məhkuma təqdim edilməsi üçün Bakı İstintaq Təcridxanasına rəsmi olaraq göndərilməsi ona əsas verir ki, məhkumun qərarın surətini 11 aprel 2024-cü il tarixdə alması inandırıcı deyil. Qüvvədə olan qanunvericiliyə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2022-ci il tarixli 1(106)-675/2022 saylı qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 12 aylıq prosessual müddətin axımı 2023-cü ilin avqust ayında artıq başa çatmışdır, məhz bu səbəblə digər müdafiəçi tərəfindən kassasiya şikayəti 25 avqust 2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, Məhkum tərəfindən kassasiya şikayətinin verilməsi üçün qаnunlа müəyyən еdilmiş 12 aylıq müddət buraxıldıqdan sonra kassasiya şikayəti verilmişdir. Məhkum vəsatətində onu vaxtında ka ssasiya şikayəti vermək imkanından məhrum edən hansısa bir fövqəladə hadisənin baş verməsinə və yaxud apellyasiya məhkəməsinin qərarının çıxarılmasından sonrakı dövrdə hansısa xəstəlik keçirməsinə, yəni cinayətprosessual qanunun 411.2-ci maddəsinin nəzərdə tutduğu halların heç birinə istinad etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 411.2-ci maddəsində təsbit olunan halların və yaxud CPM-in 203-cü maddəsinin işığında üzrlü səbəblər kimi qiymətləndirilə biləcək (məhkumu obyektiv olaraq məhkəmə qərarından vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən) digər halların müəyyən edilməməsi isə müddətin bərpasına dair vəsatətin təmin edilməsi üçün əsasların mövcud olmadığını göstərir. Məhkəmə kollegiyası müddətin bərpa edilməsi barədə məhkumun vəsatətini təmin etməyən apellyasiya ins tansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, kassasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyil. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X5rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 may tarixli, 1(106)-675/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə mü
Məhkəmə qərarları › İş №1(102)-2588/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2588/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver