Məhkəmə qərarları › İş №1(102)-259/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-259/2020

25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-259/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Nigar Vidadi qızı Adilovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X4, məhkum Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 205-1-ci maddəsi ilə bəraət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli hökmü ilə həmin maddə ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsindəki hökmdən məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim Fərid Əmirəliyev) 1(001)-167/2019 saylı 09 iyul 2019-cu il tarixli hökmü ilə, Məhkum, xx.xx.1993-cü il tarixdə ***** rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ***** rayonu, ********************* ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 205-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirsiz bilinmiş və ona bəraət verilmiş, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, Məhkum qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququna malik olması izah edilmiş, iş üzrə maddi sübut olan 1 ədəd 1 litrlik aksiz seriya və nömrəsi BŞ ******* olan “Plantation” markalı rom, 1 ədəd 1 litrlik aksiz seriya və nömrəsi BŞ ******* olan “Amarula” markalı likör, 1 ədəd 1 litrlik aksiz seriya və nömrəsi BŞ 924... (nöqtə işarəsi cırılmış hissələri göstərir) ola n “Wild Africa cream” markalı likör, 1 ədəd 0,75 litrlik aksiz seriya və nömrəsi 5343 nömrəli (nöqtə işarəsi cırılmış hissələri göstərir) olan “Vazisubani Estate” çaxır, 1 ədəd 0,75 litrlik aksiz seriya və nömrəsi BŞ ******* olan “Usakhelauri” çaxır, 2 ədəd 1 litrlik aksiz seriya və nömrəsi C1 4367073, C1 ******* olan “Capitan Grant” viski olmaqla, cəmi 7 (yeddi) ədəd alkoqollu içkilər Məhkum qaytarılmış, Məhkum münasibətdə “Sərhəd nəzarəti və Giriş-çıxışın məhdudlaşdırılması” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin mərkəzi məlumatlar bazasının məhdudiyyətlər siyahısında “Qadağandır” statusu aradan qaldırılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətm əkdə təqsirsiz bilinmiş və ona bəraət verilmiş, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, Məhkum qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququna malik olması izah edilmiş, iş üzrə maddi sübut olan 1 ədəd 1 litrlik aksiz seriya və nömrəsi BŞ ******* olan “Plantation” markalı rom, 1 ədəd 1 litrlik aksiz seriya və nömrəsi BŞ ******* olan “Amarula” markalı likör, 1 ədəd 1 litrlik aksiz seriya və nömrəsi BŞ 924... (nöqtə işarəsi cırılmış hissələri göstərir) olan “Wild Africa cream” markalı likör, 1 ədəd 0,75 litrlik aksiz se riya və nömrəsi 5343 nömrəli (nöqtə işarəsi cırılmış hissələri göstərir) olan “Vazisubani Estate” çaxır, 1 ədəd 0,75 litrlik aksiz seriya və nömrəsi BŞ ******* olan “Usakhelauri” çaxır, 2 ədəd 1 litrlik aksiz seriya və nömrəsi C1 4367073, C1 ******* olan “Capitan Grant” viski olmaqla, cəmi 7 (yeddi) ədəd alkoqollu içkilər Məhkum qaytarılmış, Məhkum münasibətdə “Sərhəd nəzarəti və Giriş-çıxışın məhdudlaşdırılması” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin mərkəzi məlumatlar bazasının məhdudiyyətlər siyahısında “Qadağandır” statusu aradan qaldırılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Vaqif Mursaqulov, hakiml ər Mizrəli Abbasov və Elmar Rəhimovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təqsirli bilinərək, 2.000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş və cəzanın icrası Tər-tər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Apellyasiya instansiya məhkəməsinin hökmünə əsasən, xx.xx.1993-cü ildə Tər-tər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkumluğu olmayan, Tər-tər rayonu, ************* ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan fiziki şəxs Məhkum (VÖEN: **********) istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 “Plantation” markalı rom, 1 ədəd ‘‘Amarula” markalı likör, 1 ədəd "Wild Africa” markalı likör, 1 ədəd”Vazisubani Estate”, 1 ədəd “Usakhelauri” çaxır və 2 ədəd “Captain Grant” markalı viski olmaqla, ümumilikdə 7 ədəd saxta aksiz markaları ilə markalanmış alkoqollu içkiləri sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 3 ünvanında yerləşən “************” adlı mağazada 21.06.2018-ci il tarixədək saxlamış və 21.06.2018-ci il tarixdə keçirilmiş opirativ vergi nəzarəti tədbiri zamanı saxta aksiz markaları ilə markalanmış yuxarıda qeyd edilmiş alkoqollu içkilər aşkar edilərək götürülmüşdür. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmlə iş üzrə ekspertiza xərci 173 manat Məhkum tutularaq dövlət nəfinə keçirilmiş və iş üzrə maddi sübut olan 1 ədəd 1 litrlik - aks iz seriya və nömrəsi ******** olan “Plantation” markalı rom, 1 ədəd 1 litrlik - aksiz seriya və nömrəsi BŞ ******* olan “Amanıla” markalılikör, 1 ədəd 1 litrlik - aksiz seriya və nömrəsi BŞ 924... (nöqtə işarəsicırılmış hissələri göstərir) olan “Wild Africa cream”markalı likör, 1 ədəd 0,75 litrlik - aksizseriya və nömrəsi 5343 nömrəli (nöqtə işarəsi cırılmış hissələrigöstərir) olan “Vazisubani Estate” çaxır, 1 ədəd 0,75 litrlik - aksiz seriya və nömrəsi ********** olan “Usakhelauri” çaxır, 2 ədəd 1 litrlik - aksiz seriya və nömrəsi *********, Cİ ******* olan “Capitan Grant” viski olmaqla, cəmi 7 (yeddi) ədəd alkoqollu içkilər məhv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikay əti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Binəqədi Rayon Məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə qanuni və əsaslı olaraq bəraət verməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi qanunsuz və əsassız olaraq onu həmin maddə ilə təqsirli bilmişdir. Kassator qeyd etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 205-1-cü maddəsi ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmiş lakin müdafiə tərəfi olaraq onun Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsi ilə ittiham olunmasına heç bir hüquqi əsas görmür. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-cü maddəsi ilə təqsirli bilməm işdir. Məhkəmənin hökmündəki təqsirləndirilən şəxs və şahidlərin ifadələrindən göründüyü kimi 21.06.2018-ci tarixdə Məhkum məxsus mağazada keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı mağazadan 12 ədəd saxta aksiz markası ilə markalanması ehtimal edilən alkoqollu içkilər protokollaşdırılaraq götürülmüş, həmin məhsullardan cəmi 7 ədəd saxta aksiz markası ilə markalanmış məhsullar hesab edilmişdir. Məhkum ifadəsində ona məxsus mağazada saxta aksiz markası ilə markalanmış məhsulların olmadığını, onun mağazasından götürülmüş alkoqollu içkiləri və digər məmulatları “Az-granata” firmasından və digər müxtəlif firmalardan nağd qaydada ödəniş etməklə almış, həmin içkilərin üzərindəki aksizlərin saxta və ya original olmasından ümumiyyətlə məlumatı olmadığını, onları original aksiz markası ilə m arkalanmış alkoqollu içkilər bilərək satışını təşkil etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Məhkum 7 ədəd saxta aksiz markası ilə markalanmış hesab edilən alkoqollu içkilərin həmin içkilərin satışını təşkil edən firmalardan aldığını təsdiq edən elektron qaimə fakturalarında da göründüyü kimi həmin alkoqollu içkilərin tərkibi, üzərində olan marka barədə Məhkum ümumiyyətlə məlumatı olmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Məhkum məxsus mağazadan saxta aksiz markası ilə markalanmış alkoqollu içkilərin götürülməsi barədə protokol tərtib edilsə də həmin protokol qanunla müəyyən edilmiş qaydada CPM-nin tələblərinə uyğun axtarış aparılan zaman hal şahidlərinin iştirakı olmadan, həmçinin protokol yerində tərtib edilmədən, yoxlamadan bir neçə gün sonra tərtib edilmi ş və iştirakçı kimi digər şəxslərə bir neçə gün sonra imzalatdırılmışdır. Bundan başqa, iş üzrə keçirilmiş kompleks sənədlərin texniki, əmtəəşünaslıq, fizikikimyəvi ekspertizanın 29 iyun 2018-ci il tarixli ***** nömrəli arayışından da göründüyü kimi, 21.06.2018-ci tarixdə Məhkum məxsus mağazada keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı mağazadan götürülmüş 12 ədəd saxta aksiz markası ilə markalanması ehtimalı ilə götürülmüş məhsulların cəmi 7 ədədinin markasının “Azərbaycan Respublikasının Aksiz markası Alkoqollu içkilər Aksiz markası” markasının nümunəsindən fərqlidir qeyd edilmişdir. Hətta 29 iyun 2018-ci il tarixli 16583 nömrəli arayışdanda göründüyü kimi iş Məhkum məxsus mağazada keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı saxta aksiz markası ilə markalanmış məhsullar aşk ar edilməyib. Kassator onu da qeyd etmişdir ki, yuxarıda şərh olunanlara əsasən demək olar ki, ibtidai istintaq orqanı və apellyasiya məhkəməsi tərəfindən hüquqlarını müdafiə etdiyim şəxsin əməli tam, obyektiv və hərtərəfli araşdırılmamış və nəticədə onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Kassator göstərmişdir ki, iş üzrə CPM-in tələbləri kobud surətəd pozulmuş və sübutlar qanun pozuntusu ilə əldə edilmişdir. Belə ki, spirtli içkilər götürülərkən iş üzrə hal şahidi qismində iştirak etmiş X3 ddigər iki cinayət işində də hal şahidi kimi iştirak etmişdir ki, bu hal da CPM-in 115.2-ci maddəsinin pozuntusu deməkdir. Bundan başqa, Məhkum istintaq orqanına spirtli işkiləri hansı firmadan aldığı barədə qaimə-fakturalar təqdim etmişdir. Həmin qaimə-fakturalardan da müəyyən olunur ki, Mə hkum həmin spirtli içkiləri hansı firmadan almışdır. CM-in 205-1-ci maddəsinin Qeydinə əsasən saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan şəxs həmin məhsulların (malların) digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur. Məhkum də mağazadan götürülmüş spirtli işkilərin digər şəxslərdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdiyinə görə cinayət məsuliyyətindənazad edilməli idi. Lakin apellyasiya məhkəməsi bütün bunlara əhəmiyyət verməmiş və qanunsuz olaraq Məhkum təqsirli bilmişdir. Kassator yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 19 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və təqsirləndirilən şəxs Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Vüsal Mehrəliyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 16 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsin ə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində ibtidai istintaq orqanı və apellyasiya məhkəməsi tərəfindən Məhkum əməlinin tam, obyektiv və hərtərərəfli araşdırılmadığını, məhkumun təqsirliliyi barədə məhkə mə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyini və nəticədə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarıldığını və onun əməlinə düzgün hüquqi qiymət verilməməsini vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 16 sentyabr 2019-cu il tarixli hökmünün ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etmiş və bu tələbini bir sıra dəlillərlə əsaslandırmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.3 və 416.1.6-cı maddələri məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərinin hüdudlarını müəyyən edir. Məhkəmə kollegiyası müdafiəçinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, aşağıda qeyd etməyi zəruri hesab edir: Belə ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahid qismində dindirilən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əməliyyat İdarəsinin operativ nəzarət şöbəsinin əməkdaşı X13 ifadəsində göstərmişdir ki, 21 iyun 2018-ci il tarixli, ********** nömrəli qərarına əsasən Məhkum sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, ****************** küçəsi “************” adlı mağazada həmin Departamentinin əməkdaşı E6 birlikdə 21.06.2018-ci il tarixdə operativ vergi nəzarəti tədbirini həyata keçirdiklərini və tədbir zamanı Məhkum sah ibkarlıq fəaliyyətini həyata keçirdiyi - Bakı şəhəri, ****************** küçəsi “************” adlı mağazada 7 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər (1 ədəd “Plantion” markalı rom, 1 ədəd rom “Amarula”, 1 ədəd “Wild Africa” markalı likor, 1 ədəd “Vazisubanu Estate”, 1 ədəd “Usakhelauri” çaxır və 2 ədəd “Capitan Grant” markalı viski) aşkar olunduğunu, mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məhkum həmin məhsulların özünə məxsus olduğunu, satış məqsədilə əldə edərək həmin malları saxladığını, həmin malların kimdən alındığını xatırlamadığını və onların üstündə saxta aksiz markası olduğunu bilmədiyini izahatında göstərdiyini, aşkar olunmuş həmin alkoqollu içkilərin saxtalığını yoxlanılması məqsədilə ekspertizaya müraciət olunduğunu və alınmış ekspert arayışına əsas ən 7 ədəd alkoqollu içkilərin (1 ədəd “Plantation” markalı rom, 1 ədəd “Amarula” markalı likör, 1 ədəd “Wild Africa” markalı likör, 1 ədəd “Vazisubani Estate”, 1 ədəd “Usakhelauri” çaxır və 2 ədəd “Capitan Grant” markalı viski) Məhkum və müşahidəçilərin hüquqları onlara izah olunmaqla onların iştirakı ilə qanunauyğun qaydada protokollaşdırılaraq 03.07.2018-ci il tarixdə götürüldüyünü bildirmişdir. Bundan başqa, R6 ifadəsində 03.07.2018-ci il tarixli, 000168 nömrəli protokolun və 03.07.2018-ci il tarixli, ******** nömrəli “Aksiz markası ilə markalanmalı olan markalanmamış və saxta aksiz markası ilə markalanmış malların Siyahısı” barədə aktın tərtib olunduğunu, Məhkum təqdim etdiyi qiymətlər əsasında alkoqollu içkilərin alış və satış qiymətləri 03.07.2018-ci il tarixli “Aksiz markası ilə mar kalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahısı” aktında qeyd olunmaqla, aktın Məhkum özü tərəfindən imzalandığını bildirmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı hal şahidi qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, o, ünvan 4 yerləşən “************” adlı mağazada vergi əməkdaşları tərəfindən keçirilən tədbirdə iştirak edib-etməməsini xatırlamır. Mağazanın sahibi Məhkum adlı şəxsi tanımır, sonradan vergi əməkdaşlarının ona hansısa sənədlərə imza etdirdiklərini bildirmişdir. Həmin imza etdirdikləri sənədlərin siyahısında iş materiallarında olan 03 iyul 2018-ci il tarixli protokolda olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı tədqiq edilmiş hal şahidi qismində dindirilən X2 ifadəsindən g örünür ki, onun ifadəsi X1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun və oxşardır. Bəraət hökmünün və kassatorun əsas dəlilləri ondan ibarətdir ki, iş üzrə vergi əməkdaşlarının Məhkum sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, ************ küçəsi “************” adlı mağazada 7 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər - 1 ədəd “Plantion” markalı rom, 1 ədəd rom “Amarula”, 1 ədəd “Wild Africa” markalı likor, 1 ədəd “Vazisubanu Estate”, 1 ədəd “Usakhelauri” çaxır və 2 ədəd “Capitan Grant” markalı viskinin aşkar edilib götürüldüyü zaman X3 digər iki cinayət işi üzrə (X5 CM-in 205-1 və 213-1.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1 (005)-99/2019 saylı və X10 CM-in 213-1.1-ci maddəsi ilə ittiham olunmasına dair 1 (001)-375/2019 saylı cinayət işlərind ə) hal şahidi qismində iştirak etdiyindən maraqlı şəxsdir və onun iştirakı ilə tərtib edilən protokol CPM-in 94.1, 115.2, 137-ci maddələrinə əsasən qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 21.06.2018-ci il tarixli ********** №-li Qərarından müəyyən edilir ki, aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkara çıxarılması məqsədi ilə Məhkum məxsus olan Bakı şəhəri, ************** küçəsi “************” adlı mağazaya baxış keçiriməsi barədə qərar Məhkum elan edilmiş, sonuncu qərara imza etməklə tanış o lmuş və heç bir irad bildirməmişdir (cild 1, iş vərəqə 29). İş materiallarında olan “Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta markalarla markalanmış malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və ya elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların markalanmadan və ya saxta markalarla markalanmaqla satışının, satış məqsədilə saxlanılmasının və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasının aşkar edilməsi” haqqında VN-2 seriyalı ******* saylı, 03 iyul 2018-ci il tarixli Aktda göstərilmişdir ki, Məhkum sahibkarlıq əsasında işlətdiyi ünvan 4 ünvanında yerləşən “************” mağazasında saxta aksiz markalar ilə markalanmış 7 ədəd spirtli içki aşkar edilmiş və bu səbəbdən həmin Akt Azərbaycan Respublikası Vergilər Nazirliyinin y anında Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin əməkdaşları X7, X8, vergi ödəyicisi Məhkum, hal şahidləri X2 və X1 iştirakı ilə tərtib edilmişdir (cild 1, iş vərəqə 34-35). Kollegiya qeyd edir ki, Aktdan görünür ki, akta vergi ödəyicisi Məhkum da imza etmiş və akta hər hansı bir irad və ya qeyd verməmişdir. Cinayət işinin materiallarındakı 03.0.2018-ci il tarixli “Saxta aksiz markaları ilə markalanmış malların Siyahısı”ndan görünür ki, göstərilən şəxslərin iştirakı ilə mağazadan 1 ədəd “Plantation” markalı rom, 1 ədəd “Amarula” markalı likör, 1 ədəd “Wild Africa” markalı likör, 1 ədəd “Vazisubani Estate”, 1 ədəd “Usakhelauri” çaxır və 2 ədəd “Capitan Grant” markalı viski – cəmi 7 ədəd – götürülmüş, vergi ödəyicisi Məhkum da sənədə imza etmiş və akta hər hansı bir irad və ya q eyd verməmişdir (cild 1, iş vərəqə 36-37). Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum istər ibtidai istintaq, istərsə də məhkəmə araşdırmaları zamanı verdiyi ifadələrində göstərilən 7 ədəd spirtli içkinin Vergilər Nazirliyinin protokolda göstərilən əməkdaşları tərəfindən onun iştirakı ilə götürüldüyünü bildirmiş və bu fakt ümumiyyətlə mübahisələndirilməmişdir. Bundan başqa, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 47 və 50-ci maddələrinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı müşahidəçi dəvət edilir. X3 da göstərilən spirtli içkilərin götürülməsində hal şahidi qismində deyil, müşahidəçi qismində iştirak etmiş və onun bu işin nəticəsində maraqlı olması heç bir sübutla təsdiq edilmir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 47-ci maddəsinə əsasən eyni şəxs vergi orqanları tərəfindən vergi ili ərzində bir dəfədən artıq müşahidəçi kimi dəvət oluna bilməz. Əvvəla, birinci instansiya məhkəməsinin hökmündən hazırki iş üzrə müşahidəçi qismində iştirak etmiş X3 X5 CM-in 2015-1 və 213-1.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1 (005)-99/2019 saylı və X10 CM-in 213-1.1-ci maddəsi ilə ittiham olunmasına dair 1 (001)-375/2019 saylı cinayət işlərində eyni vergi ili ərzində müşahidəçi qismində iştirak etməsi müəyyən edilmir. İkincisi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərə kətinin icraatında təkrar iştirakını istisna etmir. Qanun normasının tələbindən də də göründüyü kimi cinayət təqibi üzrə aparılan istintaq hərəkəti zamanı hal şahidinin mütəmadi iştirakı halları istisna olunur. Üçüncüsü, hazırki cinayət işi üzrə Məhkum işlətdiyi mağazadan spirtli içkilər götürülərkən X3 hal şahidi qismində deyil, müşahidəçi qismində iştirak etmişdir. Cinayət prosessual qanunvericiliyi müşahidəçi barədə heç bir norma nəzərdə tutmur. Vergi Məcəlləsində nəzərdə tutulmuş müşahidəçinin statusu Cinayət-Prosessual Məcəlləsində göstərilən hal şahidi ilə eyniləşdirilə bilməz. Dördüncüsü, Vegi Məcəlləsinin 47-ci maddəsi səyyar vergi yoxlamasının keçirilməsi zamanı müşahidəçilərin iştirakının təmin edilməsi nəzərdə tutulur və səyyar vergi yoxlaması cinayət təqibi üzrə aparılan isti ntaq hərəkəti deyildir. Beşincisi, Cinayət-Prosessual Məcəlləsinin 115.2-ci maddəsi isə cinayət təqibi üzrə istintaq hərəkətinin aparılmasını özündə ehtiva edir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 1 ədəd “Plantation” markalı rom, 1 ədəd “Amarula” markalı likörün, 1 ədəd “Wild Africa” markalı likörün, 1 ədəd “Vazisubani Estate”, 1 ədəd “Usakhelauri” çaxırın və 2 ədəd “Capitan Grant” markalı viskinin vergi ödəyicisi Məhkum işlətdiyi mağazadan onun iştirakı ilə götürülməsi heç bir şübhə doğurmadığından, eləcə də göstərilən spirtli içkilərin götürülməsində müşahidəçi qismində iştirak etmiş X1 bu işin nəticəsində maraqlı olması heç bir sübuta söykənmədiyindən birinci instansiya məhkəməsinin bu qənaəti və kassatorun bu dəlili əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası kassat orun apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin Qeydinin nəzərə alınmadığını və Məhkum aşkar edilən spirtli içkilərin satışını təşkil edən firmalardan alması barədə qaiməfakturalar təqdim etməsinə baxmayaraq, qanunsuz olaraq cinayət məsuliyyətindən azad edilmədiyi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, həqiqətən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir: saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan şəxs həmin məhsulların (malların) digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur. Bununla əlaqədar qeyd edilməlidir ki, iş materiallarında olan komp leks sənədlərin texniki, əmtəəşünaslıq, fiziki-kimyəvi ekspertizanın 29 iyun 2018-ci il tarixli 16583 nömrəli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən mağazadan götürülmüş saxta aksiz markası olan 1 ədəd “Plantation” markalı rom, 1 ədəd “Amarula” markalı likör, 1 ədəd “Wild Africa” markalı likör, 1 ədəd “Vazisubani Estate”, 1 ədəd “Usakhelauri” çaxır və 2 ədəd “Capitan Grant” markalı viski olmaqla, ümumilikdə 7 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər Azərbaycan Respublikasının alkoqollu içkilər üçün olan aksiz markasının nümunəsindən fərqlidir. İş materiallarında olan kompleks bioloji, əmtəəşünaslıq, fiziki-kimyəvi ekspertizanın 12 oktyabr 2018-ci il tarixli, *********** nömrəli rəyindən görünür ki, “************” adlı mağazadan götürülmüş “Captain Grant whisky ”, “Plantation rum XO” etiketli alkoqollu içkilər yoxlanılan jjrqanoleptik və fiziki kimyəvi əlamətlərinə görə qablaşdırılmaları üzərindəki etiket görtəricilərinə və müvafiq standartların tələblərinə cavab vermir, “Amarula liqueur”, “Vazisubani estate saperavi wine”, “Usakhelauri wine”, “Wild Africa cream liqueur” markalı alkoqollu içkilər yoxlanılan orqanoleptik və fiziki kimyəvi əlamətlərinə görə qablaşdırılmaları üzərindəki etiket görtəricilərinə və müvafiq standartların tələblərinə cavab verir. Həmçinin, “Amarula Liqueur”, “Vazisubani Estate saperavi wine”, “Usakhelauri wine”, “Wild Africa cream liqueur” markalı alkoqollu içkilər ümumilikdə orta bazar qiyməti 98 manat müəyyən edilmiş, “Captain Grant whisky”, “Plantation rum XO” markalı alkoqol tələblərinə cavab vermədiyi üçün qiymətlən dirilməmişdir. İş materiallarında olan 28.03.2019-cu il tarixli, 261486 nömrəli elektron qaimədən görünür ki, Məhkum aksiz markası ilə markalanmış içkilərdən – “Amarula Cream” 1 L adlı içkini “xxxx” MMC-dən almışdır. İş materiallarında olan 11.04.2019-cu il tarixli, 937781 nömrəli elektron qaimədən görünür ki, Məhkum aksiz markası ilə markalanmış içkilərdən – “Plantation Barbados” XO 0,7L, “X12” 0,7 L və “X23 Sweet” 0,7 L adlı içkiləri X6 almışdır. 08.04.2019-cu il tarixli, 729211 nömrəli elektron qaimədən görünür ki, Məhkum aksiz markası ilə markalanmış içkilərdən – “Wild Africa” (V308) İL (1x6) “Cream Liq” adlı içkini “xxxx” MMC-dən almışdır. Məhkəmə kollegiyası Məhkum 1L “Amarula Cream” adlı içkini “xxxx” MMC-dən 28.03.2019-ci il tarixdə, “Plantation Barbados” XO 0,7L, “X12” 0,7 L və “X 23 Sweet” 0,7 L adlı içkiləri 11.04.2019-cu il tarixdə X6 almasına və “Wild Africa” (V308) İL (1x6) “Cream Liq” adlı içkini 08.04.2019-cu il tarixdə “xxxx” MMC-dən almasına heç bir şübhə ilə yanaşmır. Amma məsələ bundadır ki, göstərilən tarixdə Məhkum tərəfindən əldə edilən bu spirtli içkilərin bu cinayət işinə heç bir aidiyyatı yoxdur. Çünki Məhkum Siyahıda göstərilən spirtli içkilər göstərilən spirtli içkilər - 1 “Plantation Barbados” markalı rom, 1 ədəd ‘‘Amarula Cream” markalı likör, 1 ədəd ”Vazisubani Estate”, 1 ədəd “X23 Sweet” çaxır və “Wild Africa” (V308) İL (1x6) “Cream Liq” adlı içki 28.03.2019-ci il tarixdə və 11.04.2019cu il tarixlərdə deyil, bundan bir il öncə - 21 iyun 2018-ci il tarixdə götürülmüşdür. Bundan başqa, iş materiallarında olan İş materiallarında olan 29.05.2018 -ci il tarixli, elektron qaimədən görünür ki, Məhkum aksiz markası ilə markalanmış içkilərdən – “X24” adlı içkini “xxxx" ASC-dən almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, burada yalnız Məhkum aksiz markası ilə markalanmış içkilərdən “X24” adlı içkini “xxxx" ASC-dən alması 29.05.2018-ci il tarixə təsadüf etdiyindən həmin işki ilə bağlı Məhkum məsuliyyətə cəlb edilə bilməz. Bununla bağlı apellyasiya məhkəməsi də əsaslı mövqe nümayiş etdirmiş və hökmdə göstərmişdir ki, “ təqdim edilən elektron qaimələr (“Capitan Grant” adlı içkini alınması ilə bağlı elektron qaimə istisna olmaqla) cinayət əməli törədildikdən sonrakı dövrə aid olunduğundan cinayət məsuliyyətini aradan qaldırmır. Lakin, “Capitan Grant” adlı içkini alınması ilə bağlı elektron qaimə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, h əmin içki ilə bağlı heç bir məsuliyyət yarana bilməz. Belə ki, həmin elektron qaimə qeyd edilən hadisədən əvvəlki dövrə aid olunduğundan bu hal hüquqi qiymət verilən zaman nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, onu əsaslı hesab edir və qeyd edilənlərə əsasən kassatorun bu dəlilinin də əsassız olması qənaətinə gəlir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20 5-1-ci maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, onun bu maddə ilə Məhkum təqsirli bilinib məhkum edilməsi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməmişdir. Apellyasiya instansiya məhkəməsinin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” xxxx Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətl i məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Beləliklə, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarındakı və apellyasiya instansiyası məhkəməsinin hökmdə istinad etdiyi sübutlarla müqayisəli surətdə tədqiq edərək həmin dəlilləri əsassız olduğundan qəbul etmir və belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, tam, hərtərəfli və obyektiv surətdə yoxlanılmış mötəbər sübutların mabədində qanuni və əsaslı hö km çıxartmışdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası kassatorun dəlillərinin əsassız olması qənaətinə gəlir və Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün heç bir əsas görmür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisinin verdiyi kassasiya şikayətinin dəlilləri ilə əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən hökmün isə dəyişdirilmədən saxlanılması əsaslı və məqsə dəmüvafiqdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müdafiəçinin kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 205-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar