Məhkəmə qərarları › İş №1(102)-259/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-259/2021

15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-259/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Məmmədov Toğrul Məhəmməd oğlu) Məhkum, xx xxxxxx 1976-cı il tarixdə Lənkəran rayonunun Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli c əzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Salyan Rayon Məkəməsinin xx xxxx 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 6 (altı) ay 2 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 (dörd) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, CM-nin 177.2.3-cü maddəsi ilə nə zərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 04 (dörd) ay 09 (doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində Lənkəran rayonu Göyşaban kəndində yerləşən X5 məxsus fermanın yanına gəlib orada olan anbara açıq nəfəslikdən qanunsuz daxil olaraq, or ada olan südsoyudan soyuducunun qiyməti 500 manat olan 1 ədəd mühərrik-kompressorunu və qiyməti 250 manat olan 1 ədəd quruducu-filterini gizli olaraq talamaqla oğurlayıb X5 750 (yeddi yüz əlli) manat məbləğində ziyan vurmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Soltanov Fuad Kamil oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəz anı yüngülləşdirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasla dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi onun barəsindəki cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmişdir. Məhkum öz kassasiya şikayətində göstərmişdir ki, o, zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda bildirir ki, himayəsində üç uşağı var, onlardan ikisi az yaşlıdır, valideynləri də qoca və xəstə olduqlarından onun himayəsindədir, yoldaşı heç bir yerdə işləmir. Buna görə kassasiya şikayətinin müəllifi göstərdiyi halların nəzərə alınmasını və ona təyin edilmiş cəzanı yüngülləşdirməklə barəsindəki apellyasiya instansiy ası məhkəməsinin qərarının dəyişdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edil məsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instan siyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş h allar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsin in İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması nı təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə əməl olunubolunmaması ilə bağlı bir sıra qərarlarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, həmin sübutlar qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin h ökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, cinayətprosessual qanunvericiliyinin tələblərindən, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqelərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qə rarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini, habelə iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında cinayət təqibinin və cinayət mühakimə icraatının prinsiplərinə, şərtlərinə və qaydalarına əməl olunub-olunmamasını yoxlamaq vəzifəsi düşür. Əvvəla, kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni iş üzrə məhkum olunmuş şəxslərin, ş ahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərin, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və digər sübutlara əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi barədə qanuni nəticəyə gəlmiş və onun bu əməlini CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif etmişlər. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Məhkum göstərilən maddə ilə təqsirli olması barədə nəticəyə gələrkən məhkəmələr CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etməmiş, məhkəmə iclaslarında hər hansı sübutun tədqiqindən əsassız olaraq imtina etməmiş, məhkəmə iclaslarında təqsirləndirilən şəxin istər Konstitusi yada, istər “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında, istərsə də prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının, o cümlədən ədalətli məhkəmə araşdırmasına malik olmaq (buraya həmçinin tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini təmin edən tədbirlər də nəzərdə tutulur) və müdafiə hüquqlarının pozulmasına yol verməmiş, qeyd edilən nəticə isə yekun məhkəmə aktlarında maddi və prosessual hüququn müvafiq normalarına istinad etməklə kifayət qədər əsaslandırmışlar. Kassasiya şikayətlərinin məzmunundan da göründüyü kimi, Məhkum həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməlini törətməsinin sübuta yetirilib-y etirilməməsini, bu əməlinin CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməsini mübahisələndirilmir və həmin məsələlərlə bağlı hər hansı tələb irəli sürmür. Buna görə, məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür, Məhkum təyin edilmiş cəzaların həddindən artıq sərt olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə cavab olaraq isə ilk növbədə qeyd edir ki, CM-nin 177.2.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 15.3-cü maddəsi isə bu cinayəti ağır cinayətlər kateqoriyasına aid etmişdir. Həmin maddəyə əsasən CM-si ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən irəli gəlir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə sinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini y üngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsi ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları - törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, himayəsində azyaşlı və yetkinlik yaşına çatmamış uşaqlarının olmasını, vurulmuş zərəri tama milə ödəməsini, digər tərəfdən isə əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi nəticəsində cinayətlərin residivinin yaranması kimi cəzanı ağırlaşdıran halı nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyin etmənin ümumi prinsiplərini, həm də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları və eyni zamanda CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi və CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan həddə kifayət qədər qanuni və ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin normaları təqsirkara cinayətlərin təhlükəli residivi nəzərə alınmadan cəzanın təyin edilməsi üçün (kassasiya şikayətində irəli sürülmüş təlbələrdən biri də bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 65.3-cü m addəsinin tələblərinə görə, cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. CM-nin 62.1-ci maddəsinə əsasən isə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkum CM-nin 65.2-ci maddəsinə əsasən, cinayətlərin residivi nəzərə alınmaqla cəzanın təyin edilməsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət işinin materiallarına əsasən, o, əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 (dörd) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmədən isə o, yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərdən keçirildikdə, belə nəticə hasil olur ki, Məhkum əvvəlki məhkumluqdan özü üçün müsbət nəticə çıxarmamış, islah olunmamış və yenidən qəsdən cinayət törətmişdir. Digər tərəfdən, iş materialları ilə Məhkum cəzasını yüngülləşdirən halların müstəsna h allar hesab edilməsi üçün əsaslar da müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası Məhkum cinayətlərin residivi nəzərə alınmaqla 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından az olmayaraq 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir və onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, yəni CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alnımadan cəzanın təyin edilməsinin məqsədə müvafiq olmaması haqda aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq kassasiya şikayətinin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası C inayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar