Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-259/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında X8, X7 və X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə ittiham olunmalarına dair ərizəsinin icraata qəbul edilməsindən imtina barədə Astara Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentya br 2021-ci il tarixli qərarından Xüsusi ittihamçı və onun nümayəndəsi-vəkil Həbibov Vəliəhəd Heydər oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim: M.İ.Məmmədov) X8, X7 və X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə ittiham olunmalarına dair Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında ərizədə göstərilmişdir ki, o, Lənkəran rayon Göyşaban kəndində yaşamaqla, 5 uşaq anası olmaqla 2-ci qrup əlildir. X3 ailəsi ilə birlikdə Astara rayonu Burzubənd kəndində yaşamaqla 2016-cı ildə orada həmin kəndin ərazisində 0,33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. Onun çəpər qonşusu X16 X3na məxsus olan 0,33 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz olaraq tutmuşdur. O və oğlu bu məsələni sülh yolu ilə həll etmək istəsədə dəfələrlə aralarında mübahisələri olmuş, məcbur olub müxtəlif orqanlara şikayət etmişlər. 09 aprel 2021 tarixdə aralarında yenə mübahisə baş vermiş və onlar bu barədə Astara Rayon Polis Şöbəsinə şikayət etmişdir. Astara Rayon Polis Şöbəsinin təhqiqatçısı tərəfindən 19 aprel 2021 tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. 28 aprel 2021 tarixdə X16 və X6 və X3 və arvadı X10 arasında mübahisə baş vermiş, onlar oğluna və arvadına xəsarət yetirmişlər. Bu barədə telefon vasitəsi ilə ona xəbər vermişlər. O, bunu eşidən kimi oğlanla rı ilə birlikdə oğlu X3un evinə gəlmişdir. O, oğlunun həyətinə girən kimi X16 onun və ailə üzvülərinin ünvanlarına nalayiq söyüşlər söymüş, oraya toplaşan şəxslərin yanında onun və ailə üzvülərinin şərəf və ləyaqətini alçaltmış, təhqir etmiş, onlarla mübahisə etmişlər. Həmin vaxtı X6 tumanını aşağı çəkib, lüt bədənini uşaqların yanında nümayiş etdirmişdir. Onun bu hərəkətlərindən bərk əsəbləşmiş və qeyri-ixtiyari olaraq şalvarını aşağı çəkib, arxasını onlara göstərmişdir. Bu zaman X16, onun oğlu X14 və kürəkəni X4 onu rüsvay etmək üçün onun bu hərəkətlərini telefon vasitəsi ilə çəkmişlər. 2 gün sonra 30 aprel 2021 tarixdə gəlini X22 ona zəng edərək bildirmişdir ki, 28 aprel 2021 tarixdə onun şalvarını aşağı çəkib, arxasını göstərməsi internet vasitəsi ilə yayılmışdır. Məlum olmuşdur ki, onun həmin görüntüləri “Tik-tok” sosial şəbəkəsində geniş formada yayılmışdır. Həmin görüntüləri X16, onun oğlu X14 və kürəkəni X4 yaymışdır. Onların bu hərəkətləri nəticəsində o, ağır sarsıntı keçirmiş, xəstələnmişdir. Hesab edir ki, onların bu hərəkətləri onun şərəf və ləyaqətini alçaltmışdır. Ona görə də xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərarından Xüsusi ittihamçı tərəfindənm verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət tərkibdə) 07 sentyabr 2021-ci il tarixli qərarı ilə ape llyasiya şikayətini təmin etmədən, qərarı isə dəyişdirmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarından Xüsusi ittihamçı və nümayəndəsi-vəkil Həbibov Vəliəhəd Heydər oğlu birgə kassasiya şikayəti verərək qərarın ləğv edilərək xüsusi ittiham qaydasında ərizəsinin yenidən məhkəmə baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqdim etdiyi materiallarla tanış olmamış, sübutları tədqiq etməmiş, CD diskə baxış keçirməmişdir. Astara Rayon Məhkəməsinə təqdim etdiyi xüsusi ittiham ərizəsində Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə əməl edilmişdir. Bundan başqa məhkəməyə ərizə ilə birlikdə təqdim et diyi CD diskdə “Tik-tok” sosial şəbəkələrində yayılmış, onu təhqir edən, şərəf və ləyaqətini alçaldan görüntülər öz təsdiqini tapmışdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya mü raciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Astara Rayon Məhkəməsinin iş üzrə 08 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X16 göstərmişdir ki, onun və ailə üzvlərinin Xüsusi ittihamçının X3 ilə aralarında həmişə münaqişə vardır. 28 aprel 2021 tarixdə onların aralarında yenə mübahisə baş verərkən Xüsusi ittihamçı onun və ailə üzvlərinin ünvanlarına nalayiq söyüşlər söymüş, şalvarını aşağı çəkib, arxasını onlara göstərmişdir. Ancaq o və ailə üzvüləri, eləcə də kürəkəni X4 onun bu hərəkətlərini telefon vasitəsi ilə çəkməmişlər. Həmçinin həmin görüntüləri “Tik-tok” sosial şəbəkəsində yaymamışlar. Ümumiyyətlə onlar sosial şəbəkələrdən istifadə etmirlər və ya onların sosial şəbəkələrdə səhifələri də yoxdur. Ona görə də Xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barələrində x üsusi ittiham qaydasında şikayət verilən digər şəxslər X14 və X4 da X16 ilə eyni məzmunlu izahat verməklə Xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittihamçı Xüsusi ittihamçını, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X12, X11 və X2 dinləyib, şikayət ərizəsini nəzərdən keçirərək hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin tərkibinin yaranması üçün ictimai təhlükəli əməlin kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yayma ilə ifadə olunması imperativ xarakterli tələbdir. Hazırkı iş üzrə xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən təq dim edilmiş CD diskinə baxış zamanı xüsusi ittihamçı Xüsusi ittihamçının şalvarını aşağı çəkib, arxasını göstərməsi halının “Tik-tok” sosial şəbəkəsində yayılması öz təsdiqini tapmış olsa da, ancaq həmin görüntülərin barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X16, X14 və X4 tərəfindən yayılması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində göstərilir ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi hesab olunur. Azərbaycan Respublikası CPM-in 302.1.3-cü maddəsində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsindən məlum olur ki, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda və şikayət əsassız olduqda, şikayət vermiş şəxsin dəlillərini əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə dair qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsindən məlum olur ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydas ında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən Astara Rayon Məhkəməsi nəticəyə gəlmişdir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X8, X7 və X1 əməlində cinayət əlamətləri yoxdur və xüsusi ittiham qaydasında şikayət əsasız olmaqla, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da həmin qərarı dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Xüsusi ittihamçının xüsusi ittiham qaydasında ərizəsi üzrə məhkəmələrin gəldiyi nəticələr qanuni və əsaslıdır. Xüsusi ittihamçının şalvarını aşağı çəkib, bədənini həmin görüntülərdə görünən digər şəxslərə nümayiş etdirməsi, onun özü tərəfindən bu halın həmin şəxslər arasında yayılm asına dəlalət edir. Lakin, bundan sonra həmin halın ərizəçinin xüsusi ittiham ərizəsində göstərdiyi şəxslər tərəfindən (konkret kim tərəfindən) telefon vasitəsi ilə çəkilməsini, internet vasitəsi ilə “Tiktok” sosial şəbəkəsində geniş formada yayılmasını təsdiq edən sübutlar ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 293.3.3-cü və 293.3.4-cü maddələrinə əsasən ərizədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Xüsusi ittihamçının xüsusi ittiham qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina edilərkən cinayət və cinayətprosessual qanunların pozulması, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 9.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Xüsusi ittiham qaydasında material üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-259/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-259/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver