Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-259/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi – “Prospekt” Vəkil Bürosunun vəkili Hacıyev Pərviz Əhməd oğlunun, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Quliyev Azər Şahbala oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Quliyev Azər Şahbala oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Novruz Kərimov, hakimlər Ramella Allahverdiyeva və Rasim Sadıxov) 1(101)-659/2020 nömrəli 16 noyabr 2020-ci il tarixli hökmü xx xxxx 1970-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, xxx qeydiyyatda olan, xxx yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Həmçinin hökmlə Məhkum1da təqsirli bilinib məhkum edilmişdir. Hökmlə Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş, ona vurulmuş 400.000 (dörd yüz min) manat zərərin ödənilməmiş qalan 342.000 (üç yüz qırx iki min) manatının t əqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub ona ödənilməsi, Zərərçəkmiş şəxs mülki iddiasının qalan hissədə baxılmamış saxlanılmış və həmin hissədə ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Kamran Əkbərov) 1(103)-521/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 7 (yeddi) il müddətinə endirilmiş, Məhkum1 həbsdə saxlanıldığı 1 (bir) gün müddət ona təyin edilmiş cəza müddətindən çıxılaraq, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək 7 (yeddi) il müddətinə endirilmiş, Məhkum2 həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətindən çıxılaraq, üzəridə qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilmiş və ona vurulmuş 400.000 (dörd yüz min) manat zərərin ödənilməmiş qalan 332.000 (üç yüz otuz iki min) manatı və 30 (otuz) manat dövlət rüsumu təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub ona ödənilməsi qərara alı nmış, Məhkum1 müdafiəçisi Hüseynov Xaliq Nazim oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Məhkum2 müdafiəçisi Quliyev Azər Şahbala oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Həmin qərardan dövlət ittihamçısı Anar Ələkbərov kassasiya protesti və Zərərçəkmiş şəxs kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası 09 mart 2022-ci il tarixli qərarı ilə (hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə) kassasiya protesti və zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilmiş, Məhkum1 və Məhkum2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət i şi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 08 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Quliyev Azər Şahbala oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2023-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum2 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Quliyev Azər Şahbala oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsı
Məhkəmə qərarları › İş №1(102)-259/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-259/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver