Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2590/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsi ndə olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 1(099)692/2024 nömrəli (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx 1984-cü ildə xxx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (d örd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzaçəkmə müddətinin başlanğıcının 16 may 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli 1(106)-318/2025 nömrəli (hakimlər: Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində) qərarı i lə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 6,382 qram narkotik vasitə heroini və xeyli miqdarda 52 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, üzərində saxlamaqla daşımış, 16 may 2024-cü il tarixdə saat 17 radələrində xxxx kəndində “x”in yaxınlığında Saatlı Rayon Polis Şöb əsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına aparılmış, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 6,382 qram heroin, sol yan cibindən isə bir ədəd bükümdə 52 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində təyin edilmiş cəzanı qismən ədalətsiz hesab etdiyindən apellyasiya şikayəti vermiş, lakin apellyasiya məhkəməsi də bu məsələdə hökmü dəyişdirmədən saxlamışdır. Belə ki, cəza təyini zamanı onun ailə vəziyyəti, himayəsində 3 azyaşlı övladının olması, özünün İİ qrup əlil olması və ilk dəfə məhkum olması kimi yüngülləşdirici hallar nəzərə alınmamışdır. Odur ki, göstərilən lərə əsasən barəsində təyin edilmiş cəzanın müddətinin minimuma endirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, ilk məhkumluğu olduğunu, əməlinə görə peşmançılıq yaşadığını, verilmiş cəzanın çox olduğunu bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin cəzaya aid hissədə qismən təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassa siya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin də lillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə t am əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum vermiş olduğu kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş olsa da, ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlə nilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhk um barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngüll əşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdi rici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-cı maddəsinə əsasən cinayət qanuni ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən olunur. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan b elə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini tə min edə bilsin. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya müraciətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzasının məsuliyyəti yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması ilə təyin edi ldiyi üçün həddindən artıq ağır olduğu müəyyən edilir. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halların nəzərə aldığını qeyd edərək, həmin halları məhkuma cəza təyini zamanı nəzərə almasını öz hökmündə formal surətdə göstərmiş, lakin həmin halları nəzərə alınmasına dair kifayət qədər əsaslandırma aparmamışdır. Apellyasiya məhkəməsi kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı Məhkum himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəz asını CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları isə müəyyən etməmişdir. Lakin məhkəmələrində istinad etdiyi iş materiallarında olan (cild 1, səh. 187-188) x Rayon İcra Hakimiyyəti başçısının x kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 8 iyul 2024-cü il tarixli, 429 saylı arayışına və xasiyyətnaməsinə əsasən müəyyən olunur ki, Məhkum ailə üzvləri 8 nəfər ibarət olub, himayəsində arvadı x, 2008, 2010, 2013-cü il təvəllüdlü 3 övladı (biri azyaşlı olmaqla), 1954-cü il təvəllüdlü ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkən anası x, bacıları 2-ci qrup əlil x, bacısı onkoloji xəstə x var. Həmçinin Məhkum özü 2-ci qrup əlildir. Göründüyü kimi işə baxan məhkəmə kollegiyası həmin sübutları (CPM-in 139.0.5ci maddəsinə əsasən cinayət işləri üzrə sübutetmə predmetinin e lementi kimi çıxış edir) qəbul edib iş materiallarına əlavə etsə də, nə məhkəmə iclas protokolunda, nə məhkəmə qərarında qeyd edilənlərə kifayət qədər hüquqi qiymət verməmiş və əsaslandırma aparmamışdır. Belə ki, CM-in 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin birinci instansiya məhkəməsi cəza təyini zamanı Məhkum CM-in 59.2-ci maddəsinə əsasən qeyd edilən cəzanı yüngülləşdirən hallardan çıxış edərək daha aşağı həddə cəza təyin edə bilmə imkanına malik olmasına baxmayaraq heç bir əsaslandırma aparılmadan ona CM-in 234.1-1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu qənaət ilə razılaşmışdır. Odur ki, kassasiya məhkəmə koll egiyası hesab edir ki, məhkəmələr Məhkum daha aşağı həddə cəza təyin edilə bilmə imkanına malik olduğu halda, ona daha ağır cəza müddətinin təyin olunması ilə cəzanın məqsədini təmin etməsini əsaslandırmamış, bununla da CM-in 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir) tələblərinə əməl etməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanı n cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası “məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi” kimi, yuxarıda qeyd olunan apellyasiya icraatına aid müddəalardan müəyyən qədər fərqli məzmunda təsbit edilmişdir. Lakin, fərqli məzmunda olmalarına baxmayaraq, kassasiya instansiyası məhkəməsində sözügedən məsələyə baxılarkən də qeyd olunan normalar bir-biri ilə əlaqəli şəkildə n əzərdən keçirilməli və məsuliyyəti yüngülləşdirən və yaxud ağırlaşdıran halları sadalamaqla nəzərə alınmasında belə aşağı instansiya məhkəmələrinin cəza təyininə dair gəldiyi nəticə cəzanın “açıq-aydın yüngül” və yaxud “açıq-aydın ağır” cəza kimi qiymətləndirilməsi üçün əsas yarana bilər. Çünki, məhz bu cür (“açıq-aydın yüngül” və yaxud “açıq-aydın ağır”) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə və məhz belə olduqda, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin pozulması, CPM-in 8.0.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzifəsinin lazımınca yerinə yetirilməməsi haqqında mühakimə yürütmək və bunun nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilm əsinə və dəyişdirilməsinə bəraət qazandırmaq olar. Kassasiya məhkəməsində məhz belə (fundamental) xarakterli pozuntuların müəyyən edilməsinin apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsası kimi nəzərdən keçirilməsi kassasiya icraatının xüsusiyyətlərindən irəli gəlir. Belə ki, CPM-in 407.2, 408.1, 419.11-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxaraq, ancaq hüquq məsələləri üzrə cinayət, cinayət-prosessual qanunların tətbiqinin düzgünlüyünü yoxlayır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda - fundamental pozuntuları aradan qaldırmaq üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlan masına dair qərar qəbul etmək səlahiyyəti verir. CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən, işin hallarını bir daha ətraflı təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş cəza, yəni 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası yuxarıda qeyd edilən normaların tələblərinə zidd olduğuna görə dəyişdirilərək, həmin cəzanın 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə t əyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2590/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2590/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver